Rey sözü azərbaycan dilində

Rey

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Rey • 93.0707%
  • rey • 5.8424%
  • REY • 0.8152%
  • ReY • 0.2717%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kopa del Rey
== Klub performansı ==
Lana Del Rey
Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985, Nyu-York, Nyu-York ştatı) — amerikalı müğənni-mahnı yazarı. Melanxolik, qlamur və kino üslublu mahnılarına görə tanınır. Lana iki "Brit", üç "MTV Europe Music Awards" və bir "Satellite" mükafatı laureatıdır. On bir dəfə "Qremmi"yə namizəd göstərilmiş, ancaq heç birini qazanmamışdır. Variety onu "XXI əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" adına layiq görüb. Lana Del Rey karyerasına 2005-ci ildə Nyu-York şəhərinə köçdükdən sonra başlayıb. O, 2011-ci ildə çıxardığı "Video Games" sinqlının viral uğurundan sonra Polydor və Interscope şirkətləri ilə müqavilə bağlayıb. 2012-ci ildə "Summertime Sadness" hitinin daxil olduğu ikinci albomu "Born to Die" kommersiya uğuru qazanıb. Onun 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200 cərgəsinə daxil olub. Lana "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki musiqi üslubuna geri qayıdıb.
Rey
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. == Tarixi == 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
Ceyms Rey
Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi Amerika polkovniki V.Haskelin müavini olmuşdur. 1919-cu ilin oktyabrında Haskel Parisə çağırıldıqda, onu əvəz edən Ceyms Rey Naxçıvanda və Şərur-Dərələyəzdə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmış, oktyabrın 24-də V.Haskelin Naxçıvanda neytral zona yaratmaq barədə bəyanatını Müsəlman Milli Şurası qarşısında elan etmişdir. Bəyanata əsasən, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund Dellinin qubernator təyin edilməsi haqqında iki bənddən ibarət sərəncam imzalamış, lakin Milli Şuranın və Naxçıvan əhalisinin təkidilə qərarını dəyişdirərək, polkovnik Dellinin Naxçıvanda general-qubernator deyil, Amerika ali komissarının nümayəndəsi kimi qalmasına razılıq vermişdir. Ceyms Rey Naxçıvana səfərində neytral zona üçün nəzərdə tutulan bu ərazini Azərbaycandan ayırmağın mümkün olmadığını anlamışdır. 1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistan arasında bağlanmış sazişi ABŞ tərəfindən təminatçı kimi Ceyms Rey də imzalamışdır. Sazişin 3-cü bəndinə görə, tərəflər hər hansı bir məsələni dinc yolla həll edə bilmədikdə neytral şəxslərdən ibarət münsiflər məhkəməsinin qərarını özləri üçün məcburi hesab etməli idilər. Sazişdə belə neytral şəxsin Ceyms olduğu göstərilirdi. Ceyms Rey, həmçinin Harbord missiyasının Azərbaycan üzrə müvəkkili olmuşdur. Paris sülh konfransındakı Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər.
Eddison Rey
Eddison Rey İsterlinq (ing. Addison Rae Easterling; 6 oktyabr 2000, Lafayette[d], Luiziana) — ABŞ aktrisası, fotomodeli, rəqqasəsi və müğənnisi.
Rey Bredberi
Rey Duqlas Bredberi (22 avqust 1920[…], Uokiqan[d], İllinoys[…] – 5 iyun 2012[…], Los-Anceles, Kaliforniya) — amerikalı yazıçı və ssenarist. 20–21-ci əsrlərdə Amerikanın ən çox tanınan yazıçılarından biri olmuşdur. Əsərləri əsasən fantastika janrındadır. Bredberiyə indiki şöhrətini qazandıran onun Fahrenheit 451 (1953) romanı və Mars Xronikaları (1950) və Şəkilli Adam (1951) adlı hekayə toplularıdır. O, əsasən fantastika janrında yazırdı, ancaq müəllifin həmçinin başqa janrlarda yazılmış — Zəncirotu Şərabı (1957) , Yaşıl Kölgələr, Ağ Balina (1992) kimi əsərləri də mövcuddur. Əsərlərinin bir çoxu filmə çəkilmişdir. == Erkən həyatı == Bredberi 22 avqust,192-ci il tarixində Uokiqan,İllinoysda dünyaya gəlmişdir. Anası Ester Bredberi (1888–1966) isveçrıli immiqrant, atası Leonard Bredberi (1890–1957) isə ingilis idi. Bredberi uşaqlıq illərini geniş bir ailənin əhatəsində, Uokiqanda keçirmişdir. Bu illər gələcəkdə onun yazıçılıq karyerasında böyük rol oynadı.
Rey Dolbi
Rey Dolbi (ing. Ray Milton Dolby; 18 yanvar 1933, Portlend[…] – 12 sentyabr 2013, San-Fransisko, Kaliforniya) — səs texnologiyaları sahəsində yenilikləri ilə yaddaşlarda qalıb. O, həcmli səs texnologiyalarının yaradıcısı kimi tarixə düşə bilib. Onun texnologiyası sayəsində kino sənayesi yeni bir mərhələyə qədəm qoymuşdur. Reyin ixtiraları kinematoqrafiya və şou-biznes sənayesinə, həm də musiqiçilərin və kinematoqrafçıların yaradıcılığına böyük təsir göstərmişdir. Faktiki olaraq onun məhsulları yalnız elm və texnikanın nailiyyəti olmadı, həm də bədii ifadəliliyin vasitəsi oldu. Rey öz ixtiralarına ABŞ-nin 50-dən çox patentini almışdır. == Həyatı == Rey Dolbi 18 yanvar 1933-cü ildə Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi bitdikdən sonra balaca Rey audioyazı ilə məşğul olan “Ampex” şirkətində natamam iş vaxtında çalışır. Firma həmin dövrdə bu fəaliyyət növü ilə məşğul olan ilk şirkət idi.
Rey Hino
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. == Profil == Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.
Rey Hiquçi
Rey Hiquçi (d. 28 yanvar 1996) — Yaponiyanı təmsil edən sərbəst güləşçi. Rey Hiquçi 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı. == Karyerası == Rey Hiquçi 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə Koreya Xalq Demokratik Respublikası güləşçisi Yang Kyong-İli 12:2, ikinci görüşdə Belarus güləşçisi Əsədulla Laçinaunu 10:0, üçüncü görüşdə Kuba nümayəndəsi Yovlis Bonneni 8:4, dördüncü görüşdə isə İranlı Həsən Rəhimini 10:5 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Rey Hiquçi Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliya gərgin görüşün yekununda 3:4 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Rey Kavakubo
Rey Kavakubo (川久保 玲, 11 oktyabr 1942[…], Tokio[d]) – Yaponiya dəb dizayneri. "Comme des Garçons" və "Dover Street Market" brendlərinin qurucusudur. Görkəmli dizayn töhfələrinə görə Nyu-Yorkda yerləşən Metropoliten muzeyində onun dizaynlarına həsr olunmuş sərgi baş tutmuşdur. == İlk illəri == Rey Kavakubo 11 oktyabr 1942-ci ildə Tokioda doğulmuşdur. Ailənin ən böyük övladı və yeganə qız övladı idi. Atası Keyo Universitetində administrator işləyirdi. Buna görə də Kavakubo 1960-cı ildə Keyo Universitetində təsviri incəsənət və ədəbiyyat təhsili almağa başlamışdır. 1964-cü ildə məzun olduqdan sonra "Asahi Kasei" parça şirkətinin reklam departamentində işləməyə başlamış, 1967-ci ildə frilans stilist olmuşdur. 1969-cu ildə "Comme des Garçons" leyblı altında öz paltarlarını dizayn etməyə başlamışdır. == Karyerası == 1969-cu ildə Tokioda "Comme des Garçons" adlı şirkətini qurmuşdur.
Rey Kərimoğlu
Rey Kərimoğlu (Qasımov) (9 may 1967, Ağdam) — Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü. == Həyatı == Rey Kərim oğlu Qasımov 9 may 1967-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində, sadə bir Türk ailəsində anadan olub. 1984-cü ildə həmin kənddə orta məktəbi bitirib. 1985–87-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ailəlidir. == Qarabağ müharibəsində iştirakı == Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Qarabağ müharibəsinin şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin həlak olduğu gün Ağdamdan Əsgəran istiqamətində təşkil olunmuş yürüşdə iştirak edib. Mühəribənin ilk dövründə gecələr ermənilərlə həmsərhəd kəndlərimizdə könüllü müdafiə dəstələrində ov tüfəngi ilə keşik çəkib. Qarabağda komendat saatını həyata keçirən Sovet ordusunun rəhbərlərinin birtərəfli şəkildə erməniləri himayə etmələrinin əleyhinə təşkil edilən aksiyalarda iştirak edib. 1991-ci ildən Erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda rəsmi şəkildə iştirak etmək üçün könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin tərkibində Milli Ordu sıralarına qoşulub.
Rey Məmmədbəyli
Rey Məmmədbəyli — Azərbaycanlı futbolçu. Belçika futbol çempionatının super liqasında çıxış edən "Sent-Trüyden" futbol klubunun oyunçusu. Rey Məmmədbəyli 6 yaşından İslam Kərimovun rəhbərliyi altında futbol oynamağa başlamış, sonralar Vaqif Paşayevin nəzarətində məşq etmişdir. Valideynlərinin işi ilə əlaqədar Belçikaya köçməli olmuşdur. Oradakı futbol məktəblərindən birinə yazılmışdır. Əvvəlcə "Herent"in sıralarına qoşulmuş, sonradan "Löven"ə keçmişdir. 2008/2009 mövsümündə isə "Sent-Trüden"lə müqavilə bağlamışdır. "Sent-Trüden"in heyətində Belçika çempionatının ikinci dəstəsində son 3 turda oynamaq şansı qazanmış və 2 qol vurmuşdur. Atası Elgiz Məmmədov da peşəkar futbolçu olmuş, Kəpəz, Qarabağ, Neftçi klublarında çıxış etmişdir. == Uğurları == Belçika çempionatının ikinci dəstəsində çıxış etdiyi 36 oyunda 32 qol vurmuşdur.
Rey Robson
Rey Robson (ing. Ray Robson, 25 oktyabr 1994, Quam) ABŞ şahmatçısı, qrosmeyster (2010). 16 iyul 2009-сü ildə gənclər arasında ən gənc ABŞ Çempionu olmuşdur. Dünya Kubokunda iştirak etsə də, uğur əldə edə bilməmişdir. 2014 Millionaire Chess turnirinin finalında Uesli So tərəfindən məğlub edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ray Robson. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Ray Robson. 365chess.com (ing.) Ray Robson. fide.com (ing.) Ray Robson. chessgames.com (ing.) Ray Robson.
Rey Tomlinson
Rey Tomlinson (ing. Raymond Samuel Tomlinson; d. 17 yanvar 1941, Amsterdam, Nyu-York, ABŞ) — ABŞ ixtiraçısı, @ işarəsinin banisi. == Həyatı == Rey Tomlinson 17 yanvar 1941-ci ildə Nyu-York ştatının Amsterdam şəhərində anadan olmuşdur. == Təhsili == Orta təhsilini Broadalbin Mərkəzi Məktəbində başa vurduqdan sonra Renselir Politexnik İnstitutuna daxil olub. Burada elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1965-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirib və "Bolt, Beranek and Newman" (BBN) şirkətində işləməyə başlayıb. == "ARPANET" == 1968-ci ildə şirkət müasir internetin sələfi olan "ARPANET" şəbəkəsinin yaradılması işi ilə bağlı hökumət sifarişini alır. ABŞ-nin Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi (ARPA) bu işlərdə koordinator rolunu oynayırdı. 1969-cu ilin yanvar ayının 2-də "ARPANET" adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edilir.
Rey Yuri
Raymond Klarens Yuri (ing. Ray Ewry) — səkkiz Olimpiya və iki növbədənkənar Yay Olimpiya Oyunları qızılına malik ABŞ-lı yüngül atletika idmançısıdır. Bu nəticələrlə o, bütün zamanların ən uğurlu olimpiyadaçıları arasında özünəməxsus yer tutur. Ayrı-ayrı növlər üzrə yarışlarda qazandığı səkkiz Olimpiya qızılı ilə yalnız 18 Olimpiya qızılına malik olan Maykl Felps-dən geri qalır. == Həyatı və karyerası == Yuri ABŞ-nin İndiana ştatının Lafayette şəhərində qüsurlu uşaq kimi anadan olub. Qısa müddət ərzində, o, əlil arabasından istifadə edib və onun, ömürlük iflic ola biləcəyindən qorxurdular. Lakin Yuri öz fiziki məşqlərini etdi və xəstəliyə qalib gəlməyi bacardı. Yuri Perdyu Universitetinə gedib və Siqma Nu cəmiyyətinin üzvü olub. Perdyuda mühəndislik diplomu aldıqdan sonra o, Nyu-York İdman Klubunun üzvlüyünə yazılıb. Orada Yuri hal-hazırda mövcud olmayan yerindən uzununa, hündürlüyə və üç təkanla tullanma yarışlarında ixtisaslaşmışdı.
Rey burnu
Rey burnu (ing. Cape Ray) — Kanadanın Nyufaundlend adasının cənub-qərb qutaracağında yerləşən burun. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. Burunun qarşı tərəfimndə Niort burnu yerləşir (Keyp-Breton adası ucqar şərq nöqtəsi).
Rey Çarlz
Rey Çarlz Robinson (ing. Ray Charles Robinson) - Məşhur amerikalı musiqiçi.
Rey şəhristanı
Rey şəhristanı (fars. شهرستان ری‎) — İranın Tehran ostanının 14 şəhristanından biridir. Şəhristan 3 bəxşə ayrılmışdır: Rey mərkəzi bəxşı Kahrizək bəxşı Faşapoyeh bəxşı, bəxş mərkəzi Həsənabad şəhəridir. Şəhristanın 2006-cı ildə əhali sayı 292.016, idari mərkəzi Rey şəhəridir. == Məntəqələri == Şəhristan içində əhalisi 2006 rəsmi sayımına görə 8000-i aşan yerləşim yerləri və bağlı olduqları bəxşlər aşağıdakı qrafikdə göstərilmiştir. *Bahş merkezleri kalın yazıyla belirtilmiştir.
Rey Cenet
Əsasən Pirat ləqəbi ilə xatırlanan Rey Cenet (27 iyul 1931 - 2 oktyabr 1979) İsveçrə əsilli Amerikalı alpinist. O, Şimali Amerikanın ən yüksək dağı Alyaskanın Denali dağı (Mak-Kinli dağı) üzrə ilk bələdçi olub. Cenet aktrisa Korianka Kilçerin babasıdır. == Karyera == Cenetin Denali dağı ilə əlaqəsi 1967-ci ildə əvvəllər alpinizm təcrübəsi olmasa da, Qreq Blamberqin başçılığı ilə Denalinin zirvəsinə ilk uğurlu qış ekspedisiyasında iştirak edəndə başladı. Ekspedisiya Art Deyvidson tərəfindən Mənfi 148 dərəcə: Mak-Kinli dağının ilk qış qalxışı (1970)də təsvir edilmişdir. == Ölüm == Cenet 2 oktyabr 1979-cu ildə alpinist həmkarı Hannelore Şmatz ilə birlikdə Everest dağından enərkən gecə hipotermiyaya düşərək öldü. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə çadır (kiçik sığınacaq) qurmaq üçün dayanmışdılar. İki Şerpa bələdçisi, Sunqdare Şerpa və Anq Janqbo, onların çadırlarında (sığınacaq) onlarla qaldı, lakin Cenet səhərə qədər sağ qala bilmədi. Qrupda oksigen balonu tükənirdi və Şmatz həmin gün Sunqdare ilə birlikdə "Cənub yəhəri"nə enmək istəyərkən öldü.
Rey (İran)
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. == Tarixi == 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
Rey Brasye
Rey Brasye (fr. Ray Brassier; 1965, London) — fransız-şotlandəsilli Britaniya filosofu, Beyrut Amerika Universitetinin (Livan) professoru, fəlsəfi realist. Spekulyativ realizmin banilərindən biri kimi də tanınır. Brasye bakalavr dərəcəsini Şimali London Universitetində almışdır (1995). Vorvik Universitetində magistr və fəlsəfə doktoru dərəcələri (müvafiq olaraq 1997-ci və 2001-ci ilər).
Rey (dəqiqləşdirmə)
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Billi Rey Sayrus
Billi Rey Sayrus — (ing. Billy Ray Cyrus; d. 25 avqust 1961, Kentukki, ABŞ), Amerikalı aktyor və müğənni. Bu ana qədər 29 single albomu vardır. Bu albomlardan 15 dünya sıralamasında ilk 40-a girmişdir. Sayrus televiziya seriallarına 2001-ci ildə Doc serialıyla çıxmışdır və bu filmdə 2004-cü ilə qədər rol almışdır. Billi Rey Sayrus, qızı Mayli Sayrus ilə Hanna Montana seçmələrinə qatılmışdır. Orada Robbie Ray Steward rolunu almışdır. Mayli Sayrus'un bir çox mahnısını yazmış və bəstələmişdir. Serialda Miley Stewart'ın atası Robbie Ray Stewart olaraq oynamışdır.
Copa del Rey
== Klub performansı ==
Rey döyüşü (1169)
Rey döyüşü — 1169-cu ildə Eldənizlər ilə Xarəzmşahlar arasında baş verən toqquşma. == Döyüşdən əvvəl == Şəmsəddin Eldənizin torpaqlarının şərqində onların vassalı olan Nişapur hakimi İmadəddin Ay Aba var idi.Sultan Səncər öldükdən sonra o Sultan Arslanşah adına sikkələr basdırmağa başladı.Beləcə Ayaba getdikcə böyüməkdə olan Xarəzmşahlara qarşı Sultan Arslanşaha yəni əsl hakim olan Şəmsəddin Eldənizin köməyindən istifadə etməyə çalışdı.Kumis, Bistam və Damğan şəhərlərini ələ keçirərək Tengiz adlı əmiri ora hakim etdi.Nəhayət 1163 Ayaba'nın düşməni Şahrüstəm adlı əmirin ordusu məğlub edildi və əyaləti İmadəddin Ay Abaya yəni Şəmsəddin Eldənizə bağlandı.Sultan Arslanşah və Şəmsəddin Eldəniz ona bayraq və hədiyyələr göndərərək oranın hakimi etdilər.1167-ci ildə İmadəddin Ay Aba, Həmədana gəldi və Şəmsəddin Eldənizə Xarəzmşahların onlar üzərinə yürüş etdiyi xəbərini çatdırır.Xarəzmşahların planı Nişapur şəhərini ələ keçirmək olduğu bilinir.İbnü'l Əsîr qeyd edirki Ayaba Şəmsəddin Eldənizə: Əgər siz, onu dayandırmaq və onun düşüncələrinin qarşısını almaq üçün hərəkətə keçməsəniz, sizin qarşınıza torpağdan bir qaynaq çıxacaqdır, elə bir qaynaq ki bunu dayandıra bilməyəcəksiniz və orada suların axıntısını tutamayacağınız bir dəniz əmələ gələcəkdir Şəmsəddin Eldəniz Həmədandan Rey şəhərinə getdi, oradanda Xarəzmşah hökmdarı İlarslan'a belə bir məktub göndərdi : Bu İmadəddin Ay Aba tamamən sultanın məmlüğü, Xorasanda Sultanın, onun dədə babalarının torpağıdır.Sənin yerləşdiyin Xarəzmdə onun torpağıdır.Əgər sən Nişapur üzərinə hücum edər isen, məndə sənə hücum edərəm və araməzda döyüş baş verər, sən heç özünü düşünürsən ?! Şəmsəddin Eldənizin bu məktubu Xarəzmşah hökmdarını çox əsəbləşdirdi və o ordusunu Nişapur şəhəri mühasirəsi üçün göndərdi.Şəhərin mühasirəsi iki aydan artıq sürsə də şəhər təslim edilmədi.Tərəflər bir birinə üstünlük sağlaya bilmirdi ancaq çox keçmədi ki Eldənizlər Nişapur şəhərini itirdi.Çünkü Əmir İmadəddin Ay Aba Xarəzmşahlar tərəfinə keçərək xəyanət etmişdi == Eldənizin Reyi alması == 24 sentyabr 1169-cu ildə Şəmsəddin Eldəniz Rey şəhəri və ətrafına sahib oldu.Şəmsəddin Eldənizi isə hərəkətə keçirən Rey hakimi inancın illik vergiyi kəsməsi idi.Şəmsəddin Eldəniz vergiləri istədiğində İnanc bunu açıq şəkildə rədd etmişdi.
Herne (Şimali Reyn-Vestfaliya)
Herne (Şimali Reyn-Vestfaliya) (alm. Herne‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 51.41 km2, əhalisi 154 417 nəfərdir (2013).
Həyatdan sonrakı həyat (kitab, Reymond Mudi)
"Həyatdan sonra həyat: bədənin ölümü fenomenin tədqiqi" (ing. Life after life: The investigation of a phenomenon — survival of bodily death) — 1975-ci ildə nəşr olunan ölümə yaxın təcrübələr haqqında (ing. Raymond Moody)nin üç kitabından biridir. "Həyatdan sonra həyat" 13 milyondan çox tirajla satıldı, onlarla xarici dilə tərcümə edildi və beynəlxalq bestseller oldu, ölümə yaxın təcrübələr mövzusunu məşhur etdi və bir çox başqa araşdırmalara yol açdı. Kitab, ölümün nə demək olduğuna dair müəllifin ümumi hesabatıdır. == Məzmunu == Mudi ölüm öncəsi təcrübələrin ilk tədqiqatçılarından biri idi. Bu termini ilk o təklif emişdir və klinik ölüm keçirmiş 150 nəfərin sözlərindən ölüm öncəsi təcrübələri təsvir etmişdi. Klinik ölüm keçirmiş 150 xəstənin hekayələrinin təhlilindən Mudi hesabatlarda müntəzəm olaraq ortaya çıxan, daha çox xatırlanan hadisələrdən doqquzunu müəyyən etmişdi. Müayinə olunanların heç biri 9 hissin hamısını yaşamayıb. Bəziləri yalnız 2 və ya 3 duyğu yaşamış və təsvir etmiş, digərləri isə 5 və ya 6 duyğunun təsvirini vermişlər.
III Reyx
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
II Reyn
"II Reyn" (alm. Rhein II‎) — alman fotoqrafı Andreas Qurskinin 1999-cu ildə çəkdiyi fotoşəkil. Bu əsərlə Andreas Qurski dünyanın ən bahalı fotoqrafı kimi tarixdə düşmüşdür. Belə ki, "II Reyn" fotoşəkli 2011-ci ildə Nyu-Yorkun "Kristay" hərrac evində 4.3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
Karl Reyneke
Karl Reyneke (alm. Carl (Heinrich Carsten) Reinecke‎; 23 iyun 1824, Altona, hazırda Hamburqun tərkibindədir — 10 mart 1910, Leypsiq) — alman bəstəkarı, drijoru və pianoçusu. == Həyatı == Karl Reyneke 23 iyun 1824-cü ildə Almaniyanın Altona şəhərində anadan olmuşdu. 6 yaşından atası ilə bərabər musiqi ilə məşğul idi. 1835-ci ildə öz doğma şəhərində pianoçu kimi çıxış etmişdi. Sonra Avropaya qastrol səfərlərinə çıxmışdı. Karl Reyneke 10 mart 1910-cu ildə Almaniyanın Leypsiq şəhərində vəfat edib. == Əsərləri == "Kral Manfred" komik operası | König Manfred (1867) Ein Abenteuer Händels, operetta, 1874 Auf hohen Befehl, comic opera, 1886 Der Gouverneur von Tours, comic opera, 1891 Symphony No. 1 in A major, Op. 79, 1858 Symphony No.
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
LOT Polşa Hava Yolları reys 5500
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
LaMia Hava Yolları reys 2933
LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir. == Təyyarə == Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.. == Qəza == Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır. Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər. == Həyatını itirən tanınmış insanlar == === "Şapekoense" oyunçuları === Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında Dener Assunçao Braz (Dener), 25 yaşında Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında Artur Braziliano Maya (Artur Maya), 24 yaşında Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında Markos Danilo Padilya (Danilo), 31 yaşında Filip Xose Maçado (Filip Maçado), 32 yaşında Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında === "Şapekoense"nin idarə heyətindən === Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında === Media əməkdaşları === Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında == Sağ qalanlar == Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi. Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı. Danilo ilkin olaraq qəzadan xilas olsa da, daha sonra xəstəxanada vəfat etmişdir.
Lili Reynhart
Lili Poline Reynhart -1996-cı il 13 sentyabrda anadan olub, Amerikalı aktrisa. == Həyatı == ReynhartOhayo ştatının Klivlend şəhərində anadan olub və yaxınlıqdakı Bay Village şəhərində böyüyüb. 10 yaşından etibarən mahnı oxumaq, aktyorluq etmək və rəqs etməyi özündə inkişaf etdirən Lili anasından onu Nyu-Yorka aparmasını xahiş edir. Reynhart18 yaşında olarkən Los Angeles şəhərinə köçür. Orada öz aktyorluq qabiliyyətini davam etdirir amma 5 aydan sonra Lili bundan imtina edir. == Karyera == Reynhart televiziya serial olan Qanun və Sifariş: Xüsusi Qurbanlar Birliyi seriyalında qonaq qismində rol aldı. Reynharteyni zamanda Lilith (2011), Dalğalanmayan, amma Boğulan (2012), Yayın Kralları (2013), Gibsonburg (2013), Forever's End (2013), Miss Stivens (2016) və Yaxşı Qonşu (2016) filmlərində rol almışdır. Reynhart, Ben Foster və Elle Fanning ilə birlikdə Mélanie Laurent'ın Galveston (2018), və Lorene Scafaria'nın Hustlers (2019) filmində, Cennifer Lopez, Keke Palmer, Cardi B və Constance Wu ilə birlikdə rol aldı. 14 iyun 2019-cu ildə isə Reyinhartın Richard Tanne'nin " Kimyəvi ürəklər" filmində Grace Town rolunu canlandıracağı elan edilib. "Kimyəvi Ürəklər" Amazon Studios tərəfindən efirə çıxacaq və hal-hazırda elan tarixi isə bəlli deyil.
Liviya Hava yolları reys 1103
Liviya Hava yolları reys 1103 (ing. Libyan Arab Airlines Flight 1103) — Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə gercəkləşdirilən Benqazi-Tripoli daxili xətt reysinin həyata keçirilməsi zamanı baş vermiş təyyarə qəzası. Qəzanın səbəbi kimi təyyarənin havada olduğu zaman Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 döyüş təyyarəsi ilə toqquşması göstərilir. MiQ-23-də olan iki pilot xilas olmağı bacarmışdır. == Arxa plan == Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə ölkənin ən böyük iki şəhəri arasında müntəzəm uçuşlar gercəkləşdirilməkdə idi. 1992-ci ilin 22 dekabr tarixində baş tutan Benqazi-Tripoli səfəri də bu uçuşlardan biri idi. Benqazi şəhərinin mərkəzi hava limanından havalanan təyyarə, uçuşun böyük bir qismini arxada qoyaraq Tripoli mərkəzi hava limanına doğru enişə keçməyə hazırlaşarkən 3.500 fit (1.067 m) hündürlükdə Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 qırısıcısı ilə toqquşmuşdur. Qəza nətcisədinə MiQ-23-də olan iki pilot xilas olmağı bacarmış, Boeing 727–200 təyyarəsində olan 147 sərnişin və 10 heyət üzvünün hamısı həlak olmuşdur. Liviya Hava yolları reys 1103 ölkə daxilində baş vermiş ən faciəvi təyyarə qəzası hesab olunur. Dövlət rəsmilərinin verdiyi açıqlamalarda qəzanın günahkarı kimi MiQ-23-ün pilotları göstərilmiş və hər iki pilot həbs edilmişdir.
Luiz Reyner
Luiz Reyner (ing. Luise Rainer; 12 yanvar 1910[…], Düsseldorf, Almaniya imperiyası – 30 dekabr 2014[…], London) — ABŞ və Almaniya aktyoru, Oskar mükafatı laureatı == Həyatı == Əslən avstriyalı Reyner 1936-cı ildə "The Great Ziegfeld" və bir il sonra "The Good Earth" filmindəki rollarına görə bir-birinin ardınca iki dəfə Oskar mükafatı aldıqdan sonra Hollivudun ən parlaq ulduzuna çevrilib. Lakin Reyner studio rəhbərliyi onun çəkilmək istədiyi filmlərdə iştirakına imkan vermədikdə gəlirli müqaviləni rədd edərək Hollivudu tərk edib. Reynerin aktrisa kimi karyerasının böyük hissəsini Avropada qurub, Britaniya filmlərində və Amerikanın bəzi filmləri və tele şoularında iştirak edib. Luiz Reyner 30 dekabr 2014-cü ildə 104 yaşında Londondakı evində vəfat edib. Aktrisa pnevmoniyadan əziyyət çəkirmiş.
Malayziya Hava Yolları reys 17
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
Malayziya Hava Yolları reys 370
Malayziya Hava Yolları reys 370 — Malayziya Hava Yolları tərəfindən həyata keçirilən beynəlxalq sərnişin reysi idi və 8 mart 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından nəzərdə tutulan təyinat yerinə, Çinin Pekin Paytaxt Beynəlxalq Hava Limanına gedərkən radarlardan itdi. Onun itkin düşmə səbəbi müəyyən edilməyib. Hadisə, aviasiya tarixində ən böyük sirr hesab olunur və təyyarənin itməsi ilə bağlı ən ölümcül hadisə olaraq qalır. 227-si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır. Bu faciə dünya tarixində ən sirli aviasiya hadisələrindən biri sayılır və itmiş təyyarənin taleyi haqqında bir çox fərziyyələr yaranıb. == Hadisənin təfərrüatları == === Uçuş və son siqnal === Boeing 777-200ER təyyarəsi Kuala Lumpur Beynəlxalq Hava Limanından yerli vaxtla saat 12:41-də havaya qalxıb. Təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü var idi.
Marian Reyevski
Marian Reevskiy (pol. Marian Adam Rejewski; 16 avqust 1905, Bıdqoş, Prussiya, Almaniya imperiyası – 13 fevral 1980, Varşava, Polşa Xalq Respublikası) — polşalı riyaziyyatçı və kriptoqraf. O, 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji Rojiskiy və Henrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib. 1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi.
Maykl Reynhard Hess
Maykl Reynhard Hess (alm. Michael Reinhard Heß‎; 1967, Almaniya, Offenbax am Main) — filologiya elmləri doktoru, İmadəddin Nəsimi irsinin araşdırıcısı. == Həyatı == Maykl Reynhard Hess 1967-ci ildə Offenbax am Main şəhərində anadan olub. O, Frankfurtdakı Johann Wolfgang Goethe adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb. Daha sonra Azad Berlin Universitetində (Freie Universität) "İmadəddin Nəsimi irsi" fundamental araşdırmasını aparıb. Araşdırmalarını 2005-ci ildə bitirərək doktorluq dərəcəsini alıb. == Fəaliyyəti == Maykl Reynhard Hess 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin türk dillərindən klassik şərq poeziyasının tərcüməçisidir. Araşdırmaçının Azərbaycanla bağlı bir neçə kitabı mövcuddur. Bunlardan ən əsası araşdırmaçısı olduğu Nəsimi irsi haqda olan "İlah-insanın dili.
Melvil Reymond Şunker
Melvil Reymond Şunker (1925, Britaniya Hindistanı – 4 yanvar 2021, Qoa) — Hindistan donanmasının vitse-admiralı, Hindistan Hərbi Dəniz Qüvvələri komandirinin sabiq 6-cı müavini. == Həyatı və hərbi xidməti == Hindistan Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Melvil Reymond Şunker 1925-ci ildə Hindistanda anadan olmuşdur. O, 1943-cü ildə əsgər kimi müstəmləkə Hindistanın Hərbi Dənizçilik Könüllüləri Ehtiyatına qatıldı və burada hərbi xidmətinə başladı. Yardımçı patrul gəmilərinin yanında mina gəmilərində də xidmət etdi. İkinci Dünya müharibəsindən sonra Hindistan Kral Donanmasında daimi komissiyaya üzv seçildi. 1956-cı ildə Şunker bir çox gəminin, o cümlədən, Liverpulda istismara verilən "Maysor" gəmisinin kapitanı vəzifəsinə qədər yüksəldi. O, zabit kimi bu gəminin ekipajında oldu. Təxminən iki il gəmidə xidmət etdikdən sonra Koşində yerləşən Silahçılıq Məktəbinə göndərildi. Uzun topçuluq kursu ilk dəfə Hindistanda idi və Şunker burada kurs zabiti idi. Melvil Reymond 1960-cı ildə "Rana" gəmisinin komandiri vəzifəsinə gətirilir.
Meridian Air Cargo reys 3032
Reys 3032 Meridian Air Cargo (ukr. Авіакатастрофа Ан-12 біля Кавали) — Aviasiya qəzası, baş vermiş 16 iyul 2022-ci il Niş—Amman—Ər-Riyad—Əhmədabad—Dəkkə yük reysini yerinə yetirərkən. Fəlakət yerli vaxtla təxminən 23:00-da baş verib, Ehtimal ki, mühərrikin yanması və uğursuz qəza enməsi səbəbindən baş verib.
Metrojet Hava Yollarının 9268 reysi
Metrojet Hava Yollarının 9268 reysi — Rusiya Hava Yolları tərəfindən Metrojet Hava Yolları Rusiya Şarm əl Şeyx şəhərindəki eyni adlı hava limanından Rusiya Sankt-Peterburq Pulkovo hava limanına uçuşdur. 31 oktyabr 2015-ci ildə təyyarə Sinay yarımadasında olarkən təyyarə ilə siqnal kəsildi. Misir Aviasiya İdarəsinin açıqlamasında təyyarənin qəzaya uğradığı müəyyən edildi. Təyyarə Moskva vaxtı saat 7: 13-də. Təyyarə Airbus markalı idi A321 - 231. Təyyarədə 217 sərnişin və yeddi ekipaj üzvü olub. Ekipajda olduğu kimi 214 sərnişin rus, üç nəfər isə Ukrayna turisti idi. İŞİD qəzaya görə məsuliyyəti öz üzərinə götürdü. 224-cü bir tarixlə bu qəza Misir tarixindəki ən ölümcül təyyarə qəzası kimi tarixə düşdü. Ayrıca Airbus A321 ilə əlaqəli ən ölümcül qəzadır.
Mikania reynoldsii
Mikania reynoldsii (lat. Mikania reynoldsii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Milli futbol komandalarının ən yüksək-ən aşağı FİFA reytinqi
== Milli futbol komandaların ən yüksək-ən aşağı FİFA reytinqi (1993-2024) ==
Misir Hava yolları reys 990
Misir Hava yolları reys 990 (ing. EgyptAir Flight 990) - Misir Hava Yollarına məxsus Boeing 767-366ER modelli təyyarə ilə gerçəkləşdirilən Los-Anceles - Nyu-York - Qahirə beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Qəza 1999-cu ilin 31 oktyabr tarixində yerli vaxtla gecə 01:52 radələrində Atlantik Okeanına daxil olan beynəlxalq sularda baş vermişdir. Hadisə sonrası aparılmış araşdırmalar əsasında qəza yerinin koordinatları kimi Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatında daxil olan Nantuket adasının 60 mil (100 km) cənubu təyin olunmuşdur. Təyyarədə olan 217 nəfərin (203 sərnişin və 14 komanda heyəti) hamısı həlak olmuşdur. Qəza beynəlxalq sularda baş verdiyindən, istintaq işi Misir Mülki Aviasiya Agentliyi (MMAA) və ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (MNTŞ) tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarına əsasən araşdırılmışdır. Misir Mülki Aviasiya Agentliyi, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının infrastruktur və təhcizat sisteminə sahib olmadığından, araşdırmanın daha dərin və dəqiq aparılması üçün Misir hökuməti ABŞ rəsmilərindən kömək istəmiş və araşdırmanın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nəzarəti altında aparılmasını arzulamışdır. Qəzadan iki həftə sonra Milli Nəqliyyat Təhlükəsizliyi Şurası toplanmış istintaq materiallarını Federal Təhqiqat Bürosuna göndərməyi təklif etmişdir. Belə ki, toplanmış dəlillər hadisənin təsadüfi və ya texniki səbəblərdən yox, məqsədli və ya terror hücumu əsasında törədildiyini göstərməkdə idi. Misir hökuməti istintaq işinin Federal Təhqiqat Bürosuna təhvil verilməsinə rəsmən etiraz edərək, araşdırmanın sona qədər Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən aparılmışdır.
Mönster (Aşağı Reyn)
Mönster (fr. Munster) – Fransanın şimal-şərqində yerləşən şəhər.
Mönster (Yuxarı Reyn)
Mönster (fr. Munster) – Fransanın şimal-şərqində yerləşən şəhər.

rey sözünün leksik mənası və izahı

rey sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. морск. рей, рея (поперечный брус на мачте судна для крепления парусов)

    Azərbaycanca-rusca lüğət / rey

"rey" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rey nədir? #rey sözünün mənası #rey nə deməkdir? #rey sözünün izahı #rey sözünün yazılışı #rey necə yazılır? #rey sözünün düzgün yazılışı #rey leksik mənası #rey sözünün sinonimi #rey sözünün yaxın mənalı sözlər #rey sözünün əks mənası #rey sözünün etimologiyası #rey sözünün orfoqrafiyası #rey rusca #rey inglisça #rey fransızca #rey sözünün istifadəsi #sözlük