əriş sözü azərbaycan dilində

əriş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əriş • 72.3404%
  • Əriş • 27.6596%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır).Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
Çin əriştəsi
Əriştə Çin mətbəxinin vacib tərkib hissəsidir. Çin əriştələri istehsal bölgəsinə, tərkib hissələrinə, forma və ya genişliyinə və hazırlanma tərzinə görə çox dəyişir. Bu məhsul Çindəki əksər regional mətbəxlərdə və xaricdə Çin əhalisi çox məskunlaşan digər ölkələrin mətbəxlərində geniş istifadə olunur. Çin əriştəsi Koreya (jajangmyeon) və Yaponiya (ramen) kimi qonşu Şərqi Asiya ölkələrinin, habelə Vyetnam, Kamboca (kuy teav), Tayland və Filippin kimi Cənub-Şərqi Asiya ölkələrinin mətbəxlərinə daxildir. == Adlandırılması == Çində dil müxtəlifliyinə görə əriştə növləri üçün bir çox ad var. Mandarin dilində buğda unundan hazırlanan əriştə miàn (sadələşdirilmiş Çin dili: 面; ənənəvi Çin dili: 麵; tez-tez "mien" və ya "mein" kimi tərcümə olunur), fěn (粉) növünə isə nişastadan hazırlanan əriştə aiddir. == Tarixi == Çin əriştəsi haqqında ilk yazılı məlumatlara Qərbi Han Xanədanlığının (25-220) bir kitabında rast gəlmk olar. Əriştələr, ümumiyyətlə buğda əriştələri, Han dövründə (e.ə. 206 - e.ə. 220) məşhur bir ərzaq məhsulu idi .
Əriştə
Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər. == Tarix == Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2009 •••••••••••• 0.16
2011 ••••••• 0.09
2012 ••••••••••••••••••• 0.26
2017 •••••••••••• 0.16
2019 •••••••••••••••••••• 0.28
2020 •••••••••••••••••••• 0.27

əriş sözünün leksik mənası və izahı

  • 1 is. toxuc. Xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər. Xananın ərişi. – Toxunmalar üçün işlənən saplar, başlıca olaraq, iki qrupa ayrılır: 1) əriş sapları; 2) arğac sapları. Bunlardan birincisi toxunmaların boyu, ikincisi eni üçündür. Ə.Quliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / əriş

əriş sözünün etimologiyası

  • 1 Ər (ör) sözünün bir mənası “hündür” deməkdir. Ör – “hündür”, “örüş” deməkdir. Əriş “örüş”ün dəyişmiş formasıdır.Əriş xanada dikinə gedən işlərdir, ona görə də hündür anlamı ilə bağlıdır. Arğac isə “en” (və toxumaq) mənasını verən kəl­mə­dir, eninə gedən iplərdir və ərişlə birləşdirilərək palaz əmələ gətirir. M.Kaş­ğa­ridə verilmiş arquq (перекладина), arquru (поперек) sözləri də bunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / əriş

əriş sözünün rus dilinə tərcüməsi

əriş sözünün inglis dilinə tərcüməsi

əriş sözünün fransız dilinə tərcüməsi

əriş sözünün ləzgi dilinə tərcüməsi

əriş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. talvar, çardaq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"əriş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əriş nədir? #əriş sözünün mənası #əriş nə deməkdir? #əriş sözünün izahı #əriş sözünün yazılışı #əriş necə yazılır? #əriş sözünün düzgün yazılışı #əriş leksik mənası #əriş sözünün sinonimi #əriş sözünün yaxın mənalı sözlər #əriş sözünün əks mənası #əriş sözünün etimologiyası #əriş sözünün orfoqrafiyası #əriş rusca #əriş inglisça #əriş fransızca #əriş sözünün istifadəsi #sözlük