* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] İdarə edən, rəhbərlik edən, başçılıq edən adam. Milis rəisi. Sex rəisi. – [Çeşməkli kişi:] Mən bu tikintinin rəisini axtarıram. S.Rəhman. İş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dəyişdirdi. Mir Cəlal. // Başçı, müdir. Şamaxı realni məktəbinin rəisi Şamaxıya gələn kimi əvvəl bir müsəlmanlar ilə dadışdı… C.Məmmədquluzadə. Hasılı Hacı Aslan çox böyük adam idi; çünki o, nüfuzlu bir məhəllə rəisi və ağsaqqalı idi. S.Hüseyn. // köhn. Bir heyət və ya məclisin başında duran şəxs; sədr. Vəkillər heyəti rəisi. Hökumət rəisi.
Azərbaycan dilinin izahlı lüğəti / rəis1 1. RƏİS (polis rəisi) [Pirvəli:] Bəs sən rəisimiz deyilsən? (M.Hüseyn); NAÇALNİK İçəridə isə naçalnikdən başqa heç kəs yox idi (M.Hüseyn). 2. rəis bax müdir
Azərbaycan dilinin sinonimlər lüğəti / rəis2 сущ. 1. начальник (должностное лицо, руководящее, заведующее чем-л.). Sex rəisi начальник цеха, tikinti rəisi начальник строительства, stansiya rəisi начальник станции, polis rəisi начальник полиции 2. управляющий (тот, кто управляет, руководит каким-л. учреждением, организацией, отделом и т.п.). Trest rəisi управляющий трестом, Bakı su kəməri idarəsinin rəisi управляющий Бакводопроводом, bankın rəisi (müdiri) управляющий банком
Azərbaycanca-rusca lüğət / rəis1 i. head, chief; superior; stansiya ~i station-master; tikinti ~i construction chief; liman ~i harbour-master; qatar ~i train-master, train-chief; sex ~i shop foreman*, shop manager; ştab ~i chief of staff
Azərbaycanca-ingiliscə lüğət / rəis1 [ər.] сущ. начальник (идара ийизвай, регьбервал ийизвай, кьиле авай кас); муьдир; // куьгьн. седр.
Azərbaycanca-ləzgicə lüğəti / rəis