İsmayıl ibn Yəsar
İsmayıl ibn Yəsar (VII əsr, Mədinə – 748) — VII–VIII əsr Azərbaycan əsilli, Hicazda yaşamış ərəb ədəbiyyatı şairi; Azərbaycan şairi Musa Şəhəvatın qardaşı.
== Həyatı ==
VII–VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir.
İbn Quteybə (828–889) İsmayıl ibn Yəsarı əslən azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov da məhz ona istinadən bu faktı təsdiqləyir. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsas olmadan İsmayıl ibn Yəsarı fars şairləri siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir.
Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828–889) "Şeir və şairlər" ("الشعر و الشعراء") əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır.