* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer; yurd, köç. Qaya çobanın yaşadığı kiçik binə böyüməyə başlayıb, bir kənd şəklinə düşür. M.S.Ordubadi. Pası yaylaqdan kəndin yanındakı binəyə enmişdi. S.Rəhimov. Sadıq kişi Kürün o tayındakı binəyə getməli oldu. M.Hüseyn. 2. dan. bax bina. Fəhlələr yer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, kəndir uzadar, başlayıb divarı qaldırardı. Mir Cəlal. Yarğan yarar sinəsini dağların; Sular ovar binəsini dağların. R.Rza. 3. məh. Ov quşunun gizləndiyi, sığındığı yer.
Azərbaycan dilinin izahlı lüğəti / binə2 Köçərilərin mal-qara ilə köçüb məskən saldıqları yer, yurd, köç. (“Koroğlu” dastanının lüğəti) İstanbulun ətrafında yazda, yayda camahat binələrə çıxerdı. Bu binələrin birində gizdin bir yerdə bir mağara varıydı. (“Ağcaquzu”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası / binə1 Yaylaqda yaşayış yerinə “binə” deyirlər: bina “lövbər salınan yer” deməkdir, alınma sözdür, ərəbcədir. Binəli sözü də var və “həqiqətən”, “birdəfəlik” mənalarında işlədilir. Binəli getmək “evli – eşikli (birdəfəlik getmək)” deməkdir. S.Vurğun “Binələri çadır – çadır, çox gəzmişəm özüm, dağlar” deyəndə yaylaqdakı çadırları (“binaları”) nəzərdə tutmuşdur. Deməli, binə kəlməsi bina sözünün bir qədər dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / binə2 сущ. диал. 1. кочевье, стоянка кочевников 2. стойбище 3. разг. основание, фундамент. Fəhlələr evin binəsini qoyurdular рабочие возводили фундамент дома 4. диал. жилище-времянка
Azərbaycanca-rusca lüğət / binə1 сущ. 1. пуна, куьч, серден; 2. рах. кил. bina; 3. нугъ. гъуьрчен къуш чуьнуьх жедай, илис хьана акъваздай чка.
Azərbaycanca-ləzgicə lüğəti / binəI (Cəbrayıl, Füzuli, Kürdəmir, Salyan, Şamaxı, Şəmkir, Zaqatala) köçərilərin qış aylarında kənddən kənar heyvan saxladıqları yer, məskən. – Qoyunnar yayda yeylaxda olıcax, qışda binədə olıcax (Zaqatala); – Binəmiz daşdıcadadı (Füzuli); – Bı kətdə bi binə var (Salyan) II (Kürdəmir, Şəki) çəltik biçini zamanı çöldə düzəldilən müvəqqəti yaşayış yeri. – Biyil də binəni bildirki binə yerində tix’mişıx (Şəki) III (Cənubi Azərbaycan) vələ qoşulan sonuncu cüt heyvan. – Binəni bərk bağla, açılmasın IV (Təbriz) özül, bünövrə. – Öyün binəsinə qonşularımız da kömax elədilə
Azərbaycan dilinin dialektoloji lüğəti.