* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şey haqqında fikir, mülahizə, söz. Bu barədə rəyin nədir? – [Katib] ərizəmi oxudu. Üzvlərin rəyini soruşdu. M.Hüseyn. 2. Bir əsər, tamaşa, konsert, kinofilm və s.-nin təhlil və tənqidini ehtiva edən məqalə, yazı; resenziya. Əsər haqqında rəy yazmaq. Rəsmi opponentlərin rəyi. 3. Fikir, mülahizə. Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. Xanın rəyi Vaqif vasitəsilə Kazım kişiyə bildirildi. Çəmənzəminli. 4. Rəyimcə, rəyincə şəklində – 1) məncə, səncə, mənə görə, sənə görə, ona görə. Rəyimcə pis roman deyil; 2) mən (sən, o) istəyən kimi, mənim arzumca; sənin arzunca, onun arzusuna görə. Bu nə keyfiyyətdir, bu nə macəra; Rəyimcə dolanmaz təqdiri-qəza. Q.Zakir. [Əxsitan:] Rəyimcə dönməyir bu çərxi-dövran; Bəlkə susar bir az nankor əhali. M.Rahim. ◊ Rəy vermək, rəyə gəlmək – razılaşmaq. [Xudayar bəy Vəliquluya:] Sən istəsən, anan əlüstü rəyə gələr. C.Məmmədquluzadə. Bir rəyə gəlmək – müəyyən bir fikrə, nəticəyə gəlmək; razılaşmaq, sazişə gəlmək. Haqsız qanlar axmasın deyə; Səyavuşla Piran gəldi bir rəyə. H.Cavid. Nəhayət, komissiya üzvlərinin hamısı bir rəyə gəldi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / rəy2 RƏ’Y1 ə. 1) arzu, meyil, istək; 2) görmə, görüş, müşahidə; 3) niyyət, arzu; 4) fikir, düşüncə, baxış, zənn; 5) səs, səsvermə (seçkidə); 6) iradə; 7) çarə, tədbir. RƏ’Y2 ə. 1) otlaq, otlamaq üçün yer; 2) otlama; 3) bəsləmə, böyütmə; 4) təslim olma, riayət etmə, əməl etmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / rəy3 \– antik fəlsəfədə səhih bilikdən – həqiqətdən fərqli olaraq səhih olmayan, subyektiv bilik.
Fəlsəfə terminlərinin izahlı lüğəti / rəy5 is. [ər.] Televiziya və radioda: □ Rəy müsahibəsi – hər hansı konkret hadisə, fakt, məsələ barəsində səlahiyyətli və nüfuzlu şəxsin (hüquqşünas, siyasətçi, konkret sahə üzrə mütəxəssis və ya alimin), yaxud sıravi bir fərdin rəyinin öyrənilməsi məqsədi ilə hazırlanan müsahibə.
Yeni sözlər və yeni mənalar lüğəti / rəy6 ərəb. fikir, mülahizə, müşahidə 1) şəxsi fikir, düşüncə, mülahizə, arzu, meyl, istək; 2) qəzet-jurnal publisistikası və ədəbi tənqid janrlarından biri; 3) yeni bədii, elmi və elmi-kütləvi əsərin təhlili və qiymətləndirilməsi; 4) iradə; 5) çarə, tədbir.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / rəy1 Ərəb sözüdür, röya (görmə, mülahizə) sözü ilə qohumdur. Qədimdə biz onun yerinə sezik (sezmək feili ilə bağlıdır) sözündən istifadə etmişik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / rəy3 1. RƏY [Varaz] Cavanşirə diqqətlə baxdı, sonra dönüb Cavahir xatunun rəyini bilmək istədi (M.Hüseyn); ƏFKAR Əbülhəsən bəy: Lakin onun göstərdiyi bəhanə ümumi əfkarı qane edərək qüvvətə malik deyildi (M.S.Ordubadi); ƏQİDƏ O Həmid bu əqidədə idi ki, əgər Balağa həbs edilməsəydi, Firuz ustasının barəsində belə deməzdi (H. Abbaszadə); FİKİR Günün axırına qədər Adilə geniş bir fikir yazıb müdirinə verdi (Y.Şirvan); MÜLAHİZƏ (bax). 2. RƏY [Əliş Cahangirov:] Əvvəla, buna məqaləyə gərək iki alim müsbət rəy versin.. (Y.Şirvan); RESENZİYA Şəkinski: Hər yetən gəlib mənə resenziya yazacaqdır (C.Cabbarlı).
Azərbaycan dilinin sinonimlər lüğəti / rəy2 сущ. 1. мнение; суждение, выражающее оценку кого-л., чего-л., отношение к кому-, ч ему-л., взгляд на кого-л., что-л. Ümumi rəyə gəlmək прийти к единому мнению, mütəxəssislərin rəyinə görə по мнению специалистов, öz rəyini söyləmək высказать свое мнение, ictimai rəy общественное мнение, yüksək rəy высокое мнение 2) официальное заключение, решение. Komissiyanın rəyi мнение комиссии, məhkəmənin rəyi мнение суда 2. отзыв (суждение, мнение, содержащее оценку кого-л., чего-л.). Rəy yazmaq писать, написать отзыв, dissertasiya haqqında rəy отзыв о диссертации, mənfi rəy отрицательный отзыв, müfəssəl rəy обстоятельный отзыв 3. рецензия (разбор, критическая оценка научного, художественного и т.п. произведения – спектакля, концерта, кинофильма). Əsərə rəy yazmaq написать рецензию на произведение, tamaşaya rəy yazmaq написать рецензию на спектакль, rəy almaq получить рецензию; rəyimcə по-моему, sənin rəyincə по-твоему, по твоему мнению, onun rəyincə по его мнению; rəyə gəlmək соглашаться, согласиться, приходить, прийти к согласию
Azərbaycanca-rusca lüğət / rəy1 I. i. 1. opinion, judg(e)ment; 2. reference; rəsmi ~ testimonial; (əsərə) review; kiməsə yaxşı ~ vermək to give* a good* reference to smb., öz ~i olmaq to have* an opinion of one’s own; öz ~ini söyləmək / demək to express one’s opinion / views; ~ vermək (rəsmi, yazılı) to criticize (d.), (əlyazmasına) to read* (d.); kitaba ~ vermək to review a book; ~ə gəlmək to agree with smb. / smth.; ~ soruşmaq to ask one’s opinion; Mən bu rəydəyəm ki,... I am of the opinion that... II. s. opinion, reference; ~ mübadiləsi exchange of opinions / views; ~ sorğusu referendum (pl. -da, və ya -dums); ~ sorğusu keçirmək to hold* a referendum (on)
Azərbaycanca-ingiliscə lüğət / rəy1 is. avis m, opinion f, idée f, jugement m ; ~ kitabı carnet m d’avis, registre m des réclamations ; ~ kitabında qeyd etmək noter dans le registre des réclamations ; ~ sorğusu keçirmək organiser un sondage d’opinion
Azərbaycanca-fransızca lüğət / rəy1 [ər.] сущ. 1. фикир; гаф; // rəyimcə (rəyincə) а) зи (ви) фикирдалди, завай (вавай, адавай) хьайитӀа; б) заз (ваз, адаз) кӀандайвал, зи (ви, адан) мураддалди; 2. са эсердин, тамашадин, концертдин ва я мс. хъсан ва пис жигьетар къалурдай макъала, къимет эцигдай кхьей затӀ; рецензия; ** rəy vermək, rəyə gəlmək рази хьун, разивилиз атун; bir rəyə gəlmək тайин са фикирдал, нетижадал атун; рази хьун, разивилиз атун.
Azərbaycanca-ləzgicə lüğəti / rəy