Töhfət Yənəbi
Töhfət Yənəbi və ya Töhfətulla Kəlimulla oğlu Kəlimullin (başqırdca: Төхфәт Йәнәби və ya Төхфәтулла Кәлимулла улы Кәлимуллин, d.14 fevral 1894 — ö.10 iyul 1938) — başqırd yazıçısı, şairi və ictimai xadimi.
Töhfət Yənəbi 14 fevral 1894-cü ildə Başqırdıstanın Miyakinski rayonunun Yenebey-Ursaevo kəndində anadan olmuşdur. 1910–1912-ci illərdə — Sterlibaşevo mədrəsəsində təhsil almışdır. 1913–1915-ci illərdə qazax kəndlərində müəllimlik etmişdir. 1917–1919-cu illərdə Qırmızı Ordu sıralarında ximət etmişdir. 1920-ci ildə Belebeydə Başqırd briqadasının siyasi şöbəsinin kurslarını bitirmiş, Kipsak-Jetirovski rayon hərbi komissarlığının təşviqat və təbliğat şöbəsinin müdiri vəzifəsində işləmiş, Moskvada Sverdlov adına Kommunist Universitetində oxumuşdur. 1921-ci ildə — Partiyanın Usergan kantomunun partiya işinin təşkilatçısı, Başprofet Şurasında mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1922–1924-cü illərdə istintaq bölməsinin rəhbəri, Argayaş kantonunun kənd sovetinin sədri olmuşdur. 1924-cü ildən "Başqırdıstan" qəzetinin katibi, baş redaktoru vəzifəsində çalışmışdır. Eyni zamanda, Başqırdıstan MSSR Yazıçılar Birliyinin İdarə Heyətinin məsul katibi vəzifəsində çalışmışdır.