* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Qönçə. İşlə əlim, butalar; Al-əlvan çiçəklər olsun. M.Rahim. 2. Parça üzərində badamabənzər xırda naxış, kiçik gül şəkli. O zərif butaları; Yazmaq olmaz kağızda. M.Seyidzadə.
Azərbaycan dilinin izahlı lüğəti / buta2 is. [fars.] İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) qayrılmış qab.
Azərbaycan dilinin izahlı lüğəti / buta3 qönçə; təravətli, yeniyetmə; sevgililərin nurani qocalar tərəfindən yuxuda nişanlanması.
Azərbaycan kişi adlarının izahlı lüğəti / buta4 fars. butə İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali əlaqə rоlunu оynayır. Buta məhəbbət dastanlarında ilahi bir məhəbbətin nümunəsi оlaraq sеçilmiş qəhrəmana – aşiqə aşıqlıq, şairlik istеdadı da bəxş еdir. Dastanlarımızda aşiqə buta vеrilməsi Xızır tərəfindən еşq şərbətinin içirdilməsi ilə başlayır. Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt misallı bir bağdadı, bunun başının üstündə ceyran misallı gözəl bir qız var. Qız nə qız – qaş kaman, gözlər qan piyaləsi, burun hind fındığı, sinə Səmərqənd kağızı. Baxanın ağlını aparır. Rəsul bir də baxıb gördü, bu qızın yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb dedi: – Rəsul, bu qız tiflisli Xoca Sənanın qızı Şahsənəmdi. Bunu sənə buta verirəm. Çox çəkməz bir-birinizə çatarsız. (“Aşıq Qərib”) * Ustadlar deyirlər ki, Irvahım günbəzdə yatıb vağyada gördü ki, Heratda Fətəli xanın qızı Hüreynisə xanımı ona buta veriblər. (“İrvahım”) * Ərəb dedi: – Oğul, qorxma, Sayat pərini sənə, səni də Sayat pəriyə buta verdim. (“Əmrah”) * Əsmər qarı gördü, oğlan butə dalısınca gedir. (“Qulam Kəmtər”) * Qeys içibən məcnun oldu bu tası, Ovçu gözlər, ovu maral butası. Sayat bəydir Səyalının butası, Açdı rüxsarımı yaman eylədi. (“Sayat bəy-Səyalı xanım”) * Amma qarılardan bir dünyagörmüşü irəli yeriyib dedi: – Niyə hərəniz bir avaz çəkirsiniz? Bu oğlana heç nə olmayıb, ancaq buta verilib. Heç işiniz olmasın, o özü ayılacaqdır. (“Mahmud-Niyar xanım”) * Biçarə Leyliyəm, Məcnundu butam, Məhəbbət qoymayır dincələm, yatam, İstərəm sizinlə ünsiyyət tutam, Mən də sizin təki yara aşığam. (“Leyli və Məcnun”) * Əynində var yaşıl alın, Çəkilibdi xətti-xalın. Nə gözəldi gül camalın, Sən mənim butamsan, butam. (“Şahzadə Bəhrəm”)
Azərbaycan dastanlarının leksikası / buta1 1. узор, в форме миндаля; 2. тигель, капель (приборы ювелирной мастерской);
Azərbaycanca-rusca lüğət / buta2 1 сущ. 1. бутон (распускающаяся цветочная почка) 2. мелкий миндалевидный узор на материи 2 сущ. тигель (сосуд из огнеупорного материала для плавки золота и серебра)
Azərbaycanca-rusca lüğət / buta1 [fars.] сущ. бута (къене къизил, гимиш цӀурурун патал цӀуз давамдай материалдикай (чепедикай) раснавай къаб).
Azərbaycanca-ləzgicə lüğəti / buta2 сущ. 1. цуьк (бегьем ахъа тахьанвай къизилцуьк ва я мс. цуьк); цуькведин кӀурукӀ (тӀур); 2. гъвечӀи цуькведин шикил, парчадин ва я мс. хранвай затӀунин винел бадамдиз ухшар куьлуь нехиш.
Azərbaycanca-ləzgicə lüğəti / buta