Binədərəsi
Binədərəsi (əvvəlki adı: Banazur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Banazur kəndi Binədərəsi kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binədərəsi kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
== Toponimikası ==
XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı təhrif olunaraq Banazur adlandırılmışdır. Oykonim bana (alcaq tirə) və zur (ust, təpə) sözlərindən düzəlib, "tirənin üstü" deməkdir. Kəndin adı 1992-ci ildən Binədərəsi kimi rəsmiləşdirilmişdir. Keçən əsrin əvvəllərində Qubadlı qəzasında Binədərəsi kəndi qeydə alınmışdır. Oykonim "müvəqqəti yaşayış məntəqəsi olan dərə" mənasındadır.
== Tarixi ==
=== Tarixi abidələri ===
Binədərəsi kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
== Coğrafiyası və iqlimi ==
Kənd dağətəyi ərazidə, Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.