LaMia Hava Yolları reys 2933
LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir.
== Təyyarə ==
Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir..
== Qəza ==
Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır. Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər.
== Həyatını itirən tanınmış insanlar ==
=== "Şapekoense" oyunçuları ===
Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında
Dener Assunçao Braz (Dener), 25 yaşında
Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında
Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında
Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında
Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında
Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında
Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında
Artur Braziliano Maya (Artur Maya), 24 yaşında
Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında
Markos Danilo Padilya (Danilo), 31 yaşında
Filip Xose Maçado (Filip Maçado), 32 yaşında
Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında
Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında
Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında
Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında
Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında
Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında
Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında
=== "Şapekoense"nin idarə heyətindən ===
Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında
=== Media əməkdaşları ===
Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında
Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında
Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında
== Sağ qalanlar ==
Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi.
Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı. Danilo ilkin olaraq qəzadan xilas olsa da, daha sonra xəstəxanada vəfat etmişdir.