Ələs sözü azərbaycan dilində

Ələs

Yazılış

  • Ələs • 93.4783%
  • ələs • 6.5217%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ələs Rüstəmov
Hacı Ağa Ələsgər
Hacı Ağa Ələsgər (tam adı: Hacı Ağa Ələsgər Kərbəlayi Ağa Səfəroğlu) — XVIII əsrdə yaşamış Şamaxı ziyalısı. == Fəaliyyəti == Hacı Ağa Ələsgər 8 il Şamaxı mədrəsəsi mədrəsəsində oxumuşdur. O, həmin mədrəsədə 5 il xəlifəlik (müəllim köməkçisi) və 20 ilə yaxın müəllimlik etmişdir. == Əsəri == Hacı Ağa Ələsgər 1740-cı ildə Şamaxı şəhərində "Şirvan mədrəsəsinin tarixi" əsərini yazmışdır. Müəllif həmin əsərində tələbələrin dərsə hazırlaşması, imtahan verməsi, özünəxidmət işləri, şəhərin xeyir və şər işlərində iştirakı barədə maraqlı məlumat verir. Əsərdə 1730-1740-cı illər arasında mədrəsədə ayrı-ayrı fənləri kimlərin tədris etdiyi, tədris üsulları, dərs kitabları və sair barədə qeydlər vardır. Əsərin yazıldığı 1740-cı ildə mədrəsədə 26 müəllim və 14 xəlifə çalışdığı da həmin kitabda qeyd olunmuşdur.
Hənifə Ələsgərov
Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı – 29 aprel 1991, Bakı) — Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1965-1973), SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları laureatı. == Həyatı == Hənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir. Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu. 1946-1948-ci illərdə və 1958-1962-ci illərdə "Azərdövlətlayihə" institutunun emalatxana rəisi. Lənkəran şəhərinin baş planı (1947-ci il) və Zaqatala rayonunun baş planının layihələndirilməsi işində əsas yer tutmuşdur (1949-cu il). O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Memarlıq işləri üzrə İdarənin rəis müavini işləmişdir. 1948-1958-ci illərdə Azərbaycan SSR Dövlət Tikinti Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi. 1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusu, 1968-ci ildə Bakıda "26 Bakı komissarları" xatirə kompleksi, 1975-ci ildə Naxçıvanda Leninin xatirə abidəsi, Bakı şəhərində 28 May küçəsində yaşayış binası kimi əsas əsərlərin tikilməsində iştirak etmişdir.
Həsrət Ələsgərov
Mirzə Ələsgər Məmmədov
Məmməd oğlu Ağa Mirzə Əli Əsgər (Ələsgər) Qarabaği — XIX əsr Azərbaycan xanəndəsi, tarzəni və muğam bilicisi. O, dövrünün qabaqcıl musiqi xadimi kimi muğam sənətinin inkişafında mühüm rol oynamışdır. == Həyatı == Mirzə Əli Əsgər Qarabaği 1824-cü ildə Şuşada anadan olmuşdur. Yaradıcılığı çoxcəhətli olmuşdur. O, həm xanəndə, həm də ustad kamançaçı kimi fəaliyyət göstərmişdir. Əli Şirazi İran tarını Qarabağa gətirəndən sonra bu sənətə yiyələnmiş, bütün Qafqazda tarzən kimi tanınmışdır. Mirzə Əli Əsgər əvvəllər Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüş, uzun illər Mirzə Hüseyn, Həsənçə, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələri tarda müşayiət etmişdir. Mirzə Əli Əsgər Yaxın Şərq ölkələrinə də səyahət etmiş, İran hakimi Nəsrəddin şahın sarayında qurulan məclislərdə tarzən kimi çıxış etmişdir. XIX əsrin Sadıqcan, Cavad bəy, Əlibəy oğlu (Xanəzəyski), Şəkər oğlu Kərim, Artemi və Məşədi Zeynal kimi Azərbaycan tarzənləri Mirzə Əli Əsgərin şagirdləri olmuşlar. Mirzə Əli Əsgər Azərbaycan musiqisini dərindən öyrənərək onun özünəməxsus cəhətlərini üzə çıxarır və mahiyyətini şərh edərək musiqiçilərə öyrədirdi.
Mirzə Ələsgər Növrəs
Mirzə Ələsgər Növrəs (1839, Şuşa – 1912, Şuşa) — Azərbaycan şairi. == Həyatı == Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı. Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat edib.
Mirzə Ələsgər Xoyi
Mirzə Ələsgər Хоyi-Məşrutə hərəkatının fəallarından biri.
Mirzə Ələsgər xan Əminüssultan
Mirzə Ələsgər xan Ağa İbrahim oğlu Əminüssultan (6 yanvar 1858, Tehran – 31 avqust 1907, Tehran) — İranın baş naziri (1907). == Həyatı == Mirzə Ələsgər xan Əminüssultan 1857-ci ildə Tehran şəhərində anadan olmuşdu. Gürcü əsillidir. Müstəbid, irticaçı bir şəxsiyyət idi. O, 1907-ci ildə Abbas ağa Təbrizi tərəfindən öldürülmüşdür.
Murtuz Ələsgərov
Murtuz Nəcəf oğlu Ələsgərov (20 sentyabr 1928, Gəncə – 7 avqust 2012, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri (1996–2005), Azərbaycan Dövlət Universitetinin rektoru (1993–1996), hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası. == Həyatı və fəaliyyəti == Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1950–1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlamışdır. Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs demişdir. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olmuşdur. Murtuz Ələsgərov I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilmişdir. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olmuşdur. Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri olmuşdur.
Musa Ələsgərov
Musa Ələkbərov (tam adı: Musa Əhməd oğlu Ələkbərov; 1888, Xızı, Quba qəzası – 1956, Bakı) — 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmişdir. == Həyatı == Musa Ələkbərov 1888-ci ildə tarixi Bərmək mahalının Xızı kəndində yoxsul bir ailədə anadan olub. 1900-cü ildə Bakıya köçüb. Əmisi Məşədi Məlikin qızı Minəxanımla ailə həyatı qurub. Övladları olmayıb. 1956-cı ildə Bakıda vəfat edib. == Xidmətləri == "Dağ pişiyi" ləqəbi ilə tanınan Musa Ələkbərov Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. Dağlı Musa erməni neftxudalarına qarşı, xüsusilə də qoçularına qarşı son dərəcə amansız və barışmaz olub. Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik olub. Belə ki, 1914-cü ilin 19 iyununda Almaniya Rusiyaya müharibə elan etdi.
Müşfiq Ələsgərli
Ələsgərli Müşfiq Məşi oğlu (16 mart 1973, Əsədli, Cəlilabad rayonu) — Jurnalistlərin Həmkarlar İttifaqının sədri == Həyatı == 1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib. 1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində şöbə müdiri, 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub. 1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir. 2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir. Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.
Mətləb Ələsgərov
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. == Həyatı == Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. == Xeyriyyə işləri == O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Namiq Ələsgərov
Namiq Ələsgərov (3 fevral 1995[…], Qusar) — Misli Premyer Liqasında çıxış edən Sabahın futbolçusu.
Nicat Ələsgərov
Nicat Zülfü oğlu Hüseyni (16 avqust 1990, Sumqayıt) — Azərbaycan kinorejissoru, ssenarist. == Həyatı == Ələsgərov Nicat (Hüseyni) Zülfü oğlu 1990-cı il 16 avqust Azərbaycanın böyük şəhərlərdən biri olan Sumqayıtda dünyaya gəlmişdir. 1997-ci ildə 1 saylı orta məktəbə təhsilə başlayıb. 2008-ci ildə orta təhsilini bitirmişdir. Elə həmin il Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinorejissorluq fakultəsinə daxil olmuşdur. Karyerası İlk nəaliyyəti 2010-cu il "sosial məsuliyyət və sən" qısametrajlı filmlər festivalında olmuşdur. 237 film arasında 5-ci yerə layiq görülmüşdür. Daha sonralar filmlər və serial layihələrində çalışaraq öz təcrübəsini dahada artırmış, bir çox rejissorların təcrübələrindən faydalanmışdır. 2015-ci ildə ekologiyanın çirklənməsi ilə bağlı çəkdiyi videorolikə gorə fəxri fərmanla təltif olunmuşdur. 2017-ci ildə Azərbaycan kino tarixində çəkilən ilk qorxu filminin (XƏNNAS) 2-ci rejissoru kimi tarixə düşmüşdür.TAOW_film şirkətinin rəhbəridir və hal-hazırda müstəqil olaraq film və serial layihələrində rejissorluq fəaliyyətini davam etdirir.
Niyaməddin Ələsgərov
Nüşabə Ələsgərli
Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olmuşdur. Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olmuşdur. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənmişdir. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır. 1982-ci ildə 8-ci sinfi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olmuşdur. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuşdur. Həm məktəbdə, həm texnikumda, həm də Konservatoriyada təhsil illərində Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyevdən dərs almışdır. Məktəbdə xorda oxuyarkən, təhsil məkanlarında isə bir müəllim kimi Fazil Əliyevin tələbəsi olmuşdur.
Pərviz Ələsgərov
Samir Ələsgərov
Samir Ələsgərov (1972, Bakı) — Aktyor, rejissor, ssenari müəllifi. == Həyatı == Samir Ələsgərov Bakı şəhərində 1972-ci ilde dünyaya gəlib. Azərbaycan Bakı Dövlət universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1999-cu ildən səhnədədir. İlk işlərindən biri Atv telekanalında yayımlanan "Həftəbecər" adlı yumoristik layihədə Səfqulu obrazi olub. Vegeteryandı. Evlidir. == Filmoqrafiya == Bəyaz həyat (film, 2003) Ümid (film, 1995) Səhərə inan...
Seymur Ələsgərov
Solmaz Ələsgərova
Solmaz Həbib qızı Ələsgərova (16 sentyabr 1958, Kirovabad) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Solmaz Ələsgərova 1958-ci il sentyabrın 16-da Kirovabad şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Solmaz Ələsgərova ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 85 nömrəli Samux-Goranboy dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Solmaz Ələsgərova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Solmaz Ələsgərova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. 1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü. 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
Süleyman Ələsgərov
Süleyman Ələsgərov (aktyor) — Azərbaycan aktyoru. Süleyman Ələsgərov (bəstəkar) — Azərbaycan bəstəkarı.
Süleyman Ələsgərov (aktyor)
Süleyman Ağababa oğlu Ələsgərov (20 iyun 1915 və ya 16 iyun 1915, Bakı – 10 dekabr 1998, Bakı) — aktyor, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR əməkdar artisti (1954). == Həyatı == Süleyman Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb. Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Süleyman Ələsgərov (bəstəkar)
Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924, Şuşa, DQMV – 21 yanvar 2000, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000). == Həyatı == Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır. Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.
Sədrəddin Ələsgərov
Sədrəddin Ələsgərov (21 mart 1929, Quzanlı – 14 iyun 2019) — Sosialist Əməyi Qəhrəmanı, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri. == Həyatı == Ələsgərov Sədrəddin Fərrux oğlu 1929-cu ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1936-cı ildə Quzanlı kənd məktəbinin I sinfinə daxil olub. 1945-ci ildə kolxozda su cuvarı işləyib. 1947-ci ildən kolxozda yaxşı işlədiyinə görə kolxoz sədri Əkbər Bağırov onu "anbardar-xəzinadar" vəzifəsinə təyin edib. Əsgəri xidmətdən sonra kolxozda heyvandarlıqla məşğul olmağa başlayıb. Heyvandarlıqda əldə etdiyi yüksək nəaliyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı və "Lenin Ordeni"ilə təltif olunub. 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləmişdir. 1981-ci ildən Sədrəddin Ələsgərov kolxozda sədr muavini vəzifəsinə irəli çəkilib. Sədrəddin Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 oktyabr 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Sənan Ələsgərov

ələs sözünün leksik mənası və izahı

ələs sözünün etimologiyası

"ələs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ələs nədir? #ələs sözünün mənası #ələs nə deməkdir? #ələs sözünün izahı #ələs sözünün yazılışı #ələs necə yazılır? #ələs sözünün düzgün yazılışı #ələs leksik mənası #ələs sözünün sinonimi #ələs sözünün yaxın mənalı sözlər #ələs sözünün əks mənası #ələs sözünün etimologiyası #ələs sözünün orfoqrafiyası #ələs rusca #ələs inglisça #ələs fransızca #ələs sözünün istifadəsi #sözlük