ist sözü azərbaycan dilində

ist

Yazılış

  • ist • 73.1118%
  • İst • 18.7311%
  • İST • 8.1571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İst-Kilbrayd
İst Kilbrayd (ing. East Kilbride, şot.kelt Cille Bhrìghde an Ear) — Böyük Britaniyada, Şotlandiya vilayətində kiçik şəhər.
İst-End cadugərləri
İst End Cadugarları (ing. Witches of East End) — Melissa de la Kruz tərəfindən yazılmış və 2011-ci ildə Biçamp Ailəsi kitablar seriasına aid romandır. Kitab Hyperion Books tərəfindən 21 iyun 2011-ci ildə çap edilib və Long Adası cadugar ailəsinin onlara qarşı yönəlmiş bəd qüvvələrə qarşı mübarizəsindən söhbət açılır.
Schwarzbraun ist die Haselnuss
Schwarzbraun ist die Haselnuss (azərb. Qara qəhvəyi şabalıd‎) — XIX əsr alman xalq mahnısı. Birinci və İkinci dünya müharibəsində hərbi marş kimi işlədilmişdir.
İst-River boğazı (çay)
İst-River boğazı- Apper-Nyu-York-Bey körfəzini Lonq-Aylend boğazı ilə birləşdirir. Manhetten, Bronks rayonlarını Bruklin və Kuins borolarını ayırır. Boğaza Hudzon və Harlem çayları tökülür. Bəzi ingilis mənbələri boğazı çay adlandırırlar. Uzunluğu 26 km təşil edir. 9 avtomobil, bir neçə dəmiryol körpüsü (Bruklin, Manhetten, Vilyamsburq və Kuinsboro) vardır. İki avtomobil və bir dəmiryolu tuneli vardır. Bruklində hərbi liman, Kuins rayonu ərazisində La-Quardiya hava limanı fəaliyyət göstərir. Ərazidən aşağıdakı çaylar axır.
İst End cadugarları (teleserial, 2013)
İst End cadugərləri (teleserial, 2013)
İst-End cadugərləri (ing. Witches of East End) — eyni adlı kitab əsasında çəkilmiş Amerikan teleserialıdır. Serialın premyerası 6 oktyabr 2013-cü ildə Lifetime kanalında baş tutmuşdur. Hadisələr uydurma İst End adlı şəhərdə cadugər ailəsi olan Coanna Biçamp (Culia Ormond) onun iki qızı olan Freya Biçamp (Cenna Deuan Tatum) və İnqrid Biçamp (reyçl Boston) eləcədə onun bacısı Uendi Biçampın (Madçen Amik) ətrafında cərəyan edir. Lifetime serialı 22 noyabr 2013-cü ildə ikinci mövsüm üçün yenilədi və 13 seria olacağı bildirildi. İkinci mövsümün premyerası 6 iyul 2014-cü ildə baş tutdu. Kanal 4 noyabr 2014-cü ildə zəif reytinqlərə görə serialı ləğv etdi. Final seria 5 oktyabr 2014-cü ildə yayımlandı.
Liebe ist für alle da
Liebe Ist Für Alle Da (azərb. Sevgi hər kəs üçündür‎) — Rammstein qrupunun altıncı albomudur.
Gənc istedadlar liseyi
Gənc İstedadlar liseyi — Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən liseydir. == Haqqında == Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir. "Ümumi Təhsil Mərkəzi-XXI əsr" və Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. == Nailiyyətləri == 2013 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi.
Gəzici istifadəçi profili
Gəzici istifadəçi profili (en. roaming user profile) - Microsoft Windows əməliyyat sistemləri ailəsində Windows Server domeninə qoşulmuş istifadəçilərə lokal şəbəkənin müxtəlif kompüterlərindən əməliyyat sisteminə daxil olarkən öz profilinə erişmə hüququ əldə etməyə imkan verən texnologiya. Gəzici istifadəçi profilinə proqramların, sənədlərin köklənmiş parametrləri, iş mühiti, o cümlədən simgələrin iş masasında yerləşməsi və başqa parametrlər daxildir. Sistemdən çıxarkən profilin bütün dəyişdirilmiş parametrləri və sənədlər server ilə sinxronlaşır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hindistanda anomal istilər (2015)
Hindistanda anomal istilər — 2015-ci ilin may ayında Hindistanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Baş verən anormal istilər nəticəsində 29 may tarixinə olan məlumata əsasən 1.800 nəfərdən çox şəxs dünyasını dəyişib. Hindistanda ən yüksək temperatur adətən, mart-iyul ayları aralığında müşahidə edilməkdədir. Baş verən temperatur böhranı zamanı ölkənin demək olar ki, bütün ərazilərində ölüm halı qeydə alınıb. Xüsusi ilə cənub ştatlarında ölüm hallarını daha çox olması diqqət çəkir. Andhra Pradeş ştatında 1.490 nəfər həmin ştatın sərhədində yerləşən Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. İstilərdən əziyyət çəkən digər ərazilər Orissa ştatı və Qərbi Benqal ərazilərdir. Baş verən istilər böyük şəhərlərdə soyuducu sistemlərə olan təlabatı anidən artırmışdır və nəticədə bir çox böyük şəhərlərdə enerjinin verilməsində problemlər yaranıb.
Ho sülaləsinin istehkamı
Ho sülaləsinin istehkamı — Vyetnamın Thanh Hoa vilayətində yerləşən qala. Hanoyadan 150 km cənubdadır. Bu Ming sülaləsi Çin hücum dən Dai Viet qorumaq üçün 1395-ci ildə tikilmişdir. 2003-cü ildə YUNESKO tərəfindən İçəri şəhər və Ho sülaləsinin qala ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.
Hüquqlardan sui-istifadə
Hüquqlardan sui-istifadə — mülki hüquqda şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hüquqlara münasibətdə istifadə olunur. Hüquqlardan sui-istifadə edən şəxs öz hərəkətləri ilə dəymiş zərərə görə məsuliyyət daşıyır. Bu qrupa vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınmanı aid etmək olar. Bu prinsip presedent hüququnda formalaşmışdır. Müvafiq prinsip "hüquqdan istifadə edən kəs heç kimə zərər vermir" klassik nəzəriyyəsindən fərqlənir və özündə "sui-istifadə başladıqda hüquq başa çatır" (fr. le droit cesse où l'abus commence) maksimasını əks etdirir. == Qanunvericilikdə təsbiti == Hüquqlardan sui-istifadə prinsipi Alman Mülki Məcəlləsində təsbit olunmuşdur. §226-da qeyd edilmiş müddəaya görə: İsveçrə Mülki Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki: Filippin Mülki Məcəlləsinin 19, 20 və 21-ci maddələrində qeyd olunur ki: Maddə 19: Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir. Maddə 20: Qanuna zidd olaraq qəsdən və ya ehtiyatsızlıqdan başqasına zərər vuran hər kəs dəymiş zərəri ödəməlidir. Maddə 21: Əxlaq və ictimai qaydalara zidd şəkildə başqasına qəsdən zərər və ya ziyan vuran hər kəs dəymiş zərəri ödəməlidir.
Kabataş (İstanbul metropoliteni)
Kabataş metrostansiyası (türk. Kabataş metro istasyonu) — İstanbulda yerləşən tramvay-funikulyor-bərə ötürmə mərkəzidir. 20 aprel 1996-cı ildə istifadəyə verildi. M7 (Kabataş-Esenyurt) metro xəttinin tikintisi başa çatdıqdan sonra metro əlaqəsi də təmin ediləcəkdir. Stansiyaya 22, 25E, 26, 26A, 26B, 27E, 27SE, 28, 28T, 29C, 29D, 30D, 41E, 43R, 58A, 58N, 58S, 58UL, 62, 63, 70KE nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür.
Kadıköy (İstanbul metropoliteni)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kadıköy metrostansiyası (İstanbul)
Kadıköy metrostansiyası — İstanbul metrosunun M4 xəttində olan metro stansiyasıdır. Sonuncu platforması 17 avqust 2012-ci ildə istifadəyə verilmişdir. Açılışa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Kadir Topbaş və müxtəlif məsul şəxslər də qatılmışdır.
Kanal İstanbul
Kanal İstanbul — İstanbulun Avropa tərəfindəki Qara dənizdən Mərmərə dənizinə qədər uzanması plannanan bir dizayndır. Keçmişdə bənzər versiyalar təklif olunsa da, Kanal İstanbul layihəsi 2011-ci ildə o vaxtkı Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi. Layihə üçün ilk tender 26 mart 2020-ci ildə keçirilib. == Tarixçə == İstanbul Boğazına alternativ su layihəsinin tarixi Roma imperiyasına qədər gedib çıxır. Sakarya Çayı Nəqliyyat Layihəsi ilk dəfə Bitinya Qubernatoru Plinius və İmperator Trayan arasındakı yazışmada bəhs edilmişdir Qara dənizi və Mərmərəni süni bir boğazla birləşdirmək fikri XVI əsrdən bəri 6 dəfə gündəmə gəlmişdir. 1500-cü illərin ortalarında Osmanlı İmperiyası tərəfindən planlaşdırılan üç böyük layihədən biri Sakarya çayı ilə Sapanca gölünü Qara dəniz və Mərmərəyə bağlamaq idi. 1550-ci ildə, Sultan Süleyman Qanuninin dövründə də gündəmə gəldi. Dövrün iki böyük memarı Memar Sinan və Nikola Parisi hazırlıqlara başlasalar da, müharibələr səbəbiylə bu layihənin həyata keçirilməsi baş tutmadı. İstanbulun qərbində bir kanal layihəsi ilk dəfə TÜBİTAK-ın Bilim ve Teknik jurnalında 1990-cı ilin avqust ayında yayımlanan bir məqalədə təklif edildi. Dövrün Enerji Nazirliyinin Müşaviri Yüksəl Önəmin yazdığı məqalənin adı "İstanbul Kanalını Düşünürəm" idi.
Kim milyonçu olmaq istəyir?
Kim milyonçu olmaq istəyir? (ing. Who Wants to Be a Millionaire; çox vaxt qeyri-rəsmi olaraq Milyonçu (ing. Millionaire) adlanır) Devid Briqqs, Mayk Uaythill və Stiven Nayt tərəfindən yaradılmış Britaniya mənşəli beynəlxalq televiziya oyun şousu franşizasıdır. Hal-hazırda Sony Pictures Televiziyasına məxsus olan və lisenziyası olan formatda, müsabiqə iştirakçıları bir çox oyun şousu janrının konvensiyalarına uyğun gələn formatda böyük pul mükafatları qazanmaq üçün bir sıra çox seçimli sualları həll edirlər - radioya bənzər bir anda yalnız bir iştirakçı oynayır. viktorinalar; müsabiqə iştirakçılarına cavab vermək qərarına gəlməzdən əvvəl sual verilir və suallara cavab vermək üçün vaxt məhdudiyyəti yoxdur; və getdikcə çətinləşən sualları həll etdikcə təklif olunan məbləğ artır. Formatın əksər versiyalarında təklif olunan maksimum pul mükafatı, Böyük Britaniyada bir milyon funt sterlinq və ya Hindistanda 75 milyon rupi kimi yerli valyutada arzu olunan dəyərdir. Orijinal ingilis versiyası 4 sentyabr 1998-ci ildə İTV şəbəkəsində debüt etdi, aparıcı Chris Tarrant, 11 fevral 2014-cü ildə final epizodunu təqdim etdi, bundan sonra şou dayandırıldı. Ceremi Klarksonun aparıcılığı ilə 2018-ci il mayın 5-dən 11-dək yayımlanan 20-ci ildönümünü qeyd etmək üçün yeddi epizoddan ibarət yenidən canlandırılmış seriya. Dirçəliş tənqidçilər və pərəstişkarlarından əsasən müsbət rəylər, eləcə də yüksək baxış rəqəmləri aldı və bu, İTV-nin şounu daha bir neçə serial üçün yeniləməsinə səbəb oldu.
Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)
Kim zəngin olmaq istəyir? Milyonların Şousu — "Kim Milyoner Olmaq İstəyir?" (ing. Who Wants To Be A Millionaire?) verilişinin Azərbaycan versiyasıdır. DJ Fatehin aparıcı olduğu bu veriliş 3 oktyabr 2021-ci ildən yayınlamağa başladı. İlk azərbaycandilli versiyası Milyonçu. Dövlətili olmaq istərdinmi? 9 avqust 2002-ci ildə yayınlamağa başlanmışdır və aparıcıları İlhamiyyə Rzayeva və Azər Axşam olmuşdur. Milyonçu. Dövlətili olmaq istərdinmi? verlişi efirdən çıxana qədər 5 il yayınlandı.
Klint İstvud
Klint İstvud (ing. Clinton Elias Eastwood, Jr.; d. 31 may 1930, San-Fransisko, Kaliforniya, ABŞ) — məşhur ABŞ kinoaktyoru və rejissoru. O, 55-dən artıq filmdə çəkilmiş, 4 Oskar və 3 Qızıl Qlobus mükafatına layiq görülmüşdür. 1960-cı illərin ortalarında Serco Leonenin spagetti vestern janrındakı filmlərində ifa etdiyi rollar sayəsində dünya şöhrəti qazanmışdır.
Kumertau Aviasiya İstehsalat Müəssisəsi
«Kumertau Aviasiya İstehsalat Müəssisəsi» — Başqırdıstan Respublikası, Kumertau şəhərində yerləşən sovet/rus aviasiya inşası müəssisəsi. Zavodda Ka-226 tipli, həmçinin Ka-27, Ka-31 və Ka-32A11BC helokopterləri hazırlanır və təmir edilir. Müəssisə «Rusiya Helokopterləri» holdinqinə daxildir. == Tarixi == 1962-ci ildə təmir-mexanika zavodunun bazasında aviasiya zavodu fəaliyyətə başlayır. Zavodda 1968-cü ildə ilk dəfə Ka-26 tip helikopterlər istehsal edilməyə başlanılır. 1972-ci ildə müəssisə Kumertau helikopter zavodu adını alır. 1977-ci ildən Kumertau Aviasiya İstehsalat Birliyinin əsas müəssisəsi olur. 2008-ci ildə Kumertau Aviasiya İstehsalat Birliyi «Kumertau Aviasiya İstehsalat Müəsissəsi» ATSC adı altında Rusiya Helikopterləri Holdinqinə daxil edilir. 1973—1989-cu illər Pilotsuz uçuş aparatlar. 1974—1978-ci illər M-17 təyyarələri «Geofizika».
Köhnə Saray (İstanbul)
Köhnə Saray — İstanbulda hal-hazırda İstanbul Universitetinin mərkəzi binasının yerləşdiyi yerdə II Mehmed tərəfindən 1454–1457-ci illərdə inşa olunmuş saraydır. Bu saray Süleymaniyyə məscidindən Bəyazid məscidinə qədər olan geniş bir ərazini əhatə edir. Sarayın bir hissəsi Süleymaniyyə məscidinin inşası zamanı sökülmüşdür. Saray arxitekturasına olan son dəyişiklik isə 1866-cı ildə inşa olunan bugünkü İstanbul Universitetinin mərkəzi binasıdır. Mənbələrin yazdığına görə, sarayın ətrafındakı divarlarda heç bir qüllə olmamış, saraya giriş 4 qapıdan mümkün olurmuş. Bu qapılardan biri hərəm ağalarının nəzarəti altında olurdu və gün boyu açıq qalırdı. Yeni saray, yəni Topqapı Sarayı inşa olunduqdan sonra gözdən düşən Köhnə Sarayda artıq vəfat edən və ya taxtdan endirilən padşahların qızları, qadınları, anaları və kənizləri yaşamağa başlamışdır. Bundan başqa sarayda onlara xidmət edən ağalar, çox sayıda xidmətçilər, əsgərlər də olmuşdur. Hökmdarlar ilin müəyyən aylarında Köhnə Saraya gələr, burda yaşayanlarla bayramlaşarmış. IV Murad dönəmində — 1625–1632-ci illərdə bərpa olunan bu sarayda müxəlif illərdə yanğınlar baş vermişdir.
Kölgədə 40 dərəcə isti (film, 1988)
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Latviya Milli İstiqlal Hərəkatı
Latviya Milli İstiqlal Hərəkatı (latış. Latvijas Nacionālās Neatkarības Kustība‎, LNNK) ― 1988-ci ildən 1997-ci ilə qədər mövcud olmuş Latviya siyasi təşkilatı. 1988-ci ildə Latviya millətçi hərəkatının radikal qanadı olaraq yarandı. Lap başdan Sovet İttifaqı daxilində Latviya üçün daha çox muxtariyyəti dəstəkləyən əsas Latviya Xalq Cəbhəsindən fərqli olaraq, LNNK əvvəldən müstəqillik tələb edirdi. LNNK-nın liderləri arasında Eduards Berklavs, Aleksandr Kirşteyns, Andreys Krastinş, Eynars Repşe, Visvaldis Latsis və Yuris Dobelis yer alırdı. Latviya müstəqilliyini bərpa etdikdən sonra LNNK siyasi partiyaya çevrildi və adını Milli Mühafizəkar Partiyası adlandırdı. O, 1993-cü il parlament seçkilərində 100 yerdən 15-ini qazandı və nüfuzlu müxalifət partiyası idi. 1993-cü ildə partiyanın naş nazir namizədi Yoaxim Sigerist iyalnız bir səslə məğlub olaraq ikinci oldu. LNNK 1994-cü ildə Latviyanın paytaxtı Riqada keçirilən bələdiyyə seçkilərində qalib gəldi, lakin populyarlığı bundan sonra sürətlə azaldı. 1995-ci il parlament seçkilərində parlamentdəki yerlərinin yarısını itirdi və nəticədə "Tēvzemei un Brīvībai" ("Ata yurdu və azadlıq üçün") ilə birləşdi, hansı ki Latviya İstiqlal Hərəkatında oxşar mənşəyə malik daha bir sağçı partiyadır.
Latviya İstiqlaliyyət müharibəsi
Latviya İstiqlaliyyət müharibəsi (latış. Latvijas brīvības cīņas‎) — 1918-ci ilin sonunda Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Latviya Xalq Məclisi tərəfindən Latviyanın müstəqilliyini elan edən və Latviya ilə RSFSR arasında Riqa müqaviləsinin imzalanması ilə başa çatan Latviyadakı hərbi əməliyyatların ümumi adı. == Arxa plan == 1917-ci ilin sentyabrında Latviya siyasi partiyaları alman qoşunları tərəfindən işğal edilmiş Riqada Demokratik blok (latış. Demokrātiskais bloks‎) — koalisiya yaratdılar. Dekabrın əvvəlində Valka şəhərində Latviya milli təşkilatları Latviya Müvəqqəti Milli Şurasını (latış. Latviešu Pagaidu nacionālā padome‎) təsis etdilər. 1917-ci il dekabrın 2-də Latviyanın öz müqəddəratını təyin etməsi barədə bəyanat qəbul olundu. Lakin, Latviya Sosial Demokrat Fəhlə Partiyasının (LSDFP) Liflyandiya və Kurlyandiyada böyük təsir göstərmişdir. Dekabrın ortalarında Latviyanın ali hakimiyyətini elan edən işçilərin, əsgərlərin və torpaqsız deputatların II qurultayı Almaniyadan azad olunmuş Valmierada keçirildi. Qurucu Məclis seçkilərində Sosial Demokratlar, Vidzemedəki səslərin yüzdə 72-ni, Latqaliyada 51 %-ni, Latviya silahlı polklarında isə yüzdə96 % səs aldı.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
M1 xətti (İstanbul metropoliteni)
M1 xətti (türk. M1 Yenikapı - Atatürk Airport, Kirazlı) – İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 1989-cu ildə istifadəyə verilmişdir. Bu gündə ortalama 220.000 sərnişin daşıyaraq, M2 xəttindən sonra İstanbul metropolitenində ən çox istifadə edilən üçüncü dəmiryol sistemidir. Xəttin uzunluğu 26,10 kilometrdir və 23 stansiya yer alır. Xətt Yeniqapı ilə Avtovağzal stansiyaları arasında 3 dəqiqə olmaqla, Avtovağzal və Atatürk Hava Limanları arasında həftə boyu 6:00-dan 00: 00-dək davam edir. Avtovağzal və Kirazlı arasındakı 24.000 sərnişinin ilə metro xəttinin rəsmi açılışı 14 iyun 2013 tarixində baş tutdu. Yeniqapı metrostansiyasından başlayan xətt Avtovağzal metrostansiyasına çatdıqda iki istiqamətə bölünür: ana xətt Atatürk hava limanına gedir, digər xətt Kirazlıya gedir. 2014-cü ildə xəttin sürücüsüz metro xəttinə çevriləcəyi və hətta doqquz yeni stansiyanın əlavə ediləcəyi açıqlandı. == Tarixçə == İstanbulun əhalisinin artması ilə şəhərin sərnişin nəqliyyatına ehtiyacı yarandı.
M2 xətti (İstanbul metropoliteni)
M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir. == Tarixçə == Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı.
Merilin İstman
Merilin İstman (ing. Marilyn Eastman; 17 dekabr 1933, Davenport[d], Ayova – 22 avqust 2021, Tampa, Florida) — ABŞ aktrisasıdır. Ən yaxşı çəkildiyi film Yaşayan ölülərin gecəsi filmidir. Merilin ABŞ yazıçısı və diktoru Con F. İstman ilə ailə həyatı qurmuş və onların üç övladı dünyaya gəlmişdir. == Həyatı == Merilin İstman 1937-ci il tarixində Ayova ştatında anadan olmuşdur. Film karyerasına 1957–1966-cı illərdə çəkilmiş "Perri Meyson" televiziya serialı ilə başlamışdır. Ardınca 1968-ci ildə çəkilmiş Yaşayan ölülərin gecəsi filmində Helen personajını canlandırmışdır. Bu filmdə populyarlıq əldə etmiş və bir müddət film karyerasından uzaqlaşmışdır. 1995-ci ildə "Qonaq", 1996-cı ildə isə Santa Klaus" filmlərinə çəkilmişdir.
Milli İstihbarat Təşkilatı
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Milli İstiqlaliyyət Bayramı
Milli İstiqlaliyyət Bayramı — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayramı. == Tarixi == İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Hökumətin qərarına əsasən, həmin gün qeyri iş günü elan olundu. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuş, "ilk dəfə Azərbaycan ordusunun vətəninin paytaxtına vürudu" alt yazısı ilə Azərbaycan ordusunun Bakının mərkəzi küçələrindəki rəsm-keçidi və Parlament binasının şəkli də verilmişdi. İstiqlaliyyətin birinci ildönümü münasibətilə hökumətin sədri Nəsib bəy Yusifbəylinin "Azərbaycan vətəndaşlarına!" müraciəti, habelə 1918-ci il mayın 28-də elan edilmiş İstiqlal bəyannaməsi yenidən dərc olunmuşdu. Şeyxülislam Axund Ağa Ağazadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Əliabbas Müznib, Şəfiqə Əfəndizadə və başqalarının bayram münasibətilə məqalələri "Azərbaycan" qəzetinin səhifələrində dərc edilmişdi. Parlamentin həmin gün keçirilən 42-ci fövqəladə təntənəli iclası Cürnhuriyyətin birinci ildönümünə həsr olunmuşdu. Parlament sədri vəzifəsini icra edən H.Ağayev, Parlamentin Müsavat fraksiyasından Məhəmməd Əmin Rəsulzadə, sosialistlər blokundan "Hümmət"çi Ə.Pepinov, "İttihad" fraksiyasından Q.Qarabəyli, "Əhrar" fraksiyasından A.Əfəndizadə və başqaları bu tarixi iclasdakı nitqlərində Cümhuriyyətin yaranmasının və istiqlaliyyətin Azərbaycan tarixində əhəmiyyətindən bəhs etmişdilər.
Minimum istehlak səbəti
Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyən edilməsi üçün, ilk növbədə, minimum istehlak səbətinin tərkibinin formalaşdırılmasına ehtiyac vardır. Yaşayış minimumu və minimum istehlak səbətinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləmək üçün hazırda 2004-cü il 5 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvədədir. Adıçəkilən qanuna əsasən, minimum istehlak səbəti – insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri – ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: 1) ərzaq mallarının minimum toplusu; 2) fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); 3) xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.). Minimum istehlak səbətinin tərkibi dövlət elmi müəssisə və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilir. == Minimum istehlak səbətinin tərkibi == "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinin tərkibi formalaşdırılmış, həmin orqanın 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə də bu tərkib yeni redaksiyada əlavələrlə təsdiq edilmişdir. Qərara əsasən, yeni redaksiyada Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi aşağıdakı kimidir: Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi 1. Ərzaq məhsulları (kq-la illik) 2. Qeyri-ərzaq malları 3.
Monqol istilaları
Çinin monqol istilası

"ist" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ist nədir? #ist sözünün mənası #ist nə deməkdir? #ist sözünün izahı #ist sözünün yazılışı #ist necə yazılır? #ist sözünün düzgün yazılışı #ist leksik mənası #ist sözünün sinonimi #ist sözünün yaxın mənalı sözlər #ist sözünün əks mənası #ist sözünün etimologiyası #ist sözünün orfoqrafiyası #ist rusca #ist inglisça #ist fransızca #ist sözünün istifadəsi #sözlük