şivən sözü azərbaycan dilində

şivən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şivən • 96.2963%
  • Şivən • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

şivən sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Fəryad, fəğan, nalə, bərk ağlaşma, matəm, yas. Seyyid, aşiq olalı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Bülbül dedi: “– Dünyada o kimdir gülə bir gün; İllərcə zəbun etməyə şən könlünü şivən”. H.Cavid. □ Şivən etmək (qaldırmaq, qılmaq, qoparmaq, salmaq) – bərk ağlamaq, fəryad qoparmaq, fəğan etmək. Gedərəm, kuyində qıllam şivəni; Yığaram başıma dostu, düşməni. M.P.Vaqif. Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi. Ə.Haqverdiyev. // Qiyamət qoparmaq, haray salmaq, mərəkə qoparmaq. Əvvəllər evlənmək söhbəti düşəndə Şərif bir tikə narahat olub şivən eləməzdi. C.Məmmədquluzadə. // Yas, matəm, ağlaşma. Ölüsü bir gün, şivəni min gün. (Ata. sözü). □ Şivən qurmaq – matəm məclisi qurmaq, yas tutmaq. Namərd müxənnətin boynu vurulsun; Vay düşsün evinə, şivən qurulsun. Aşıq Ələsgər. Şivən qopmaq – fəryad qopmaq, bərk ağlaşma düşmək. …Yenicə yatağıma uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu. A.Şaiq. Bir az əvvəl qəmli və ağır sükuta batmış qadınlardan yenə şivən qopdu. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / şivən
  • 2 f. ah, nalə, fəryad, fəğan; matəm, yas. Şivəni-şeyn biabırçı fəryad; matəm fəryadı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şivən

şivən sözünün sinonimləri (yaxın mənalı sözlər)

şivən sözünün rus dilinə tərcüməsi

  • 1 плач, рыдание, вопли

    Azərbaycanca-rusca lüğət / şivən
  • 2 сущ. 1. плач, рыдание, вопли; şivən salmaq (eləmək, etmək, qaldırmaq, qoparmaq) рыдать, вопить, плакать навзрыд 2. прост. траур, печаль. Şivən qurmaq устраивать, устроить (держать) траур, траурную церемонию

    Azərbaycanca-rusca lüğət / şivən

şivən sözünün inglis dilinə tərcüməsi

şivən sözünün fransız dilinə tərcüməsi

şivən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. йикь-шуван, феряд, вай-гьарай, цӀвагъ, кӀевидаказ шехьун; яс, лугьунарун, шелар авун, шехьун, лугьунариз шехьун; // şivən etmək (qaldırmaq, qılmaq, qoparmaq, salmaq) йикь-шуван авун (акъудун, кутун, ттун), кӀевидаказ шехьун, феряд авун; къиямат акъудун, йикь акъудун, гьарай кутун; şivən qurmaq ясдин межлис туькӀуьрун, яс кьун; şivən qopmaq йикь-шуван акъатун, гьарай акъатун, шехьдай ванер гьатун.

    Azərbaycanca-ləzgicə lüğəti / şivən

"şivən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şivən nədir? #şivən sözünün mənası #şivən nə deməkdir? #şivən sözünün izahı #şivən sözünün yazılışı #şivən necə yazılır? #şivən sözünün düzgün yazılışı #şivən leksik mənası #şivən sözünün sinonimi #şivən sözünün yaxın mənalı sözlər #şivən sözünün əks mənası #şivən sözünün etimologiyası #şivən sözünün orfoqrafiyası #şivən rusca #şivən inglisça #şivən fransızca #şivən sözünün istifadəsi #sözlük