* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Quşların yumurtlayıb bala çıxarmaq və onları saxlayıb böyütmək üçün çör-çöpdən və s.-dən düzəltdikləri yer. Qaranquş yuvası. Sərçə yuvası. – Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov. // Arı şanı. Yuvadan aralanıb tək qalan arılar boğuq səslə həyətdə cövlan vurub pətəyi axtarırdılar. Mir Cəlal. // Heyvanların düzəltdikləri yer, məskən. Siçan yuvası. İlan yuvası. Ayı yuvası. 2. məc. Ev, məskən, ev-ocaq mənasında. Yuvası dağılmaq. İsti yuvasından məhrum olmaq. – Zəhra yuvası dağılmış bu yavrucuqların, analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. □ Yuva salmaq – 1) yurd salmaq, məskən salmaq, yaşamaq üçün şərait yaratmaq; özünə yer düzəltmək. Üç dəfə qaçmışam qarlı Sibirdən; Bizim meşələrdə salmışam yuva. S.Vurğun. [Əbdək:] Dağlarda, daşlarda yuva salmış zavallı vətəndaşlarımın dərdi məni bir an belə rahat buraxmır… M.Hüseyn; 2) məc. Yer tutmaq, yaşamağa başlamaq. Məni xilas etdin vaxtsız ölümdən; O gündən qəlbimdə yuva saldın sən. S.Vurğun. 3. xüs. Maşın, alət, qapı, pəncərə, kilid kimi şeylərin hissələrinin girib işləməsinə və ya birləşməsinə məxsus oyuq, çuxur, dəlmə. Rəzə yuvası. // Bir şeyin içində yerləşmiş olduğu oyuq. Diş yuvası. 4. məc. Bir şeyin törədiyi, intişar etdiyi yer; mənbə. [Qətibə:] Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. M.S.Ordubadi. // məc. Yurd, vətən mənasında. Sən, ey igid mədən torpağından qüvvət alıb gülən diyar; İgid ərlər meydanısan, qəhrəmanlar yuvasısan. S.Vurğun. // Xana-xana bölünmüş şəkildə olan şey. Toxum şahmat üsulu ilə, yuvalarla iki və ya bir cərgədə əkilir. 5. məc. Bir şeyin çox olduğu yer. Oğru yuvası. Canilər yuvası.
Azərbaycan dilinin izahlı lüğəti / yuva1 Qaynaqlarda yuvmaq feili var və ruscaya кружить, вертеть, катить kimi tərcümə olunub. Quşun yuvası da dəyirmi olur. Deməli, yuva “dəyirmi olan” deməkdir. Sözün törəmələrinə nümunə olaraq yuvarlaq, yumru, yumurta və s. kəlmələri göstərmək olar. Uyı kimi də qeydə alınıb, uyumaq isə “yatmaq” deməkdir. Görünür, yuva “yatmaq yeri” kimi də yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yuva3 1. YUVA Bir quş səhər ertə bağça-bağda; Çör-çöp daşıyıb yuva tikirdi (A.Şaiq); AŞİYAN(Ə) (kl.əd., şair.) Bülbüli-zarəm ki, hüsnün gülşənidir məskənim; Həlqeyi-zülfın şikənci aşiyanımdır mənim (Xətayi); LANƏ (kl.əd.) Ölər, qalar bir-iki viranəsi; O da olar bayquşlar lanəsi (A.Səhhət); MƏVA (kl.əd., məc.) Həm gözəl, həm yeyin tik ruhumun məvasını; Əldən-ayaqdan düşən qəlbimin sevdasını (M.Müşfiq). 2. yuva bax vətən
Azərbaycan dilinin sinonimlər lüğəti / yuva2 I сущ. 1. гнездо: 1) у птиц и насекомых. Quş yuvası птичье гнездо, qaranquş yuvası гнездо ласточки 2) перен. домашний очаг, родной дом. Doğma yuva родное гнездо, isti yuva тёплое гнездо 3) притон, тайное пристанище. Quldur yuvası разбойничье гнездо 4) геол. скопление руды в одном месте 5) тех. углубление, куда что-л. вставляется. Partlayıcının yuvası гнездо для взрывателя 6) с.-х. место высева двух или нескольких семян; посадки двух или более растений 7) лингв. группа однокоренных слов в одной словарной статье. Sözdüzəltmə yuvası словообразовательное гнездо 2. нора, логово, логовище, берлога. Tülkü yuvası лисья нора, qurd yuvası волчье логово, ayı yuvası медвежья берлога; перен. faşizmin yuvası логово фашизма (о Берлине 1933-1945 гг.) 3. мед. лунка. Diş yuvası зубная лунка 4. строит., тех. паз (выемка, углубление какой-л. детали, куда вставляется выступ другой детали) II прил. гнездовой. Yuva üsulu лингв. гнездовой способ ◊ yuvasından eləmək kimi оторвать от очага кого; yuvasından uçmaq выпорхнуть из гнезда (уйти из родного дома); yuvasını dağıtmaq разорить гнездо (очаг) чьё; doğma yuvasından ayrı düşmək быть оторванным от родного гнезда; yuva qurmaq (tikmək) строить, свивать, свить гнездо; yuva salmaq: 1) свить (себе) гнездо; гнездиться 2) перен. гнездиться, угнездиться (укорениться). Bu fikirlər beynimdə möhkəm yuva salıb эти мысли прочно угнездились в моём мозгу; yuvasına od vurmaq kimin разрушить, разгромить очаг чей, предать огню кого; hansı yuvanın quşudur что за птица; bir yuvanın quşudurlar одного поля ягода
Azərbaycanca-rusca lüğət / yuva1 i. 1. (müxtəlif mənalarda) nest; (yırtıcı quşların yuvası) eyrie; ~ tikmək to nest, to build* a nest; 2. (gizli yer) den; oğru ~sı den of thieves
Azərbaycanca-ingiliscə lüğət / yuva1 is. nid m ; aire f (yırtıcı quşların) ; ~ tikmək faire son nid ; məc. chez-soi m ; oğru ~sı repaire m de voleurs
Azərbaycanca-fransızca lüğət / yuva1 сущ. 1. муг; qaranquş yuvası чубарукдин муг; siçan yuvası кьифрен муг (тӀеквен); 2. пер. кӀвал, кӀвал-югъ, мескен; yuva salmaq а) муг кутун, муг авун, мескен кутун, яшамиш хьун патал шараит туькӀуьрун; б) муг авун, чка авун (кьун), яшамиш жез авалун; 3. хуьс. легъв, чухур (мес. сухван); 4. пер. са затӀ арадал атай, туьремиш хьайи чка; // пер. ватан манада; 5. пер. са затӀунин гзаф авай чка; oğru yuvası угърийрин муг.
Azərbaycanca-ləzgicə lüğəti / yuva