Şin sözü azərbaycan dilində

Şin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şin • 64.5528%
  • şin • 35.1220%
  • ŞİN • 0.3252%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Martin Şin
Martin Şin (ing. Martin Sheen; 3 avqust 1940) — Emmi və Qızıl Qlobus mükafatları almış Amerikalı aktyor. Emilio Estevez, Ramon Luis Estevez, Reni Estevez və Çarli Şinin (Karlos Estevez) atasıdır. Uşaqlarının hamısı aktyordur.
Yoşua Şin
Yoşua Şin (20 iyun 1993) — Vanuatunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yoşua Şin Vanuatunu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Yoşua Şin Vanuatunu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Çarli Şin
Çarli Şin (ing. Charlie Sheen; əsl adı Karlos İrvin Esteves (ing. Carlos Irwin Estévez, 3 sentyabr 1965, Nyu-York, ABŞ) — ABŞ aktyoru, aktyor Martin Şinin kiçik oğlu. Çarli Şin karyerasının ilk illərində "Tağım", "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Sİti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə o, 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən qalmaqallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci il 7 martda CBS və Warner Bros. Television şirkəti tərəfindən serialdan qovulub.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
Şin (kompüter)
Kompüter şini və ya sistem şini ((giriş/çıxış şini) ~ en. input/output bus ~ ru. шина ввода-вывода ~ tr. giriş/çıkış veri yolu) prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. kompüterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə birləşmişdir. Şin kompüter arxitekturasında kompüter elementləri arasında informasiya ötürən alt sistemdir. Şinlər onlara qurğu qoşmaq üçün müvafiq slotlara malik olur. Qurğuda şinləri 3 tərkib hissəyə bölmək olar – ünvan şini, verilənlər şini və əmrlər şini. Ünvan şini – ünvan mübadiləsi üçündür (məsələn: mərkəzi prosessor operativ yaddaşdan hər hansı məlumatı oxumaq istəyirsə onda mərkəzi prosessora uyğun ünvan göndərilir). Ünvan şininin mərtəbəsi ünvanlandırıla bilən ünvanlar fəzasının ölçüsünü müəyyən edir.
Şin (Şəki)
Şin — Azərbaycan Respublikasının Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şin — hələ Azərbaycan dövləti yaranana qədər mövcud olmuş qədim Rutul kəndlərindən biri. 19-20-ci əsrlərdə Şinaz və Borç kəndlərinin köçürülən sakinləri hesabına kəndin əhalisi artmışdır. Birinci mərhələ: Şəki xanı Məhəmmədhəsən xanın hakimiyyəti dövründə Dağıstan Muxtar Respublikasının Rutul rayonundan 61 ailə Şin ərazisinə, 45 ailə isə Daşağıl bölgəsinə məskunlaşmışdı. Onlar atlı dəstələr təşkil edərək Məhəmmədhəsən xanla birlikdə hərbi yürüşlərdə iştirak edirdilər. Bu ailələr 1824-cü il siyahıya alınmasına qədər dövlətə vergi vermirdilər. Bu torpaqlar Gəray bəyə məxsus idi. Belə ki, Gəray bəyin torpaqlarında məskunlaşan ləzgilər bəyin torpaqlarını əkir və məhsulun onda bir (1/10) hissəsini bəyə vergi verirdilər. İkinci mərhələ: Borç kəndinin dağılması nəticəsində bu kəndinin əhalisinin bir qismi cənuba, digər qismi şimala üz tutdu. Cənuba üz tutan əhali Şin kəndinin dağlıq ərazilərində və Şorsu kəndində məskunlaşdılar.
Şin Feyn
Şinn Feyn (irl. Sinn Féin) – İrlandiya və Şimali İrlandiyada mövcud olan siyasi partiya. == Tarixi == == İştirak etdiyi seçkilər == == Hökumətdə və parlamentdə təmsilçiliyi == == Himni == == Bayrağı və emblemi == == Partiya qərargahı == 1905-ci ildə yaradılan və İrlandiya siyasi tarixində mühüm yer tutan partiyalardan olan Şinn Feyn partiyasının mənzil qərargahı Dublin şəhərində yerləşir.
Şin Koyamada
Şin Koyamada (yap. 小山田 真; 10 mart 1982, Okayama) — amerikalı və yapon aktyor və film prodüseri. 1982-ci ildə Yaponiyanın Okayama prefekturasının Okayama qəsəbəsində anadan olub.
Şin bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şin parkı
Nişirokuqo parkı (西六郷公園, Nişirokuqo koen) – Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı (タイヤ公園, Tayya koen) kimi tanınır. == Xüsusiyyətlər == Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir. Sahəsi təxminən 3700 m2 təşkil edir. Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır. Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur. Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir. Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur. Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir. Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir.
Şin (Xudabəndə)
Şin (fars. شين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (20 ailə).
Florans İskavel Şin
Florans İskavel Şin (ing. Florence Scovel Shinn); Amerikalı rəssam və kitab şəkil çəkərcisi (illüstratoru) idi ki orta yaşlarında Yeni düşüncə tərzinin müəllimi və metafizik yazıçısı oldu. O, Yeni düşüncə dairələrində, daha çox ilk kitabı "Həyat oyunu" (ing. The Game of Life and How to Play It ;1925)na görə yaxşı tanınır. == Qaynaqlar == "Florence Scovel Shinn" in Encyclopedia Americana, 1961.
Güzik (Şinatal)
Güzik (fars. گوزيك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 206 nəfər yaşayır (32 ailə).
Hideo Şinocima
Hideo Şinocima (21 yanvar 1910 - 11 fevral 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Katsuyoşi Şinto
Katsuyoşi Şinto (d. 15 sentyabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.
Li Ka-şinq
Li Ka-şinq (çin. 李嘉誠爵士; d. 29 iyul 1928, Çaojou, Çin) — Çin milyonçusu, dünyanın ən zəngin adamlarından biri. "Cheung Kong Group" və "Hutchison Whampoa" şirkətlərinin sahibi. == Həyatı == Li Ka-şinq 29 iyul 1928-ci ildə Çinin Çaojou şəhərində kasıb müəllim ailəsində anadan olmuşdur. Valideynləri ilk olaraq ona Li Ka-li Çzyaçen adı veriblər. Lakin sonradan yapon ordusundan qorunmaq üçün ailəsi Honkonqa köç edəndə adını dəyişiblər. Gələcək milyarderin ailəsi kasıb olsa da, adlı-sanlı olub. Belə ki, Çində müəllimlik peşəsi ən prestijli, şərəfli peşə hesab olunurdu. Bu səbəbdən də Şinqin atasına hər kəs hörmət edirmiş.
Makoto Şinkay
Makoto Şinkay (新海誠, Shinkai Makoto, d. 9 fevral 1973) — yapon animasiya rejissoru, manqaka, seyyu. Əsl adı Makoto Niitsudur. Məktəb illərindən manqa, anime və ranobe istehsal etmək istəyirdi. Ən çox sevdiyi anime - Hayao Miyazakinin "Castle in the Sky"-dır. Bəziləri onu yeni Miyazaki adlandırsalar da, Şinkay onu həddindən artıq qiymətləndirdiklərini söyləyir. Həm də o, Miyazakidən fərqlənən bir üsulda işləmək istədiyini bəyan etmişdir. == Yaradıcılığının xüsusiyyətləri == Başqa animatorlarla fərqi ondadır ki, Şinkay çox vaxtı işin əsas hissəsini öz üzərinə götürməyə çalışır. İlk layihələrini – "Voices of a Distant Star" və "She and Her Cat", tamamilə özünün ev kompüterində yaratmışdı, seyyu rolunu isə həyat yoldaşı Miko Şinohara ifa edirdi. Qatarlar Şinkay üçün bir növ fetiş sayılır və onun yaradıcılığında böyük rol oynayırlar.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. == Haqqında == Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Məzrayə-i Şinətal-i Süfla (Salmas)
Məzrayə-i Şinətal-i Süfla (fars. مزرعه شناتال سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 33 nəfər yaşayır (4 ailə).
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. == Həyatı == Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. == Ədəbi fəaliyyəti == Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Oskar Şindler
Oskar Şindler (Oscar Schindler; 28 aprel 1908[…], Svitavi[d] – 9 oktyabr 1974[…], Hildeshaym[d], Aşağı Saksoniya) — İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər Yəhudini Holokostdan qurtaran alman iş adamı. == Həyatı == Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində, Zwittauda anadan olmuşdur. Zwittau bugünkü Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser, Roma katoliki idilər, ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar. Oskar bacısı Elfriede ilə çox yaxın idi. Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi. 1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi. Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbsə atıldı, ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.
Püstəyarpaq şinus
Püstəyarpaq şinus (lat. Schinus terebinthifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Vətəni Cənubi-Şərqi Braziliya, Şimali Argentina və Paraqvaydır. ABŞ-in cənub ştatlarında, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Çində, Cənubi Afrikada, Sakit okean və Karib dənizinin adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7–10 m olan, şaquli budaqlı kiçik ağacdır. Qısa, güclü budaqlı gövdəsi vardır. Yarpaqları uzunsov lansetvari, lələkvari, uzunluğu 10-22 sm-dir, 3-15 xırda yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları oval formalı, uzunluğu 3-6 sm, eni 2-3,5 sm, kənarları dişlidir. Xırda, ağ, çiçəkləri süpürgələrə yığılmışdır. Yumru giləmeyvəlidir, diametri 4–5 mm-dir, 1 toxumludur, qırmızı rənglidir.
Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı
Mavritaniyadakı Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı 1996-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmışdır. Sözügedən şəhərlər XI əsrdə, Böyük Səhradan keçən Trans-Saxara ticarət karvanlarının dayanacaq yer olaraq qurulmuşdur. Bir zamanlar çiçəklənən Saxara mədəniyyət mərkəzləri olan bu şəhərlər bu gün təkcə ticarət yollarının köklü şəkildə dəyişməsi səbəbindən deyil, hər şeydən əvvəl səhranın getdikcə irəliləyən qumları səbəbindən bir çox çətinliklərlə yaşayır.
Saburo Şinosaki
Saburo Şinosaki — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Sallaq şinus
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Arealı == Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır. == Botaniki təsviri == 1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya və quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.
Tatyana Şinkarenko
Tatyana Şinkarenko (d. 26 noyabr 1978) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Tatyana Şinkarenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yaqub Şinkieviç
Yaqub Şinkieviç (16 aprel 1884, Lyaxoviçi[d], Minsk quberniyası[d] – 1 noyabr 1966, Vaterburi[d]) — şərqşünaslıq üzrə fəlsəfə doktoru, 1925-ci ildə yenicə müstəqil olmuş Polşanın seçilmiş ilk müftisi. == Həyatı == Yaqub Şinkieviç 1884-cü ilin 16 aprelində Lyaxavişi bölgəsində anadan olmuşdur. Bu bölgə o dövrdə Rusiya imperiyasının Minsk quberniyasına tabe idi. Lyaxavişi 1921-ci ildən 1939-cu ilə qədər Polşanın bir parçası olmuşdur. Hal-hazırda isə Belarusa məxsusdur. Tatar ailəsində doğulan Yaqub Şinkieviç Süleyman və Fatma adlı şəxslərin övladıdır. Ailədə bir qardaşı və bir bacısı olmuşdur. Qardaşı Mustafa Şinkieviç Lipka Tatarları Cəmiyyətinin (polyakca: Związek Tatarów Litewskich) rəhbəri olmuşdur. Bacısının adı Əminədir. 1904-cü ildə Minsk Ali Məktəbini bitirmişdir.
Yumşaq şinus
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Yuxarı Şinətal (Salmas)
Yuxarı Şinətal (fars. شناتال عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (67 ailə).
Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora? (film, 2013)
"Çou Çou Momo dadlıdır, yoxsa Şinqcu Bora?" filmi — 2013-cü ildə çəkilmiş meytey dilli Hindistan filmi. == Filmin haqqında == 27 oktyabr 2013-cü ildə nümayiş olunan film ən uzun adlı hind filmidir. Film Mani ilə Nuqşitombinin arasındakı sevgi eskizlərini cızır və onların qarşılaşdıqları kiber cinayətdən bəhs edir.
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. == Həyatı == İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Şato-Şinon (rayon)
Şato-Şinon (fr. Château-Chinon) — Fransanın Burqon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Şato-Şinon. Rayon əhalisi 2006-cı ildə 27 460 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 14 nəf / km². Rayon sahəsi — 1929 km².

şin sözünün leksik mənası və izahı

  • 1 is. [alm. Schine] 1. Təkər qurşağı; təkərin üstünə taxılan dəmir çənbər. Təkərin dəmir şini xırda daşları əzib qıcırdadı. İ.Şıxlı. // Avtomobil təkərinin, içi hava ilə doldurulan rezin çənbəri. Şinlər [avtomobilin] sərbəst gedişini təmin etmək və hərəkət hissələrini tez yeyilmədən qorumaq üçündür. Ə.Əliyev. 2. tib. Bədənin (çox vaxt qolun, qıçın) bintlənmiş yerinin tərpənməməsi üçün sarğının altından qoyulan lövhəcik.

    Azərbaycan dilinin izahlı lüğəti / şin
  • 2 ə. ərəb, fars və əski Azərbaycan əlifbalarında hərfinin adı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şin

şin sözünün rus dilinə tərcüməsi

  • 1 покрышка (на автомобильных колесах)

    Azərbaycanca-rusca lüğət / şin
  • 2 I сущ. шина: 1. металлический обруч, которым обтянут обод колеса 2. резиновый обруч, а также оболочка из прорезиненной ткани (покрышка) с резиновой камерой. Avtomobil şini автомобильная шина, kamersiz şinlər бескамерные шины, rezin şin резиновая шина, yüksək təzyiqli şinlər шины высокого давления, partlamış şin лопнувшая шина 3. мед. приспособление, служащее для наложения повязок, обеспечивающих неподвижность больной или поврежденной части тела. Şin qoymaq наложить шину II прил. шинный (относящийся к шине, предназначенный для шин, их изготовления). Şin istehsalı шинное производство, şin zavodu шинный завод; мед. şin sarğısı шинная повязка

    Azərbaycanca-rusca lüğət / şin

şin sözünün inglis dilinə tərcüməsi

şin sözünün fransız dilinə tərcüməsi

şin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [alm. Schine] сущ. шина (1. шин (чархунал акьалждай ракьун ва я резиндин банд, ченбер); // шинрин (мес. завод); 2. мед. бедендин (гзафни-гзаф гъилин, кӀвачин) бинт арушзавай чка юзун тавун патал кутадай кьелечӀ кьул хьтин затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / şin

şin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (İmişli) sovrulmamış taxıl topası. – Şində iki xırman taxıl vardı II (Qax) taxtabiti

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şin nədir? #şin sözünün mənası #şin nə deməkdir? #şin sözünün izahı #şin sözünün yazılışı #şin necə yazılır? #şin sözünün düzgün yazılışı #şin leksik mənası #şin sözünün sinonimi #şin sözünün yaxın mənalı sözlər #şin sözünün əks mənası #şin sözünün etimologiyası #şin sözünün orfoqrafiyası #şin rusca #şin inglisça #şin fransızca #şin sözünün istifadəsi #sözlük