* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Musiqinin tempinə uyğun olaraq ritmik bədən hərəkətlərindən ibarət incəsənət növü. Azərbaycan xalq rəqsləri. – Rəqs insanların hələ çox qədim zamanlarda yaratdığı bir sənətdir. Ə.Bədəlbəyli. [Bəhram:] Nə gözəldir bu rəqslər! Könüllərdən qaçır kədər. A.Şaiq. □ Rəqs etmək – rəqs ifa etmək; oynamaq. Axışıb gələn dəstələr həyətdə toplanır, çal-çağır başlayır, gənclər yallı tutub rəqs edirdilər. S.Rəhimov. Qızlar əlvan paltar geyib; Rəqs edirlər qoşa-qoşa. M.Dilbazi. 2. Həmin hərəkətlərin ritm, üslub və sürətinə uyğun musiqi əsəri. Bramsın macar rəqsləri. 3. İştirakçıların belə hərəkətləri ifa etdikləri, oynadıqları şənlik, əyləncə. Klubda rəqs gecəsi təşkil olunmuşdu.
Azərbaycan dilinin izahlı lüğəti / rəqs1 Ərəb sözüdür. Bizdə budimək feili olub və “плясать” mənasında işlədilib. Görünür, büdrəmək feili də budi feili ilə qohumdur. Yuxarıdakı sözlər bud (ayaq) kəlməsi ilə əlaqədardır, “ayaq hərəkəti” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / rəqs2 RƏQS Rəqsi belə bitirmək Qaraca qızın adəti idi (S.S.Axundov); OYUN Dörd-beş şansonetka və orkestr hazır oldu. Oyun və çalğı başlandı (A.Şaiq); RƏQSETMƏ, OYNAMA.
Azərbaycan dilinin sinonimlər lüğəti / rəqs2 I сущ. 1. танец: 1) искусство ритмических и пластических движений тела. Rəqsin tarixi история танца, rəqs sənəti искусство танца, müasir rəqs современный танец 2. пластические и ритмические движения определённого темпа и вида, исполняемые под музыку. Azərbaycan rəqsi азербайджанский танец, rəqs müəllimi учитель танцев 3) музыка к движениям танца. Rəqs çalmaq играть танец 4) музыкальное произведение в ритме, стиле и темпе музыки к танцам 2. пляска (народный танец). Yallı rəqsi пляска яллы 3. физ. колебание; rəqslər колебания (повторяющиеся движения, изменения состояния). Rəqs nöqtəsi точка колебания, rəqs mərkəzi центр колебаний, rəqs fazası фаза колебаний, rəqs dövrü период колебания, rəqs spektri спектр колебания, rəqs təsirləndiricisi возбудитель колебаний, rəqs tezliyi частота колебаний, rəqslərin amplitudu амплитуда колебаний II прил. 1. танцевальный: 1) относящийся к танцу. Rəqs folkloru танце-вальный фольклор 2) предназначенный, служащий для танцев. Rəqs zalı танцевальный зал, rəqs axşamı танцевальный вечер, rəqs musiqisi танцевальная музыка 3) относящийся к танцорам. Rəqs ansamblı танцевальный ансамбль, rəqs məktəbi танцевальная школа, rəqs dərnəyi танцевальный кружок 2. плясовой. Rəqs havası плясовой мотив 3. физ. колебательный. Rəqs dövrəsi колебательная цепь, rəqs konturu колебательный контур; rəqs etmək танцевать, потанцевать, плясать, поплясать
Azərbaycanca-rusca lüğət / rəqs1 I. i. 1. dance, dancing; ~ etmək to dance; ~ə getmək to go* to a dance; Bu axşam rəqs olacaq There will be dancing tonight; 2. fiz. oscillation, vibration II. s. dance; ~ gecəsi dance, dancing-party; ~ müəllimi dancing-master; ~ dərsi dancing lesson; ~ meydançası dancing ring / square
Azərbaycanca-ingiliscə lüğət / rəqs1 is. 1) danse f ; ~ etmək danser ; ~ə getmək aller vi (ê) au dancing ; ~ axşamı soirée f dansante ; xalq ~ləri danses populaires (və ya folkloriques) ; ~ müəllimi maître m de danse ; ~ meydançası dancing \-siŋ\] ; 2) fiz. oscillation f ; vibration f
Azərbaycanca-fransızca lüğət / rəqs1 [ər.] сущ. 1. кьуьл; rəqs etmək кьуьл авун, кьуьлун; 2. кьуьлдай макьам; 3. кьуьлердай межлис.
Azərbaycanca-ləzgicə lüğəti / rəqs