Yuna sözü azərbaycan dilində

Yuna

Yazılış

  • Yuna • 81.0345%
  • yuna • 12.0690%
  • YUNA • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yuna Kim
Yuna Kim (hanqıl: 김연아; 5 sentyabr 1990, Puçxon, Kyonqido vilayəti, Cənubi Koreya) — Cənubi Koreyalı fiqurçu. Yuna Kim, 2010-cu ildə Kanadanın ev sahibliyində baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. O, həm də 2009-cu ildə Los-Ancelesdə və 2013-cü ildə Londonda baş tutan Dünya Çempionatlarının, üç dəfə (2006—2007, 2007—2008 və 2009—2010) ISU Qran-Pri Finalının, 2006-cı ildə gənclər arasında Dünya Çempionatının, 2005-ci ildə gənclər arasında ISU Qran-Pri Finalının və altı dəfə (2003, 2004, 2005, 2006, 2013, 2014) Cənubi Koreya Çempionatının qalibi olub. Karyerası ərzində 36 yarışa qatılan Yuna Kim, onların 26-da qızıl medal, 7-də gümüş medal, 3-də isə bürünc medal qazanıb. Yuna Kim, Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran birinci idmançıdır. Yuna Kim, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da baş tutan açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırıb. Yuna Kim 1990-cı il sentyabrın 5-də Kyonqido vilayətinin Puçxon şəhərində anadan olub. 1996-cı ildən ailəsi birgə Kunpxo şəhərində yaşamağa başlayan Yuna Kim, yeddi yaşından idmanla məşğul olmağa başladı. Yuna Kim 2013-cü ildə Koreya Universitetini bitirib. Yuna Kim beynəlxalq səviyyədə birinci yarışına 2004-cü ilin 1-5 sentyabrda Macarıstanın Budapeşt şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.
İm Yuna
İm Yuna (kor. 임윤아, d. 30 may 1990-cı il) — tanınmış koreyalı müğənni, rəqqasə, aktrisa, model. İlk dəfə 2007-ci ildə «9 Ends, 2 Outs» serialında çıxış edib. Yuna K-Pop qrup Girls' Generationun ifaçısıdır. Yuna 1990-cı ildə Seul, Cənubi Koreyada anadan olub. Yunanın atası və özündən böyük bacısı var. Anası barədə o heç danışmayıb. Onun olmadığı məlumdur. Amma Yuna bu tərəfi barədə susmağa üstünlük verir.
Yuki Yuna is a Hero
Yuki Yuna is a Hero (yaponca: 結城友奈は勇者である, Hepbörn: Yūki Yūna wa Yūsha de Aru, azərb. "Yuki Yuna bir qəhrəmandır"‎) — "Takahiro IV Project" adlı layihənin bir parçası olaraq "Studio Gokumi" tərəfindən hazırlanmış və Seyci Kisi tərəfindən çəkilmiş 12 seriyalıq Yaponiya anime-serialı. Serial Yaponiyada MBS telekanalında 16 oktyabr və 25 dekabr 2014-ci il tarixləri arasında efirə verilmişdir. Anime "Pony Canyon" şirkətinin Şimali Amerika leyblı "Ponycan USA" tərəfindən lisenziyalanmışdır. "ASCII Media Works" şirkəti tərəfindən çoxsaylı ranobe və manqa seriyaları nəşr olunmuşdur. 2015-ci ilin fevral ayında Yaponiyada bir "PlayStation Vita" videooyunu satışa çıxarılmışdır. 2014-cü ilin dekabr ayında "Windows" platforması üçün bir vizual roman satışa çıxarılmışdır. Prikvel ranobesi və sikvel serialından ibarət olan II anime mövsümü layihəsi 2017-ci ilin mart ayından 2018-ci ilin yanvar ayına qədər davam etmişdir. Anime-serialın süjeti Yaponiyanın Şikoku adasında yerləşən, uydurma Sanşu şəhərində keçir. Bu şəhər gerçək həyatdakı Kaqava prefekturasının Kanonci şəhərinə əsaslanır.
Droeda Yunayted FK
Droeda Yunayted (irl. Cumann Peile Dhroichead Átha Aontaithe) — hazırda İrlandiya Liqasının Premyer Liqasında oynayan İrlandiyanın futbol klubudur. Bu klub 1979-cu ildən bəri Droqhedadan Laut qraflığını təmsil edir və ev oyunlarını Yunayted Parkda keçirir. Hazırkı klub şəhərdə iki keçmiş klubun birləşməsindən ibarətdir: 1919-cu ildə yaradılmış liqada çıxış etməyən Droeda Yunayted və 1962-ci ildə yaradılmış Drogheda F.K-nun. Emblemdəki ay və ulduz xüsusi diqqət çəkir. Beləki, İrlandiyada Böyük Aclıq yaşanan zaman Osmanlı sultanı I Əbdülməcid Droeda şəhərinə ərzaq göndərir. Bu səbəbəb görə də 1975-ci ildə klub yaradılarkən onun loqosuna ay və ulduz təsviri yerləşdirilmişdir.
Ermənistan–Yunanıstan münasibətləri
Ermənistan–Yunanıstan münasibətləri — Ermənistan Respublikası və Yunanıstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki xalq arasında güclü siyasi, mədəni və dini bağlar (ermənilərin və yunanların böyük əksəriyyəti Şərq xristian inancını qəbul edir) sayəsində Ermənistan və Yunanıstan bu gün mükəmməl diplomatik münasibətlərə malikdirlər. Bizans və Osmanlı İmperiyası dövründə dini və mədəni köklərə, birlikdə yaşamalarına görə həm emosional, həm də tarixən həmişə güclü münasibətlərdə olmuşlar. Ermənistanın hər üç prezidentinin Yunanıstana rəsmi səfəri olub və iki ölkə arasında yüksək səviyyəli əlaqələr qurulub. Yunanıstan 1996-cı ildə rəsmi olaraq Erməni soyqırımını, 2015-ci ildə isə Ermənistan rəsmi olaraq Yunan soyqırımını tanımışdır. Qədim sivilizasiyalar olmaqla, ermənilər və yunanlar əsrlər boyu bir yerdə olublar. Yunan tarixçilərinin ermənilərin köklərinə işarə edən qədim qeydləri var. Ermənilər haqqında ən erkən məlumat 525-ci ildə Yunan tarixçisi Miletli Hekatey tərəfindən edilmişdir. XX əsrdə dilçilər tərəfindən irəli sürülən fərziyyəyə görə, erməni və yunan dillərinin ortaq bir əcdadı olmuşdur. Bu Proto-Hind-Avropa dilini tanıyan yunan-erməni dilinin təklifinə səbəb olur.
Fentenoy Yunayted FK
Fentenoy Yunayted FK — Qrenada futbol klublarından olan Fentoney Sent Corces FK klubunun bir qolu olan və Qranada Premyer Diviziyasında çıxış edən futbol klubudur.
Fessaliya və Mərkəzi Yunanıstan
Fessaliya və Mərkəzi Yunanıstan (yun. Αποκεντρωμένη Διοίκηση Θεσσαλίας — Στερεάς Ελλάδας) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Fessaliya və Mərkəzi Yunanıstan periferiyaları daxildir. İnzibati mərkəzi Larisa şəhəridir. Baş katib (koordinator) — Nikolaos Ditoras (Νικόλαος Ντίτορας). Ministry of Interior. Structure and operation of local and regional democracy. // Council of Europe (January 2013).
Frigiya-yunan fərziyyəsi
Frigiya-yunan fərziyyəsi — Hind-Avropa dil qrupunun fərziyyəvi qolu. Bu qrup qədim yunan (müxtəlif dialektləri ilə birlikdə) və Frigiya dillərini birləşdirir. Yunan dili erməni (erməni-yunan; ari-yunan), qədim makedon və messap dilləriylə də uyğunlaşdırılmışdır. Ermənicə istisna olmaqla, bu dillər bəzən "yunan" qrupu altında sinifləşdirilir. Çexiya dilşünası Vatslav Blajek bu iki dilin qədimliyi və həmin dillərdə yazılmış mətnlərin az olmasından onların sinifləşdirilməsinin doğru olmadığını deyir. Klod Briks qədim yunan və frig dillərində digər dillərdə olmayan bənzərliklərin olduğunu deyir. Blajek, Vatslav. "On the internal classification of Indo-European languages: survey" (PDF). Linguistica Online. noyabr 2005.
Gürcüstan yunanları
Gürcüstan yunanları (gürc. ბერძნები საქართველოში) — Gürcüstan Respublikasının ərazisində yaşayan etnik yunanlara verilən ad. Cənubi Qafqazda Ermənistan və Azərbaycanla müqayisədə ən çox etnik yunanın Gürcüstanda yaşadığı məlumdur. Gürcüstan xüsusi ilə Qafqaz yunanları olaraq tanınmış xalqın əsas vətəni sayılır. Pont yunanları olan, Gürcüstan yunanlarının sayı 15 min, 20 min və 100 min kimi müxtəlif rəqəmlərlə ifadə olunmaqdadır. 1989-cu ilin məlumatına əsasən bu say 100 mindən aşağı olmuşdur. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Gürcüstanın təkrar müstəqillik qazanmasından sonra Gürcüstanda yaşayan etnik yunanlar müxtəlif səbəblərdən ölkəni tərk etməyə başlamışdır. Yunanıstanın, etnik yunan olan şəxsləri öz ölkəsinə dəvət etməsi ölkədəki yunan icmasının azalmasının əsas səbəbi kimi göstərilə bilər. 1991-ci ildən sonra icmanın əhəmiyyətli dərəcədə böyük bir hissəsi isə Rusiyanın Stavropol diyarında məskunlaşmışdır. Günümüzdə Tbilisi şəhərində Yunan birliyi adlı diaspora təşkilatı və mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir.
I Georq (Yunanıstan kralı)
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Kardiya (Qədim Yunanıstan koloniyası)
Kardiya (q.yun. Καρδία, lat. Cardia) — eramızdan əvvəl III əsrdə Lisimax tərəfindən dağıdılan qədim şəhər. O, Saros körfəzindəki Frakiya Xersonesosu yarımadasının şimal-qərb sahilində miletiyalılar və klazomenlər tərəfindən qurulmuşdur. Tarixçi İyeronim Kardiyalı və diadoxlardan biri Evmen Kardiyalı bu şəhərdən idilər. Bu qədim yunan koloniyasının yaranmasının təxmini tarixi barədə məlumat yoxdur, çünki bu məsələyə aid məlumat verən yazılı mənbələr yoxdur. Qədim yunan coğrafiyaçıların əsərlərində bu bölgə təsvir olunarkən həmişə Kardiya xatırlanır, belə ki Skilak "Məskun dənizin Peripli" əsərində bu koloniyanın adını çəkir. Strabon isə Kardiyanı Frakiya Xersonesosu yarımadasının ən böyük şəhəri adlandırır. Başlanğıcda Kardiya ərazisi miletiyalılar və klazomenlər tərəfindən müstəmləkələşdirildi. Bununla birlikdə, Miltiadın dövründə məskunlaşma daha aktiv oldu, çünki o, Afinadan bu bölgəyə mühacirləri cəlb etməyi bacardı.
Kipr yunanları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Klassik Yunanıstan
Klassik Yunanıstan (E.ə. V—IV əsrlər) — polis qurumunun ən yüksək inkişaf dövrü. Yunanların memarlıq, heykəltəraşlıq, vaza rəssamlığı, zərgərlik, poeziya, teatr sənəti, elm (astronomiya, həndəsə, fizika, zoologiya, tibb, psixologiya, məntiq, siyasətşünaslıq, sənət tarixi, ritorika, iqtisadiyyat, tarix, coğrafiya) sahələri üzrə nailiyyətləri bu dövrdə o qədər böyük oldu ki, onları təqlid etmək və nümunə götürmək istəyi yarandı. Buna görə bu dövr "klassik" adlanır, yəni təqlid etməyə layiq olan. Yunan-Fars müharibələrində (e.ə. 500-449) yunanların qələbəsi nəticəsində Afina şöhrət qazandı və Delos liqası (Afinanın rəhbərliyi ilə) yaradıldı. Afinanın ən qüdrətli dövrü, siyasi həyatının ən çox demokratikləşməsi və mədəniyyətin çiçəklənməsi Periklın hakimiyyətinə (e.ə. 443—429) təsadüf edir. Afina və Sparta arasında Yunanıstanda hegemonluq və ticarət yolları uğrunda mübarizə nəticəsində Afina və Korinf arasında yaranan ziddiyyətlər Afinanın məğlubiyyəti ilə sona çatan Peloponnes müharibəsinə (e.ə. 431—404) səbəb oldu.
Lids Yunayted FK
Lids Yunayted FK — İngiltərədə futbol klubu.
Mançester Yunayted FK
Mançester Yunayted (ing. Manchester United) — İngiltərə Premyer Liqasında Mançester şəhərini təmsil edən titullu ingilis futbol klublarından biridir. Ləqəbi "Qırmızı şeytanlar" olan bu futbol klubu 1878-ci ildə "Nyuton Hit" adı ilə təsis olunmuş, 1902-ci ildə adını "Mançester Yunayted" olaraq dəyişdirmişdir. 1910-cu ildən etibarən öz ev oyunlarını Mançester şəhərində yerləşən Old Trafford stadionunda keçirir. "Mançester Yunayted" indiyə qədər ingilis futbol klubları arasında ən çox titul qazanan klub kimi tarixə adını yazdırmışdır. Klub 21 dəfə İngiltərə Premyer Liqasını, 12 dəfə İngiltərə Federasiya Kubokunu, 5 dəfə İngiltərə Liqa Kubokunu, rekord sayda — 21 dəfə İngiltərə Milli Futbol Superkubokunu, 3 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Avropa Liqasını, 1 dəfə UEFA Kuboklar Kubokunu, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə Qitələrarası kuboku və 1 dəfə də FİFA Klublararası Dünya Kubokunu qazanmışdır. 1998–99 mövsümündə klub Avropada qızıl het-trik gerçəkləşdirən ilk ingilis klubu kimi futbol tarixinə keçmişdir. 2016–17 mövsümündə UEFA Avropa Liqasını qazanmaqla UEFA tərəfindən təşkil olunan hər üç turnirdə çempion olan beş klubdan biri və mümkün olan bütün titulları qazanan yeganə ingilis klubu olmuşdur.Yunayted həmçinin XX (20-ci) əsrin ən uğurlu 2 klubundan biridir. 1958-ci ildə Münhen şəhərində baş vermiş aviafaciə nəticəsində klubun yalnız səkkiz futbolçusu sağ qalmışdır. Buna baxmayaraq, 1968-ci ildə Mett Basbinin rəhbərliyi altında çıxış edən "Mançester Yunayted" Avropa kubokunu qazanan ilk ingilis klubu olmuşdur.
Minnesota Yunayted
Minnesota Yunayted FK
Müstəqil Yunanlar
Müstəqil Yunanlar (yun. Ανεξάρτητοι Έλληνες) - Yunanıstan fəaliyyət göstərən sağ meyilli siyasi partiya. 2015-ci ilin əvvəlində partiya ölkədə keçirilən növbədən kənar parlament seçkilərində parlamentdə olan 300 yerdən 13 yer əldə etmişdir.
Mərkəzi Yunanıstan
Mərkəzi Yunanıstan (yun. Περιφέρεια Στερεάς Ελλάδας, Sterea-Elada) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir.2011-ci ildən etibarən "Kallikratis" proqramına əsasən Fessaliya — Mərkəzi Yunanıstanın mərkəzləşdirilmiş idarəçiliyi daxildir. Yunanıstanın mərkəz hissəsində, ən dağlıq kənarında yerləşir. Skiros və Evbeya adaları daxildir. 2011-ci ildə əhalisinin sayı 547,390 nəfər təşkil edirdi. Sahəsi 15 549.311 kvadrat kilometrdir. Kvadrat kilometr başına 35.2 əhalinin sıxlığı . İnzibati mərkəzi — Lamiyadır. 2014-cü il sentyabrın 1-dən Peripheriarch Kostas Bakoyanis (Κώστας Μπακογιάννης).
Nom (Yunanıstan)
Yunanıstan rayonları və ya nomlar — Yunanıstanda inzibati ərazi vahidi. Yunanıstan 54 rayondan (nomos) ibarətdir: Attika 1. Afina 2. Şərqi Attika 3. Pire 4.
Nyukasl Yunayted FK
Nyukasl Yunayted futbol klubu — İngiltərənin şimalındakı eyniadlı şəhərin təmsilçisidir. Alan Şirer klubun əfsanəsi sayılır. O, klub tarixində ən çox 206 qol vurub. Klub bir çox uğurlara imza atıb. Bunlardan biri 2006-cı ildəki İntertoto turnirinin qalibi olmasıdır. Nyukasl Yunayted rəsmi olaraq 9 dekabr 1892-ci ildə yaradıldı. Klub 1892-ci ildə iki yerli komandanın - Newcastle East End və Newcastle West End - birləşməsi nəticəsində yaradılıb. Nyukasl Yunayted qara-ağ rəngli formaları və "The Magpies" ləqəbi ilə tanınır. Ev oyunlarını St James' Park stadionunda keçirir. Klub 1893-cü ildə İngiltərə Futbol Liqasına qoşuldu və sürətlə populyarlıq qazandı.
Osmanlı-Yunan müharibəsi
Osmanlı-Yunan müharibəsi (1897) — Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında olan müharibə. Türk-Yunan müharibəsi (1919-1922) — Türkiyə İstiqlaliyyət müharibəsində türk milli hərəkatı ilə Yunanıstan krallığı arasında olan müharibə.
Osmanlı-Yunan müharibəsi (1897)
1897-ci ildə Osmanlı-Yunan müharibəsi (digər adıyla "30 gün müharibəsi"), Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında olan müharibədir. Təxminən bir ay davam edən müharibə Osmanlı imperiyasının qələbəsi ilə nəticələnmişdir. Osmanlı imperiyasına aid olan Tesseliya və İon dənizi sahilindəki Arta limanı 1878 Berlin müqaviləsinə görə 1881-ci ildə Yunanıstana verilmişdi. Bu genişlənmədən sonra Yunanıstanın yeni hədəfi Epir (Yanya vilayəti) və Krit adası idi. Bu bölgələrdəki əhalinin təxminən 2/3-ni təşkil edən Osmanlı rumları Yunanıstan tərəfindən Osmanlı imperiyasına davamlı qızışdırılırdı. Yunanıstanın Osmanlı idarəsindəki rumları üsyana qaldırmaq cəhdlərinin davam etməsinə cavab olaraq Osmanlı imperiyası Yunanıstana müharibə elan etdi. Yunanlar xüsusilə sərt təbiəti olan yerlərdə Osmanlıya müqavimət göstərərək, Avropa dövlətləri ilə razılaşıb, ittifaq təşkil etməyi planlaşdırırdılar. Osmanlı qüvvələrini təşkil edən Müşir Ethəm Paşa komandanlığındakı təxminən 120.000 nəfərlik orduya qarşı, yunan kralı I Yorqinin vəliəhd şahzadəsi Konstantinin komandanlıq etdiyi 75 minlik yunan ordusu vuruşurdu. Yunanıstan hərbi qüvvələrinin və mülkü partizan dəstələrinin sərhəd boyunca qırğınlar təşkil etməsi və Yunanıstan rəhbərliyinin bunun qarşısını almaq üçün bir iş görməmisə cavab olaraq, Osmanlı Avropa dövlətlərinə şikayət etmiş, lakin Avropa dövlətləri razılığa gələ bilmədikdən sonra Osmanlı özü müharibə elan etməyə məcbur olmşdular. Yunan və türk ordularıyla yanaşı yunan kralının Danimarka əsilli olmasına görə bir qrup Danimarkalı və İtaliyalı könüllülərdə bu müharibədə iştirak etmişdir.
Osmanlı Yunanıstanı
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti) — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi. Qədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.
Otto (Yunanıstan kralı)
Otto (yun. Όθων; alm. Otto Friedrich Ludwig von Bayern‎; 1 iyun 1815[…], Zalsburq – 26 iyul 1867[…], Bamberq, Yuxarı Frankoniya) — London Konvensiyasına əsasən 27 may 1832-ci ildə Yunanıstanda monarxiyanın qurulmasından 23 oktyabr 1862-ci ildə taxtdan salınana qədər Yunanıstan kralı kimi hökm sürən Bavariya şahzadəsi idi Bavariya kralı I Lüdviqin ikinci oğlu Otto 17 yaşında Yunanıstanın yeni yaradılmış taxtına çıxmışdı. Onun hökuməti ilkin olaraq Bavariya saray məmurlarından ibarət üç nəfərdən ibarət krallıq şurası tərəfindən idarə olunurdu. Yetkinliyə çatdıqdan sonra Otto qəyyumların xalq arasında qeyri-populyar olduğunu öyrənəndən onları uzaqlaşdırdı və o, mütləq monarx kimi hökm sürdü. Tezliklə yunanlar konstitusiya tələbləri ilə çıxış etməyə başlayanda Otto 1843-cü ildə konstitusiyaya razılıq verdi. Otto hakimiyyəti boyu Yunanıstanın yoxsulluq problemini həll edə və kənardan iqtisadi müdaxilənin qarşısını ala bilmədi. Bu dövrdə Yunan siyasəti Yunanıstanın müstəqilliyinə zəmanət verən üç Böyük Dövlət — Böyük Britaniya, Fransa və Rusiya ilə əlaqəyə əsaslanırdı və Ottonun güclərin dəstəyini qorumaq qabiliyyəti onun hakimiyyətdə qalmasının açarı idi. Güclü qalmaq üçün Otto Böyük gücləri qıcıqlandırmamaqla yanaşı, Böyük güclərin yunan tərəfdarlarının hər birinin maraqlarını digərlərinə qarşı oynamalı idi. Yunanıstanın 1850-ci ildə və 1854-cü ildə Krım müharibəsi zamanı Osmanlı İmperiyasına hücumunu dayandırmaq üçün Britaniya Kral Donanması tərəfindən blokadaya alındıqda, Ottonun yunanlar arasında nüfuzu azaldı.
Peloponnes, Qərbi Yunanıstan və İon adaları
Peloponnes, Qərbi Yunanıstan və İon adaları (yun. Αποκεντρωμένη Διοίκηση Πελοποννήσου, Δυτικής Ελλάδας και Ιονίου) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, tərkibinə Peloponnes, Qərbi Yunanıstan və İon adaları periferiyaları daxildir. İnzibati mərkəzi — Patras şəhəridir. Baş katib (koordinator) — Dionisias Panaqiotopulus(Dionysios Panagiotopoulos). 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir (Qanun 3852/2010). Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsinin sahəsi 28 847 kvadrat kilometr və əhalisi 1.465.554 nəfər təşkil edir. Sıxlığı 43,27 nəfər. Avropanın statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturasına əsasən, Peloponnes, Qərbi Yunanıstan və İon adaları desentralizasiya idarəsi digər iki periferiya ilə birlikdə və Fessaliya və Mərkəzi Yunanıstan desentralizasiya idarəsi bərabər EL6 (Mərkəzi Yunanıstan) regionunu yaradır. Ministry of Interior. Structure and operation of local and regional democracy.
Pont Yunan soyqırımı
Pont soyqırımı və ya Pont yunan soyqırımını (yun. Γενοκτονία των Ελλήνων του Πόντου) — 1914–1923-cü illərdə Osmanlı imperiyası ərazisində "Gənc türklər" hökuməti tərəfindən həyata keçirilən və Mustafa Kamal Atatürkün başçılıq etdiyi Böyük Millət Məclisi hökuməti tərəfindən davam etdirilən tarixi Pont vilayətinin yunan əhalisinin qəsdən fiziki olaraq məhv edilməsi. Pont yunanlarının soyqırımı Anadolu yunanlarının daha geniş soyqırımının bir hissəsidir, lakin Pont vilayətinin coğrafi baxımdan təcrid olmasına, həmçinin bir sıra geosiyasi və tarixi xüsusiyyətlərinə görə ayrıca nəzərdən keçirilir.
Pont yunanları
Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bugünkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar. Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər. Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən olduqca fərqlənir.

"yuna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yuna nədir? #yuna sözünün mənası #yuna nə deməkdir? #yuna sözünün izahı #yuna sözünün yazılışı #yuna necə yazılır? #yuna sözünün düzgün yazılışı #yuna leksik mənası #yuna sözünün sinonimi #yuna sözünün yaxın mənalı sözlər #yuna sözünün əks mənası #yuna sözünün etimologiyası #yuna sözünün orfoqrafiyası #yuna rusca #yuna inglisça #yuna fransızca #yuna sözünün istifadəsi #sözlük