* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Döş, köks. [Müəllim] Tellinin nəfəs aldıqca qalxıb-enən sinəsinə baxırdı. S.Hüseyn. Qız başını sinəsinə endirdi. M.Hüseyn. // Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyəsi; döş qəfəsi. 2. Yamac. Dağların sinəsindən axıb gələn bulaqlar və xırda çaylar isə birləşərək daha güclü və iri çaylara çevrilir. M.İbrahimov. Budur, dikbaşlı dağlar; Sinəsi daşlı dağlar; Yerli-dibli sökülür. M.Müşfiq. 3. məc. Ürək, qəlb mənasında. Sinəm yanır. Sinəsində məhəbbəti olmaq. – Aləm bilir, çoxdur sinəmdə dərdim; Doqquz ay qoynumda oğul bəslədim. “Aşıq Qərib”. Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl eylə imtahan, ölürəm. X.Natəvan. 4. Sinəsindən şəklində – özündən. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib. N.Vəzirov. ◊ Sinə gərmək – özünü qorxmadan qabağa verərək, mərdcəsinə qorumaq, müqavimət göstərmək; köks gərmək. O hər cövrə, cəfaya sinə gərdi, dayandı; Yanmadı tək həyatda, öləndə də o yandı! B.Vahabzadə. Sinə vermək – bax sinə gərmək. Sinə vurmaq – məhərrəm ayında yas əlaməti olaraq əlləri ilə öz sinələrinə vurma mərasimi. [Uşaqlar] sıra ilə oturub, avaz ilə … mərsiyə deyər, sinə vurardılar. H.Sarabski. [Fərəc:] Mən danışdıqca, ərz olsun, gərək siz də ağlayasınız və sinə vurasınız. Qantəmir. Sinəsinə dağ çəkmək – bax ürəyinə dağ çəkmək (“ürək”də). [Əbdül:] [Saranın] ölümü mənim sinəmə dağ çəkdi. C.Cabbarlı. Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Mir Cəlal. Mən tez endim atımdan, əyildim ona sarı; Sinəmə dağ çəkirdi həzin pıçıltıları. B.Vahabzadə. Sinəsinə sərin su səpmək – bax ürəyinə buzlu su səpmək (“ürək”də). Nisə xalanın sinəsinə sərin su səpdilər. Mir Cəlal. Sinəsinə yatmaq (düşmək) – bax ürəyinə yatmaq (“ürək”də). Dəmirin hərəkətləri, hazırcavablığı Sevdim kişinin sinəsinə yatırdı. Ə.Vəliyev. Sinəsini qabağa (irəli) vermək (sipər etmək) – bax sinə gərmək. [Rüstəm Qızyetərə:] Nə deyəcəksən, həm manqabaşçısısan, həm də fəal, sinəni ver qabağa, katibi oturt yerində. M.İbrahimov. Cəngavərlər sinələrini sipər edib, ağ gün uğrunda ölümdirim döyüşlərinə atılırlar. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / sinə2 f. döş, bağır, köks. Sinei-məcruh yaralı sinə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sinə2 сущ. грудь: 1. передняя часть туловища от шеи до живота. Batıq sinə впалая грудь, sinəsinə sıxmaq (başmaq) kimi, nəyi прижать к груди кого, что 2. эта часть туловища как вместилище лёгких. Sinəsi xışıldayır у него хрипит в груди 3. перен. эта часть туловища как вместилище сердца и средоточие сердечных волнений, переживаний. Sinəm dərdlə doludur грудь моя полна горя ◊ sinəsinə dağ çəkmək (sinəsini dağlamaq) kimin причинять, причинить к ому острую боль; sinəsini boşaltmaq высказаться, выпустить пар (дать выход гневу, раздражению); sinə gərmək nəyə стоять, стать грудью за кого, за что; sinəsinə yatmaq приходиться, прийтись по душе, сердцу; sinəsini qabağa vermək выходить, выйти вперед; sinəsini sipər etmək стоять, стать грудью; sinəsinə döymək бить себе в грудь; sinəsinə yağ kimi yayılır как (будто) маслом по сердцу (о чём-л., доставляющем большое удовольствие – обычно о хвалебном отзыве, хвалебных словах)
Azərbaycanca-rusca lüğət / sinə1 i. breast, chest; geniş / meydan ~ broad chest; bir kəsi ~sinə basmaq to strain smb. to one’s breast; O, uşağı sinəsinə basdı He / She pressed the child to his / her breast, He / She strained the child to his / her breast; ◊ bir kəsi ~si ilə müdafiə etmək to stand* up staunchly (for), to defend with might and main (d.); ◊ ~si dağlı olmaq to have* much sorrow (in one’s life); ◊ ~sinə dağ çəkmək to give* much pain / trouble (to)
Azərbaycanca-ingiliscə lüğət / sinə1 [fars.] сущ. 1. хур; хуру; // хурун къефес; 2. хур, ччин (дагъдин); 3. пер. рикӀ; 4. sinəsindən хуралай, вичелай; ** sinə gərmək хур гун, хур вилик гун, хур вилик гана мерддаказ хуьн, хура акъвазун; sinə vermək кил. sinə gərmək; sinə vurmaq хур гатун (мегьарамдин вацра ясдин лишан яз гъилеривди хур гатадай мярекат); sinəsinə dağ çəkmək кил. ürək (üəyinə dağ çəkmək); sinəsinə sərin su səpmək кил. ürək (ürəyinə buzlu su səpmək); sinəsinə yatmaq (düşmək) кил. ürək (ürəyinə yatmaq); sinəsini qabağa (irəli) vermək (sipər etmək) кил. sinə gərmək.
Azərbaycanca-ləzgicə lüğəti / sinə