sız sözü azərbaycan dilində

sız

Yazılış

  • sız • 95.4545%
  • Sız • 2.2727%
  • SIZ • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məşhurların şəkillərinin sızması (2014)
Məşhurların şəkillərinin sızması və ya "Feppeninq" — 2014-cü il avqustun 31-də baş vermişdir. Əksəriyyəti qadınlara məxsus lüt şəkilləri Apple şirkətinə məxsus iCloud bulud sisteminə hakerlərin hücumu nəticəsində əldə olunub. Məşhurların sırasında Kirsten Danst, Keyt Apton, Cennifer Lourens, Meri Elizabet Uinsted və s. qadınlar olub (güman edilir ki, onların arasında Kim Kardaşyan da var). Cəmi yüzdən artıq məşhurun çılpaq şəkillərini yayılıb. Məşhurların əldə edilmiş faylları arasında bir neçə video da var. Məşhurların özəl fayllarını yaymış haker "TehSemyonov" internet ləqəbi ilə tanılır. Müğənnilərdən Viktoriya Castiz və Ariana Qrande kimi bəzi məşhurlar bəyan ediblər ki, əldə edilmiş şəkillər onlara aid deyil. Sentyabrın 2-də "Apple" bildirib ki, bəzi məşhurların internet hesabları, istifadəçi adı, parolu və təhlükəsizlik sualları hücüma məruz qalmışdır. Şəkillər əvvəlcə anon-ib, Reddit və and 4chan internet saytlarında yerləşmişdi.
Nerkin Sıznek
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dəğətəyi ərazidə yerləşir.
Sızanaq xəstəliyi
Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir. == Etiopatogenez == Sızanaq və ya akne xəstəliyinin yaranmasında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır: === Hiperseborreya === Yəni yağ vəzlərinin həddindən artıq ifrazı. Yağ vəzlərinin sintezi və ifrazı birbaşa insanın hormonal statusunua bağlıdır. Yağ vəzlərindəki hormon reseptorları və qandakı hormonların miqdarı arasındakı tarazlıq yağ vəzlərindəki möhtəviyyatın sintezini və ifrazını tənzimləyir. Genetik olaraq hiperseborreya halına meyilli olanlarda bu balans pozulduğu üçün üz dərisi və saçlarda yağlanma müşahidə olunur. Bu isə akne xəstəliyinə meyilliyə səbəb olur.
Sızdıq Sultan
Sızdıq Sultan Kenesarı oğlu (qaz. Сыздық Кенесарыұлы; 1837, Qazax xanlığı – 1910, Çimkənd, Rusiya Türkistanı general-qubernatorluğu) — Orta Asiyanın müxtəlif guşələrində ömrünün on beş ilini rus istilasına qarşı mübarizərə sərf etmiş Qazaxıstan sərkərdəsidir. Bəzi mənbələrdə adı Sadıq Sultan olaraq anılır. Son qazax xanı Kenesarı xan Qasımoğlunun oğludur. Qazax xanlığının sultanıdır. == Həyatı == === Uşaqlığı === Sızdıq Sultan 1837-ci ildə anadan olub. Atası Kenesarı xan sonuncu Qazaxıstan xanı olub. Kenesarı xan öləndə Sızdıq 10 yaşında idi. === Kokand xanlığının xidmətində === Sızdıq Kenesarı oğlu qardaşları Tayşıq və Əhmədlə birgə Kokand xanlığı ərazisində böyüyüb. Kokand xanlığı ordusuna qəbul ediləndən sonra hər birinə pansədbaşı (500 nəfərlik dəstə komandiri, pansəd farsca 500 deməkdir) rütbəsi verilib.
Sızma cərəyanından mühafizə avtomatı
Sızma cərəyanından mühafizə avtomatı — Elektrik sızmaları yaranan zaman ciddi zədələnmələrin qarşısını almaq üçün elektrik dövrəsini dərhal kəsən qurğu. Bu qurğuların elektrik birləşməsi dövrəni avtomatik və cəld bir şəkildə ayırmağa xidmət edir. Faza və neytral keçiriciləri arasında bir uyğunsuzluq yəni fərq yarananda dövrə ayrılır. Cərəyan sızması elektrik cərəyanının keçdiyi kabellər və elektrik avadanlıqların izolyasiya hissələrinin köhnəlməsi nəticəsində və ya xətalı izolyasiyaya görə keçirici hissələrin açıqda qalan hissələrinə əllə və ya bədənin hər hansı üzvü ilə birbaşa və ya başqa keçirici cismlə təmasdan yaranır. == İşləmə prinsipi == Əgər sistemdə bir sızma yoxdursa, torodial ölçü transformatoru içərisindən keçirilən faz və nol keçiriciləri, bərabər miqdarlı və əks istiqamətli cərəyana malik olurlar. Ölçü transformatoru içərisindən keçən toplam cərəyan dəyəri sıfır olduğuna görə, ölçü transformatoru üzərində hər hansı bir maqnit seli yaranmaz. Əgər sistemdə bir sızma cərəyanı yaranarsa, faz üzərindən keçən cərəyan miqdarının hamısı nol üzərindən geri qayıtmadığı üçün faz və nol cərəyanlarının cəmi sıfır olmaz. Aradakı fərq cərəyanı ölçü transformatoru üzərində bir maqnit seli yaradır. Bu maqnit seli isə sarğı üzərində bir cərəyan yaradır. Yaranan bu cərəyan idarəetmə dövrəsinin elektromaqnit bobinini (makara) hərəkətə keçirir.
Sızran rayon bayrağı
Serqiyev rayon bayrağı — Samara vilayətində yerləşən Sızran rayonunun bayrağı
Verin Sıznek
Yuxarı Yemişcan — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Verin Sıznek adlandırılır. == Əhalisi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Yuxarı Yemişcan kəndinin əhalisinin faktiki sayı 29 nəfər, qeydiyyatdakı əhalinin sayı 28 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yuxarı Yemişcan kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdir.
Yaddaş sızıntısı
Yaddaş sızıntısı (en. memory leak) – böyük həcmli yaddaşın sonradan boşaldılmadan dinamik ayrılması ilə bağlı olan vəziyyət; məsələn, C++ dilində göstəricinin uzaqlaşdırlması zamanı onun adından sonra massivin bütünlüklə uzaqlaşdırılmasını göstərən kvadrat mötərizələr ([]) qoymadıqda belə xəta yaranır. Sızıntı sistem xətalarına səbəb ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Deepwater Horizon neft sızması
Deepwater Horizon neft sızması və ya BP neft sızması — 20 aprel 2010-cu ildə ABŞ sahillərində Meksika körfəzində BP-nin idarə etdiyi Makondo Prospektində başlayan sənaye fəlakəti idi. Neft sənayesi tarixində ən böyük dəniz neft dağılması hesab edilir və həmçinin Meksika körfəzində baş verən əvvəlki ən böyük "Ixtoc I neft dağılması"ndan həcmcə 8-31 faiz böyük olduğu təxmin edilir. Amerika Birləşmiş Ştatlarının federal hökuməti ümumi atqısını 4,9 milyon barel (210.000.000 ABŞ qal.; 780 000 m³) olaraq qiymətləndirmişdir. Neft axınını dayandırmaq üçün edilən bir neçə uğursuz cəhddən sonra, 19 sentyabr 2010-cu ildə neft sızmasının qarşısının alındığı elan edildi. 2012-ci ilin əvvəlində verilən hesabatlar quyu sahəsində hələ də sızma olduğunu göstərirdi. Deepwater Horizon neft dağılması dünya tarixində ən böyük ekoloji fəlakətlərdən biri kimi qəbul edilir. Ətraf əraziləri yayılan neftdən qorumaq üçün kütləvi tədbirlər görüldü. Aylarla davam edən dağılma nəticəsində, cavab tədbirləri və təmizləmə fəaliyyətlərinin mənfi təsirləri ilə yanaşı, dəniz və vəhşi təbiətin yaşayış yerlərinə, balıqçılıq və turizm sənayelərinə böyük ziyan dəydiyi bildirildi. Luiziana ştatında, 2013-cü ildə çimərliklərdən 4.900.000 funt (2.200 ton) yağlı material çıxarıldı ki, bu da 2012-ci ildə toplanan məbləğdən iki dəfə çoxdur. Neft təmizləmə qrupları 2013-cü il ərzində Luiziana sahil zolağında həftədə dörd gün 55 mil (89 km) işləyiblər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.33 dəfə / 1 mln.
2004 •••• 0.34
2005 •••••••• 0.67
2007 ••• 0.21
2008 •••••••••••••••••••• 1.71
2010 •••• 0.27
2011 ••••• 0.34
2012 •••• 0.26
2013 ••••••••••• 0.88
2014 ••• 0.17
2015 •••• 0.34
2016 ••• 0.17
2017 •• 0.16
2020 •••••••••• 0.80

"sız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sız nədir? #sız sözünün mənası #sız nə deməkdir? #sız sözünün izahı #sız sözünün yazılışı #sız necə yazılır? #sız sözünün düzgün yazılışı #sız leksik mənası #sız sözünün sinonimi #sız sözünün yaxın mənalı sözlər #sız sözünün əks mənası #sız sözünün etimologiyası #sız sözünün orfoqrafiyası #sız rusca #sız inglisça #sız fransızca #sız sözünün istifadəsi #sözlük