ələkçi sözü azərbaycan dilində

ələkçi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ələkçi • 50.0000%
  • Ələkçi • 33.3333%
  • ƏLƏKÇİ • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ələkçi
Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Ələkçi toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında Ələkçi kəndinin XIX əsrdə qasımuşağı tayfasının oturaqlaşması nəticəsində yarandığı qeyd edilir. Toponimin qasımuşağı tayfasına məxsus olan ələkçi nəslinin adı ilə bağlı olması deyilir. Əslində isə Ələkçi kəndində qasımuşağı tayfasının nə “ələkçi nəsli (tirəsi)”, nə də bu ərazilərdə vaxtilə məskunlaşan digər belə bir tayfa yaşamamışdır. Ələkçi kəndinin ərazisi hələ 1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərkibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti oba, kənd, qışlaq və məzrələri siyahıya alan zaman kəndin adını Ələhi kimi qeyd edib. Bu toponim nə xalq, nə tayfa (tirə), nə də peşə, sənət sözlərindən düzəlməmişdir. Sadəcə olaraq bu ad uzun illər ərzində öz ilkin formasını qismən dəyişmiş, coğrafi mövqeyi ifadə edən qədim türk dillərində işlənən əlik (çökəklik) sözü ilə əlaqədar yaranmışdır. Ələkçi kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.
Ələkçilər (Kurbe)
“Ələkçilər” (fr. Les Cribleuses de blé) — 1853 cü ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə realizm üslubunda çəkmiş olduğu rəsm əsəri. Nant İncəsənət muzeyində sərgilənən bu tablonun ölçüləri 131 × 167 sm-dir. Tablo Qüstav Kurbenin Ornan kənd həyatından bəhs edən silsilə əsərlərindəndir. Kurbe əsərdə çətin kənd həyatını təsvir etməyə çalışmışdir. Digər tərəfdən isə o, çalışmışdır ki, təsvir olunan qadın əməyini bir o qədər də yorucu göstərməsin. Kurbe kənd qızının öz işinə həvəslə yanaşmasını lirik bir əhval ruhiyyədə təsvir etmişdir. O, məhdud qammalı rənglərdən istifadə edərək, mərkəzi fiquru isə qırmızı rəngli paltarda təsvir etmişdir. Kurbe bu əsərindəki personajları təsvir etmək üçün öz bacıları: Zoya (xəlbirli qız) və Jülyettadan ( yerdə oturaraq bğda arıtdayan) model kimi istifadə etmişdir.

ələkçi sözünün leksik mənası və izahı

  • 1 sif. Ələk qayıran və satan adam. ◊ Ələkçinin qıl verəni isteh. – əslində heç bir ciddi işlə məşğul olmayıb, özünü iştirakçı, köməkçi kimi göstərməyə çalışan, yaxud ara qızışdıran adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / ələkçi

ələkçi sözünün rus dilinə tərcüməsi

  • 1 человек, занимающийся плетением сит

    Azərbaycanca-rusca lüğət / ələkçi
  • 2 сущ. 1. тот, кто изготовляет сита, решета 2. см. ələksatan ◊ ələkçinin qıl verəni подпевала (тот, кто угодливо, с каким-л. умыслом поддерживает кого- л.)

    Azərbaycanca-rusca lüğət / ələkçi

ələkçi sözünün inglis dilinə tərcüməsi

ələkçi sözünün fransız dilinə tərcüməsi

ələkçi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. сафарбан (сафар расдай ва маса гудай кас); ** ələkçinin qıl verəni рахш. вичи-вич куьмекчи хьиз къалуриз алахъдай, асулдай са карни тийир, араяр акадардай касдин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / ələkçi

"ələkçi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ələkçi nədir? #ələkçi sözünün mənası #ələkçi nə deməkdir? #ələkçi sözünün izahı #ələkçi sözünün yazılışı #ələkçi necə yazılır? #ələkçi sözünün düzgün yazılışı #ələkçi leksik mənası #ələkçi sözünün sinonimi #ələkçi sözünün yaxın mənalı sözlər #ələkçi sözünün əks mənası #ələkçi sözünün etimologiyası #ələkçi sözünün orfoqrafiyası #ələkçi rusca #ələkçi inglisça #ələkçi fransızca #ələkçi sözünün istifadəsi #sözlük