rəz sözü azərbaycan dilində

rəz

Yazılış

  • rəz • 60.0000%
  • Rəz • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəz (Nəmin)
Rəz (fars. رز‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 310 nəfər yaşayır (60 ailə).
Hacı Əli Rəzmara
Hacı Əli Rəzmara (fars. حاجیعلی رزم‌آرا‎ Ḥājī`alī Razmārā; 1901[…], Tehran – 7 mart 1951, Tehran) — İranın 26 iyun 1950-ci ildən 7 mart 1951-ci ilə qədər baş naziri. == Həyatı == Atası Məhəmməd xan İran Kazak briqadasının zabitlərindən idi. Hacı Əli Rəzmara da öz həyatını hərbi işə sərf etmişdi. Fransada xüsusi hərbi məktəb olan Sen-Siri bitirmişdi.Ordunun Baş Qərərgah rəisi vəzifəsinədək yüksəlmişdi. 26 iyun 1950-ci ildə şahənşah Məhəmmədrza şah Pəhləvi onu baş nazir təyin etmişdi. Baş nazir Hacı Əli Rəzmara İran neftinə İngiltərənin nəzarət etməsində aparıcı fiqur idi. Qacar təfəkkür tərzi Rəzmara tərəfindən reallaşdırılırdı. O İran xalqını təhqir edərək onun neft sənayesi qurmağa aciz olduğunu demişdi. Hətta neft sənayesinin milliləşməsini İrana xəyanət adlandırırdı.
Malikabad (Rəzəvi Xorasan)
Məlikabad — İranın Rəzəvi Xorasan ostanının Məşhəd şəhristanının Əhmədabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,161 nəfər və 302 ailədən ibarət idi.
Məhəmməd Rəzi Təbrizi
Məhəmməd Rəzi Təbrizi (1808-1869) - azərbaycanlı tarixçi. "Zinət üt-təvarix" adlı salnamənin müəllifi. == Həyatı == Məhəmməd Rəzi 1808-ci ildə Təbriz şəhərində Mirzə Məhəmməd Şəfi adlı şəxsin ailəsində doğulmuşdur. Mirzə Məhəmməd Şəfi Qacar sarayına yaxın adamlardan idi. Məhəmməd Rəzi ana dili ilə yanaşı ərəb və fars dillərini də yaxşı mənimsəmişdi. O şairliklə yanaşı xətatlıq sənətinə hakim idi. == Yaradıcılığı == "Zinət üst-təvarix" əsəri müqəddimə, iki hissə və nəticədən ibarətdir. Salnamədə Qacar-Rusiya münasibətlərinə geniş yer verilmişdir. Bununla yanaşı müəllif Azərbaycan haqqında da məlumatlar verir.
Nəsrabad (Rəzəvi Xorasan)
Nəsrabad — İranın Rəzəvi Xorasan ostanının Türbət Cam şəhristanının Nəsrabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,835 nəfər və 1,599 ailədən ibarət idi.
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. == Qardaş şəhərlər == Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Rəzan Qadınəfəndi
Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı. == Həyatı == Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877).
Rəzavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan (ostan)
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan ostanı
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzdərə
Rəzdərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Rəzdərə kəndi Bəsit çayın sahilində, dağətəyi ərazidədir. Rizədərə variantında da qeydə alınmişdir. Kənd adını eyniadli dərənin adından almışdır. Oykonimin razdar adlı ağacin adı ilə bağlı olduğu güman edilir. Dərənin adını İran dillərindəki raz (cir üzüm tanayi) sözü ilə da əlaqələndirirlər. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Rəzgari (Piranşəhr)
Rəzgari (fars. رزگاري‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 912 nəfər yaşayır (181 ailə).
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 387 nəfərdir. == Toponimiyası == Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Rəzi
Rəzi — İranın Ərdəbil ostanının Rəzi şəhristanının mərkəzi. Şəhərin əhalisi Azərbaycan türklərindən ibarətdirlər və Azərbaycan türkcəsinə danışırlar.
Rəzi Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 5014 nəfərdir. == Toponimiyası == Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Rəziabad (Ərdəbil)
Rəziabad (fars. رضي اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (62 ailə).
Rəzin (Xudafərin)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (9 ailə).
Rəzin (Əhər)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (22 ailə).
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Rəzməcin (Əbhər)
Rəzməcin (fars. رازمجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (29 ailə).
Rəzvan
Rəzvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 12 nəfərdir. == Toponimiya == Bu toponim Rezvan variantında da qeydə alınmışdır. Oykonim rəz (talış, “cır üzüm tənəyi”) və van (yer) komopnentlərindən düzəlib, “tənəklik” mənasındadır. Masallı rayonununda bu sözlə bağlı Rəzoba mikrotoponimi qeydə alınmışdır.
Rəzzaq Məmmədov
Rəzzaq Məmmədov (tam adı: Rəzzaq Qüdrət oğlu Məmmədov; 2 noyabr 1948, Port-İliç, Lənkəran rayonu – 3 may 2023) — azərbaycanlı aktyor. == Həyatı == Rəzzaq Qüdrət oğlu Məmmədov 2 noyabr 1948-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən "Tədris Teatrı"nda aktyor kimi fəaliyyətə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Daha sonra təqaüdə çıxıb. Rəzzaq Məmmədov 3 may 2023-cü ildə 74 yaşında Bakıda vəfat edib. Lənkəranda dəfn olunub. == Əsas rolları == Supunovalı — ("Çarəsiz sərnişinlər", G. Ltratiyev) Səlim — ("Aydın", C. Cabbarlı) Leylinin atası — ("Leyli və Məcnun", M. Füzuli) Egey və Bədləgər — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qəbirqazan və Keşiş — ("Hamlet", Vilyam Şekspir) Qapıçı və xidmətçi- ("Maqbet", V. Şekspir) Eskal — ("Tədbirə qarşı tədbir", V. Şekspir) Cadugər — ("Neron", M. Xubai) Hacı Baxşəli — ("Ölülər", C. Məmmədquluzadə) Vəzir – ("Sərgüzəşti vəziri-xani Lənkəran", M. F. Axundov) Polis – ("Mürafiə vəkilləri", M. F. Axundov) Axund – ("Ox və Hədəf", F. Ağamalıyev) Gözətçi – ("Karmen", P. Merime) Estraqon – ("Qodo həsrətində", S. Bekket) Vadim Andreyeviç – ("Ördək ovu ", A. Vampilov) Abbas –("Dadaşbala əməliyyatı", R. Əlizadə) Əlimənsur – ("Jaləli düzən", R. Əlizadə) Molla – ("Əbləhlərin toyu", R. Əlizadə) Tazı – ("Hamam hamam içində", R. Əlizadə) Kosa – ("Keçəlin toyu", R. Əlizadə) Ağsaqqal – ("Tıq-tıq xanım", R. Əlizadə) Kosa – ("Sehrli mücrü", R. Əlizadə) Div – ("Məlikməmməd", R. Əlizadə) İxtiyar – ("Məndən nigaran qalmayın", İ. Məlikzadə) Sərxan – ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Bolşevik – ("Şeytan tələsi", Ə. Əylisli) Həmid –("Qumm üzərində ev", R. İbrahimbəyov) Mirzə Məmmədəli – ("Atamın kitabı", B. Vahabzadə) Cəllad – ("Generalın son əmri", V. Səmədoğlu) Kamal – ("Mamay kişinin yuxuları", V. Səmədoğlu) Ata – ("Yeddi məhbusə", Ə. Əmirli) Professor – ("Meydan", Ə. Əmirli) Müdür – ("Komendant saatının lətifələri", Ş. Manafov) İxtiyar – ("İblis", H. Cavid) Kəblə Qubad – ("Ər və arvad", Ü. Hacıbəyov) Dəli – ("Ağıllı adam", F. Mustafa) Qonşu – ("Su pərisi" F. Mustafa) Hərənin öz ulduzu – ("Xəzinədar", Ə. Səməd) İnal bəy – ("Səni sevirəm Türkiyə", K. Abdulla) Ata – ("Valeh kəndiə qayıt", D. Mehdi) Aslan həkim – ("Vicdanın hökmü", H. Mirələmov) Dəyirmançı – ("Anamın gəlinlik paltarı", Ə. Əliyev) Qafar – ("Qarışqa yuvası", Ə. Qiyas) Tip – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev) Ox və məmur – ("Tarelkinin ölümü", Suxovo-Kobilin) Kərəməli – ("Məhəbbət yaşayır hələ", Hidayət) Mürid – ("Şeyx Sənan", H. Cavid) Dəyirmançı – ("Viktoriya", K. Hamsun) Çaylz – ("Oliver Tvistin macəraları" Ç. Dikkens) Müəllim – ("Mənim ağ göyərçinim" T. Vəliyeva) Ata, İrvahim – ("Əcəl atı" V. Əlixanlı) Cabbar müəllim – ("Buzovna kəndinin əhvalatları" Elçin) Ağa Mərdan – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Qazı – ("Əlincə qalası" Dilsuz) Şəhərli – ("Buratinonun macəraları" A. Tolstoy) Musa — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev) == Filmoqrafiya == Altı nömrəli palata (film, 1994) Bala-başa bəla!
Rəzəbənd
Rəzəbənd (az.-əski. رزه‌بند‎, fars. رزه‌بند‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (191 ailə).

rəz sözünün leksik mənası və izahı

"rəz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəz nədir? #rəz sözünün mənası #rəz nə deməkdir? #rəz sözünün izahı #rəz sözünün yazılışı #rəz necə yazılır? #rəz sözünün düzgün yazılışı #rəz leksik mənası #rəz sözünün sinonimi #rəz sözünün yaxın mənalı sözlər #rəz sözünün əks mənası #rəz sözünün etimologiyası #rəz sözünün orfoqrafiyası #rəz rusca #rəz inglisça #rəz fransızca #rəz sözünün istifadəsi #sözlük