kənar sözü azərbaycan dilində

kənar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kənar • 95.0937%
  • Kənar • 4.8223%
  • KƏNAR • 0.0839%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan auditBir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Kənar effekt (Proqramlaşdırma)
Kənar adamlar (film, 1992)
== Məzmun == Film təmiz və ülvi məhəbbət haqqında, dostluq etmək arzusunda olan gənclərin taleyi barədədir. Lakin taleyin hökmü ilə bu cavanlar çirkin adamların mafiya toruna düşürlər. Məhz məhəbbət onları ölümün pəncəsindən qurtarır. == Film haqqında == Filmin çəkilişinə 1 milyon 200 min rubl xərclənib. Film Fərid Hümbətovun "Quşbazlar" hekayəsi əsasında çəkilmişdir.
Bağ divarının kənarında
Bağ divarının kənarında (ing. Over the Garden Wall) — Patrik Makheyl tərəfindən yaradılmış ABŞ istehsalı animasiya mini-serialı. Cizgi-serialda evə gedən yolu axtarmaq üçün sirli bir meşədən keçən iki ögey qardaşın səyahətləri zamanı müxtəlif qəribə və fantastik şeylərlə qarşılaşmasından bəhs olunur. Serial Makheylin "Cartoon Network Studios"da hazırladığı "Bilinməyənin kitabı" (ing. Tome of the Unknown) adlı qısametrajlı animasiya əsasında çəkilib. Elayca Vud və Kolin Din baş qəhramanlar olan Qreq və Virti, Melani Linski mavi quşu səsləndirib. Digər səsləndirmə heyətində Kristofer Lloyd, Tim Karri, Bibi Noyvirt, Kris Ayzek, Şirli Cons, Tomas Lennon, Cek Cons, Ceron Pakston, Con Kliz və Samuel Reymi yer alıb. Serialın soundtrekini "The Blasting Company" bəstələyib. "Bağ divarının kənarında", 2014-cü ilin 4 noyabrından 7 noyabrına qədər cəmi bir həftə ərzində nümayiş olunub. Serial televiziya kanalında yayımlanan ilk mini-serial idi.
Dəniz kənarında gəzinti (film, 1907)
Dəniz kənarıyla qaçan Alabaş
Dəniz kənarıyla qaçan Alabaş — Çingiz Aytmatovun yazdığı povest. == Haqqında == Dəniz kənarıyla qaçan Alabaş" romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.
Kənarlaşma
Standart kənarlaşma statistika məlumatların təhlili, ehtimal nəzəriyyəsi və risklərin idarə edilməsində geniş istifadə edilən metoddardan biridir.Standart kənarlaşma qeyd olunan ədədin, ümumi ədədlər toplusunun orta rəqəmindən kənarlaşmasını ( dispersiyanı) göstərir. σ = ∑ ( x − x ′ ) 2 n {\displaystyle \sigma ={\sqrt {\sum (x-x')^{2} \over n}}} Reallıqda bu formula üzrə hesablamağa ehtiyac qalmır, çünki Excel kimi proqramlarda xüsusi formula vardırki, adətən ondan istfadə edilir ( funksiyanın adı: = STDEV.S). Daha rahat izah üçün məsələ üzərində göstərək: Fərz edilsin ki, İnvestor bir valyutaya yatırım etmək istəyir.Və USD seçilir və onun 5 gün üzrə qiyməti təqdim olunur. Rəqəmlər belədir: 0.8 ; 0.78; 0,91; 0.77; 0.54 İndi isə EURO üzrə qiymətlər təqdim edilib: 0.2 ; 0.33; 0,57; 0.11; 0.7 Və minimum riskli investisiya forması tapılmalıdır. Birinci çoxluğun Standart kənarlaşması 0.135093-ə,ikinci çoxluğun Standart kənarlaşması isə 0.248133 bərabərdir. Hər iki çoxluq üzrə Standart kənarlaşmaya baxdıqda görürük ki, 2-ci çoxluğun kənarlaşması daha çoxdur – yəni risk daha artıqdır,qiymət tez-tez enib qalxır.
Kənarmeşə
Kənarmeşə (əvvəlki adı: Kənarəmeşə) Talışca "Kənoəvişə"-dən tərcümə edilərək adlandırılmışdır("kənoə" - kənarda, "vişə" - meşə deməkdir). — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kənarmeşə kəndi Kənarmeşə kəndi adlandırılmışdır.23 dekabr 2011-ci il prezident fərmanı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilibHal-hazırda da kəndin adı Lənkəranda əhali tərəfindən Kənoəvişə adlandırılır. == Tarixi == Kəndin hazırkı inzibati-ərazi dairəsinin formalaşması XVIII əsrin ortalarına təsadüf edir. 1747-ci ildə İranda Nadir şahın ölümündən sonra onun siyasi təqibə məruz qalmış tərəfdarlarından olan , əslən Ənzəli talışı olan şiə müsəlmanı, Ağası adlı ruhani və onun ailəsi Xəzər dənizi vasitəsi ilə yaşadığı yerdən uzaqlaşaraq kəndin Qərb hissəsidə (indiki girişində) məskən salmaqla bu yerlərin ilk sivil sakinlərindən olmuşdur. Daha sonra ailə Ağasının ilk oğlunun adı olan Bağırın adından Bağırovlar kimi adlandırılmışdır. Bağırovlar ailəsi kənddə əkinçiliyin əsasını qoymuş,kənd icmasının əsasını qoymuş və ilk oturaq ailə olmuşdur.İlkin məskunlaşmadan sonra Qarabağdan,Ərdəbildən,Ənzəlidən və digər İran ərazilərindən müxtəlif insanlar kəndə köçmüşdür.Kəndə köçən əksər nəsillər talışlar olsada, Qarabağdan köçən insanlar sonradan talışlaşmışlar. Kənd sovet dövründə ən məhşur təsərüfat sahələrindən biri sayılırdı,belə ki,Baloğlan Abbasov adına kolxozun mərkəzi Kənarmeşə kəndində yerləşirdi.Hal-hazırda kəndin inzibati binasının həyətində Baloğlan Abbasovun heykəli də mövcuddur. == Coğrafiyası və iqlimi == Lənkəran ovalığının şərqində Xəzər dənizi sahilində yerləşən kənd digər Xəzərsahili Lənkəran kəndlərinə nisbətən Xəzərdən 7-10 metr hündürlükdə yerləşir. Kənarmeşə kəndi şimaldan Lənkəranın Şilim, qərbdən və cənub-qərbdən Seyidəkəran, cənubdan Vel, Xolmili kəndləri, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir.
Kənarmeşə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kənarçay
Kənarçay — Azərbaycanın Qusar rayonu ərazisindən axan çay. Samurçayın sağ qoludur. Çayın uzunluğu 29 km-dir. Çay öz başlanğıcını 2548 m yüksəklikdən, Keçəlbaş dağından götürür. Çayın hövzəsinin sahəsi 125 km²dir. Mənsəbi 514 m dəniz səviyyəsindsən yüksəklikdə yerləşir.
Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Kənarçay (dəqiqləşdirmə)
Kənarçay — Kənarçay (Qusar) — Qusar rayonunda kənd.
Qrinviç meridianından... kənarda (film, 2007)
== Məzmun == Filmin süjet xətti belədir: Qəhrəman gənc rəssamdır. O, siyasətdən uzaq olmaq istəyir. Hər bir yaradıcı insan kimi onun da öz dünyası var. Amma vəziyyət elə inkişaf edir ki, məcburiyyət qarşısında o da, dövrün hadisələrinə qarışmalı olur. Çünki, ən yaxın dostu cəbhənin bir tərəfində, sevgilisi o biri tərəfindədir... == Film haqqında == Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni əsr. Yeni gənclər. Yeni baxış" qısametrajlı film layihə müsabiqəsində 2-ci yeri tutub (02.08.2006). Çəkilişlər 2 aya yaxın davam etmişdir. == Festivallar və mükafatlar == 1) 2007-ci ildə Ukrayna Beynəlxalq Kinofestivalı "Ən yaxşı operator işinə görə" Nadir Mehdiyevə Mükafat verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 36.24 dəfə / 1 mln.
2002 6.85
2003 24.80
2004 28.63
2005 18.89
2006 15.32
2007 16.28
2008 18.52
2009 25.92
2010 35.86
2011 31.83
2012 33.39
2013 •• 46.39
2014 •• 55.09
2015 •• 53.08
2016 •• 45.29
2017 42.11
2018 42.40
2019 36.44
2020 •• 48.14

kənar sözünün leksik mənası və izahı

  • 1 [fars.] 1. bax qıraq 1-ci mənada. Çayın kənarı. Yolun kənarı. – …Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə. Kəndin kənarından get-gedə sıxlaşan və iriləşən qamışlıq başlanırdı. M.Rzaquluzadə. 2. sif. Yad, özgə, başqa. Cuma evdə kənar adam olmadığını bildi. Ə.Əbülhəsən. 3. is. Özgə yer, tamamilə başqa yer; xaric. Kənardan gəlmiş adam. – [Koroğlunun] bir belə xasiyyəti var ki, kənar yerlərdən gələn karvanları soymur. “Koroğlu”. [Müdir:] Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Ə.Haqverdiyev. 4. is. Ətraf, yan. Rüstəm ayağa qalxdı, evin kənarına səpələnmiş çırpını topladı, həyətdə gur bir ocaq qaladı. S.Rəhimov. 5. sif. və zərf Mərkəzdən uzaq, qıraq. Kənar ev. Kənar tikili. Kənar məhəllə. – Kənarda bir dükan görsənir. C.Məmmədquluzadə. Xavər on-on beş addım kənardakı dükanın piştaxtasına söykənərək mürgüləyən qoca çörəkçiyə yanaşdı. M.İbrahimov. 6. zərf Çox vaxt yerlik halda: kənarda – uzaqda, aralı. Daşlıca azı kənddən beş verst kənarda, bağ-bağatlı yolların ayrıcında bir yer idi. Mir Cəlal. 7. is. Məhəccər, sürahi mənasında. Mehriban əllərini balkonun kənarına dayamış olduğu halda gözü küçəyə baxırdısa da fikri və xəyalı uzaqlarda idi. S.Hüseyn. ◊ Kənar etmək (eləmək) – 1) uzaqlaşdırmaq, rədd etmək. …Lazımdır mikrobları millətin bədənindən kənar eləmək. C.Məmmədquluzadə. Çünki Qızıl Arslan məlikəyə evlənmək üçün Azərbaycan xalqının sevdiyi vəliəhdi kənar edib, məlikənin oğlunu vəliəhd təyin edə bilməzdi. M.S.Ordubadi; 2) qovmaq, çıxarmaq (işdən, məktəbdən və s). …Axırda [Cəlilin] əlindən molla təngə gəlib onu məktəbdən kənar elədi. İ.Musabəyov; 3) atmaq, götürmək. [Şah Sitarəyə:] Sənə hökm edirəm, kənar et örtüyü! C.Cabbarlı. Kənar gəzmək (dolanmaq) – əlaqəni kəsmək, özünü uzaq tutmaq, yaxınlıq göstərməmək, uzaq olmaq. Əlində fənər gəzər; Gəzdikcə yanar gəzər; Bir kəs ki, yoxsul olsa; Dost ondan kənar gəzər. (Bayatı). [Qurbani:] Səbəb nədi məndən kənar gəzirsən? Sirrsözün yadlara deyən deyiləm. “Qurbani”. Qafil! Dolanma gəl, eşqdən kənar; Ən böyük musiqi canan səsidir. S.Vurğun. Kənar olmaq – uzaqlaşmaq, özünü uzaq tutmaq. [Dərviş Şeyx Sənana:] Əgər fövqəlbəşər olmaq dilərsən; Kənar ol daima cinsi-bəşərdən. H.Cavid. [Mansur xan:] Burada dəxi dayanmayıb, kənar olub tez gedin. C.Cabbarlı. Kənar(a) atmaq – 1) bir yana tullamaq, atmaq. Arvad əlində toxuduğu corabı kənara atıb, qalxıb ərinin başı altına bir mütəkkə qoydu. Ə.Haqverdiyev. …Zərintac xanım bəzəkli yorğanı üstündən kənara atdı, atılıb çarpayısından yerə düşdü. S.Rəhimov; 2) məc. unutmaq, yaddan çıxarmaq, əlaqəni kəsmək, məhəl qoymamaq. Qul Abbası nə kənara atmısan; Hərcayilə ülfətini qatmısan… Aşıq Abbas; 3) məc. əhəmiyyət verməmək, sərf-nəzər etmək, bir tərəfə buraxmaq. Mən təklif edirəm ki, müraciətnamə məsələsini tamamilə kənara ataq. M.S.Ordubadi. Kənar( a) düşmək – uzaq düşmək, uzaq olmaq, əlaqəsi kəsilmək. Müşküldü mən kənara düşüm kuyi-yardən… Natəvan. Talasından kənar düşərsə ceyran; Gəzər yoldaşları bir zaman heyran. M.Rahim. Kənara çəkilmək – uzaqlaşmaq, kənar olmaq, bir yana çəkilmək. Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz töylədə olan atlardan bir neçəsini yəhərləyib çəkildilər kənara. C.Məmmədquluzadə. Həbib bəy özünü göstərməmək üçün bir kənara çəkildi. S.Rəhman. Kənara çəkilmə, bil ki, bu gündən; Bu gün mənə varsa, sabah sənə var. B.Vahabzadə. Kənara çəkmək – bir tərəfə çəkmək, qırağa çəkmək, bir tərəfə aparmaq. Cantək səni kənarə çəkər pullu dayilər; Hər yerdə az deyil səni mehman edən, çocuq! M.Ə.Sabir. Kənara çıxmaq – 1) əsas işdən, məsələdən və s.-dən uzaqlaşmaq. Mövzudan kənara çıxmaq; 2) bir qədər aralanmaq, azacıq uzaqlaşmaq. Xaspolad dəstədən kənara çıxıb əsgəri kazarmaya doğru getdi. M.Hüseyn. Kənara tullamaq – bax kənara atmaq. Keçən sərgüzəşti tulla kənara; Bihudə hekayət zamanı deyil. Q.Zakir. Şaqqulu ağ parçanı kənara tullayıb, gəlinin üzünü görcək cəld geri çəkildi… Çəmənzəminli. Kənarda qalmaq – 1) bax kənarda durmaq. [Zeynal:] Mehriban, – dedi, – özün etiraf edirsən ki, sənin bizdən kənarda qalmağın münasib deyil. S.Hüseyn; 2) məc. Unudulmaq, yaddan çıxmaq. Qaldı bütün kənarda; Can verənlər, ölənlər. Ə.Cavad. // İştirak etməmək (bir işdə). Bir nəfər də olsun gənc pambıqçı yarışdan kənarda qalmamışdır. …kənarda (kənara) qalsın – …bir tərəfdə (yanda) qalsın (bir şeydən sərf-nəzər etmək mənasında). Hələ açıq gəzmək kənarda qalsın… S.S.Axundov. [Akif:] İşin çətinliyi bir kənara qalsın… M.İbrahimov. Kənarda durmaq – qarışmamaq, müdaxilə etməmək, iştirak etməmək. İşdən kənarda durmaq. …kənarda dursun – bax …kənarda qalsın. [Leyla xanım:] …Ancaq qoy bu söhbət dursun kənarda. N.Vəzirov. Kənardan baxan – hadisəyə tamaşa edən; görən; seyrçi. Kənardan baxan nə deyər? – Kənardan baxan əcnəbilər bizə deyirlər. C.Məmmədquluzadə. Yandı əhvalına kənardan baxan; Doğdu ürəklərdə min şəfqətli hiss. M.Rahim.

    Azərbaycan dilinin izahlı lüğəti / kənar

kənar sözünün sinonimləri (yaxın mənalı sözlər)

kənar sözünün antonimləri (əks mənalı sözlər)

kənar sözünün rus dilinə tərcüməsi

  • 1 1. берег, побережье; 2. край, окраина; 3. побочный, сторонний; 4. не свой, посторонний;

    Azərbaycanca-rusca lüğət / kənar
  • 2 I сущ. 1. край: 1) предельная линия, ограничивающая поверхность чего-л., а также часть поверхности. Stolun kənarı край стола, səkinin kənarı край тротуара 2) о месте, где начинается крутизна. Uçurumun kənarı край пропасти 2. кромка: 1) узкая продольная полоска по краю ткани. Parçanın kənarı кромка ткани 2) край деревянной доски, металлического листа и т.п. 3. кант, кайма (полоска, обрамляющая рисунок, фотографическую карточку и т.п.) 4. окраина: 1) крайняя часть чего-л.. Kəndin kənarı окраина города 5. обочина (боковая часть дороги, пути). Yolun kənarı обочина дороги 6. опушка. Meşənin kənarı опушка леса 7. разг. берег, побережье. Çayın kənarı берег реки, dənizin kənarı берег моря 8. обычно мн. ч. поля: 1) чистая полоса по краю листа в книге, тетради и т.п. Bərəqin kənarları поля листа, səhifələrin kənarları поля страниц 2) отогнутый край шляпы. Şlyapanın enli kənarları широкие поля шляпы 9. перила, балюстрада. Balkonun kənarı (sürahısı) перила балкона 10. обрез (обрезанный край, кромка книги, картона и т. р.) II прил. 1. крайний (находящийся на краю, с краю). Kənar ev крайний дом, kənar bağ крайняя дача, kənar hücumçu спорт. крайний нападающий 2. окраинный (являющийся окраиной). Şəhərin kənar hissəsi окраинная часть города, ölkənin kənar rayonları окраинные районы страны, kənar dəniz окраинное море 3. краевой (расположенный на краю), геогр., геол. Kənar hündürlüklər краевые возвышения, kənar qurşaq краевой пояс, kənar çökək краевой прогиб; kənar venalar мед. краевые вены, kənar hüceyrələr эмбр. краевые клетки 4. посторонний: 1) чужой, не принадлежащий к данному коллективу, семье и т.п. Kənar adam посторонний человек 2) не имеющий прямого отношения к чемулибо. Kənar işlər посторонние дела, kənar söhbətlər посторонние разговоры III послел. вне, Qaydadan kənar вне правил, işdən kənar вне работы, evdən kənar вне дома, cədvəldən kənar вне расписания; kənar etmək, eləmək отстранять, отстранить. İşdən kənar etmək отстранить от работы, vəzifədən kənar etmək отстранить от должности; kənar gəzmək, dolanmaq держаться в стороне, сторониться, избегать кого-л., чего-л., kənara atmaq отбрасывать, отбросить в сторону ◊ kənar düşmək kimdən, nədən оказаться вдалеке, вдали от кого, от чего, kənara çəkilmək отойти в сторону, держаться на отлете; kənara çəkmək kimi отвести в сторону кого (чтобы сказать что-л.); kənara çıxmaq 1) отходить, отойти. Yoldan kənara çıxmaq отойти от дороги 2) отклоняться, отклониться. Mövzudan kənara çıxmaq отклониться от темы; kənarda qalmaq оставаться, остаться в стороне, kənarda durmaq держаться в стороне; bütün bunlar kənara qalsın … отложим все это в сторону …, kənardan baxan посторонний; kənardan baxanlar nə deyər что скажут другие, чужие

    Azərbaycanca-rusca lüğət / kənar

kənar sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. (bir şeyin ğıraq qurtaracağı) edge, brink; uçurumun ~ı edge / brink of a precipice; stolun ~ı edge of a table; (çalanın, quyunun, qədəhin, küpənin və s.) brim; kraterin ~ı the brim of the crater; şlyapanın ~ı brim / edge (rim) of a hat; 2. (sahil) bank; shore, side; dəniz ~ı seaside; seashore; çay ~ı river-bank, riverside; göl ~ı lakeside; su ~ı waterside; su ~ı ilə along the waterside; 3. (bir şeyin yan tərəfi) side; yolun ~ı the side of the road; səhifənin ~ı margin II. s. 1. (yad, özgə, başqa) outside; extraneous; strange; ~ adam an outsider, a stranger; ~ qüvvələr outside forces; ~ işlər outside matters; ~ məsələlər extraneous issues; ~ cism foreign body; 2. (uzaq, aralı) remote, distant; ~ rayonlar remote districts; ~ sahələr / yerlər distant plots / places, remote plots / places III. z. aback, aside, aloof, away; ~ durmaq to stand* aback (from); ~ düşmək to be* / to stand* far (from); ~ etmək: (çıxarmaq, uzaqlaşdırmaq, həmç. vəzifədən, işdən) to remove (d.); (vəzifədən müvəqqəti uzaqlaşdırmaq) to suspend (d.); özündən ~ etmək to push aside (d.); ~ olmaq / gəzmək to avoid (d.), to shun (d.); ~a qoymaq to put* aside (d.); ~a durmaq / çəkilmək to step aside; ~a sıçramaq / atlanmaq to jump aside; bir kəsi ~a çəkmək to take* smb. aside; yaxasını ~a çəkmək to keep* / to stand* aloof (from); to keep* away / aloof (from); to stand* apart (from); ~a çıxmaq: (bir yerdən, dairədən, dəstədən və s.) to step / to go* out (of), to leave* (d.); (bir məsələdən) to go* beyond (d.); mövzudan ~a çıxmaq to wonder from the subject; ~da axtarmaq to seek elsewhere (d.); ~da qalmaq to remain beyond, to be* left aside; Zarafat kənarda qalsın Joking apart; ~da durmaq to stand* / to keep* aside; to keep* aloof; ~dan baxmaq to take* a detached view; ◊ Kənardan baxana döyüş asan gəlir / görünür at. söz. ≅ Lookers on see more than players

    Azərbaycanca-ingiliscə lüğət / kənar

kənar sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. extrémité f ; bout m ; bord m ; côté m ; səhifənin ~ı marge f ; 2) sif. d’autrui, étrang//er, -ère, inconnu, -e ; lointain, -e, éloigné, -e ; à grande distance ; ~ rayonlar régions pl f lointaine ; 3) zərf. par derrière, à part, à l’écart, au loin ; ~ durmaq demeurer à l’écart ; tenir (se) à l’écart (de) ~ bir kəsi ~a çəkmək prendre qn à part ; yaxasını ~a çəkmək dévier, écarter (s’), zarafat ~a qalsın plaisanterie f à part! ; sans blagues

    Azərbaycanca-fransızca lüğət / kənar

kənar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. къерех; регъел (кил. qıraq 1); çayın kənarı вацӀун къерех; yolun kənarı рекьин къерех; 2. прил. ччара, маса, яд, патан, къерехдин (мес. кас); 3. сущ. къерех, ччара чка, тамам маса чка; къецепад; kənardan gəlmiş adam къерехдихъай атанвай кас; 4. сущ. элкъвез-элкъвез къерехар, къвал-къерех, невегьар; 5. прил. меркездилай яргъал, къерехда авай (мес. кӀвал); 6. сущ. мегьежар манада; 7. kənarda нареч. кьерехда, яргъа, аралу; ** kənar etmək (eləmək) а) къерехдихъ авун, яргъазун; б) чукурун, акъудун (мес. кӀвалахдилай, школадай ва мс.); в) алудун, къачун; kənar gəzmək (dolanmaq) (мукьув, къвалав) агат тавун, эгечӀ тавун, алакъа атӀун, яргъаз хьун; kənar olmaq яргъаз хьун, мукьув эгечӀ (агат) тавун, къерехдихъ хьун; kənar(a) atmaq а) са къерехдихъ вегьин, гадарун; б) пер. рикӀелай алудун, алакъа атӀун; в) яб тагун, фикир тагун; kənar(a) düşmək яргъал хьун, яргъаз акъатун, алакъа атӀун; kənara çəkilmək са къерехдихъ (къвалахъ) хьун, къакъучӀун, яргъаз хьун; kənara çəkmək са къерехдихъ (патахъ) чӀугун (ялун, авун, тухун); kənara çıxmaq а) къерехдихъ экъечӀун (мес. метлебдилай); б) са кьадар аралу хьун, тӀимил яргъаз хьун, хкечӀун (мес. дестедикай); kənara tullamaq кил. kənara atmaq; kənarda qalmaq а) кил. kənarda durmaq; б) пер. къерехда амукьун, рикӀелай алатун (фин); в) иштирак тавун; kənarda durmaq къерехъдихъ акъвазун, акахь тавун, иштирак тавун; kənardan baxan къерехдихъай килигзавай(ди), аквазвай(ди).

    Azərbaycanca-ləzgicə lüğəti / kənar

kənar sözünün türk dilinə tərcüməsi

kənar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

KƏNAR(Ə) f. 1) qıraq, dövrə; 2) sahil; 3) uc, guşə; 4) ətraf, tərəf; 5) kitabın, məktubun qırağında yazılan yazı, haşiyə; 6) qucaq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kənar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kənar nədir? #kənar sözünün mənası #kənar nə deməkdir? #kənar sözünün izahı #kənar sözünün yazılışı #kənar necə yazılır? #kənar sözünün düzgün yazılışı #kənar leksik mənası #kənar sözünün sinonimi #kənar sözünün yaxın mənalı sözlər #kənar sözünün əks mənası #kənar sözünün etimologiyası #kənar sözünün orfoqrafiyası #kənar rusca #kənar inglisça #kənar fransızca #kənar sözünün istifadəsi #sözlük