sez sözü azərbaycan dilində

sez

Yazılış

  • sez • 50.0000%
  • Sez • 25.0000%
  • SEZ • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sez dili
Sez (didoy) dili (цезйас мец, цез мец) — Dağıstanın Suntin rayonunda yayılmış dil. Həmçinin Dağıstanın Mutsaul (Xasavyurt), Komsomolsk (Kizilyurt) və Vışe-Talovka (Kizlyar) kəndlərində yayılıb; daşıyıcıları Gürcüstan və Türkiyədə də vardır. Ümumi sayları — 12 467 nəfərdir (Rusiyada 2010-cu ildə keçirilmiş siyahıyaalmanın nəticələrinə görə). Kiril qrafikalı əlifbalı dillər siyahısı Халилов М. Ш. Цезские языки // Языки мира.
Avar-andi-sez dilləri
Avar-andi-sez dilləri — nax-Dağıstan dillərinin qolu. Burada geniş şəkildə fərqlənən avar dialektləri, andi və sez dilləri birləşdirilir. Avar-andi-sez dilləri içərisində avar və andi dilləri əhəmiyyətli dərəcədə yaxınlıq nümayiş etdirir, onlar avar-andi qrupunda birləşdirilir, sez dilləri isə xüsusilə seçilir. Sergey Starostin hesab edirdi ki, lak dili müasir avar-andi-sez dilləri ilə uzaqdan qohumdur. Dilçi Yevgeni Bokaryov avar-andi-sez icmasını sadəcə olaraq "avar" adlandırırdı.
Ernesto Sezaro
Ernesto Sezaro (it. Ernesto Cesàro; 12 mart 1859[…], Neapol – 12 sentyabr 1906[…], Torre-Annunsiata[d], Kampaniya) — differensial həndəsə sahəsində fəaliyyət göstərmiş riyaziyyatçı. İtaliyanın Neapol şəhərində doğulmuşdur. Dağılan ardıcıllıqların cəminin "ortalama" üsulu ilə hesablanmasını ifadə edən Sezaro ortalaması ilə tanınır.
Fuad Sezgin
Fuad Sezgin (türk. Fuat Sezgin; 24 oktyabr 1924, Bitlis – 30 iyun 2018, İstanbul) — İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alim. == Həyatı == Fuad Sezgin 24 oktyabr 1924-cü ildə Bitlisdə anadan olmuşdur. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Şərqşünaslıq İnstitutunda İslami Elmlər və Orientalistika sahəsində qabaqcıl bir yerə sahib olan alman orientalist Hellmut Ritterdən (1892–1971) təhsil almışdır. Ritterin müasir elmin meydana gəlməsində IX–XIII əslərdə Əndəlüs və Abbasilər dövlətlərindəki elm adamlarının da əhəmiyyətli töhfələri olduğunu vurğulaması, Fuad Sezginin bu sahəyə yönəlməsi ilə nəticələnmişdir. 1950-ci ildə Ərəb Dili və Ədəbiyyatı bölməsində "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dissertasiya işini müdafiə etmişdir. Bu mövzudakı tezisiylə o, hədis qaynağı olaraq İslam mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan Buxarinin bir araya gətirdiyi hədislərdə bilinənlərin əksinə olaraq, şifahi qaynaqlara deyil, İslamın erkən dövrünə, hətta VII əsrə qədər gedib çıxan yazılı mənbələrə əsaslandığı fikrini ortaya atmışdır. Bu teziz Avropa mərkəzli orientalistlər arasında hələ müzakirə edilməkdədir. O, 1954-cü ildə İslam Araşdırmaları İnstitutunda dosent olmuşdur. O, burada Zeki Velidi Toqan ilə çalışmışdır.
Halil Sezai
Halil Sezai, tam adı ilə Halil Sezai Paracıkoğlu (16 Avqust 1979, Əskişəhər) — Türk aktyor, müğənni. Atasının ailəsi Bolqarıstanın Pazarcıq rayonunun Paracıq kəndindən olub, soyadını buradan almaqdadır. Əskişəhər Atatürk Liseyindən və 2003-cü ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr fakultəsindən məzun oldu. 2012-ci ildə Kral Tv Musiqi Mükafatlarında "ən yaxşı çıxış edən sənətçi" mükafatını almışdır. 2010-cu ildə ekranlara girən əncir mürəbbəsi filmi ilə ağ pərdədə yer alan Sezai, seriyalın davam filmi olan 2014-cü il istehsalı əncir mürəbbəsi 2-də də baş rolda oynamışdır. 2014-cü il tarixli Çiyələk filminin isə prodüserliyini də öhdəsinə götürmüşdür. Yapışıq Qardaşlar filmində İmam rolunu oynamışdır. Halil Sezainin Cenk adlı qardaşı və Duyğu adında bacısı var. Böyük qardaşı Cenk Paracıkoğlu bir vaxtlar modelyerlik və musiqiçiliklə məşğul olmuşdur. Bacısı Duyğu Paracıkoğlu isə aktirisadır.
Jül Sezar Savigni
Jül Sezar Savigni (fr. Marie Jules César Lelorgne de Savigny; 5 aprel 1777 – 5 oktyabr 1851[…], Versal) — Fransa təbiətşünası və zooloqu. == Əsas işləri == «Histoire naturelle des Dorades de Chine» (1798), «Histoire naturelle et mythologique de l’ibis» (1805), «Système des oiseaux de l'Égypte et de la Syrie» (1810), «Description des Arachnides d’Egypte et de Syrie» (1812), «Mémoires sur les animaux sans vertèbres» (1816), «Description des Annélides des Côtes d'Égypte» (1820), «Explication des planches des Mollusques annelides, crustacées etc. de l'Égyptes et de Syrie» (1820) və s.
Mark Annius Verus Sezar
Mark Anni Ver Sezar(may 162 – 10 sentyabr 169, Roma) (162 və ya 163–169) - Roma imperatoru Mark Avreli və imperatriça  Anniya Qaleriya Faustinanın 13 uşağından 12-cisi. == Həyatı == Mark Anni Ver 162-ci və ya 163-cü illərin axırlarında Mark Avreli və Anniya Qaleria Faustinanın oğlu olaraq doğuldu . Atası Mark Avrelinin adı olduğu üçün ona Mark Anni Ver adı verildi. 12 oktyabr 166-cı ildə romalıların Lusi Verin  Partiya müharibəsindəki  zəfərini  qeyd etdikləri bir ziyafətdə qardaşı Kommod ilə birlikdə Roma İmperatorluğunun ortaq varisləri olaraq sezar oldular. O zaman Anni üç, Kommod beş yaşında idi . Bu qədər gənc yaşda ilk dəfə belə açıq bir miras bəyanı edilmişdi. Varislərin getdikcə artdığı vaxtda vəzifələrdə təlim aldığı ənənəvi  cursus honorumdan əhəmiyyətli bir yayınmanı göstərirdi. Bu sistemdə varislər vəliəhdliyə bağlı olaraq taxta çıxır, imperator olmaq mövzusunda dərslər alırdılar. Anni qulağının altında olan bir şişin  çıxarıldığı əməliyyatın yaratdığı fəsadlar səbəbindən 10 sentyabr 169-cu ildə yeddi yaşında öldü. Ölümü Kommodu tək varis olaraq buraxdı . Atası Mark Avreli dövlət işlərinə davam edərkən beş gün müddətində bu itginin yasını tutdu.  Avreli Yupiter Oksimus Maksimusun oyunları davam etdiyi üçün yas tutmağı ilə oyunları yarıda kəsməməyinin lazım olduğunu müdafiə etdi .
Melis Sezen
Melis Sezen (d. 2 yanvar 1997, İstanbul) — Türk aktrisa. Melis Sezen, 2 yanvar 1997-ci ildə İstanbulda anadan olmuşdur. Qoç Universiteti məzunudur.
Mon-Sen-Viktor (Pol Sezan)
Mon-Sen-Viktor (fr. Mont Sainte-Victoire) — fransız rəssamı Pol Sezanın əsərlərindən biri. Əsər Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində saxlanılır.
Pol Sezan
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839[…], Eks-an-Provans[d] – 22 oktyabr 1906[…], Eks-an-Provans[d]) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir.
Pol Sezann
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839[…], Eks-an-Provans[d] – 22 oktyabr 1906[…], Eks-an-Provans[d]) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir.
Qay Yuli Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Sappan sezalpiniyası
Biancaea sappan (lat. Biancaea sappan) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü.
Sezai Aydın
Sezai Aydın (15 fevral 1952, Ankara – 20 dekabr 2021, İstanbul) — türk teatr, kino, serial aktyoru və səs aktyoru. O, daha çox Con Rembo, Rokki Balboa, Bill Kosbi və Fred Flintston obrazlarını səsləndirməsi ilə tanınır. Sezai Aydın 1952-ci il fevralın 15-də Ankarada anadan olub. Ankara Universiteti İqtisadiyyat və Ticarət Elmləri Akademiyasının məzunu olan Aydın şəhər teatrı sənətçisidir və bu günə qədər bir çox tamaşada çalışıb. Keçiören Bələdiyyəsində bir müddət "Şənbə şənbəsi" adlı uşaq əyləncə proqramına rəhbərlik edən, eyni zamanda kamera qarşısına keçərək film və seriallarda rol alan Aydın illərdir bir çox yerli və xarici obrazları səsləndirib. Başkent Rabitə Elmləri Akademiyasında səs və aktyorluq təhsili də verib. Aydın 20 dekabr 2021-ci ildə İstanbulun Ümraniye rayonunda şəkərli diabetlə bağlı ürək çatışmazlığından dünyasını dəyişib. 22 dekabr 2021-ci ildə Şakirin məscidində qılınan cənazə namazından sonra Qaracaəhməd qəbiristanlığında dəfn edilib. Oğlu Arda Aydın atasının ölümündən 8 ay əvvəl şəkər xəstəliyinə bağlı səbəblərə görə sağ ayağının amputasiya edildiyini bildirib.
Sezalpiniya
Sezalpiniya (lat. Caesalpinia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Caesalpinia anacantha Urb. Caesalpinia bahamensis Lam. Caesalpinia barahonensis Urb. Caesalpinia brasiliensis L. Caesalpinia cassioides Willd. Caesalpinia domingensis Urb. Caesalpinia monensis Britton Caesalpinia nipensis Urb. Caesalpinia pulcherrima (L.) Sw. Caesalpinia secundiflora Urb.
Sezalpiniyakimilər
Sezalpiniyakimilər (lat. Caesalpiniaceae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
Sezam
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Sezar (titul)
Sezar və ya qeysər (lat. Cæsar, yun. καισαρ — kaisar, ər. qeysər — قيصر) — Roma imperatorlarının titul adıdır. Sezar əslində Romalı dövlət adamı Qay Yuli Sezarın ləqəbidir (lat. cognomen — qondarma ad və ya ləqəb deməkdir). Ondan sonra gələn imperatorlar sezar sözünü adlarına əlavə etmişlər. Daha sonralar xüsusən tetrarxiya zamanında bu titul cavan imperatorlara verilmişdir ki, bu da Avqust ilə müqayisədə hakimiyyət məhduddiyətinə malik olması ilə fərqlənir.
Sezar Frank
Sezar Frank (César Franck - Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck, 10 dekabr 1822[…], Lyej, Niderland birləşmiş krallığı[d] – 8 noyabr 1890[…], Paris, Fransa) — Belçika əsilli Fransa bəstəkarı və orqanisti.
Sezar Meza Kolli
Cesar Daniel Meza Colli (5 oktyabr 1991, Asunson). Paraqvaylı peşəkar futbolçu. 2015-ci ilin yayında Keşlə ayrıldıqdan sonra, Kolli 22 yanvar 2016-cı ildə Keşlə ilə altı aylıq müqavilə imzaladı. Altı ay sonra Kolli Zirə FK ilə bir illik müqavilə imzaladı. 6 fevral 2018-ci ildə Keşlə FK , Kolli ilə 2017–18 mövsümünün sonuna qədər müqavilə imzaladığını açıqladı. 22 iyul 2019-cu ildə Keşlə FK , Kolli ilə bir illik kredit müqaviləsi imzaladığını elan etdi.18 sentyabr 2020-ci ildə Kolli, 2020–21 mövsümünün sonuna qədər müqavilə ilə Keşlə'yə qayıtdı. 12 iyun 2021-ci ildə Neftçi Sezar Meza Kolli ilə iki illik müqavilə imzaladığını elan etdi. Neftçinin heyətində rəsmi matçlarda ilk dəfə Azərbaycan Premyer Liqasının 2021-ci ilin 12 sentyabrında keçirilən Neftçi-Qarabağ matçında çıxış edib. Həmin matçda 9 dəqiqə meydanda qalıb. İlk dəfə isə 90 dəqiqə meydanda Azərbaycan Premyer Liqasının 2021-ci ilin 2 oktyabrında keçirilən Səbail-Neftçi matçında qalıb.
Sezar Romero
Sesar Xulio Romero (ing. Cesar Julio Romero; 15 fevral 1907, Nyu-York, Nyu-York ştatı, ABŞ - 1 yanvar 1994, Santa Monika, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Sezar amanitası
Amanita caesarea (lat. Amanita caesarea) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinin amanita cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir.
Sezar kəsiyi
Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir. Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Sezar mükafatı
"Sezar" (fr. César) — 3 aprel 1976-ci ildə təsis edilmiş Fransanın film mükafatlarıdır. Namizədlər "Académie des Arts et Techniques du Cinéma" üzvləri tərəfindən təyin olunar. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı Fransız heykəltaraş Sezar Baldaççinidən (1921-1998) götürülmüşdür.

"sez" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sez nədir? #sez sözünün mənası #sez nə deməkdir? #sez sözünün izahı #sez sözünün yazılışı #sez necə yazılır? #sez sözünün düzgün yazılışı #sez leksik mənası #sez sözünün sinonimi #sez sözünün yaxın mənalı sözlər #sez sözünün əks mənası #sez sözünün etimologiyası #sez sözünün orfoqrafiyası #sez rusca #sez inglisça #sez fransızca #sez sözünün istifadəsi #sözlük