yə sözü azərbaycan dilində

Yazılış

  • yə • 99.9254%
  • Yə • 0.0402%
  • YƏ • 0.0344%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
K2-yə Amerikan Karakorum ekspedisiyası (1938)
1938-ci il tarixli Amerikan Karakorum ekspedisiyası, daha düzgün şəkildə "Birinci Amerika Karakorum ekspedisiyası" adlandırılan qrup dünyanın ikinci ən yüksək dağı olan 8.611 m Çoqori (həmçinin K2 adlanır) zirvəsinə çatmaq üçün bir neçə marşrutu araşdırdı. Çarlie Houston kiçik və xoşbəxt bir alpinist qrupa liderlik edirdi. Abruzzi silsiləsinin ən əlverişli yol olduğuna qərar verdikdən sonra 19 iyul 1938-ci il tarixdə 7500 m məsafədə silsilənin yüksəkliyinə qədər yaxşı irəliləyiş əldə etdilər. Lakin o vaxta qədər tədarükləri azaldı, qida çatışmırdı və musson yaxınlaşırdı. Houston və Paul Petzoldt zirvəyə bacardıqları qədər yaxınlaşmaq üçün son bir təkan verməli olduqlarına və sonra qrupun qalan hissəsilə orada qovuşacaqlarına qərar verildi. 21 iyulda cütlük təxminən 7.900 m yüksəkliyə çatdı. Əlverişli hava şəraitində daha yüksək düşərgə üçün uyğun bir yer və zirvəyə gedən aydın bir yol müəyyən edə bildilər. Ekspedisiya uğurlu sayılırdı və heç kim ciddi xəsarət almamışdı. Abruzzi silsiləsinə qədər uyğun bir yol ətraflı araşdırılmış, çadırlar üçün yaxşı yerlər tapılmışdı (gələcəkdə bir çox ekspedisiyalarda istifadə ediləcək yerlər idi) və dırmanmanın texniki cəhətdən ən çətin hissəsini 6700 m məsafəni "Evin bacası" ("House's Chimney" -iki saatlıq qaya üzərinə çıxmağa rəhbərlik edən Bill Houseun adı ilə əlaqəlidir) qədər müəyyənləşdirmişdilər. Komandanın ortaq şəkildə yazdığı "Five Miles High" (Bates & Burdsall 1939) kitabı da uğurlu hesab olunur.
ABŞ-yə immiqrasiya
ABŞ-də immiqrasiya — ABŞ-ni immiqrasiya ölkəsi adlandırırlar. == Tarixi == ABŞ ərazisinin sürətlə genişlənməsi, eləcə də ərazinin məskunlaşması və mənimsənilməsi külli miqdarda əhali tələb edirdi. Həmçinin dünyanın digər ərazilərində (əsasən də Avropada) sosial-iqtisadi şərait (aqrar, dini, milli vəziyyət, aclıq, siyasi təqib) əhali və əmək ehtiyatlarını ABŞ-yə cəlb etdi. Okean boyunca qitələrarası miqrasiyanın artması feodal məhdudiyyətlərinin ləğvinə səbəb oldu və əhali hüquqi cəhətdən müstəqillik qazandı. İmmiqrasiya dəniz və sonra hava nəqliyyatında olan proqreslə bağlı daha geniş vüsət aldı. İmmiqrantların sayının qeydiyyatı 1820-ci ildən aparılır və 1820-ci ildən indiyə qədər ABŞ-yə 60 mln. nəfər əhali (Avropa 67 %, Asiya 10 %, Amerika 21 %, digər regionlar 2 %) immiqrasiya etmışdir. Aşağıdakı immiqrasiya dövrləri ayrılır: === Birinci dövr === I dövr – XVII əsrin əvvəllərindən 1820-ci ilə qədər davam etmişdir. İmmiqrantlar əsasən Böyük Britaniya adalarındandır (ingilislər, şotlandlar, irlandlar). Cənuba gələnlər varlı torpaq sahibləri olduğundan onlar özləri ilə plantasiyalarda işləmək üçün kasıb əhali gətirmişlər.
ABŞ-yə qanunsuz immiqrasiya
Amerika Birləşmiş Ştatlarına qanunsuz immiqrasiya — ABŞ-nin immiqrasiya qanunlarını pozaraq Birləşmiş Ştatlara miqrasiya prosesidir. Bura ABŞ-yə qanunsuz daxil olmuş əcnəbilər, habelə qanuni yolla daxil olmuş, lakin vizalarının müddəti bitdikdən sonra qalanlar, şərti icazə alanlar, TPS və s. aiddir. Qeyri-qanuni immiqrasiya ABŞ-də 1980-ci illərdən bəri gərgin müzakirə mövzusu olaraq qalmaqdadır. ABŞ-nin qeyri-qanuni immiqrant əhalisi 2007-ci ilə qədər pik həddinə çatdı. Həmin vaxt bu, 12,2 milyon (ABŞ əhalisinin 4%-i) idi. 2016-cı ildəki hesablamalara görə, icazəsiz immiqrantların sayı 10,7 milyon nəfər təşkil edir ki, bu da ölkə əhalisinin 3,3%-ni təşkil edir. Böyük tənəzzüldən bəri, ölkəni tərk edənlərin sayı ölkəyə gələnlərin sayını üstələdi və qeyri-qanuni sərhəd keçidləri 2021-ci ilə qədər, rekord sayda 1,7 milyon insanın cənub sərhədini qeyri-qanuni keçməyə çalışarkən tutulduğu onilliklərdə ən aşağı səviyyədə idi. 2007-ci ildən bəri viza müddətinin uzadılması qeyri-qanuni immiqrant əhalinin artımında 2000-ci ildən 2018-ci ilə qədər xeyli azalan qanunsuz sərhəd keçidlərindən daha böyük paya sahib olmuşdur. 2012-ci ildə icazəsiz immiqrantların 52%-i Meksikadan, 15%-i Mərkəzi Amerikadan, 12%-i Asiyadan, 6%-i Cənubi Amerikadan, 5%-i Karib hövzəsindən, 5%-i isə Avropa və Kanadadan olub.
50 50-yə (film, 2011)
50 50-yə — rejissor Conatan Livayn tərəfindən 2011-ci ildə ekranlaşdırılmış film. Əsas rolları Cozef Qordon-Levitt, Set Roqen, Anna Kendrik və Brays Dallas Hovard ifa edirlər. == Məzmun == Gənc Adam xərçəng xəstəsi olduğunu öyrənir, lakin qəmgin olmamaq üçün əlindən gələni edir. Bu yolda ona dostu Kayl da kömək edir və həyatında baş verənlərin müsbət tərəflərini üzə çıxarmağa köməkçi olur.
ABŞ-yə bağlı kiçik adacıqlar
ABŞ-yə bağlı kiçik adacıqlar (ing. United States Minor Outlying Islands) – ABŞ-nin federal subyektləri xaricində qalan və heç bir daimi sakini olmayan adalardan ibarət əraziləri.
Əbu Yə’la Muhəmməd əl-Azərbaycani
Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani (?-1115) — Azərbaycan alimi. Əbu Yə’la Muhəmməd ibn Muhəmməd ibn Saleh ibnü’l-Haruyə əl-Azərbaycani Mühəddis, siqa hədis ravisi idi. Azərbaycanda dünyaya gəlmiş, lakin gənclik illəri Bağdadda keçmiş və bu şəhərdə təhsil almışdı. Əbu Cə’fər ibnü’l-Məsləmə, Malik əl-Banyasi kimi mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Hafiz Muhəmməd ibn Əbdülvahid əd-Dəqqaq, Əbu Qalib Daməğani, şair Əbu Bəkr əl-Ərcani ondan hədis dinləmiş və nəql etmişdilər. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani həmçinin tanınmış ədib və tənqidçi idi. O, nəzm və nəsr tərzində çox gözəl ədəbi əsərlər qələmə almışdı. Bunlardan ‚Nətayicü’l-Fitnə fi Nəzmi-Kəlilə və Dimnə‛, ‚əs-Sadih‛ adlı əsərlərinin adlarını çəkmək olar. Əbu Yə’la Muhəmməd əl-Azərbaycani İraqi-ərəb və İraqi-əcəmin bir sıra şəhərlərinə səyahət etmişdi. Ömrünün sonlarına doğru Kirmana getmiş və burada h.
Elşad Yəhyayev
Elşad Yəhyayev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. == Döyüşlərdə iştirakı == Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər.
Fars yəhudiləri
Fars Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "Fars Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). == Terminologiya == "Fars Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. == Tarix == Orta əsrlər boyu Fars Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda Fars Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Gizli Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi
Gürcüstan Yəhudilərinin Tarix və Etnoqrafiya Muzeyi (gürc. საქართველოს ებრაელთა ისტორიის მუზეუმი) — Tbilisi şəhərində yəhudi xalqına həsr edilmiş tarixi və etnoqrafiya muzeyi. Muzey Antoni Katolikos və Vaxtanq Beridze küçələrinin kəsişməsində, Azadlıq Meydanından bir qədər aralıda yerləşir. == Tarixi == Muzey 30 noyabr 1932-ci ildə "Yoxsullara Yardım Gürcü Komitəsi" rəhbərliyinin qərarı ildə əsası qoyulmuşdur. Əslində isə muzey artıq 1928 -ci ildə yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd yəhudi işçilərinin mədəni bazası çərçivəsində bir şöbə təşkilatı qurmaq idi. "Yəhudi Tarix -Diyarşünaslıq Muzeyi"nin rəsmi quruluşu 23 noyabr 1933-cü ildə Gürcüstan Xalq Maarif Komissarlığının əmri ilə rəsmiləşdirildi. 1932-ci ildən başlayaraq muzey Yəhudi Mədəniyyət Mərkəzinin binasında (Abesadze küç., 10) yerləşirdi və 1940-cı ildə isə keçmiş "Qübbə sinaqoquna" köçdü. 1951-ci ildə muzey bağlandı və eksponatlar Tbilisi Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə, nadir əlyazmalar kolleksiyası isə - Gürcüstan Dövlət Muzeyinə və Gürcüstan SSR Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna verildi. == Bərpası == 30 noyabr 1992-ci ildə, Gürcüstan hökumətinin qərarı ilə (No 1017), Muzey "Kartu" Fondunun maliyyə dəstəyi ilə bərpa edildi və məşhur ravvin və ictimai xadim David Baazovun adını aldı.
Gürcüstan yəhudiləri
Gürcüstan yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "Gürcüstan yəhudiləri" deyil. === Tarixi === Rəvayətə görə, onlar Kartli və İberiyanın ərazisinə ilk dəfə e.ə. VII əsrdə köçmüşlər. Bu Birinci Qüds Məbədinin dağıdıldığı və yəhudilərin Babilistana sürgün olunduğu tarixə təsadüf edir. XIII əsrə aid "Kartlis tsxvoreba" ("Gürcüstanın həyatı") adlı əlyazmada bu barədə deyilir: "Çar Navuxodosonor Qüdsü zəbt etdi. Ordan qovularaq Kartliyə gələn yəhudilər, Mtsxeti hökmdarına bac söz verərək torpaq istədilər. Onlara Araqvi çayı yaxınlığında, Zanavi çay qolunun yanında məskunlaşmağa icazə verildi. Və onlar buna görə vergi verməyə başladılar". Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar.
Harun Yəhya
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. == Həyatı == Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. === Təhsili === Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. == Elmi-dini fəaliyyəti == Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.
Hürr ibn Yəzid Riyahi
Əl-Hürr ibn Yəzid əl Təmimi (Ərəbcə:الحر بن يزيد), (VII əsr – 10 oktyabr 680, Kərbəla) — Kərbəla hadisəsində Hüseyn ibn Əlinin səhabələrindən idi. Əvvəlcə Əməvilər ordusunun generalı idi və Əl-Hüseyn ibn Əli ibn Əbu Talibi tutmaq üçün İraqın Kufə şəhərinə göndərilmişdir.
Hüzeyfə ibn əl-Yəman
Hüzeyfə ibn əl-Yəman (ərəb. حذيفة بن اليمان‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiyası == Hüzeyfə ibn əl-Yəman Mədinədə anadan olmuşdur. O, əslən Məkkəli, atası isə Məkkənin Bəni Abs qəbiləsindən idi. Ata bir nəfəri öldürdüyü üçün Məkkədən Mədinəyə qaçmalı olur. Məhəmmədin peyğəmbərliyi başlayandan bir müddət sonra İslamı qəbul etmək üçün Məkkəyə gəlir. Hüzeyfə Mədinədə böyümüş və Məhəmməd peyğəmbəri görmək üçün xüsusi olaraq Məkkəyə getmişdi, üstəlik onunla görüşmüşdü. Müsəlmanlar Mədinəyə köçdükdən sonra Hüzeyfə Peyğəmbərdən ayrılmır və daim onunla birlikdə olmağa çalışır. Hüzeyfə müsəlman dövlətinin möhkəmləndirilməsində fəal iştirak etmiş, Bədr döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Uhud döyüşündə Hüzeyfənin atası təsadüfən onu düşmən zənn edən müsəlmanların qılıncları ilə öldürüldü.
III Yəzdigird
III Yezdəgird (624, İstəhr – 652, Mərv) — 38-ci və ya sonuncu Sasani şahənşahı, fars imperiyasının son hökmdarı. 632–651-ci illərdə hakimiyyətdə olmuşdur. Zərdüşt təqvimi onun hakimiyyətə gəldiyi ildən hesablanır. == Hakimiyyətə gəlişi == Qarışıqlıqdan istifadə edilərək 632-ci ildə gənc yaşlarında hakimiyyətə gətirildi və hakimiyyətinin ilk illərində dövlət işləri ilə məşğul ola bilmədi. Dövləti onun adından yüksək rütbəli əyanlar idarə edirdilər. Onun hakimiyyətə gəldiyi vaxtlarda daxili münaqişələr, saray çəkişmələri, əyanların özbaşınalığı artmışdı. Həmin dövrdən başlayaraq ərəb hücumları kəskinləşmişdi. == Bizansla münasibətlər == Sasanilərin əzəli düşməni olan Bizansla münasibətləri qaydaya salmaq məqsədilə Bizans imperatoru Herakliusun oğlu Konstantinin qızı Maynanh ilə evləndi. Bu evlilikdə III Yezdəgirdin məqsədi ölkənin vəziyyətini yaxşılaşdırmaq və Bizansdan kömək almaq idi. Lakin bu tədbirlər imperiyanın süqutunun qarşısını ala bilmədi.
II Məhəmməd ibn Yəzid
II Məhəmməd ibn Yəzid (d. ? – ö. 4 iyun, 956) — Şirvanşahlar dövlətinin yeddinci hökmdarı. == Fəaliyyəti == Şirvanşah Əbu Tahir Yəzid ibn Məhəmmədin ölümündən sonra, onun yerinə atasının vaxtında Layzan hakimi olmuş oğlu Məhəmməd ibn Yəzid keçmişdir. O, bir oğlu Əhmədi Layzana, o biri oğlu Heysəmi isə babası Məhəmməd ibn Yəzidin vaxtında özünün əmir olduğu Təbərsərana hakim təyin etdi Şirvanın hakimi kimi onun ilk tədbiri həbsxanaya salınmış qardaşı Əhməd ibn Yəzidi aradan götürmək oldu. Sasani şahlarına xas olan bu qaydanı görünür, Şirvanşahlar onlardan əxz etmişdilər. Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il) sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün bu torpaqları Şirvan və Layzanla birləşdirdi. Əl-Məsudi daha sonra deyir ki, "onun məmləkəti hal-hazırda, yəni h.332 (943)-ci ildə bir aylıq yol qədər uzanır.
I Məhəmməd ibn Yəzid
Məhəmməd ibn Yəzid – Layzanşah, Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin atası. == Fəaliyyəti == Bu Şirvanşah haqqında mənbələrdə cüzi məlumatlar qalmış, onun adı keçəri olaraq anılmışdır. "Tarix-i əl-Bab"da onun haqqında deyilir: "Bir müddətdən sonra Yezid öldü və onun yerinə oğlu Məhəmməd ibn Yezid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra (təqr-h.305 (917)-ci il — SA.) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi." == Şübhələr == Vladimir Minorski "Şirvan və Dərbəndin tarixi" əsərində dediyinə görə Məhəmməd ibn Yezid Şirvanşah ola bilməz, çünki o Şirvanşah Heysam ibn Xalidin nəslindən deyil, əksinə Layzanşah Yezid ibn Xalidin oğludur. Buna görə də Məhəmməd ibn Yezid Şirvanşah sayılmamalıdır.
Kripto Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Küveytdəki Yəhudilərin tarixi
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Lətif Yəhya
Lətif Yahia — İraq əsilli yazıçı və İran-İraq müharibəsində döyüşmüş keçmiş əsgərdir. İraq diktatoru Səddam Hüseynin oğlunun Uday Hüseynin dubloru olduğunu iddia etdiyi bilinir. == Həyatı == İraqda kürd ailəsinin uşağı olaraq anadan olub. İran-İraq müharibəsinin başlamasından sonra Udayın dubloru olduğunu iddia etdi. 23 yaşında ikən prezident sarayına çağrıldı, burada Uday sinif yoldaşlarının məktəbdə ikən arasındakı oxşarlıqları xatırladığını başa düşdü. Yahia'ya məlumat verildi ki, təhlükəli bir vəziyyət gözlənildiyi zaman Uday'ın xalqa kütləvi şəkildə çıxması üçün Uday qurbanı olacaq. Yahia əvvəlcə işə başlamaqdan imtina etdi və daha sonra təkbətək həbsxanaya salındı. Həbs edildikdən və işgəncəyə məruz qaldıqdan sonra Lətif ailəsinin də işgəncəyə məruz qalacağı ilə hədələyərək Udayın stuntman olmasını qəbul etməli oldu. Altı ay ərzində Udayın nitq tərzini və tərzini təqlid etmək üçün təlim keçdi. Görünüşünün daha bənzər olması üçün əməliyyat və diş müalicəsindən keçdi.
Mahmud Avşar-Yəzdi
Mirzə Mahmud Məhəmmədsadıq oğlu Avşar Yəzdi (1893, Yəzd – 1983, Tehran) — Paniranizmin banilərindən biri, şair, jurnalist. == Həyatı == M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi. Dr.
Minkarizadə Yəhya Əfəndi
Minkarizadə Yəhya Əfəndi (1609, Konstantinopol – yanvar 1678, Beşiktaş) — Osmanlı alimi, şair və şeyxülislamı. Minkarizadə ailəsinin ilk məşhur nümayəndəsi Minkarizadə Ömər Əfəndinin oğludur. Atasının müdərrislik dövründə 1609-cu ildə dünyaya gəlmişdir. İlk dini təhsilini Mahmud Hüdayi həzrətlərindən almış, daha sonra Kiçi Mehmed Əfəndi və Əbdürrəhim Əfəndidən dərslər almışdır. Ardından şeyxülislam Xocazadə Əsad Əfəndinin tələbəsi olmuş və dini təhsilini başa vurmuşdur. 1637–1648-ci illərdə İstanbulun bir çox mədrəsələrində müdərris olaraq fəaliyyət göstərmişdir. Ardından qazı oldu və 1649-cu ilin yanvarında Məkkə qazısı təyin edildi. 2 il davam edən bu vəzifəsinin ardından 1652-ci ilin iyulunda Qahirə qazılığına gətirildi. 1653-cü ilin avqustunda vəzifədən alındı və 2 ildən çox heç bir vəzifəyə gətirilmədi. 1655-ci ilin dekabrında ikinci dəfə Qahirə qazılığına gətirildi və 1 il sonra bu vəzifəsindən ayrıldı.
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Mirzə Yəhya Dövlətabadi
Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi (1862, İsfahan – 1940) — İran tarixçisi, şairi, siyasətçisi. Seyid Mirzə Yəhya Seyid Hadi oğlu Dövlətabadi 1862-ci ildə İsfahan şəhərində doğulmuşdu. Yəhya Dövlətabadi İranın məşhur ziyalılarından idi. O, İran Məclisinin digər üç deputatı ilə (Seyid Həsən Müdərris, Seyid Həsən Tağızadə və gələcək baş nazir Məhəmmədəli Müsəddiq) birlikdə 1925-ci ilin oktyabrında Qacar sülaləsinin ləğvi haqqındakı qanunun əleyhinə səs vermişdi. Yəhya Dövlətabadi publistik fəaliyyəti ilə məşğul idi. Daha xalq minbərdən idarə olunmurdu. Çünki xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına yol açdı. Müxtəlif qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar.
Mirzə Yəhya bəy Şeyda
Yəhya bəy Həsən bəy oğlu Hacıbəyov (1874–1938) — pedaqoq, şair, əməkdar müəllim. Yəhya bəy Həsən bəy oğlu 1874-cü il yanvar ayının 12-də Şuşa şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası Həsən bəy və babası "Məriz" təxəllüslü şair Mirzə Məhərrəm Hacıbəyov XIX əsr Şuşasının görkəmli tarixi şəxsiyyətlərindən olmuş, Qarabağ mədəniyyəti və maarifi tarixində silinməz izlər qoyub getmişlər. Belə bir ocaqda böyüyən Yəhya da kiçik yaşlarından elmə, sənətə, poeziyaya xüsusi bir maraq və həvəs oyanmış, o, klassik Azərbaycan və Şərq şairlərinin əsərlərini daim mütaliə edərək öz intellektual ədəbi səviyyəsini artərmağa çalışmışdır. Şuşa şəhər məktəbini bitirəndən sonra o, pedaqoji təhsil də almış və XX yüzilliyin əvvəllərindən maarifçilik fəaliyyəti ilə ciddi məşğul olmuşdur. Az müddət içərisində Yəhya bəy maarif cəbhəsində xeyli işlər görmüş, xalqın balalarının təhsil almasında xüsusi xidmət göstərmişdir. Görkəmli pedaqoq 1905-ci ildən başlayaraq ömrünün sonuna kimi Qarabağın bir çox kəndlərində maarif məşəli yandırmış, Ağdamda, Şıxbabalı və Əfətli kənd məktəblərində rus dili və ədəbiyyatından dərs demişdir. Həmin illərdə gənc müəllim bütün bacarığı ilə çalışır, uşaqları çətinliklə məktəbə cəlb edir və xüsusilə, kəndli balalarını oxumağa həvəsləndirirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Yəhya bəy Hacıbəyov yeni istiqamətdə qurulmuş xalq maarifi sistemində fədakarcasına çalışmağa başladı. "Mirzə" kimi hörmətli və ləyaqətli bir adla çağırılan Yəhya bəyə 1934-cü ildə respublika əhəmiyyətli fərdi təqaüd kəsildi, Ağdam rayonunun Əfətli kəndindəki məktəbə onun adı verildi və altmış illik yubileyi miqyasda keçirildi, Fəxri fərmanla təltif olundu.
Mirzə Yəhya xan Qaragözlü
Mirzə Yəhya xan Qaragözlü (?-1938) — Şamlı elinin Qaragözlü oymağından olan İranın mədəniyyət naziri. Mirzə Yəhya xan Qaragözlü Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı. Mirzə Yəhya xan Qaragözlü Etimadəddövlə ləqəbini daşıyırdı. Mirzə Yəhya xan Qaragözlü Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın mədəniyyət naziri olmuşdu. Əlirza xan Bəhaülmülkün qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi. Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Mirzə Yəhya xan Qəzvini
Mirzə Yəhya xan Mirzə Nəbi xan oğlu Qəzvini (1832-1888) — İranın ictimai xadimi. Mirzə Yəhya xan Mirzə Nəbi xan oğlu 1832-ci ildə Qəzvin şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini İranda alandan sonra Fransaya, Paris şəhərini yollanmışdı. Fransız dilini mükəmməl öyrənmişdi. 1856-cı ildə Tehrana döndükdən sonra Xarici İşlər nazirliyində işə düzəlmilş, əvvəlcə tərcüməçi işləmişdi. Sonra Sankt-Peterburqda səfir müavini kimi çalıpşmışdı.Orda bir il çalışdıqdan sonra Nasirəddin şah Qacarın baş naziri Mirzə Ağa xan Nurinin adyutantı təyin olunmuşdu. Sədr-Əzəm işdən çıxarıldıqdan sonra şahın şəxsi adyutantı və tərcüməçisi vəzifəsinə dəyişilmişdi. Mirzə Yəhya xan Qəzvini şahın əmri ilə xarici dövlətlərə gedir, diplomatik missiyanı uğurla yerinə yetirirdi.Gördüyü işlərin müqabilində Nasirəddin şah ona Mötəmədülmülk ləqəbini əta etdi. Mirzə Yəhya xan Qəzvini Nasirəddin şah Qacarın Avropaya birinci səfəri zamanı qardaşı Mirzə Hüseyn xan ilə nümayəndə heyətinin tərkibində olmuş, qayıtdıqdan sonra əvvəlcə Yəzdin, sonra Fars əyalətinin hakimi olmuşdu. O, daha sonra 1877-ci ildə Mazandaran əyalətinin valisi vəzifəsini icra etmişdi.
Mirzə Yəhyaəli xan Amani
Mirzə Yəhyaəli xan ibn Cəlaləddin Mirzə Heydər xan Baranlı (23 sentyabr, 1748 - 21 sentyabr, 1797) — Aud nəvvabı. Mirzə Yəhyaəli xan 23 sentyabr, 1748-ci ildə Feyzabad şəhərində anadan olmuşdu. Mirzə Yəhyaəli xan 21 sentyabr 1797-ci ildə vəfat edib. Mirzə Yəhyaəli xanın Vəzirəli xan adlı oğlu vardı.

"yə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yə nədir? #yə sözünün mənası #yə nə deməkdir? #yə sözünün izahı #yə sözünün yazılışı #yə necə yazılır? #yə sözünün düzgün yazılışı #yə leksik mənası #yə sözünün sinonimi #yə sözünün yaxın mənalı sözlər #yə sözünün əks mənası #yə sözünün etimologiyası #yə sözünün orfoqrafiyası #yə rusca #yə inglisça #yə fransızca #yə sözünün istifadəsi #sözlük