Hinədəli
Hinədəli dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb yamacında, silsilədən qərbə ayrılan Rəmlər qolunun suayrıcında, Tənənəm kəndindən 3,5 km şimal-şərqdə yerləşən dağ (hünd. 2101,3 m). Üst Triasa aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının cənub-şərq batım hissəsində müşahidə edilən Bəzəkli qılıcvari antiklinalının şərq qanadında yerləşir.