rəsmləri sözü azərbaycan dilində

rəsmləri

Yazılış

  • rəsmləri • 97.5920%
  • Rəsmləri • 2.4080%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəmiqaya rəsmləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Adolf Hitlerin rəsmləri
İkinci Dünya Müharibəsi əsnasında və sonraki illərdə Almanyadaki Nazi Partiyasına rəhbərlik edən Adolf Hitler həmçinin bir rəssam idi. O, Vyana dövrü əsnasında (1908–13) yüzlərlə əsər yaradıb və dolanışığını təmin etmək üçün rəsmlərini və poçt kartlarını satırdı. Onun bir çox rəsm əsərləri İkinci Dünya müharibəsindən sonra bərpa edildi və on minlərlə dollarlıq hərraclarda satıldı. == Hitlerin tərzi və təsirləri == Hitlerin tərzi onun əsərlərində memarlığı təmsil edərkən çoxlu hesablanmışdır. Bəddi təsirində ilərləmək yerinə, əsərləri 19-cu əsrin və ondan əvvəlki rəssamları yamsılayırdı. O əsərlərinin bir çox rəssamlıq cərəyanların sintezi olduğunu iddia edirdi ancaq, Yunan-Roma klasisizmindən, İtalyan Renesansından və Noklasisizmdən çəkirdi. O, bu cərəyanların rəssamlarının texniki qabiliyyətini, eləcə də başa düşülən simvolizmi sevirdi. O, Rudolf von Altı ən yaxşı müəllimi adlandırırdı. Hər ikisinin rəsm əsərlərində oxşar mövzu və rəng tədbiqləri müşahidə olunsa da Alt cəlb edici mənzərələr sərgiləyən təbiət və ətraf mühitə memarlıqdan çox olmasa da eyni dərəcədə əhəmiyyət verirdi. == Tarixi == === Rəssamlıq ambisyası === Hitler avtobioqrafiq əsəri olan Mein Kampfda gəncliyində necə peşəkar rəssam olmaq istəməsindən lakin, Vyana İncəsənət Akademiyasına girə bilməyib xəyalarının puça çıxmasından danışır.
Yan Vermeerin rəsmlərinin siyahısı
Yan Vermeer (1632–1675) holland incəsənətinin Qızıl Dövr rəssamlarından biridir. Onun əsərlərinin əksəriyyəti dünyanın aparıcı muzeylərində saxlanılır. Vermeer karyerasına 1650-ci illərin əvvəllərində irimiqyaslı Bibliya və mifoloji səhnələr çəkərək başlamış, lakin sonrakı rəsmlərinin əksəriyyətində gündəlik həyatdan səhnələr təsvir edilmişdir. Rəssam həm də şəhər mənzərələri və alleqorik səhnələr çəkmişdir. Onun populyarlığı onun mövzusundan daha çox mövzularını poetik şəkildə təsvir etməsindən və çox çətin bir həyat sürməsindən qaynaqlanır. Vermeerin 1660-cı illərdəki rəsmləri, ümumiyyətlə, 1670-ci illərdəki əsərlərindən daha populyardır: bəzilərinin nəzərində onun sonrakı işləri daha soyuqdur. Onun əsərinin ilk tədqiqatçısı fransız jurnalisti və sənətşünası Teofil Torre-Bürger olub. 1850-ci illərdə o, 74 rəsm əsərini Yan Vermeerə aid etmişdir, lakin Torre-Burger bu rəsmlərin bir çoxunda yanılmışdır. Çünki o dövrdə holland rəssamlığı hələ sistemli şəkildə öyrənilməmişdi və orijinallığı müəyyən etmək üçün analitik üsul və üsullar az idi. Bu gün 35 rəsm ona aid edilir, ikisi üzərində isə sual işarələri var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.07 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 ••••••••••• 5.51
2004 ••••••••••••• 6.74
2005 ••••••••••• 5.40
2006 •••••••••••• 6.31
2007 •••••••••••••• 7.40
2008 •••••••••••••••••••• 10.72
2009 ••••••••••••••• 7.68
2010 ••••••••••• 5.45
2011 ••••••••• 4.29
2012 ••••••••••••••• 7.66
2013 •••••••• 3.94
2014 ••••••••••• 5.66
2015 ••••••••• 4.59
2016 •••••••• 3.82
2017 ••• 1.30
2018 ••• 1.50
2019 •••••• 3.20
2020 ••••••• 3.45

"rəsmləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəsmləri nədir? #rəsmləri sözünün mənası #rəsmləri nə deməkdir? #rəsmləri sözünün izahı #rəsmləri sözünün yazılışı #rəsmləri necə yazılır? #rəsmləri sözünün düzgün yazılışı #rəsmləri leksik mənası #rəsmləri sözünün sinonimi #rəsmləri sözünün yaxın mənalı sözlər #rəsmləri sözünün əks mənası #rəsmləri sözünün etimologiyası #rəsmləri sözünün orfoqrafiyası #rəsmləri rusca #rəsmləri inglisça #rəsmləri fransızca #rəsmləri sözünün istifadəsi #sözlük