rəqsləri sözü azərbaycan dilində

rəqsləri

Yazılış

  • rəqsləri • 96.9055%
  • Rəqsləri • 3.0945%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afrika rəqsləri
Afrika rəqsləri - Özündə qədim və zəngin tarixi daşıyan, Afrika qitəsində yaşayan xalqları əhatə edən rəqslər. Afrika rəqsləri haqqında ilk təsəvvürü Böyük Səhranın və Cənubi Afrikanın dağ massivlərindəki qayaüstü rəsmlər yaradır. Heyvan dərisi geymiş, buynuzlu, fil və ya antilop maskalı rəqs edən adamlar və fantastik məxluqlar, çox güman ki, müalicə ayinlərini əks etdirirdi. Müasir Afrika xalqlarının rəqsləri xor ifası, müxtəlif musiqi alətləri, əsasən, zərb alətləri ilə müşayiət olunur. İfaçılar, adətən xüsusi geyimdən, taxta ayaqlardan, zınqırovlardan istifadə edirlər. Ənənəvi rəqslər ovçuluq, əkinçilik, şaman mərasimlərinə daxildir və bunlar əcdadlara hörmət kimi qəbul edilir. Ayinin tipi, bir qayda olaraq, rəqsin xarakterini müəyyənləşdirir. Ovçuluq ayinlərinin iştirakçıları vəhşi heyvanların hərəkətlərini təqlid edir, onlar kimi səslər çıxarır; yağışın yağmasını arzulayan ayin iştirakçıları öz hərəkətləri ilə uçan buludları təsvir edirlər. Bir çox xalqlarda əkin sahələrini ziyanvericilərdən qorumaq məqsədi ilə keçirilən quşlar rəqsi, təbiətə şükranlıq rəqsləri geniş yayılmışdır. Silahla ifa olunan bəzi rəqslər döyüşçü ayinləri ilə bağlıdır.
Azərbaycan Rəqsləri
Azərbaycan rəqsləri — Azərbaycana məxsus rəqs nümunələridir. Özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2–3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub. == Azərbaycanda rəqs sənəti == Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Hind rəqsləri
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət-ənənələri ilə sıх bаğlıdır. Cəmiyyətin mahiyyətində duran mühafizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və müasir hind rəqsləri ciddi şəkildə fərqlənməmişdir. Hind rəqslərinin qədimliyi bir sıra maddi mədəniyyət nümunələri ilə təsdiqlənir.. Mohenco-Daro arxeoloji qazıntıları zamanı tapılan rəqs edən qız heykəlinin e.ə.II minilliyə aid olduğu ehtimal edilir. Madhya-Pradeş ştatında Bhimabetaka mağaralarındakı qaya rəsmlərində rəqs edənlərin təsviri, Sanchinin girişində rəqs edən “Apsaralar”ın təsviri, Acanta və Ellora divar rəsmləri, Khacuraho daşişləmələrində rəqqasların heykəlləri, Hoysala sülaləsinə aid məbədlərdəki divar rəsmləri Hindistanda rəqslərin qədimdən populyar olduğunu göstərir. Hind rəqsləri daim qaynağını toplumun dini dünyagörüşündən almışdır. Məsələn, rəqs edən tanrı Şiva (Nataraca) heykəli hind rəqsinin ən məşhur simvoludur. Onun başının üstündəki ay duyğulara nəzarətin, bədəninə dolanmış ilanlar həyat verən yaşam gücləri üzərində hökmün, şeytanın üzərinə doğru qalxmış ayağı isə eqonu məhv etməsinin göstəricisidir. Hind rəqsləri bədən hərəkətlərinin dinamikliyi, dramatikliyi ilə diqqəti cəlb edir. Bu rəqslərin əksəriyyəti haqqında qədim “Bharatanatyaşastra” traktatında məlumat verilmiş, boyun, göz, baş, gövdə və s.
Qafqaz rəqsləri
Qafqaz rəqsləri — Qafqaz xalqlarının mədəniyyətinin çox mühüm bir hissəsini təşkil etməklə özündə qədim və zəngin tarixi daşıyır. Qafqazda 50-dən çox etnik qrup var. Buna görə Qafqaz mədəniyyəti çox zəngin və çox yönlüdür. Mədəniyyətin ən parlaq təzahürlərindən biri də Qafqaz xalqlarının rəqsidir. Qafqaz xalqlarının rəqsləri ümumiləşdirilmiş bir mövzu olaraq geniş və dərin bir tarixə köklənərək özündə sürətli, qızğın (xüsusilə kişi rəqsləri) rəqs əlamətlərini əks etdirməklə cəsarəti, qəhrəmanlığı xarakterizə edir. Qafqazda yaşayan hər bir xalqın özünəməxsus rəqsləri vardır. Bunlar bir-birilərindən öz səciyyəvi xüsusiyyətləri ilə fərqlənirlər. Hər xalqın milli geyimi, milli musiqisi özünəməxsusdur. Qafqaz rəqslərinə maraq Avropada 20-ci əsrdə yaranmışdır. Sovet İttifaqı dövründə isə belə rəqslərə festivallarda, müsabiqələrdə və filmlərdə dəfələrlə müraciət olunduğundan hər zaman böyük maraq olmuşdur.
Azərbaycan milli rəqsləri
Azərbaycan rəqsləri — Azərbaycana məxsus rəqs nümunələridir. Özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2–3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub. == Azərbaycanda rəqs sənəti == Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Azərbaycan xalq rəqsləri

Gürcüstan xalq rəqsləri
Gürcü xalq rəqsləri — gürcü xalqının rəqs sənətidir. Gürcülərin xalq rəqsləri qədim tarixə malikdir. Bunu çoxsaylı tarixi mənbələr və arxeoloji tapıntılar da təsdiq edir. Xristianlığın yayılmasından bir neçə əsr əvvəl gürcü tayfaları Qara dəniz sahillərinin şərq hissəsində məskunlaşmışdılar. Qədim yunan coğrafiyaşünası Strabonun əsərlərində gürcülərin bütpərəstlik rituallarının parlaq təsviri var, burada rəqs elementləri də öz əksini tapmışdır. Xristianlığın yaranması insanların həyatında əhəmiyyətli dəyişikliklər etdi, lakin bir çox rituallar yeni dinə uyğunlaşdırılaraq hələ də qorunub saxlanıldı. Bu rituallarda rəqs tədricən ön plana çıxır və dini məzmununu itirir. Beləliklə, gürcü rəqsləri xalq folklorunun bir elementi kimi formalaşır. Akademik İvane Cavaxişvilinin fikrincə, "Lamproba" rəqsi bütpərəstlərin Aya sitayiş ritualının qalığıdır. Svanların bir çox kənd təsərrüfatı rəqsləri, məhsuldarlıq tanrısına həsr olunmuş, "Adrekilay" və ya "Sakmisay" kimi bütpərəst köklərə malikdir.
Bahar rəqsləri (film, 1962)
Bahar rəqsləri filmi rejissor Mirzə Mustafayev tərəfindən 1962-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr olunmuşdur.
Əminə Dilbazinin rəqsləri (film, 1961)
Fayzi Qaskarov adına Xalq Rəqsləri Ansamblı
Fayzi Qaskarov adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı (başq. Фәйзи Ғәскәров исемендәге халыҡ бейеүҙәре ансамбле) — Başqırdıstan Respublikasının xalq rəqsləri peşəkar ansamblı. "Başqırd professional xoreoqrafiya sənətinin inkişafına və təbliğinə verdiyi böyük töhfələrə və yüksək ifaçılıq bacarıqlarına görə" Salavat Yulayev mükafatına layiq görülən yeganə kollektiv. == Tarixi == Rəqs kollektivi 1936–1938-ci illərdə yaradılıb. Xalq Rəqsləri Ansamblı Başqırd Muxtar Sovet Sosialist Respublikası Birləşmiş Teatrlarının konsert və estrada bürosunda Başqırd Teatr Məktəbinin balet şöbəsinin tələbələrindən və həvəskar tamaşaların iştirakçılarından yaradılmışdır. 1938-ci ildə Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyasının nəzdindəki Başqırd Mahnı, Rəqs və Musiqi Ansamblı olaraq yenidən təşkil edildi. 11 mart 1939-cu ildə İqor Moiseyevin tələbəsi Fayzi Adqamoviç Qaskarov ansamblın bədii rəhbəri olundu. Fayzi Qaskarov kollektivin gələcək inkişaf istiqamətini müəyyən etdi. Bu səbəbdən məhz bu tarix ansamblın yaranma günü hesab olunur. 1940-cı ildə ayrılaraq Başqırd Dövlət Xalq Rəqsləri Ansamblı kimi təyinat almışdır.
Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO
Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO — 1949-cu ildə Zaqrebdə yaradılmış milli rəqs ansamblı. LADO Xorvatiyanın zəngin və regional musiqili və xareoqrafik ənənələrini təmsil edir. Bu ansamblı Xorvatiyanın ən uğurlu "mədəni ixrac məhsulu" adlandırırlar. Ansambl 37 rəqqasdan təşkil olunub. B heyətin tərkibində çıxış zamanı musiqi ifadə edənlər və ənənəvi və klassik musiqi alətlərində ifa edən 15 nəfərlik musiqiçi qrupu da var. Ladonun çoxlu sayda Xorvat etnoqraf və xareoqrafları, onlarla birgə fəaliyyət göstərən folklorçular da var. Lado ansamblının əsası bədii rəhbər və xareoqraf Zvonko Ljevakoviç tərəfindən 11 noyabr 1949-cu ildə qoyulub. Lado ansamblı bir sıra milli və beynəlxalq mükafaların və yarışların qalibi olub. 1954-cü ildə Böyük Britaniyada Llangollendə keçirilən Llangollen Beynəlxalq Musiqili Eystetvodda (musiqi festivalında) birinci yerin qalibi olub. Daha sonra Zaqreb və İrlandiyada Korkda keçirilən bir sıra yarışların qalibi oldular.
Azərbaycan xalq rəqslərinin təsnifatı
Azərbaycan xalq rəqslərinin təsnifatı — müxtəlif xarakterə, oyun tərzinə, mövzu və məzmuna malik olan Azərbaycan xalq rəqsləri adlarının mənasına görə bir neçə qrupa bölünür. == Yer və tarixi ərazilərin adları ilə bağlı rəqslər == Hər bir rəqs müəyyən bir dövrdə, hansısa bir tarixi ərazidə yaranmışdır. Bu rəqslərin hər birinə onların özünəməxsus musiqi dili, intonasiyası, ritminə uyğun adlar verilmişdir. Bəzi rəqslər öz adı olmadığından yarandığı yerin, tarixi ərazinin adını götürmüşdür. “Azərbaycan”, “Qazağı”, “Nuxa” (və ya “Şəki”), “Naxçıvanı”, “Şamaxı”, “Bakı”, “Şuşa”, “Əsgəranı”, “Dəhnə”, “Şağani”, “Şərur”, “Sabirabadı” belə rəqslərdəndir. Bu rəqslərin adları bizə çox tanışdır. Çünki bu adlar Azərbaycanda hansısa bir bölgənin, şəhərin, rayon mərkəzinin adıdır. Lakin elə rəqslər də vardır ki, onların adı hansısa bir tarixi ərazidə yerləşən dərə, təpə, qala, çay, bulaq adları ilə adlandırılmışdır. Məsələn, “Uzundərə”, “Kömürtəpə”, “Çay dərəsi”, “Muğan bulağı” (“Şirvan bulağı” da deyirlər), “Çıraq qala”, “Qusar-çay” və başqaları buna aydın nümunədir. Azərbaycanda elə rəqslər də vardır ki, onların adları hal-hazirda qonşu xalqların yaşadığı ərazilərlə də bağlıdır.

"rəqsləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəqsləri nədir? #rəqsləri sözünün mənası #rəqsləri nə deməkdir? #rəqsləri sözünün izahı #rəqsləri sözünün yazılışı #rəqsləri necə yazılır? #rəqsləri sözünün düzgün yazılışı #rəqsləri leksik mənası #rəqsləri sözünün sinonimi #rəqsləri sözünün yaxın mənalı sözlər #rəqsləri sözünün əks mənası #rəqsləri sözünün etimologiyası #rəqsləri sözünün orfoqrafiyası #rəqsləri rusca #rəqsləri inglisça #rəqsləri fransızca #rəqsləri sözünün istifadəsi #sözlük