şit sözü azərbaycan dilində

şit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şit • 77.8281%
  • Şit • 19.9095%
  • ŞİT • 2.2624%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meir Şitrit
Meir Şeerit (ivr. ‏מאיר שטרית‏‎; 10 oktyabr 1948) — İsrailli siyasətçi. 1981–1988-ci illər arasında Likud partiyasından olub, Knessetin üzvü və 1992-ci ildən 2005-ci ilə qədər isə Kadima partiyasının üzvü olub. O, 2012-ci ildə Hatnuaha qatılanadək Kadimanın Knesset üzvü olaraq qaldı; 2015-ci ilə qədər bu vəzifədə çalışdı. Ayrıca bir sıra nazir vəzifələrini tutdu; Daxili İşlər Naziri, Mənzil və Tikinti Naziri, Maliyyə Naziri, Ədliyyə naziri, Nəqliyyat və Təhsil, Mədəniyyət və İdman Naziri. 2014-cü ildə də İsrail prezidentliyinə namizəd idi.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.
Şitalakşa (çay)
Şitalakşa (benq. শীতলক্ষ্যা নদী; Shitalokkha Nodi) — Brahmaputranın bir qoludur. Başlanğıcının bir hissəsi Banar çayı kimi də tanınır. Çay 110 kilometr (68 mil) uzunluğundadır və təxminən 300 metr (980 ft) uzunluğunda hissəsi Narayanqang yaxınlığından keçir. Çay Narsinqdi ilə sərhədi təşkil edərək Qazipur bölgəsindən axır və sonra Narayanqang rayonunun ərazisindən keçir. Çayın maksimal dərinliyi 70 fut (21 m), orta dərinliyi isə 33 fut (10 m)-dir. Van den Brokun xəritəsində çay Barrempooter (Brahmaputra) qərbə axan Lekki adlı çay kimi qeyd edilmişdir. Van den Brokun dövründə (1660) Şitalakşa böyük və sürətlə axan çay idi. XIX əsrin əvvəllərinə qədər belə idi. Bununla yanaşı, Van den Broukun xəritəsinin düzgünlüyünə dair bəzi qeydlər də var.
Şitov (Çaypara)
Şitov (fars. شطو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (16 ailə).
Şitskvara
Şitskvara (gürc. შიცკვარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Suxumidən 20 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 10.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.52 dəfə / 1 mln.
2004 •••• 0.34
2006 ••••••• 0.68
2007 •••••••••••••••••••• 2.11
2008 ••• 0.24
2009 ••••••••••••• 1.28
2010 •••••••••• 1.00
2011 ••• 0.26
2012 ••• 0.26
2013 ••••••••• 0.88
2014 ••••• 0.51
2015 •• 0.17
2016 •• 0.17
2017 •• 0.16
2018 ••• 0.30
2019 •••• 0.42
2020 ••• 0.27

şit sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Duz qatılmamış, duzsuz. Şit pendir. Şit kərə. – [Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev. // Duzu az, lazımınca duzlanmamış. Şit xörək. 2. məc. Danışığı, hərəkətləri yüngül, qeyriciddi, bayağı; duzsuz. Şit adam. – Zeynalın şit hərəkəti bitməyirdi. A.Şaiq. [Qumru] Bünyada şit görünən bir tərzdə gülümsünüb dedi. Ə.Əbülhəsən. // məc. Dəcəl, sırtıq, üzlü, həyasız, şuluqçu. Bizim şit uşaqlar və başqasına istehza etməkdən zövq alan adamlarla işimiz yoxdur. M.İbrahimov. // Çox maraqsız, duzsuz, ət tökən. Şit söhbətlər. Şit zarafat. ◊ Şit çıxmaq – yerinə düşməmək; yersiz, münasibətsiz, qeyri-ciddi görünmək. Yox, çoban, bu tutmadı, – deyə, Alı güldü, – budəfəki məsələn şit çıxdı. Ə.Əbülhəsən. Şiti çıxmaq – 1) həddindən artıq bayağı görünmək, yersiz olmaq, həddini aşmaq, ifrata varmaq; 2) həddindən artıq çox olmaq, görünmək. Şitini (şitini-şorunu) çıxartmaq – öz hərəkətində hədd-hüdud bilməmək, həddini aşmaq, ağ eləmək, ifrata varmaq. Lap şitini çıxartdıq.

    Azərbaycan dilinin izahlı lüğəti / şit

şit sözünün sinonimləri (yaxın mənalı sözlər)

şit sözünün antonimləri (əks mənalı sözlər)

şit sözünün omonimləri (çox mənalı sözlər)

şit sözünün rus dilinə tərcüməsi

  • 1 1. несоленый, малосольный; 2. недосоленный; 3. перен. легкий, несерьезный, развязный (о характере человека);

    Azərbaycanca-rusca lüğət / şit
  • 2 прил. 1. сладкосливочный, несолёный. Şit yağ сладкосливочное масло 2. недосолёный. Şit xörək недосоленое блюдо 3. перен. бестактный, циничный, пошлый, приторный, вульгарный. Şit adam пошлый человек (пошляк), şit hərəkət бестактный поступок 4. перен. банальный, плоский. Şit zarafat плоская шутка, şit söhbətlər банальные разговоры 5. шаловливый, баловной, баловливый, озорной. Şit uşaq шаловливый ребенок 6. кричащий, крикливый. Şit rəng крикливый цвет, şit paltar кричащая одежда (кричащий наряд) II нареч. 1. бестактно, цинично, пошло, вульгарно, приторно. Şit danışmaq говорить бестактно 2. банально, плоско. Şit zarafat etmək плоско шутить 3. кричаще, крикливо. Şit geyinmək кричаще (крикливо) одеваться ◊ şit çıxmaq выйти бестактно; şiti çıxmaq опошляться, опошлиться; şitini çıxartmaq: 1. пересолить, переборщить, перехватить (проявить неумеренность в чем-л.). Tərifin şitini çıxarmaq перехватить в похвалах; 2. затаскать, затаскивать (часто повторяя, сделать банальным, избитым; опошлить). Mahnının şitini çıxartmaq затаскать песню

    Azərbaycanca-rusca lüğət / şit

şit sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. shield, tex. sluice-gate; idarəetmə ~i control panel; paylayıcı ~ switchboard II. s. 1. saltless, saltfree; (i.s.) without salt; (i.s.) not having enough salt; 2. məc. flat, not serious, light, frivolous; ~ zarafat flat joke, stupid joke; şitini çıxarmaq to overdo* smth., to go* (too) far

    Azərbaycanca-ingiliscə lüğət / şit

şit sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) trivial, -e, vulgaire ; cynique ; 2) banal, -e, plat, -e ; 2) polison, -ne, espiègle ; ~ zarafat plaisenterie f triviale ; ~ uşaq enfant m polisson

    Azərbaycanca-fransızca lüğət / şit

şit sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. шит; кьел квачир (мес. ниси, шур); лазим кьадар кьел вегьенвачир, тӀимил кьел квай (мес. къафун); 2. пер. шит (мес. кас); надинж, жадал, ччин алай, ччин кӀеви, регъуь тежер, гьаясуз, ялах (мес. аял); // кьел квачир, хуш текъвер (мес. эхтилат, зарафат); ** şitini (şitini-şorunu) çıxarmaq шит авун, сулуф авун, кьацӀалай алатун, шитун.

    Azərbaycanca-ləzgicə lüğəti / şit

şit sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qax) naxış. – Axçamaydın <axşamadək> şitdəri qurtardım

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şit" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şit nədir? #şit sözünün mənası #şit nə deməkdir? #şit sözünün izahı #şit sözünün yazılışı #şit necə yazılır? #şit sözünün düzgün yazılışı #şit leksik mənası #şit sözünün sinonimi #şit sözünün yaxın mənalı sözlər #şit sözünün əks mənası #şit sözünün etimologiyası #şit sözünün orfoqrafiyası #şit rusca #şit inglisça #şit fransızca #şit sözünün istifadəsi #sözlük