binəva sözü azərbaycan dilində

binəva

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • binəva • 80.8824%
  • Binəva • 13.2353%
  • BİNƏVA • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.18
2006 •••• 0.23
2009 ••• 0.16
2010 •• 0.09
2012 •• 0.09

binəva sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Yazıq, fağır, bədbəxt, zavallı, nəsibsiz. Bunca cəfalərin görüb ol binəva könül; Ol bivəfayə, gör yenə ümmidvar olur. S.Ə.Şirvani. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Ə.Haqverdiyev. …Uşaqlar da özlərini saxlaya bilmədilər və binəva, ölmüş ananın qəbrinə göz yaşları tökülməyə başladı. Ə.Əbülhəsən. □ Binəva olmaq – yazıq olmaq, binəsib olmaq, bədbəxt olmaq. Sənsiz olmuşam zarü binəva; Hicr düşkünü, rindü mübtəla. Nəbati; // İs. mənasında. Rəhm et məni-zarü binəvayə; Dərdi-dilimi yetir dəvayə. Füzuli. Sübhədək binəva çəkər zəhmət; Kəndi övladına verər rahət. M.Ə.Sabir. [Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan; binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / binəva

binəva sözünün sinonimləri (yaxın mənalı sözlər)

binəva sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BİNƏVA – ZALIM Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək (Ə.Haqverdiyev); Nə yaman dərd imiş zalım ayrılıq (Molla Cümə).

    Azərbaycan dilinin antonimlər lüğəti / binəva

binəva sözünün rus dilinə tərcüməsi

binəva sözünün inglis dilinə tərcüməsi

binəva sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. pauvre (isimdən əvvəl), déshérité, -e (isimdən sonra), misérable, triste, malheureu//x, -se, infortuné, -e, malchanceu//x, -se ; ~ insan un triste sire

    Azərbaycanca-fransızca lüğət / binəva

binəva sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

BİNƏVA1 f. yazıq, fağır. BİNƏVA2 f. səssiz, sədasız.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"binəva" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#binəva nədir? #binəva sözünün mənası #binəva nə deməkdir? #binəva sözünün izahı #binəva sözünün yazılışı #binəva necə yazılır? #binəva sözünün düzgün yazılışı #binəva leksik mənası #binəva sözünün sinonimi #binəva sözünün yaxın mənalı sözlər #binəva sözünün əks mənası #binəva sözünün etimologiyası #binəva sözünün orfoqrafiyası #binəva rusca #binəva inglisça #binəva fransızca #binəva sözünün istifadəsi #sözlük