Elxan Yurdoğlu (Məmmədov)
Elxan Yurdoğlu (Məmmədov Elxan Qadir oğlu; 9 may 1980, Yurdçu, Naxçıvan Muxtar Respublikası) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru.
== Həyatı ==
Məmmədov Elxan Qadir oğlu 9 may 1980-cı ildə Şərur (indiki Kəngərli) rayonunun Yurdçu kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var.
== Təhsili ==
1986-cı ildə Yurdçu kənd orta məktəbinin I sinfinə gedib. 1994-cü ildə Quba Özəl Türk Litseyində təhsilini davam etdirib. 1997-ci ildə Naxçıvan Türk Litseyinə köçürülərək 1998-ci ildə həmin məktəbdən məzun olub.
1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinini "Azərbaycan dili və ədəbiyyat" ixtisasına köçürülüb və 2002-ci ildə həmin universitetdən məzun olub.
2002-2003-cü illərdə hərbi xidmətdə olub.
2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin “Folklorşünaslıq və mifologiya” ixtisasında təhsil alıb.