Sezam
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi.
Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir.
Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.