şiv sözü azərbaycan dilində

şiv

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şiv • 51.4286%
  • Şiv • 48.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hisar Şivan (Xudabəndə)
Hisar Şivan (fars. حصارشيوان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (17 ailə).
Kumandin şivəsi
Kumandın şivəsi — kumandıların dili, şimali altay dilinin üç şivəsindən biri. Öz adlanması: kumandı / kubandı / kuyandı / kuvandıq. == Ədəbiyyat == Баскаков Н. А. Алтайский язык (введение в изучение алтайского языка и его диалектов). М., 1958. Баскаков Н. А. Диалект кумандинцев (куманды-кижи): грамматический очерк, тексты, переводы и словарь. М., 1972. Сатлаев Ф. А. Кумандинцев язык // Красная книга языков народов России: Энциклопедический словарь-справочник. М., 1994. С. 34-35. Сатлаев Ф. А. Кумандинцы: Историко-этнографический очерк XIX — первой четверти XX века.
Sadhana Şivdasani
Sadhana Şivdasani (2 sentyabr 1941, Kəraçi, Britaniya Hindistanı – 25 dekabr 2015, Mumbay) — Sadhana kimi də tanınan, hind aktrisası. 1960–1981-ci illərdə kino sənayesində fəal iştirak etmişdir. Rac Xoslanın rejissoru olduğu filmlərdə sirli qadınları canlandırdığı üçün xalq arasında "Sirli Qız" kimi tanınan Şivdasani 1960-cı illərin ortalarından 1970-ci illərin əvvəllərinə qədər ölkədə ən çox qazanan aktrisalar arasında olmuşdur. Kəraçidə anadan olan Şivdasani və ailəsi Hindistanın parçalanmasından sonra üsyanlar zamanı 7 yaşında ikən Mumbaya köçmüşdür. O, uşaqlığından aktrisa olmağa can atmışdır və təhsilini Jai Hind Kollecində başa vurmuşdur. Shree 420 (1955) filmində diqqətdən kənarda qaldıqdan sonra Şivdasani rejissor Sashadhar Mukherjee tərəfindən kəşf edilmişdir və onu aktyorluq məktəbinə yazdırmış və sonradan ona "Simlada Sevgi" (1960) romantik komediyasında ilk baş rolunu vermişdir. Simlada Sevgi filminin müvəffəqiyyət qazanmasından sonra Şivdasini bir neçə filmdə, o cümlədən Parax (1960) və Əsli-Nəqli (1962), döyüş filmi Hum Dono (1961) və macəra filmi Ek Musafir Ek Haseena (1962) filmlərində özünü sübut etmişdir.
İlisu şivəsi
İlisu şivəsi — Qax rayonunun İlisu, Sarıbaş, Ağçay kəndlərində istifadə olunur. Şimal qrupu dialekt və şivələrinə aiddir. (Şəki dialekti, Zaqatala-Qax şivəsi). İlisunun ən böyük tarixi məziyyəti qədim türk-oğuz,Dədə Qorqud dilini qoruyub saxlamasıdır. İlisu şivəsi haqqında təsəvvür yaratmaq üçün onu başqa dialekt və şivələrimizdən ayıran başlıca xüsusiyyətləri nəzər-diqqətə çəkmək vacibdir. İlisuda yaşayan əhəlinin nitqində aşağıdakı maraqlı, səciyyəvi fonetik, morfoloji və leksik xüsusiyyətlər mövcuddur. İlisu şivəsi ilə ilk tanışlıq onun zəngin fonetik xüsusiyyətlərindən başlayır. İlisu şivəsində fonemlər rəngarəngdir. Bu fonemlərin incə xüsusiyyətləri var. Bu xüsusiyyətlər İlisu şivəsini öyrənən və fonemləri tələffüz etməyə çalışan şəxslər üşün çox çətinlik törədir.
Şiva
Şiva (sanskr. शिव) — hinduizmdə ən qədim tanrılardan biri. Hinduizm üç tanrı prinsipini gözləyir və bu tanrılar Brahma (yaradıcı), Vişnu (Qoruyucu) və Şivadır (dağıdıcı). Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir.
Şiva (Mortal Kombat)
Şiva (ing. Sheeva) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Şiva Şokan ailəsinə mənsubdur.
Şivanın üçüncü gözü (film, 1991)
Şivanın üçüncü gözü (hindcə orijinal adı: Trinetra) 1991-ci ildə Harri Bawejanın rejissoru olduğu, baş rollarda Mithun Chakraborty, Shilpa Shirodkar, Diepa Sahi, Gulshan Grover və Amrish Puri və Dharmendranın iştirak etdiyi hindi dilində çəkilmiş döyüş filmidir. Buraxıldığı zaman bamperin açılmasına nail olmuşdur. O, təqribən 2 cr ilə hazırlanmış və 3,5 cr-dan çox ümumi kolleksiya əldə etmiş və kassada orta göstəricidən yuxarı nəticə əldə etmişdir. Şivanın üçüncü gözü vicdanlı atasını itirmiş bir oğulun bir qrup pis ağıla malik olan mənfi insandan intiqam almasının hekayəsidir. Bu film, ərini itirmiş bir qadının oğulunun anasına olan sonsuz məhəbbətindən bəhs edir. Bu film, bir oğulun atasının qatillərindən intiqam almasının hekayəsidir. Raca oxumağa həvəsi olan müğənnidir və cənab Sinqaniya vasitəsilə Dubayda oxumaq şansı qazanır. O bu haqda hamilə arvadı Seemaya xəbər verir və onları birlikdə daha firavan bir həyatın gözlədiyini bildirir. Bu baş verməmişdən əvvəl Raca Sinqaniyanın ondan narkotik vasitəni çamadanında daşımaq üçün istifadə edəcəyini öyrənir, buna etiraz edir və arvadının gözü qarşısında vəhşicəsinə öldürülür. Onun arvadı təcavüzkarlardan qaçaraq canını onlardan xilas edir və Bhaqvan Şri Şankar məbədi yaxınlığında bir oğlan uşağı dünyaya gətirir və uşağa Şiva adını verir.
Şivavakan (Sərdəşt)
Şivavakan (fars. شيواوكان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (26 ailə).
Şivaçi
Şivaçi (marathi छत्रपती शिवाजीराजे भोसले; 19 fevral (1 mart) 1627 – 3 (13) aprel 1680) — Maratha İmperiyasının banisi və ilk hökmdarı (1674-1680).
Şivaşan (Gavork-i Nalin dehistanı)
Şivaşan (fars. شيواشان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (4 ailə).
Şivaşan (Sərdəşt)
Şivaşan (fars. شيواشان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (25 ailə).
Şiveylər
Şiveylər(çin. ənən. 室韋, sadə. 室韦, pinyin: shìwéi, hərfi mənası: "Шивэй", bu cür də yazılırdı: 失韋 shīwéi) —Monqol dilli köçəri xalq. Erkən orta çağdakı Şi-veylərlə bağlı bilgiləri də yenə biz Çin qaynaqlarından öyrənirik. Uygur və ya digər Türk yazılarında Şi-veylər ilə əlaqəli Şi-vey ya da onun Türkcə qarşılığı haqqında hər hansı bir ada rastlanılmamışdır. Uyğur dönəminin əvvəllərində Şi-vey tayfaları olduqca güclü və müstəqil bir şəkildə yaşadılar. Çünki bu sıralarda Tanq imperiyası və Uyğur dövlətinin onlarla məşğul olacaq boş zamanları yox idi. Çin qaynaqlarında uyğurlar haqqında; “şərqdə Şi-vey, qərbdə Altay dağları, cənubda Qobi çölü Uyğur dövlətinin sərhəd-sınırları içinə girdi. Yəni uyğurlar bütün göytürklərin torpaqlarına sahib oldular”, deyilməkdədir.
Şivlik
Şivlik — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şivlik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Şivlə
Şivlə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Şivlə kəndi Lerik rayonun mərkəzindən təqribən 25 km aralı məsafədə yerləşir. Bu kənd Biləvər, Geskon, Osyodərə və Çeşman kəndləri ilə həmsərhəddir. Şivlə kəndi Lerik rayon mərkəzindən qərbdə yerləşir. Osyodərə inzibati ərazisinə daxildir. Əhalisinin sayına görə ərazidə üçüncü kənddir (538 nəfər).[mənbə göstərin] Əhalisinin məşğuliyyəti əkinçilik və maldarlıqdır. Təqribən XIV əsrin birinci yarısında yaranmışdır. Qədim ərəb mənbələrində Şiblə kimi qeyd olunur. Mənası övliya, müqəddəs deməkdir. 1935-ci ildə kənddə ilk talışdilli məktəb yaradılıb.
Şivolko adası
Şivolko adası — Yapon dənizində, Böyük Pyotr körfəzində yerləşən ada. Rikord adasından cənub-şərqdə, Jeltuxin adasından şimal-qərbdə yerləşir. Ada ilk dəfə Vasili babkinin ekspedsisiyası tərəfindən 1862—1863-ci illərdə xəritəyə salınmışdır. Öz adını isə Yeni Torpaq arxipelaqının araşdırılmasında, Pyotr paxtusovun ekspedisiyasında iştirak etmiş gizir Avqust Şivolkonun şərəfinə adlandırılmışdır. Maksimal hündürlüyü 32 metrdir. Adadan 300 metr şimal-şərqdə dərinliyi 0,6 m olan rif vardır. Cənub sahilində isə əsrarəngiz mağara var.
Şivyar (Miyanə)
Şivyar (fars. شيويار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 266 nəfər yaşayır (86 ailə).
Şivyar (Çaroymaq)
Şivyar (fars. شيويار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 126 nəfər yaşayır (29 ailə).
Şivə (Salmas)
Şivə (fars. شيوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 203 nəfər. yaşayır (30 ailə).
Şivə (dəqiqləşdirmə)
Şivə — dialekt, ləhcə. Şivə (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. ‎Şivə (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Şivə (İcrud)
Şivə (fars. شيوه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,388 nəfər yaşayır (324 ailə).
Şivəbirov (Üşnəviyyə)
Şivəbirov (fars. دوربه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 396 nəfər yaşayır (74 ailə).
Şivəcu (Sərdəşt)
Şivəcu (fars. شيوه جو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (19 ailə).
Volter Şivhart
Voltr Endruv Şivhart (18 mart 1891[…], Nyu Kanton[d], İllinoys – 11 mart 1967[…], Parsippani-Troy-Hills[d], Nyu Cersi) — Statistik prosesə nəzarətin (SPC) atası kimi tanınan Amerikalı fizik, mühəndis və statistik.
Şəmkir şivəsi
Şəmkir şivəsi — Azərbaycanın Şəmkir və Tovuz rayonlarında geniş yayılmış, Azərbaycan dilinin qərb dialektlər qrupuna daxil olan şivəsi. Şəmkir rayonunun dialektləri fonetik, morfoloji və leksik xüsusiyyətlərinə görə bir neçə zonaya bölünür. Birinci zona Dəllər, Dəllər Cəyir, Daşbulaq, Dəllər Cırdaxan, Qapanlı, Çaparlı, Keçili, Qaracəmirli, Yeniabad, Xuluf və başqa kəndləri əhatə edir, Dəllər zonası adlanır. İkinci zonaya Yuxarı Seyfəli, Aşağı Seyfəli, Mahmudlu, Maf və başqaları daxildir. Üçüncü zonaya Düyərli, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, İrmaşlı, Morul, Şeidlər, Hacıalılar kəndləri daxildir. Aşıq Hüseyn Şəmkirli (1811–1891) — XIX əsr aşıq və şairi. Yəhya bəy Dilqəm (1830–1865) — XIX əsr aşıq və şairi. Məhəmməd Cəfər Miskin (d. XIX) — XIX əsr şairi və satirikçisi. Qaçaq Gülsüm (1861–1962) — qaçaq, xalq qəhrəmanı.
Şivələr
Şivə, həmçinin subdialekt və ya altdialekt (q.yun. διάλεκτος, "diskurs") — müəyyən bir dildə danışanların kiçik, adətən coğrafi cəhətdən əlaqəli hissəsi tərəfindən ünsiyyətdə istifadə olunan dil növü. Bu, dialektin əsas bölgüsüdür. Булич С. К. Говор // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Говор // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.

şiv sözünün leksik mənası və izahı

  • 1 is. Ağacın nazik, kiçik budağı, cavan budaq. Qonaqlar Gülşənin göstərdiyi şivlərə, tez-tez qoparıb atdığı qönçələrə uzun müddət baxdılar. Ə.Vəliyev. Söyüd şivləri qırıldıqca yasavullar yenisini gətirirdilər. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / şiv

şiv sözünün sinonimləri (yaxın mənalı sözlər)

şiv sözünün rus dilinə tərcüməsi

  • 1 прут, стебель, побег (на дереве)

    Azərbaycanca-rusca lüğət / şiv
  • 2 I сущ. 1. побег (молодой стебель растения вместе с листьями). Cavan şivlər молодые побеги, yaşıl şivlər зелёные побеги 2. прут (тонкая гибкая ветка без листьев). Söyüd şivləri ивовые прутья II прил. молодой и прямой. Şiv budaq молодой и прямой побег III нареч. прямо и ровно. Şiv qalxmaq расти прямо и ровно

    Azərbaycanca-rusca lüğət / şiv

şiv sözünün inglis dilinə tərcüməsi

şiv sözünün fransız dilinə tərcüməsi

şiv sözünün ləzgi dilinə tərcüməsi

şiv sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəbrayıl) duru xörəyə qatılan az miqdarda un ◊ Şiv çəkmə (Cəbrayıl) – duru xörəyə az miqdarda un qatma. – Umaca şiv çəkdinmi?

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şiv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şiv nədir? #şiv sözünün mənası #şiv nə deməkdir? #şiv sözünün izahı #şiv sözünün yazılışı #şiv necə yazılır? #şiv sözünün düzgün yazılışı #şiv leksik mənası #şiv sözünün sinonimi #şiv sözünün yaxın mənalı sözlər #şiv sözünün əks mənası #şiv sözünün etimologiyası #şiv sözünün orfoqrafiyası #şiv rusca #şiv inglisça #şiv fransızca #şiv sözünün istifadəsi #sözlük