Ərəs sözü azərbaycan dilində

Ərəs

Yazılış

  • Ərəs • 50.0000%
  • ərəs • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ərəs (Miyanə)
Ərəs (fars. ارس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (18 ailə).
Məhəmməd Tağı Ərəszadə
Araslı Həmid Hacı Məmmədtağı oğlu – ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi. == Həyatı == Dövrünün görkəmli din xadimi, tərcüməçi və publisist Axund Hacı Məhəmməd-Tağı Ərəszadə 1867-ci ildə Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. Məhəmməd-Tağı Ərəszadə Nəcəf şəhərində təhsil almışdır. Hacı Məhəmməd-Tağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən biri idi. Axund Hacı Məhəmməd-Tağı Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olmuşdur. O, dövri mətbuatda dini-əxlaqi, şəriət məsələləri ilə bağlı mütəmadi olaraq yazılarla çıxış edirdi. Onun ərəb dilindən etdiyi bəzi tərcümələr və yazdığı “Vəşrihi-fəraiz” adlı kitab bu gündə alimin şəxsi kitabxanasında qorunub saxlanılır. “Vəşrihi-fəraiz” kitabı 1907-ci ildə Tiflis mətbəəsində çap olunmuşdur. 1911 də fəfat etmişdir. == Kitabları == Vəşrihi-fəraiz 1907 == Həmçinin bax == Həmid Araslı Azərbaycan diplomatı Elman Araslının atasıdır.
Məlikov Əvəzağa Ərəstun
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). == Həyatı == 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəli idi, iki övladı var. == Fəaliyyəti == === Erkən illəri === Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Ərəstu
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Ərəstun
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Ərəstun Axundov
Axundov Ərəstun Həmzə oğlu (d. 1924 — ö. 1990) — Azərbaycan iqtisadçısı. 1962-ci ildə Kiyev şəhərində namizədlik, 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1979-cu ildə professor elmi adını almışdır. Keçmiş SSRİ məkanında "vaxta qənaət qanunu"nun tanınmış tədqiqatçılarından biri hesab olunurdu. Bu mövzuda maraqlı tədqiqatların müəllifidir. 1982–1990-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, professor kimi fəaliyyət göstərmişdir.
Ərəstun Cavadov
Ərəstun Nurəddin oğlu Cavadov (20 oktyabr 1948, Ərəbmehdibəy, Ağsu rayonu – 29 mart 2023) — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatı == Həyatı == 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var. 29 mart 2023-cü ildə dünyasını dəyişmişdir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur.
Ərəstun Həsənov
Ərəstun Kərimov
Ərəstun Mahmudov
Ərəstun Mahmudov (tam adı: Ərəstun İspəndi oğlu Mahmudov ; d. 1957, İsmayıllı, Azərbaycan SSR - ö. 1992, Ağdam-Şuşa, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi. == Döyüşlərdə iştirakı == Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Ərəstun Məmmədov
Ərəstun Məmmədov (10 sentyabr 1922, Xırmandalı, Biləsuvar rayonu – 6 aprel 2015, Xırmandalı, Biləsuvar rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. == Həyatı == 1922-ci ildə Biləsuvarın Xırmandalı kəndində ziyalı ailəsində dünyaya gəlib. Çox gənc yaşlarından əmək fəaliyyətinə başlayıb. 1988-ci ilə kimi pambıqçılıq briqadasına başçılıq edib. Qazandığı yüksək nailiyyətlərə görə 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ərəstun Məmmədov ümumilikdə 5 orden və 15-ə yaxın müxtəlif medallarla təltif olunub. 2004-cü ilə kimi zəngin təcrübəsini rayonda taxılçılığın inkişafına həsr edib. Göstərdiyi xidmətlərə görə ona Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunmuşdu.
Ərəstun Əliyev
Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi. == Həyatı == Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır. Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var. == Fəaliyyəti == Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir. == Ailəsi == Həyat yoldaşı - Tahirə Əliyeva. 4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.
Ərəstü Həbibbəyli
Ərəstü İsa oğlu Həbibbəyli (1980, Naxçıvan) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. == Həyatı == Ərəstü Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirmişdir. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil almışdır. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 2002–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləmişdir. 2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmiş, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi təyin olunmuşdur. 21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ərəstun Xıdırov
Ərəstun (ad)
Ərəstun — kişi adı. Ərəstun — Spontan Absurte nəzəriyyəsinin banisi. Ərəstun Mahmudov — Azərbaycanın Milli Qəhrəmanı. Ərəstun Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Ərəstun Əliyev — Azərbaycan xanəndəsi. Ərəstun Kərimov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Ərəstun Məmmədov — Sosialist Əməyi Qəhrəmanı.

ərəs sözünün leksik mənası və izahı

"ərəs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərəs nədir? #ərəs sözünün mənası #ərəs nə deməkdir? #ərəs sözünün izahı #ərəs sözünün yazılışı #ərəs necə yazılır? #ərəs sözünün düzgün yazılışı #ərəs leksik mənası #ərəs sözünün sinonimi #ərəs sözünün yaxın mənalı sözlər #ərəs sözünün əks mənası #ərəs sözünün etimologiyası #ərəs sözünün orfoqrafiyası #ərəs rusca #ərəs inglisça #ərəs fransızca #ərəs sözünün istifadəsi #sözlük