buna sözü azərbaycan dilində

buna

Yazılış

  • buna • 56.3399%
  • Buna • 43.6565%
  • BUNA • 0.0018%
  • BUna • 0.0018%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buna çayı
Buna (alb. Buna,Bune və ya Boyana) — Balkan yarımadasının qərbində, Albaniya və Monteneqro ərazisindən keçərək Adriatik dənizinə tökülən çay. Çay Şkoder şəhəri yaxınlığındakı Şkoder gölündən çıxır və delta əmələ gətirərək Adriatik dənizinə tökülür. Çayın uzunluğu təxminən 40 kilometr, orta su axını 682 m³/s (2006-cı ilin illik məlumatlarına görə), Şkoder gölü və Drin çayı ilə birlikdə drenaj hövzəsinin sahəsi təxminən 20 min km²-dir ( 20,361 km², 18,884 km²), ayrıca - 361,04 km². Moraca çayının mənbəyindən hesablanmış uzunluğu 185 km, Moraca-Şkoder-Buna su sistemi üçün alt hövzə sahəsi isə 5190 km² (5187 km²) təşkil edir. Qısa müddət ərzində Buna çayı, Drin çayının şimal (əsas) qolu ilə birləşir. 1858—1859-cu ilin qışında güclü daşqın nəticəsində Drin çayının suyu daşaraq, şimal-qərbə, Şkoder gölünə doğru axsa da, lakin gölə çatmayıb və Buna çayına birləşib. Çay Albaniya ərazisindən keçdikdən sonra sərhəd çayına çevrilir. Çayın ağzı iki qola ayrılır: Ada — Boyana (Vada) adası hansında ki,turizm mərkəzi yerləşir. Çayda həmçinin başqa adalar da var.
Bunab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Bunab şəhristanı
Bünab şəhristanı (fars. شهرستان بناب‎) — İranın Şərqi Azərbaycan ostanının 21 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi və yeganə şəhəri Bünab şəhəridir.
Bunaken
Bunaken adası (ind. Pulau Bunaken) — Sakit okeanda İndoineziyaya məxsus olan ada. Ada Sulavesidən şimalda, Monado körfəzində yerləşir. Manado şəhərinin bir hissəsini təşkil edir. Burada dayvionq üçün yerlər vardır.
Bunaklar
Bunaklar maraelər (yanlış olaraq marelər) — İndoneziyada və Şərqi Timorun Mərkəzi Timor yaylasında xalq. == Yayılmaları == Sayları 100 min nəfərdir, onlardan 80 min nəfəri Şərqi Timorda yaşayır (1995). Makasailərə, fatalukulara və Timorun qonşu Avstroneziya xalqlarına (atonilərə, tetumlara) qohumdurlar. Bunakların dili papuas dillərinin transyeniqvineya dil ailəsinin Şərqi Timor qrupuna aiddir. == Din == Dindarların bir hissəsi xristiandır, ənənəvi inanclarını saxlayanlar da var. == Kənd təsərrüfatı == Əsas məşğuliyyətləri tropik toxa əkinçiliyidir (qarğıdalı, kökümeyvəlilər və köküyumrular, mərasimlər üçün az miqdarda quru dərələrdə yetişdirilən çəltik). == Sosial quruluşları == Sosial təşkilatlanmanın əsasını ana nəsli (deu) təşkil edir, bir neçə deu qəbilə icmasında birləşir. Üçqəbiləli ittifaq mövcuddur. Nikah bilokaldır. Bayramlarda ifa olunan epik mahnılarda (bei qua –“əcdadların izləri”) Bunakların əcdadlarının dənizin arxasından köçüb gəlməsi motivləri izlənilir.
Viktor Bunak
Viktor Valerianoviç Bunak (rus. Бунак, Виктор Валерианович) (22.9.1891, Moskva – 11.4.1979, Moskva) — Rusiya antropoloqu. Moskva Universitetini (1912) bitirmiş, Moskva Dövlət Universitetinin professoru (1925–48) olmuşdur. 1922-ci ildə D. N. Anuçinlə birlikdə MDU-nun Antropologiya Elmi Tədqiqat İnstitutunu yaratmış, 1923–30-cu illərdə onun direktoru, 1943–48-ci illərdə SSRİ EA Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin müdiri işləmişdir. Ən iri Rusiya antropoloji ekspedisiyasına (1955–59) rəhbərlik etmişdir. Fiziki antropologiyanın bütün bölmələrinə, o cümlədən insan morfologiyasına, etnik və təkamül antropologiyasına dair fundamental əsərlərin müəllifidir. Bunak hamı tərəfindən qəbul edilən göz rəngləri cədvəlini işləyib hazırlamış; konstitusional tiplərin yeni təsnifatını yaratmış; tətbiqi antropologiyanın və standartlaşdırmanın əsasını qoymuşdur. Antropogenez nəzəriyyəsinə dair tədqiqatlarında həmin dövr üçün yeni olan famnogenetik konsepsiyaya əsaslanmışdır. İrqlərin genezisində xronoloji cəhətdən 3 müxtəlif mərhələni ayırmışdır: ən qədim (irqlərin tropik qolu), qədim (cənub qolu) və müasir liyə ən yaxın (qərb və şərq qolları). İrqlərin populyasiya konsepsiyasını qabaqlayaraq, insan irqlərini tarixən formalaşmış dəyişkən statistik kateqoriyalar kimi nəzərdən keçirmişdir.
Yeni Bunab
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir — Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.

"buna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#buna nədir? #buna sözünün mənası #buna nə deməkdir? #buna sözünün izahı #buna sözünün yazılışı #buna necə yazılır? #buna sözünün düzgün yazılışı #buna leksik mənası #buna sözünün sinonimi #buna sözünün yaxın mənalı sözlər #buna sözünün əks mənası #buna sözünün etimologiyası #buna sözünün orfoqrafiyası #buna rusca #buna inglisça #buna fransızca #buna sözünün istifadəsi #sözlük