əriştə sözü azərbaycan dilində

əriştə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əriştə • 88.8889%
  • Əriştə • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əriştə
Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər. == Tarix == Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e.
Çin əriştəsi
Əriştə Çin mətbəxinin vacib tərkib hissəsidir. Çin əriştələri istehsal bölgəsinə, tərkib hissələrinə, forma və ya genişliyinə və hazırlanma tərzinə görə çox dəyişir. Bu məhsul Çindəki əksər regional mətbəxlərdə və xaricdə Çin əhalisi çox məskunlaşan digər ölkələrin mətbəxlərində geniş istifadə olunur. Çin əriştəsi Koreya (jajangmyeon) və Yaponiya (ramen) kimi qonşu Şərqi Asiya ölkələrinin, habelə Vyetnam, Kamboca (kuy teav), Tayland və Filippin kimi Cənub-Şərqi Asiya ölkələrinin mətbəxlərinə daxildir. == Adlandırılması == Çində dil müxtəlifliyinə görə əriştə növləri üçün bir çox ad var. Mandarin dilində buğda unundan hazırlanan əriştə miàn (sadələşdirilmiş Çin dili: 面; ənənəvi Çin dili: 麵; tez-tez "mien" və ya "mein" kimi tərcümə olunur), fěn (粉) növünə isə nişastadan hazırlanan əriştə aiddir. == Tarixi == Çin əriştəsi haqqında ilk yazılı məlumatlara Qərbi Han Xanədanlığının (25-220) bir kitabında rast gəlmk olar. Əriştələr, ümumiyyətlə buğda əriştələri, Han dövründə (e.ə. 206 - e.ə. 220) məşhur bir ərzaq məhsulu idi .

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 3.37
2009 •••• 0.64
2010 •• 0.18
2011 •••• 0.51
2012 •• 0.17
2013 ••••••• 1.02
2014 •• 0.17
2015 ••• 0.34
2017 0.16
2019 •• 0.28
2020 0.13

əriştə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Dilbər pəncərə arasına qoyulan məcməyidəki əriştəni götürüb ocaq üstündə pıqqapıqla qaynayan qazana tökdü. Ə.Sadıq. 2. Bu xəmir parçalarından bişirilən sulu xörək, şorba. Əriştə şorbası. ◊ Əriştə doğramaq məc. – bir işi görmək üçün gizli hazırlıq aparmaq. Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir. (Ata. sözü). [Səfər:] İndi [Həmzə və Çimnaz] əriştə doğrayırlar, amma qız heç razı deyil. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / əriştə

əriştə sözünün etimologiyası

əriştə sözünün rus dilinə tərcüməsi

  • 1 1. лапша; 2. лапшовый;

    Azərbaycanca-rusca lüğət / əriştə
  • 2 I сущ. лапша: 1. изделие из теста, разрезанного на узкие полоски 2. кушанье из такого изделия II прил. лапшовый ◊ əriştə doğramaq kimə втайне от всех готовить подлое дело; əriştə kimi doğrayaram на куски изрежу (выражение угрозы)

    Azərbaycanca-rusca lüğət / əriştə

əriştə sözünün inglis dilinə tərcüməsi

əriştə sözünün fransız dilinə tərcüməsi

əriştə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. ккинияр; 2. ккинид хапӀа, ккинийрин хапӀа; ** əriştə doğramaq пер. са кар авун патал чинеба гьазурвал акун.

    Azərbaycanca-ləzgicə lüğəti / əriştə

"əriştə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əriştə nədir? #əriştə sözünün mənası #əriştə nə deməkdir? #əriştə sözünün izahı #əriştə sözünün yazılışı #əriştə necə yazılır? #əriştə sözünün düzgün yazılışı #əriştə leksik mənası #əriştə sözünün sinonimi #əriştə sözünün yaxın mənalı sözlər #əriştə sözünün əks mənası #əriştə sözünün etimologiyası #əriştə sözünün orfoqrafiyası #əriştə rusca #əriştə inglisça #əriştə fransızca #əriştə sözünün istifadəsi #sözlük