rən sözü azərbaycan dilində

rən

Yazılış

  • rən • 96.9432%
  • Rən • 2.6201%
  • RƏN • 0.4367%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
HSV (rəng modeli)
HSL (hue, saturation, lightness) və HSV (hue, saturation, value) rəng tonu-doyma-parlaqlıq – kompüter qrafikasında rəngləri təsvir etmək üçün istifadə olunan rəng modeli. Rəng tonu (HUE), əslində rəngin özüdür və rəng dairəsindəki yeri ilə təyin olunur: 0º – qırmızı, 60º – sarı, 120º – yaşıl, 180º – mavi, 240º – göy, 300º – bənövşəyi. Doyma (SATURATION), verilmiş çalarlı rəngin qatılığıdır və çox zaman 0–100 aralığında faizlə ifadə olunur; məsələn, yangınsöndürən maşının qırmızı rəngi yüksək doymuş rəngdir, çəhrayı rəng isə zəif doyub. Parlaqlıq (BRIGHTNESS), verilmiş rəngdə ağ rəngin miqdarıdır: 0 – qara rəngə, 100 isə ag rəngə uyğundur. HSB modelinə HLS (hue-lightness-saturation) modeli və ya HSV (hue-saturation-value) modeli də deyilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kardinal (rəng)
Kardinal — rəng çaları. == Ədəbiyyat == The color displayed in the color box above matches the color called cardinal in the 1930 book by Maerz and Paul A Dictionary of Color New York:1930 McGraw-Hill; the color cardinal is displayed on page 33, Plate 5, Color Sample L5.
Krem rəngi
Krem rəngi — ağa sarı bir ton vermək üçün bəzilərinin işıqda birləşdirildiyi zəngin sarı karotenoid piqmentləri ilə təbii otlaqda mal-qara yayma tərəfindən istehsal olunan rəngdir. Krem sarı rəngli pastel rəngdir. Sarı və ağ qarışığı ilə krem istehsal edilə bilər. İngilis dilində bir rəng adı olan kremdən ilk istifadə 1590-cı ildə olmuşdur. == Təbiətdə == Bequnok quşu Krem rəngli ağacdələn == İnsan mədəniyyətində == === İncəsənətdə === Krem bəzi sənət növlərində, əsasən animedə dəri tonu kimi istifadə olunur. === Geyimdə === Kişilərin ağ tuxedo gödəkçələri krem və ya fil sümüyü rəngindədir. === Daxili dizaynda === Krem rəngi daxili dizaynda qeyri-ağ rənglərdən biri kimi geniş istifadə olunur. === İdmanda === İndiana Universitetinin Bloomington Hoosiers komandasının rəsmi rəngləri krem və qırmızıdır. Nebraska Universitetinin Cornhuskers komandasının rəsmi rəngləri qırmızı və kremdir. Oklahoma Universitetinin Sooners komandasının rəsmi rəngləri qırmızı və kremdir.
Madjenta (rəng)
Madjenta və ya Fuşya rəngi — qırmızı və mavi işığın bərabər nisbətdə qarışdırılması ilə əldə edilir. Bu rəng daha çox ingilis dilindəki adının tələffüzü olan "magenta" olaraq adlandırılır. == Ümumi məlumat == Madjenta dördrəngli (CMYK) çapda istifadə olunan rənglərdən biridir. Madjenta rənginin hex dəyəri "#FF00FF", RGB dəyəri "255, 0, 255", CMYK dəyəri isə "0, 100, 0, 0"dır.
Mavi rəng
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Mavi ən isti rəngdir (film, 2013)
Müxtəlif rəngli fillər (şahmat)
Müxtəlif rəngli fillər — Şahmat termini Rəqiblərin müxtəlif rəngli xanalarla hərəkət edən filləri.
Narıncı rəng
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Qanın üç rəngi
Qanın üç rəngi — Çingiz Abdullayevin Dünya Detektiv Ədəbiyyatının Qızıl Fonduna düşən detektiv romanlarından biri. Heydər Əliyevin “Əsrin müqaviləsi”nə aparan yolda necə böyük maneələrlə, hətta ölüm təhlükəsi ilə üzləşdiyi hadisələr romanda öz əksini tapmışdır. == Mövzusu == “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsində mühüm amilllərdən biri də neftin Avropaya gedəcəyi marşrutu müəyyən etməkdən ibarət idi. İki təklif gündəmə gəlir: Rusiyadan keçməklə mövcud Novorossiyk marşrutu, yoxsa Gürcüstan və Türkiyədən keçməklə yeni Bakı-Ceyhan neft kəmərinin çəkilməsi? Siyasi müstəqilliyə aparan yolu Azərbaycan Prezidenti Heydər Əliyev mütləq şəkildə ikinci variantda görür və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə müqavilə imzalamağa hazırlaşır. Detektiv roman iyun ayının 12-də Bakıda imzalanacaq həmin müqavilə ətrafında cərəyan edən gizli və gözəgörünməz, müdhiş əhvalatlardan mövzu alır.
Qanın üç rəngi (roman)
Qanın üç rəngi — Çingiz Abdullayevin Dünya Detektiv Ədəbiyyatının Qızıl Fonduna düşən detektiv romanlarından biri. Heydər Əliyevin “Əsrin müqaviləsi”nə aparan yolda necə böyük maneələrlə, hətta ölüm təhlükəsi ilə üzləşdiyi hadisələr romanda öz əksini tapmışdır. == Mövzusu == “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsində mühüm amilllərdən biri də neftin Avropaya gedəcəyi marşrutu müəyyən etməkdən ibarət idi. İki təklif gündəmə gəlir: Rusiyadan keçməklə mövcud Novorossiyk marşrutu, yoxsa Gürcüstan və Türkiyədən keçməklə yeni Bakı-Ceyhan neft kəmərinin çəkilməsi? Siyasi müstəqilliyə aparan yolu Azərbaycan Prezidenti Heydər Əliyev mütləq şəkildə ikinci variantda görür və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə müqavilə imzalamağa hazırlaşır. Detektiv roman iyun ayının 12-də Bakıda imzalanacaq həmin müqavilə ətrafında cərəyan edən gizli və gözəgörünməz, müdhiş əhvalatlardan mövzu alır.
Qara rəng
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Qırmızı rəng
Qırmızı və ya qızıl – rənglərdən biri. == Ümumi məlumat == Qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı uğur, xoşbəxtlik və xeyyriyəçiliyi tərənnüm edir. Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır. Qırmızı rəngin toplaşma, cəmləşmə, dava-dalaş simvolu kimi qəbul edildiyi halda bəzi türk xalqlarında qırmızı rəng qutsal sayılmış və o, göz ruhunun rəngi hesab edilmişdir.
Qızılgül rəngi
Qızılgül rəngi — 330 düymlük hündürlükdə olan RGB rəng çarxı olaraq da bilinən HSV rəngli təkərində qırmızı və qəhvəyi rəngdə yerləşir. Qızılgül, HSV (RGB) rəngli təkərində üçüncü rənglərdən biridir. Gülün tamamlayıcı rəngi yaz yaşılıdır. Bəzən qızılgül rəngi, qırmızıya daha yaxın olan, 320 dərəcə yaxın bir hündürlüyə uyğun olan və ya əflatundan qırmızıya daha yaxın olan rəng kimi istifadə edilir. == Qızılgül rənginin etimologiyası == İngilis dilində rəng adı kimi ilk istifadə 1382-ci ildə olmuşdur. Rəngin adının etimologiyası çiçəyin adı ilə bağlıdır. Rəng adının etimologiyası gül çiçəyi adı ilə eynidır. Ad Cənubi İtaliyadakı Oskandan borc alınmış Latın qızılgülündən götürülmüşdür. == Qızılgülün variantları == === Dumanlı qızılgül === Bu rəng kompüter ekranı üçün HTML kodunda dumanlı qızılgül kimi yazılmışdır. Rəng adı kimi ilk dəfə 1987-ci ildə istifadə olundu, bu rəng 1990-cı illərin əvvəllərində X11 veb rəngləri kimi formalaşdırıldı.
Qəhvə rəngi
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qəhvəyi rəng
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Rəna
Rəna — Qadın adı.
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. == Haqqında == Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
Rəna Cəfərova
Rəna Cəfərova (tam adı: Rəna Ələkbər qızı Cəfərova; 20 yanvar 1953, Tovuz) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Fiziki və fiziki-kimyəvi tədqiqatlar” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == Rəna Ələkbər qızı Cəfərova 1953-cü il yanvarın 20-də Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Tovuzdakı 1 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki M.Ə. Rəsul-zadə, Bakı Dövlət Univer- siteti ) “Fizika” fakultəsinə qəbul olunmuşdur. O,1975-ci ildə bu fakultəni “ Fizik, fizika müəllimi “ ixtisası üzrə bitirmişdir. Təyinatla Az.EA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və 1975-1978-ci illərdə ETS-də baş laborant, stajer-tədqiqatçı, mühəndis vəzifələrində çalışmışdır. O, 1978-1984-cü illərdə NKPİ-də “Optika” ixtisası üzrə aspiranturada oxumuş və 1984-cü ildə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” ixtisası üzrə “Alkilammonium və alkilfosfonium halogenidlərdə məxsusi elektron həyəcanlanması, lüminessensiya və rekombinasiya prosesləri” adlı dissertasiya işini müdafiə etmiş, 1985-ci ildə AAK (Rusiya ) tərəfindən ona fizika-riyaziyyat elmləri namizədi dərəcəsi verilmişdir. Alim 1992- 2002-ci illərdə böyük elmi işçi ( 1994-cü ildə AAK tərəfindən baş elmi işçi diplo- mu verilmişdir), 2002-ci ildən isə aparıcı elmi işçi və baş elmi işçi vəzifələrini icra etmişdir. 2005-ci ildə Y.H.Məmmədəliyev adına NKPİ-də 02.00.13-Neft kimyası və 02.00.04 – Fiziki kimya ixtisasları üzrə “ Neft lüminoforlarında fotofiziki və fotokimyəvi proseslər” adlı doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. R.Ə. Cəfərova 16.02.2012-2019-cu illərdə NKPİ-da “Spektroskopik analiz” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Rəna Dəcani
Rəna Dəcani (azərb. رنا الدجاني‎) — İordaniyalı molekulyar bioloq və Haşimi Universitetinin professoru. O, 2005-ci ildə Ayova Universitetində molekulyar biologiya üzrə doktorluq müdafiə etmişdir.
Rəna Kazımzadə
Qumral-Rəna Zəki qızı Kazımzadə (5 noyabr 1942, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1998), professor (1999), “Tərəqqi”medalı laureatı (2010). == Həyatı == Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini “Fizika və ümumi texniki fənlər” ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuşdur və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir. == Fəaliyyəti == Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun “Elektrotexnikanın nəzəri əsasları” (sonradan “Elektrotexnika və elektrik təchizatı”, indiki “Elektroenergetika”) kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000 – 2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür. == Mükafatları == Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000 – 2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.
Rəna Mirzəzadə
Rəna Mirzəzadə — fəlsəfə elmləri doktoru, siyasi elmlər üzrə professor, "Tərəqqi" medalı laureatı,3-cü dərəcəli "Əmək" ordeni laureatı == Həyatı == Mirzəzadə Rəna Rza qızı 1954-cü il, 8 apreldə Şirvanda anadan olmuş, 1971-ci ildə həmin şəhərin 1 saylı orta məktəbini, 1976-cı ildə BDU-nun əyani tarix fakültəsini bitirmişdir. 1978-ci ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunda, (hazırda Fəlsəfə və Sosiologiya İnstitutunda) işləyir. 1998–1999-cu illərdə İnstitut "Gender tədqiqatı" qrupunun rəhbəri, 2008–2011-ci illərdə "Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, 2011–2016-cı illər "Politologiya və siyasi sosiologiya" "Siyasi nəzəriyyə" şöbəsinin müdiri, hazırda isə " Siyasətin fəlsəfəsi və sosiologiyası" şöbəsinin müdiridir. 1998–2016-cı illər İnsititut Həmkarlar Komitəsinin sədri olmuşdur. İnsititut Elmi Şurasının və Fəlsəfə Cəmiyyətinin, Problem Şurasının, Dissertasiya Şurasının üzvüdür. 1989-cu ildə elmi kommunizm (indiki politologiya) ixtisası üzrə namizədlik elmi dərəcəsi almışdır. 2004-cü ildə respublikada ilk dəfə olaraq, "Gender: fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətlər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2005-ci ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almış, "Siyasi nəzəriyyələr" ixtisası üzrə professordur. 15-dək elmi kitabın, 150-dən çox məqalənin müəllifidir. 1993–1994-cü illərdə müstəqil ictimai-fəlsəfi "İdrak" qəzetinin baş redaktoru, 1999–2001-ci illərdə "Genderşünaslıq" beynəlxalq elmi-populyar jurnalının Baş redaktoru olmuşdur. Respublika KİV-də mütəmadi olaraq siyasət, dövlətçilik, azərbaycançılıq ideologiyası, Qarabağ problemi, gender və qadın problemi, multikulturalizm, insan hüququ, vətəndaş cəmiyyəti, informasiya, qloballaşma üzrə məqalələrlə çıxış edir, müsahibələr verir, televiziyalarda ekspert kimi çıxışlar edir.
Rəna Məmmədova
Rəna Azər qızı Məmmədova (27 fevral 1950, Bakı) — Sənətşünaslıq üzrə elmlər doktoru (1991-ci il), professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü == Həyatı və fəaliyyəti == Rəna Məmmədova 27 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1978-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi işə başlayır. 1990-cu ildə "İncəsənətin qarşılıqlı əlaqələri" şöbəsini təşkil edib və 25 il ərzində rəhbərlik edir. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Alimin tədqiqatlarının dairəsi əsasən türk dünyasının mədəniyyəti ilə bağlı olmuşdur. Rəna Məmmədovanın elmi yaradıcılığının ən vacib və mühüm mərhələsini musiqi türkoloqiyasının elmi əsaslarının yaradılması təşkil edir. Bu ad altında 2003-cü ildə Rəna Məmmədovanın monoqrafiyası işıq üzü görmüşdür ki, bu da sənətşünaslıq elminin yeni sahəsinin nəzəri-metodoloji müddəalarının əsasını qoymuşdur. Rəna Məmmədova musiqişünaslıqda yeni istiqamət olan musiqi türkologiyasının əsasını qoymuşdur. 100-dən artıq elmi əsərləri - monoqrafiya, kitab və məqalələri çap olunmuşdur; o cümlədən, “Muğam-sonata qovşağı”(1989), “Azərbaycan muğamlarının estetik xüsusiyyətləri” (.1987), “Azərbaycan muğamlarının funksional problemləri” (1989), “Azərbaycan muğamı” (2002) əsərlərində muğam sənətinin estetik və nəzəri məsələləri öyrənilmişdir.
Rəna Məmmədova (professor)
Rəna Nəzərova
Rəna Nəzərova (24 may 1983, Kiyev) — Kiyev şəhər şurasının deputatı. == Həyatı == Rəna Nəzərova Kiyev dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın "Kievski forum" proqramının baş redaktoru vəzifəsində çalışır. Rəna Nəzərovanın deputatlığı namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan irəli sürülmüşdü. 25 may 2014-cü ildə Kiyev şəhər şurasına keçirilən seçkilərdə deputat seçilib.
Rəna Qasımova
Rəna Qasımova Tofiq qızı — texnika üzrə fəlsəfə doktoru, dosent, AMEA Rəyasət Heyəti aparatının Elmi Tədqiqatların Koordinasiyası şöbəsinin müdiri, AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. == Həyatı == 1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini bitirmişdir. 1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyasi steminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çox ölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmiş və paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır. Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının yaradılmasının elmi-nəzəri əsaslarının işlənməsi mövzusu üzərində elmi araşdırmalar aparmış və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur və 2018-ci ildə dosent elmi adını almışdır. Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparmışdır.

"rən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rən nədir? #rən sözünün mənası #rən nə deməkdir? #rən sözünün izahı #rən sözünün yazılışı #rən necə yazılır? #rən sözünün düzgün yazılışı #rən leksik mənası #rən sözünün sinonimi #rən sözünün yaxın mənalı sözlər #rən sözünün əks mənası #rən sözünün etimologiyası #rən sözünün orfoqrafiyası #rən rusca #rən inglisça #rən fransızca #rən sözünün istifadəsi #sözlük