yər sözü azərbaycan dilində

yər

Yazılış

  • yər • 89.1892%
  • YƏR • 10.8108%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yərmuq döyüşü
Yərmuq döyüşü ― 636-cı ildə Ərəb müsəlman xilafəti ilə Bizans imperiyası orduları arasında baş vermiş döyüş. Döyüş 636-cı ilin avqust ayında,Yərmuq çayı yaxınlığında,indiki Suriya-İordaniya və Suriya-İsrail sərhədləri boyunca,Cəlilə dənizinin (Təbəriyyə gölü) cənub-şərqində altı gün davam etmişdir.Döyüş nəticəsində Suriyadakı Bizans hakimiyyəti sona çatmış,müsəlmanlar tam qələbə qazanmışdır.Yərmuq döyüşü, hərb tarixinin ən qətiyyətli döyüşlərindən biri olaraq qəbul edilir. Bu döyüş Məhəmməd peyğəmbərin ölümündən sonra müsəlman fəthlərinin ilk böyük dalğası və İslamın o zamankı Xristian Levantına doğru irəliləməsinin başlanğıcı oldu. == Hadisələrin zəmini == Ətraflı məlumat üçün: Bizans-Sasani müharibələri(6-7-ci əsrlər) və Bizans-ərəb müharibələri 610-cu ildə, 602-628-ci illərdəki Bizans-Sasani müharibəsi zamanı I İrakli (610-641), Fokası (602-610) devirdikdən sonra Bizans İmperiyasının imperatoru oldu.Bu vaxt Sasanilər imperiyası Mesopotamiyanı fəth etdi və 611-ci ildə Suriyanı üstələyib Mazaca (indiki Kayseri, Türkiyə) ərazisini işğal edərək Anadoluya girdi.612-ci ildə İrakli farsları Anadoludan qovmağı bacardı.Lakin bu,613-cü ildə Suriyada farslara qarşı böyük bir hücum başlandıqda qətiləşdi.Sonrakı on ildə farslar Fələstin və Misiri fəth edə bildilər.Eyni zamanda, İrakli əks-hücuma hazırlaşdı və ordusunu yenidən qurdu. Ərəblərin irəliləməsini yoxlamaq və itirilmiş əraziləri bərpa etmək üçün İmperator I İrakli 636-cı ilin mayında Levanta böyük bir ekspedisiya göndərdi.Bizans ordusu yaxınlaşdıqca ərəblər taktiki olaraq Suriyadan çəkildilər və Ərəbistan yarımadasına yaxın Yərmuq düzənliklərində bütün qüvvələrini yenidən toplayıb sayca üstün olan Bizans ordusunu məğlub etdilər.Döyüş Xalid ibn Vəlidin ən böyük hərbi qələbəsi kimi qəbul edilir.O cümlədən bu,tarixin ən böyük taktikantlarından və süvari komandirlərindən biri kimi onun nüfuzunu möhkəmləndirir. 622-ci ildə İrakli,nəhayət,hücuma başladı.İrakli farslar və onların Qafqaz və Ermənistandakı müttəfiqləri üzərində qazandığı böyük qələbələrdən sonra 627-ci ilin qışında Mesopotamiyada farslara qarşı bir hücum başlatdı və Nineviya döyüşündə (12 dekabr) qəti bir qələbə qazandı.Beləliklə də, Sasanilərin paytaxtı Ktesifonu təhdid etdi.Silsilə fəlakətlər nəticəsində nüfuzdan düşən II Xosrov sülh üçün Bizansla razılaşan və onun bütün işğal olunmuş ərazilərindən geri çəkilməyə razı olan oğlu II Qubadın rəhbərlik etdiyi bir çevriliş nəticəsində devrildi və öldürüldü.Üstəlik, 614-cü ildə Yerusəlimdən götürülmüş Əsl xaç və digər müqəddəs əşyalar da geri qaytarıldı.629-cu ildə İrakli Yerusəlimə təntənəli mərasimlə daxil oldu. Eyni zamanda, Məhəmmədin İslamı təbliğ etdiyi və 630-cu ilə qədər Ərəbistanın böyük bir hissəsini tək bir siyasi hakimiyyət altına aldığı Ərəbistan yarımadasında sürətli bir siyasi inkişaf yaşandı.Məhəmməd 632-ci ilin iyununda vəfat etdikdə, Əbu Bəkr xəlifə və onun siyasi varisi seçildi.Əbu Bəkrin varis olmasından dərhal sonra çətinliklər ortaya çıxdı və bir neçə ərəb qəbiləsi Əbu Bəkrə qarşı açıq şəkildə qiyam qaldırdı. 632-633-cü illərdəki Ridda müharibələri olaraq bilinən hadisədə Əbu Bəkr rəqiblərini məğlub etməyi və Ərəbistanı Mədinədə xəlifənin mərkəzi hakimiyyəti altında birləşdirməyi bacardı. Üsyançılar ram edildikdən sonra Əbu Bəkr İraqdan başlayaraq fəthlərə başladı.Ən parlaq generallardan Xalid ibn Vəlidin göndərildiyi Sasani farslarına qarşı bir sıra uğurlu yürüşlərdə İraq fəth edildi.Əbu Bəkrin özünə inamı artdı və Xalid İraqda qalasını qurduqdan sonra, Əbu Bəkr 634-cü il fevral ayında Suriyaya təcavüz üçün silah çağırışı etdi. Qeyd etmək lazımdır ki, müsəlmanların Suriyaya istilası, Bizansın müdafiə tədbirləri ilə mübarizə aparmaq üçün saf qüvvə əvəzinə, strateji,diqqətlə planlanmış və yaxşı koordinasiya edilmiş hərbi əməliyyatlar idi.
Yərməkəy rayonu
Yərməkəy rayonu (başq. Йәрмәкәй районы) — Başqırdıstan Respublikası ərazisində rayon. Rayonun inzibati mərkəzi Başqırdıstanın paytaxtı Ufa şəhərindən 235 kilometr aralıda yerləşir. == Coğrafiya və iqlim == Rayon — Başqırdıstan Respublikasının qərbində yerləşir. Tatarıstan Respublikası və Orenburq vilayəti ilə həmsərhəddir. Rayonun ümumi sahəsi 1438 km², şimaldan cənuba uzunluğu 68 km, qərbdən şərqə isə 24 km–dir. Yərməkəy rayonunun iqlimi kontinental və orta nəmlidir. Ərazisindən İk, Rya, Tarkazı və Kidaş çayları axır. == Tarix == Rayonun əsası 31 yanvar 1935–ci ildə qoyulub. Yeni yaradılmış rayon ilk 24 kənddən ibarət idi.
Yərəmkə (Şaran)
Yərəmkə (başq. Yərəmkə, rus. Еремкино) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Durtüylü): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (69%), tatarlar (28%) üstünlük təşkil edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2007 ••• 0.21
2008 •••••••••••••••••••• 1.46
2009 ••••• 0.32
2013 •• 0.15
2014 ••••• 0.34
2019 •• 0.14

"yər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yər nədir? #yər sözünün mənası #yər nə deməkdir? #yər sözünün izahı #yər sözünün yazılışı #yər necə yazılır? #yər sözünün düzgün yazılışı #yər leksik mənası #yər sözünün sinonimi #yər sözünün yaxın mənalı sözlər #yər sözünün əks mənası #yər sözünün etimologiyası #yər sözünün orfoqrafiyası #yər rusca #yər inglisça #yər fransızca #yər sözünün istifadəsi #sözlük