ələk sözü azərbaycan dilində

ələk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ələk • 88.7500%
  • Ələk • 10.0000%
  • ƏLƏK • 1.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Hacı Ələkbər bəy Nəsirbəyov
Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov (az. Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyov; 1857, Dədəli, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – 1923, Qaryagin, Qaryagin qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ) — qurucu, xeyriyyəçi, məmur, Hacı == Həyatı == Hacı Ələkbər bəy 1857-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Dədəli obasında, Qarabağın zadəgan Nəsirbəyovlar ailəsində anadan olub. Molla yanında oxuyub, sonralar isə mükəmməl mədrəsə təhsili almışdı. Rus dilini kamil bilirdi. Quberniya katibi mülki çini vardı. Bakı qəzasında dövlət idarələrində məmur işləmişdi. Bir müddət Bakının ikinci sahəsinin pristavı olmuşdu. Həmin ərazidə asayişi qoruduğuna və cinayətkarlığı praktiki olaraq aradan qaldırdığına görə, hətta Bakı kəndlərində Ələkbər bəy haqqinda meyxanalar düzüb-qoşublar. O illərdə yayılmış bəzi məlumatlara əsasən, Rusiya çarının qardaşı Böyük knyaz Mixail Aleksandroviç Romanov Bakıya səfər edərkən onun ailə üzvlərindən birinə sui-qəsd cəhdi olur. Bu zaman mühafizənin təşkilində iştirak edən Ələkbər bəy ağciyərindən yaralanır, amma sui-qəsdin qarşısını alır.
Hacı Ələkbər məscidi
Hacı Ələkbər məscidi — 1890-cı ildə tikilmiş Füzulinin məscidi == Məscidin tikilməsi == Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889–1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olduğundan o, bu məscidin inşası üçün vəsait ayıraraq, Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir. == Məscidin vəziyyəti == 1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür. == Mermarlıq xüsusiyyətləri == Memarın minarəsiz məscidləri sırasına daxil olan Hacı Ələkbər məscidinin plan quruluşu kvadrat şəklində həll olunub. Bu məscidin ibadət zalında memar dörd ədəd səkkizbucaqlı sütun düzməklə onu üç nüfə ayırmışdır. Mehrab ilə üzbəüz olan tərəfin ikinci mərtəbəsində qadınlar üçün xüsusi şüşəbənd inşa etməklə o öz ənənəsinə sadiq qalmışdır.
Hüseyn Ələkbərov
Hüseyn Xəlil oğlu Ələkbərov 16 iyul 1946-cı ildən 11 avqust 1948-ci ilədək Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Hüseyn Xəlil oğlu Ələkbərov 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 7 illik məktəbini bitirdikdən sonra, 1928–1930-cu illərdə Gəncədə texnikumda oxumuşdur. 1930–1931-ci illərdə həmkarlar təşkilatında işləmiş, Dəstəfur (indiki Daşkəsən) rayon icraiyyə komitəsinin məsul katibi olmuşdur. 1931-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsinə daxil olmuş və 1935-ci ildə həmin fakültəni bitirmişdir. 1935–1937-ci illərdə Yevlax rayonunda xalq hakimi işləmiş, 1937–1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1946–1948-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
K.Ə.Ələkbərоv
Ələkbərov Kazım Əbdülmanaf oğlu (17 fevral 1909, Bakı – 12 sentyabr 1987, Bakı)— görkəmli torpaqşünas-eroziyaşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor (1960), AMEA müxbir üzvü (1968). == Həyatı == Kazım Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1929-cu ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1929- 1930-cu illərdə Bakıdakı M.Ə. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1931-1932-ci illərdə isə Tiflis şəhərindəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunun Aqrobitkilər şöbəsində oxuyaraq aqronomluq ixtisasına yiyələnmişdir. 1932-ci ildə Tiflisdə ali təhsilini başa çatdıran K.Ə. Ələkbərov torpaqşünas kimi 8 fevral 1932-ci il tarixdə "Zaqyenlitrest"də əmək fəaliyyətinə başlayır və dekabr ayına kimi burada işləyir. 1934-cü ildə K.Ə. Ələkbərov hərbi xidmətə çağırılır və Tiflis şəhərindəki hərbi məktəbin kursantı olur. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan Filialının Torpaqşünaslıq Bölməsində aspiranturaya daxil olur. Dissertasiya işini uğurla başa çatdırdıqdan sonra 1943-cü ilin 17 iyununda akademik İ.M. Qubkin adına Geologiya İnstitutunda "Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi Şuranın qərarı ilə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra K.Ə. Ələkbərov 1943-cü ilin 18 iyununda Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların genezisi və xəritələşdirilməsi laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilir.
Kamal Ələkbərov
Kamal Camal oğlu Ələkbərov (20 mart 1928, Füzuli, Azərbaycan SSR, SSRİ – 21 may 2009, Bakı, Azərbaycan) — Azərbaycanlı rəssam, heykəltaraş, Azərbaycan SSR əməkdar rəssamı (1982), Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı və yaradıcılığı == Kamal Ələkbərov 1928-ci il martın 20-də Azərbaycan SSR Füzuli şəhərində anadan olmuşdur. Ələkbərov ailəsi yoxsulluqda yaşayırdı.Ən nüfuzlu universitetin ən məşhur ustalarından öyrənmək üçün gecələr Kamal vaqonları boşaltmaqla çörək pulu qazanırdı. 1948-ci ildə Ələkbərov Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. Burada Ələkbərova SSRİ xalq rəssamı Pinxos Sabsay dərs deyirdi. 1948-ci ildən 1954-cü ilə qədər Vasili Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. 1953-cü ildən Kamal Ələkbərov sərgilərdə iştirak edirdi. Onun yaratdığı heykəltaraşlıq portretləri arasında "Neftçi" (gips, 1954), XII əsrin memarı Əcəmi Naxçıvani portreti (gips, 1955, Azərbaycan Milli İncəsənət Muzeyi; mərmər, 1958-59), "Qız" (mərmər, 1956, Azərbaycan Milli İncəsənət Muzeyi) "Partizan M. Seyidov" (bürünc, 1960), "Xanım" (ağac, 1961), "Balıqçılıq mahnı" (gips, 1962) və s. Həmçinin Ələkbərovun yaratdığı heykəltaraşlıq portretləri arasında Füzuli şəhərində Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya, Şamama Həsənovaya həsr olunmuş abidələr, Mərəzə şəhərində XX əsrin görkəmli maarifçi Aleksey Çernyayevskiya, Cəfər Cabbarlıya, yazıçı İlyas Əfəndiyeva, Azərbaycan Respublikasının Xalq Artistlərina Mirzəağa Əliyev, İsmayıl Dağıstanlı, Arif Məlikov və xalq rəssami Lətif Kərimova həsr olunmuş abidələri yaradıb. Kamal Ələkbərov monumental heykəllərin də müəllifidir.
Kamal Ələkbərov (heykəltəraş)

Kazım Ələkbərli
Məmmədkazım Ələkbərli (24 yanvar 1905, Dərbənd, Dağıstan vilayəti və ya Dağıstan – 12 oktyabr 1938 və ya 13 oktyabr 1938, Bakı) — Azərbaycan yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin (AYB) ilk sədri (1934). == Həyatı == Məmmədkazım 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, Azərbaycan Dövlət Pedaqoyi İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923–1927). Moskvada Qırmızı Professorlar İnstitutunda təhsilini davam etdirmişdir (1930–1934). ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərində baş redaktor olmuşdur. 21 oktyabr 1937-ci il, cümə axşamı siyasi repressiya dövründə güllələnmişdir. == Əsərləri == "İdealizm və materializm və yaxud yeni fəlsəfə" (1927). "Yeni əlifba və orfoqrafiya" (1929). "Azərbaycan ədəbiyyatı" (1935) kitablarının müəllifi olmuşdur.
Kazım Ələkbərov
Ələkbərov Kazım Əbdülmanaf oğlu (17 fevral 1909, Bakı – 12 sentyabr 1987, Bakı)— görkəmli torpaqşünas-eroziyaşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor (1960), AMEA müxbir üzvü (1968). == Həyatı == Kazım Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1929-cu ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1929- 1930-cu illərdə Bakıdakı M.Ə. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1931-1932-ci illərdə isə Tiflis şəhərindəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunun Aqrobitkilər şöbəsində oxuyaraq aqronomluq ixtisasına yiyələnmişdir. 1932-ci ildə Tiflisdə ali təhsilini başa çatdıran K.Ə. Ələkbərov torpaqşünas kimi 8 fevral 1932-ci il tarixdə "Zaqyenlitrest"də əmək fəaliyyətinə başlayır və dekabr ayına kimi burada işləyir. 1934-cü ildə K.Ə. Ələkbərov hərbi xidmətə çağırılır və Tiflis şəhərindəki hərbi məktəbin kursantı olur. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan Filialının Torpaqşünaslıq Bölməsində aspiranturaya daxil olur. Dissertasiya işini uğurla başa çatdırdıqdan sonra 1943-cü ilin 17 iyununda akademik İ.M. Qubkin adına Geologiya İnstitutunda "Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi Şuranın qərarı ilə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra K.Ə. Ələkbərov 1943-cü ilin 18 iyununda Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların genezisi və xəritələşdirilməsi laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilir.
Kazım Ələkbərov (general-polkovnik)
Kazım Ələkbərov — Rusiya Federasiyasının Federal İcra Hakimiyyəti Xidmətinin Moskva şəhəri üzrə rəisi, 1-ci dərəcəli Dövlət Ədliyyə müşaviri, Federal İcra Hakimiyyətinin əməkçisi, hüqüq elmlər namizədi, general-polkovnik. == Həyat və fəaliyyəti == Kazım Ələkbərov 21 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Kiçik Vedi kəndində anadan olmuşdur. Uşaqlıq və məktəb illərini doğma kəndində keçirdikdən sonra 16 yaşında ikən Bakıya daha sonra isə Moskvaya yola düşür. Əvvəl hərbi xidmətini başa vurduqdan sonra Patris Lulumba adına Xalqlar Dostluğu Universitetinin tarix fakültəsini, daha sonra isə Moskva Dövlət Hüqüq Akademiyasının hüqüq fakültəsini bitirir. Kazım Ələkbərov qısa zamanda Moskvanın bir çox rayonlarında Məhkəmə İcraçıların rəisi vəzifəsinə yüksəlir.
Kənan Ələkbərli
Kərbəlayi Ələkbər Hacıyevin evi
Kərbəlayi Ələkbər Hacıyevin evi — Cəfər Cabbarlı küçəsi, 4 (keçmiş Şamaxinka küçəsi, 4) ünvanında yerləşən bina 1912-ci ildə tikilib. Binanın memarı A. Polyakovdur. Bu bina memarın Bakıdakı yeganə işidir. Keçmiş Şamaxinka küçəsi, 4 (indiki Cəfər Cabbarlı küçəsi, 4) ünvanında yerləşən yaşayış evi (binanın digər fasadı keçmiş Kubinskaya indiki Zivər bəy Əhmədbəyov küçəsinə baxır) Kərbəlayi Ələsgər Hacıyevə məxsus olub. 1912-ci ildə tikilən binanın memarı A. Polyakovdur. Özünün həcmi-məkan göstəriciləri və Bakı moderninin ən yaxşı ənənələrindəki memarlıq həllinə görə bu üslubun maraqlı nümunəsidir. Üfüqi həcmdə həm flankir erkerlərin hissələrin, həm də arxaların şaquliyi stil motiv və elementlərin daha dəqiq vurğulanmış xarakteri üzə çıxır. Gözəl hazırlanmış portal və nəcib əhəngdaşından hazırlanmış şirlər-kronşteynlər fasadların həcmi plastikasına daxil olaraq memarlıq abidəsi sayılan yaşayış evinin kompozisiyasını gözəlləşdiriblər.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Kərbəlаyı Ələkbər Sаfi

Lamiyyə Ələkbərova
Ələkbərova Lamiyyə Ələkbər qızı (d. 2 sentyabr 1973, Naxçıvan) — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən "Mədəniyyət" televiziya kanalının direktor müavini (2018), rejissor, teleaparıcı, 2023-cü ilin dekabr ayından etibarən MTV Azerbaijan kanalında Musiqi departamentinin direktoru. == Həyatı == === Təhsili === Lamiyyə Ələkbərova 2 sentyabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olub. 1980-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi gümüş medalla bitirib və Naxçıvan Dövlət Musiqi texnikumuna daxil olub. 1994-cü ildə oranı qırmızı diplomla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Musiqi akademiyasına qəbul olmuşdur. 1998-ci ildə bu təhsil ocağını da qırmızı diplomla bitirmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə buranı bitirmişdir. === Karyerası === Azərbaycan teleməkanında reklamlı verilişlərin təməlini qoyan aparıcı kimi tanınır. ==== AzTV ==== 1995-ci ildən 2006-cı ilə qədər Azərbaycan Televiziyasında (AZTV) rejissor və teleaparıcı vəzifələrində çalışmışdır. Moda verilişinin layihə rəhbəri və aparıcı olub.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Mehman Ələkbərov
Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957, Kirovabad – 4 iyun 1993, Gəncə) — Gəncə özünümüdafiə batalyonunun komandiri. 4 iyun Gəncə qiyamının şəhidi. == Həyatı və hərbi fəaliyyəti == Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib. 1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir. Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib.
Mehriban Ələkbərov (əsgər)
Mehriban Ələkbərova
Mehriban Zaur qızı Ələkbərzadə (5 avqust 1965, Kirovabad) — Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Akademik Milli Dram Teatrının bədii rəhbəri (2023-cü ildən), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru (2022–2023), Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru (2017–2022). == Həyatı == Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun və E. Şabanovanın kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. 1988-ci ildə diplom müdafiəsi kimi Azərbaycan Akademik Dram Teatrında J. P. Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb.
Mehriban Ələkbərzadə

Mikayıl Ələkbərov
Ələkbərov Mikayıl Məhəmməd oğlu (1924, Saray, Bakı qəzası – 13 oktyabr 1943, Verxnedneprovsk rayonu[d], Dnepropetrovsk vilayəti) — Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir. Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir. Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur. Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir. Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir. == İstinadlar == == Mənbə == Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1.
Mirzə Ələkbər Elxanov
Mirzə Ələkbər Elxanov (1828-?) — Pedaqoq. 1856-cı ildən 1885-ci il 31 martadək İrəvan gimnaziyasında müəllim. == Həyatı == O, 1828-ci ildə Uluxanlı kəndində anadan olmuş, İrəvan şəhərindəki baş məscid nəzdindəki ruhani məktəbini bitirmiş, sonra isə rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili müəllimi adını almışdı. Uluxanlıda yaşlı nəslin nümayəndələrindən Mirzə Zeynalabdın Rzayev, Əsədulla Musayev, Şıxəli Bağırov, qonşu Sarvanlar kəndinin 112 yaşlı sakini Məmmədəli Nəsirov və başqaları M. Ə. Elxanovun yüksək mənəvi keyfiyyətlərindən maraqla söhbət açardılar. Onun Uluxanlı kənd məktəbinin açılmasında hədsiz rolu olduğunu, kasıbların balalarına köməkliyini, "Əkinçi" qəzetinin nömrələrini və bir çox kitabları camaat arasında gətirib oxuduğunu həmişə xoş xatirələrlə yad edərmişlər. Qərbi Azərbaycan maarifi və məktəbi ümumi Azərbaycan maarifi və mədəniyyəti ilə birgə addımlayır, Zaqafqaziyada və Rusuyada baş verən pedaqoji yeniliklər, mütərəqqi məktəb təcrübəsi və pedaqoji ideyalar bura da nüfuz edirdi. İrəvan məktəbləri bəzi məsələlərdə hətta irəli gedirdi. Səs üsulu ilə ana dili dərsliklərinin meydana gəlməsi XIX əsrə təsadüf edir. Böyük rus pedaqoqu K. D. Uşinskinin xəlqilik ideyası, "Vətən dili" və "Uşaq aləmi" dərslikləri Zaqafqaziyada özünə ardıcıllar tapırdı. Belə ardıcıllardan biri də Zaqafqaziyada birinci İrəvan gimnaziyasında 30 ilə qədər Azərbaycan dili müəllimi olmuş Mirzə Ələkbər Elxanov idi.
Mirzə Ələkbər Sabir
Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 12 (25) iyul 1911, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoymuşdu. M. Ə. Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Mirzə Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı: Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə, Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış.
Mirzə Ələkbər Sabir Fondu
Mirzə Ələkbər Sabir Fondu — Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə M.Ə.Sabirin anadan olmasının 155 illiyi ərəfəsində şairin ailəsi tərəfindən yaradılmışdır. == Fondun məqsədi == M.Ə.Sabir yaradıcılığının öyrənilməsi, onun irsinin tədqiqi, proqressiv ideyalarının təbliğinin davam etdirilməsi, eyni zamanda şairin həm şəxsini, həm də yaradıcılığını beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmaqdır. == Fəaliyyəti == Şairin maarifçilik, milli mənəvi dəyərlərə sədaqət, proqressiv novatorluq ideyalarından irəli gələn vəzifələrlə fond bir sıra layihəni həyata keçirmişdir. M.Ə.Sabir fondu müasir qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi yönündə dövlətin fəaliyyətinə dəstək olaraq “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi”, gənclərin özünü tanıtmaq potensialını səfərbər etmək və bu istiqamətdə təlimatlandırmaq, cəmiyyətin gələcək inkişafını təmin edəcək fərdlərin, liderlərin, mütəxəssislərin hazırlanmasına yardımçı olmaq üçün “Gənclər üçün fərdi inkişaf təlimləri” keçirir, davamlı olaraq “Milli geyimlərimizin təbliği” layihəsi çərçivəsində müxtəlif tədbirlər, gəzintilər, yürüşlər təşkil edir. == Virtual muzey == Mirzə Ələkbər Sabir Fondu 2017-ci ildə şairin bu zamana qədər müxtəlif mənbələrdə - kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə, internet resurslarında yer alan çoxsaylı video, audio, foto, eləcə də verbal materialları vahid bazada sistemləşdirərək “Mirzə Ələkbər Sabir virtual muzeyi”ni yaratmışdır. Şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bugünlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin 1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin övladı Məmmədsəlimin sağlığında ikən xatirələri əsasında hazırlatdırdığı maketi və hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 Panoramik görüntüsü və muzeyin maket əsasında tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar “virtual muzey”də yer alıb. 2018-ci ildən virtual muzey ingilis və rus dillərində də istifadəyə verilmişdir. == Təsisçisi və Prezidenti == Mirzə Ələkbər Sabir fonduna şairin nəvəsi Sevda Tahirli rəhbərlik edir.
Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası
Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası — Bakıda yerləşən kitabxana. == Tarixi == 1918-ci ilin axırlarında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı Kooperasiyasının mədəni-maarif şöbəsi Azərbaycan xalqı üçün xeyirxah bir iş görməyi – kütləvi kitabxana açmağı qərara alır. Bu, istehlak cəmiyyətinin gördüyü işlərin ən yaxşısı idi. Lakin azərbaycanlılara məxsus kitabxana açmaq çox da asan iş deyildir. Çünki o vaxtadək Azərbaycanda mükəmməl bir nəşriyyat olmadığlından kitabxana üçün, ələlxüsus kütləvi kitabxana üçün Azərbaycan dilində ədəbiyyat tapmaq mümkün deyildi. O zaman müəllimlərin və ziyalıların əlində müxtəlif vasitələrlə toplanmış bəzi kitablar var idi. Bunlar isə onların özlərinə məxsus kitabxanalarda saxlanılırdı. Bir çox çətinliklərdən sonra bəzilərinə kitabın dəyərindən artıq pul verməklə, bəziləri isə özləri pay verərək xeyli kitab əldə etmək mümkün oldu. Beləliklə Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanda birinci kütləvi kitabxananı açdı. İlk illərdə kitabxanada bir neçə yüz kitab və çox az miqdarda oxucu var idi.
Molla Ələkbər Aciz
Molla Ələkbər Aciz (1836, Təbriz – 1899, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan şairi, Fövcül-füsəha ədəbi məclisinin üzvü. == Həyatı == Molla Ələkbər Aciz 1836-cı ildə Təbrizdə doğulmuşdur, burada mədrəsə təhsili almış və 1899-cu ildə Lənkəranda vəfat etmişdir. Tamamlanmamış divanı mövcuddur.

ələk sözünün leksik mənası və izahı

  • 1 is. Unun kəpək və qeyri zibillərini təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alət. Ələk dairəvi qutu şəklində olur. – Dağılıb çöllərə açdı hərə bir növ kələk; Sac Lahıcdan qurtarıb, qalmadı Salyanda ələk. S.Ə.Şirvani. Nəhəng ələkdən un ələnən sayağı qar ələnir, dəqiqələr keçdikcə yer təknəsi daha çox dolur, daha çox ağarırdı. Ə.Əbülhəsən. ◊ Ələyi ələnib, xəlbiri sulanıb – işi bitib.

    Azərbaycan dilinin izahlı lüğəti / ələk

ələk sözünün etimologiyası

  • 1 İl feili zəminində yaranıb. Qədimdə sıx toxunan şeylərə “ilək” deyiblər. İlişmək, ilmək, ilgək sözləri ilə kökdaşdır. Sıx toxunmuş mənasını verir. Növləri bunlardır: şıt ələk (сито), korlan ələk (решето), seyrək ələk (редкое сито), sıx ələk (частое сито), çəltək ələk (шадара). Mövcud dilçilik ədəbiyyatında, hətta məktəb dərsliklərində ələk sözü əl kəlməsi ilə əlaqələndirilir, səhvdir. Maraqlıdır ki, rus dilində də решето sözü “вязать”, “сплетенное” mənasını verir və onlarda решето, решетка kəlmələri eyni kökə malikdir, əl anlamı ilə əsla əlaqəsi yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ələk

ələk sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. сито. Unu ələkdən keçirmək просеять муку через сито II прил. ситовый, ситочный. Ələk sağanağı ситочный обод, ələk analizi геол. ситовый анализ ◊ ələyi ələnib, xəlbiri asılıb (göydə fırlanır) kimin песенка спета чья, у кого

    Azərbaycanca-rusca lüğət / ələk

ələk sözünün inglis dilinə tərcüməsi

ələk sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. саф (гъуьр сутфандай); ələyin sağanağı сафунин ккар; ** ələyi ələnib, xəlbiri sulanıb кар тамам хьун манада.

    Azərbaycanca-ləzgicə lüğəti / ələk

ələk sözünün türk dilinə tərcüməsi

"ələk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ələk nədir? #ələk sözünün mənası #ələk nə deməkdir? #ələk sözünün izahı #ələk sözünün yazılışı #ələk necə yazılır? #ələk sözünün düzgün yazılışı #ələk leksik mənası #ələk sözünün sinonimi #ələk sözünün yaxın mənalı sözlər #ələk sözünün əks mənası #ələk sözünün etimologiyası #ələk sözünün orfoqrafiyası #ələk rusca #ələk inglisça #ələk fransızca #ələk sözünün istifadəsi #sözlük