rəqslər sözü azərbaycan dilində

rəqslər

Yazılış

  • rəqslər • 98.4709%
  • Rəqslər • 1.5291%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəqslər
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Məcburi rəqslər
Məcburi rəqslər dəyişən xarici qüvvənin təsirindən sistemdə yaranan yırğalanmadır. Bu rəqslərin növü həm xarici qüvvənin xarakterindən, həmdə sistemin özünün xassələridən asılıdır. == Təsnifatı == Sistemə periodik təsir edən xarici qüvvələrdə məcburi rəqslərin xarakteri vaxtdan asılı olaraq dəyişir (xüsusi halda məcburi rəqslər periodik deyillər), və müəyyən bir vaxt keçdikdə bu məcburi rəqslər dövri olaraq qərarlaşır (buna qərarlaşmış məcburi rəqslər də deyilir). Məcburi rəqslərin qərarlaşması yırğalanan sistemdə rəqslərin sönməsindən asılı olaraq baş verir. Xətti yırğalanan sistemlərdə xarici qüvvənin təsiri zamanı sistemdə eyni zamanda sərbəst rəqslər yaranır. Bu sərbəst rəqslərin amplitudaları məcburi rəqslərin amplitudala-rına bərabər, fazaları isə əks istiqamətli olurlar. Müəyyən bir vaxtdan sonra sərbəst rəqslər tədricən sönür ve sistemə yalnız qərarlaşmış rəqslər təsir edirlər. Sistemə təsir edən xarici qüvvənin amplitudası, məcburi rəqslərin söndürül-məsindən asılıdır. Əgər söndürmə aşağı olarsa, onda rəqslərin amplitudası təsir edən qüvvənin tezliyi ilə sistemin məxsusi tezliyi arasındakı nisbətdən asılı olaraq yaranır. Xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi tezliyinə yaxınlaşdıqca, məcburi rəqslərin amplitudası kəskin olaraq böyüyür və rezonans hali yaranır.
Harmonik sərbəst rəqslər
Harmonik sərbəst rəqslər – rəqs edən cismin yerdəyişməsi, surəti, təcili zamana görə sinus və kosinus qanunu ilə dəyişən rəqslərdir. Rəqsin periodu – bir tam rəqsə sərf olunan zamandır. BS-də ölçü vahidi 1 san-dir. Rəqsin tezliyi – bir saniyədəki rəqslərin sayıdır. BS-də tezlik vahidi 1/san=1HS. 1HS alman alimi Hersin şərəfinədir. Harmonik rəqsi hərəkətin ampilitudu – rəqs sisteminin tarazlıq vəziyyətindən ən böyük yerdəyişməsinin moduludur. Harmonik rəqslərin fazası – rəqs edən cismin istənilən anda vəzyətini (məqamını) təyin edən kəniyyətdir. Rəqs fazasının BS-də vahidi radiandır. Harmonik rəqsin surəti – yerdəyişmənin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Harmonik qanunla dəyişir, onun fazası yerdəyişmə fazsına nəzərən Π/2 qədər süsrüşür və maksimum qiyməti Vmax=Xmax·ω=A·ω olur.
Afrika rəqsləri
Afrika rəqsləri - Özündə qədim və zəngin tarixi daşıyan, Afrika qitəsində yaşayan xalqları əhatə edən rəqslər. Afrika rəqsləri haqqında ilk təsəvvürü Böyük Səhranın və Cənubi Afrikanın dağ massivlərindəki qayaüstü rəsmlər yaradır. Heyvan dərisi geymiş, buynuzlu, fil və ya antilop maskalı rəqs edən adamlar və fantastik məxluqlar, çox güman ki, müalicə ayinlərini əks etdirirdi. Müasir Afrika xalqlarının rəqsləri xor ifası, müxtəlif musiqi alətləri, əsasən, zərb alətləri ilə müşayiət olunur. İfaçılar, adətən xüsusi geyimdən, taxta ayaqlardan, zınqırovlardan istifadə edirlər. Ənənəvi rəqslər ovçuluq, əkinçilik, şaman mərasimlərinə daxildir və bunlar əcdadlara hörmət kimi qəbul edilir. Ayinin tipi, bir qayda olaraq, rəqsin xarakterini müəyyənləşdirir. Ovçuluq ayinlərinin iştirakçıları vəhşi heyvanların hərəkətlərini təqlid edir, onlar kimi səslər çıxarır; yağışın yağmasını arzulayan ayin iştirakçıları öz hərəkətləri ilə uçan buludları təsvir edirlər. Bir çox xalqlarda əkin sahələrini ziyanvericilərdən qorumaq məqsədi ilə keçirilən quşlar rəqsi, təbiətə şükranlıq rəqsləri geniş yayılmışdır. Silahla ifa olunan bəzi rəqslər döyüşçü ayinləri ilə bağlıdır.
Azərbaycan Rəqsləri
Azərbaycan rəqsləri — özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2–3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub. == Azərbaycanda rəqs sənəti == Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var.
Azərbaycan milli rəqsləri

Azərbaycan xalq rəqsləri

Azərbaycan xalq rəqslərinin təsnifatı
Azərbaycan xalq rəqslərinin təsnifatı — müxtəlif xarakterə, oyun tərzinə, mövzu və məzmuna malik olan Azərbaycan xalq rəqsləri adlarının mənasına görə bir neçə qrupa bölünür. == Yer və tarixi ərazilərin adları ilə bağlı rəqslər == Hər bir rəqs müəyyən bir dövrdə, hansısa bir tarixi ərazidə yaranmışdır. Bu rəqslərin hər birinə onların özünəməxsus musiqi dili, intonasiyası, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz adı olmadığından yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. “Azərbaycan”, “Qazağı”, “Nuxa” (və ya “Şəki”), “Naxçıvanı”, “Şamaxı”, “Bakı”, “Şuşa”, “Əsgəranı”, “Dəhnə”, “Şağani”, “Şərur”, “Sabirabadı” belə rəqslərdəndir. Bu rəqslərin adları bizə çox tanışdır. Çünki bu adlar Azərbaycanda hansısa bir bölgənin, şəhərin, rayon mərkəzinin adıdır. Lakin elə rəqslər də vardır ki, onların adı hansısa bir tarixi ərazidə yerləşən dərə, təpə, qala, çay, bulaq adları ilə adlandırılmışdır. Məsələn, “Uzundərə”, “Kömürtəpə”, “Çay dərəsi”, “Muğan bulağı” (“Şirvan bulağı” da deyirlər), “Çıraq qala”, “Qusar-çay” və başqaları buna aydın nümunədir. Azərbaycanda elə rəqslər də vardır ki, onların adları hal-hazirda qonşu xalqların yaşadığı ərazilərlə də bağlıdır.
Bahar rəqsləri (film, 1962)
Bahar rəqsləri filmi rejissor Mirzə Mustafayev tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr olunmuşdur.
Fayzi Qaskarov adına Xalq Rəqsləri Ansamblı
Fayzi Qaskarov adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı (başq. Фәйзи Ғәскәров исемендәге халыҡ бейеүҙәре ансамбле) — Başqırdıstan Respublikasının xalq rəqsləri peşəkar ansamblı."Başqırd professional xoreoqrafiya sənətinin inkişafına və təbliğinə verdiyi böyük töhfələrə və yüksək ifaçılıq bacarıqlarına görə" Salavat Yulayev mükafatına layiq görülən yeganə kollektiv. == Tarixi == Rəqs kollektivi 1936-1938-ci illərdə yaradılıb. Xalq Rəqsləri Ansamblı Başqırd Muxtar Sovet Sosialist Respublikası Birləşmiş Teatrlarının konsert və estrada bürosunda Başqırd Teatr Məktəbinin balet şöbəsinin tələbələrindən və həvəskar tamaşaların iştirakçılarından yaradılmışdır. 1938-ci ildə Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyasının nəzdindəki Başqırd Mahnı, Rəqs və Musiqi Ansamblı olaraq yenidən təşkil edildi. 11 mart 1939-cu ildə İqor Moiseyevin tələbəsi Fayzi Adqamoviç Qaskarov ansamblın bədii rəhbəri olundu. Fayzi Qaskarov kollektivin gələcək inkişaf istiqamətini müəyyən etdi. Bu səbəbdən məhz bu tarix ansamblın yaranma günü hesab olunur. 1940-cı ildə ayrılaraq Başqırd Dövlət Xalq Rəqsləri Ansamblı kimi təyinat almışdır. 1940-cı ilin yayında ansambl Başqırdıstan üzrə ilk turnesinə çıxdı.
Gürcüstan xalq rəqsləri
Gürcü xalq rəqsləri — gürcü xalqının rəqs sənətidir. Gürcülərin xalq rəqsləri qədim tarixə malikdir. Bunu çoxsaylı tarixi mənbələr və arxeoloji tapıntılar da təsdiq edir.Xristianlığın yayılmasından bir neçə əsr əvvəl gürcü tayfaları Qara dəniz sahillərinin şərq hissəsində məskunlaşmışdılar. Qədim yunan coğrafiyaşünası Strabonun əsərlərində gürcülərin bütpərəstlik rituallarının parlaq təsviri var, burada rəqs elementləri də öz əksini tapmışdır. Xristianlığın yaranması insanların həyatında əhəmiyyətli dəyişikliklər etdi, lakin bir çox rituallar yeni dinə uyğunlaşdırılaraq hələ də qorunub saxlanıldı. Bu rituallarda rəqs tədricən ön plana çıxır və dini məzmununu itirir. Beləliklə, gürcü rəqsləri xalq folklorunun bir elementi kimi formalaşır.Akademik İvane Cavaxişvilinin fikrincə, "Lamproba" rəqsi bütpərəstlərin Aya sitayiş ritualının qalığıdır. Svanların bir çox kənd təsərrüfatı rəqsləri, məhsuldarlıq tanrısına həsr olunmuş, "Adrekilay" və ya "Sakmisay" kimi bütpərəst köklərə malikdir.Məlumdur ki, e.ə. IV əsrdə gürcü tayfalarında dünyəvi musiqi geniş yayılmışdır. Çan tayfaları döyüşlərə döyüş mahnıları və rəqsləri ilə başlayırdılar.Rəqs gürcü xalqının gündəlik həyatının mühüm hissəsinə çevrilib.
Hind rəqsləri
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət-ənənələri ilə sıх bаğlıdır. Cəmiyyətin mahiyyətində duran mühafizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və müasir hind rəqsləri ciddi şəkildə fərqlənməmişdir. Hind rəqslərinin qədimliyi bir sıra maddi mədəniyyət nümunələri ilə təsdiqlənir.. Mohenco-Daro arxeoloji qazıntıları zamanı tapılan rəqs edən qız heykəlinin e.ə.II minilliyə aid olduğu ehtimal edilir. Madhya-Pradeş ştatında Bhimabetaka mağaralarındakı qaya rəsmlərində rəqs edənlərin təsviri, Sanchinin girişində rəqs edən “Apsaralar”ın təsviri, Acanta və Ellora divar rəsmləri, Khacuraho daşişləmələrində rəqqasların heykəlləri, Hoysala sülaləsinə aid məbədlərdəki divar rəsmləri Hindistanda rəqslərin qədimdən populyar olduğunu göstərir.Hind rəqsləri daim qaynağını toplumun dini dünyagörüşündən almışdır. Məsələn, rəqs edən tanrı Şiva (Nataraca) heykəli hind rəqsinin ən məşhur simvoludur. Onun başının üstündəki ay duyğulara nəzarətin, bədəninə dolanmış ilanlar həyat verən yaşam gücləri üzərində hökmün, şeytanın üzərinə doğru qalxmış ayağı isə eqonu məhv etməsinin göstəricisidir. Hind rəqsləri bədən hərəkətlərinin dinamikliyi, dramatikliyi ilə diqqəti cəlb edir. Bu rəqslərin əksəriyyəti haqqında qədim “Bharatanatyaşastra” traktatında məlumat verilmiş, boyun, göz, baş, gövdə və s. ilə bağlı rəqs hərəkətləri izah olunmuşdur.
Qafqaz rəqsləri
Qafqaz rəqsləri — Qafqaz xalqlarının mədəniyyətinin çox mühim bir hissəsini təşkil etməklə özündə qədim və zəngin tarixi daşıyır. Qafqazda 50-dən çox etnik qrup var. Buna görə Qafqaz mədəniyyəti çox zəngin və çox yönlüdür. Mədəniyyətin ən parlaq təzahürlərindən biri də Qafqaz xalqlarının rəqsidir. == Tarixi == Qafqaz xalqlarının rəqsləri ümumiləşdirilmiş bir mövzu olaraq geniş və dərin bir tarixə köklənərək özündə sürətli, qızğın (xüsusilə kişi rəqsləri) rəqs əlamətlərini əks etdirməklə cəsarəti, qəhrəmanlığı xarakterizə edir. Qafqazda yaşayan hər bir xalqın özünəməxsus rəqsləri vardır. Bunlar bir-birilərindən öz səciyyəvi xüsusiyyətləri ilə fərqlənirlər. Hər xalqın milli geyimi, milli musiqisi özünəməxsusdur. Qafqaz rəqslərinə maraq Avropada 20-ci əsrdə yaranmışdır. Sovet İttifaqı dövründə isə belə rəqslərə festivallarda, müsabiqələrdə və filmlərdə dəfələrlə müraciət olunduğundan hər zaman böyük maraq olmuşdur.
Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO
Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO — 1949-cu ildə Zaqrebdə yaradılmış milli rəqs ansamblı. LADO Xorvatiyanın zəngin və regional musiqili və xareoqrafik ənənələrini təmsil edir. Bu ansamblı Xorvatiyanın ən uğurlu "mədəni ixrac məhsulu" adlandırırlar. Ansambl 37 rəqqasdan təşkil olunub. B heyətin tərkibində çıxış zamanı musiqi ifadə edənlər və ənənəvi və klassik musiqi alətlərində ifa edən 15 nəfərlik musiqiçi qrupu da var. Ladonun çoxlu sayda Xorvat etnoqraf və xareoqrafları, onlarla birgə fəaliyyət göstərən folklorçular da var. == Tarixi == Lado ansamblının əsası bədii rəhbər və xareoqraf Zvonko Ljevakoviç tərəfindən 11 noyabr 1949-cu ildə qoyulub. == Mükafatları == Lado ansamblı bir sıra milli və beynəlxalq mükafaların və yarışların qalibi olub. 1954-cü ildə Böyük Britaniyada Llangollendə keçirilən Llangollen Beynəlxalq Musiqili Eystetvodda (musiqi festivalında) birinci yerin qalibi olub. Daha sonra Zaqreb və İrlandiyada Korkda keçirilən bir sıra yarışların qalibi oldular.
Əminə Dilbazinin rəqsləri (film, 1961)
== Məzmun == Film məşhur rəqqasə, respublikanın xalq artisti Əminə Dilbazinin yaradıcılığından bəhs edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.72 dəfə / 1 mln.
2002 •••••••••••••• 6.85
2003 •••••• 2.76
2004 •••••••••• 4.72
2005 ••••••••••• 5.40
2006 ••••••••••••••• 7.21
2007 •••••••••••••• 6.98
2008 •••••••••••• 5.85
2009 •••••••••• 4.80
2010 •••••••••••• 5.54
2011 •••••••••••••• 6.78
2012 •••••••••••••••••••• 9.90
2013 ••••••••••• 5.25
2014 ••••••••••••••••• 8.07
2015 •••••••••••••••• 7.66
2016 •••••••••••••••••••• 10.07
2017 •••••••••••••• 6.67
2018 ••••••••••••••• 7.19
2019 •••••••••••••••••• 8.90
2020 •••• 1.99

"rəqslər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəqslər nədir? #rəqslər sözünün mənası #rəqslər nə deməkdir? #rəqslər sözünün izahı #rəqslər sözünün yazılışı #rəqslər necə yazılır? #rəqslər sözünün düzgün yazılışı #rəqslər leksik mənası #rəqslər sözünün sinonimi #rəqslər sözünün yaxın mənalı sözlər #rəqslər sözünün əks mənası #rəqslər sözünün etimologiyası #rəqslər sözünün orfoqrafiyası #rəqslər rusca #rəqslər inglisça #rəqslər fransızca #rəqslər sözünün istifadəsi #sözlük