bəna sözü azərbaycan dilində

bəna

Yazılış

  • bəna • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bənapərvazə nahiyəsi
Bənapərvazə mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Benaberuze nahiyəsi Urmiya bölgəsində 1727-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfaları: Abdullahi (5 ailə); Yaşadığı kəndlər: Şəhidabad-Yılanlı. Aldərəlü (10 ailə; 1 subay); Yaşadığı kəndlər: Bəsir. Ayıblu (16 ailə; 3 subay); Yaşadığı kəndlər: Hayne. Başlamışlu (31 ailə; 15 subay); Yaşadığı kəndlər: Ankiyane-Keçibor. Bərddüşən (4 ailə); Yaşadığı kəndlər: Hanakçı Sərah. Birmanlu (5 ailə); Yaşadığı kəndlər: Muşabad. Çonqaralu (14 ailə; 3 subay); Yaşadığı kəndlər: Şəritabad-Xəlifəabad.
Bənaruiyə
Bənaruiyə-İranın Fars ostanının Laristan şəhristanının Bənaruiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,318 nəfər və 1,943 ailədən ibarət idi.
Bənarəs
Bənarəs (ing. Benares, urdu بنارس) ya da yerli ləhcədə olaraq Varanasi — Hindistanda şəhər; şivaizmin əsas mərkəzlərindən biri, hindlilərin müqəddəs şəhəri. == Adının mənası == "Varanasi" sözünü "Arun və Asi çayları arasındakı şəhər" mənası kimi tərcümə etmək olar. İngilis müstəmləkəçiliyi dövründə onu "Bənarəs" adlandırıblar. Şəhərin ilk adı isə "Kaşi"dir ki, bu da "Nur şəhəri" mənasını verir. == Coğrafiyası == Varanasi Qanq çayının sol sahilində, kiçik buxtada yerləşir. == Tədqiqi == Arxeoloqlar bu müqəddəs şəhərdə 4000 il əvvəl inşa olunan tikililərin özüllərini aşkara çıxarıblar. Varanasi haqqında ilkin məlumatlara "Riq-Ved"də, "Mahabharata" və "Ramayana"da rast gəlmək mümkündür. Əfsanələrə görə, Yer üzündə ilk şəhərdir. Onu tanrılar yaradıb və onlar burada insanlarla birgə yaşayıblar.
Bənayim (Məlikan)
Bənayim (fars. بنايم‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (81 ailə).
Bənazir Bhutto
Bənazir Bhutto (21 iyun 1953[…], Kəraçi, Pakistan dominionu, Britaniya imperiyası – 27 dekabr 2007[…], Ravalpindi, Pəncab) — Pakistan İslam Respublikasının 1988–1990 və 1993–1996 baş nazir vəzifəsində işləmiş tanınmış dövlət xadimi, ən yeni tarixdə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkədə ilk qadın hökumət başçısı. Mühacirətdə olduğu uzun müddətdən sonra, vətənə qayıtmışdı, və 2007-ci ilin son aylarında ona iki sui-qəsd edildi. Birinci sui-qəsd 2007-ci il oktyabrın 18-də edilmişdi, onun nəticəsində daha 130 nəfər ölmüş, 500 nəfər yaralanmışdı. Bhutto 2007-ci il dekabrın 27-də ikinci terror aktı nəticəsində həlak olmuşdu. == Həyatı == 1953-cü il iyun ayının 23-də Pakistanın Karaçi şəhərində anadan olub. Onun ata xətti üzrə əcdadları Bhuto qəbiləsindən olan sindx racputları idi. Bu klan XVII əsrdə Radcastxandan Sində köçmüşdü. Ata babası Şah Navaz Bhutto və atası Zülfüqar Əli Bhutto Pakistan hökumətinə rəhbərlik etmişdilər.. Anası, İran kürdlərindən Begüm Nusret Bhuttodur. Bənazir ailədə ən böyük uşaq idi; onun kiçik qardaşları Mürtəza və Şahnavaz və bacısı Sənəm var idi.
Bənazir Bhuttonun qətli
Bənazir Bhuttonun qətli 2007-ci il dekabrın 27-də Pakistanın Ravalpindi şəhərində baş vermişdir. Pakistanın iki dəfə baş naziri (1988–1990; 1993–1996) olmuş və o vaxtki müxalifətçi Pakistan Xalq partiyasının lideri Bənazir Bhutto 2008-ci ilin yanvarına planlaşdırılan seçkilər ərəfəsində seçkiqabağı kampaniyasını aparırdı. Liakvat Milli Bağında keçirilən siyasi mitinqdən sonra ona atəş açıldı, atəşdən dərhal sonra isə terrorçulardan biri özünü partlatdı. O, yerli vaxtla 18:16-da (13:16 UTC) Ravalpindi Baş Xəstəxanasında ölü elan edildi. Bombardman nəticəsində daha 24 nəfər həlak oldu. Bundan əvvəl Bhutto ona qarşı törədilən və ən azı 180 nəfərin öldüyü oxşar sui-qəsd cəhdindən sağ çıxmışdır, bu hadisə onun sürgündən qayıtdıqdan 2 ay sonra baş vermişdir. İlkin məlumatlarda ölüm səbəbi şrapnel və ya güllə zərbəsi göstərilsə də, Pakistanın Daxili İşlər Nazirliyi əvvəlcə bildirdi ki, partlayış dalğası nəticəsində Bhuttonun başı avtomobilin lyuk hissəsinə bərk dəydiyindən vəfat etdi. Bhuttonun köməkçiləri bu versiyanı təkzib etmişdilər ki, ona bomba partlayışından əvvəl iki güllə dəymişdir. Daxili işlər Nazirliyi sonradan öz əvvəlki iddialarını geri çəkdi. 2007-ci ilin mayında Bhutto Blackwater adlı xarici podratçı agentlikləri və Britaniya firması olan ArmorGroupdan əlavə qorunma istəmişdir.
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.

"bəna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəna nədir? #bəna sözünün mənası #bəna nə deməkdir? #bəna sözünün izahı #bəna sözünün yazılışı #bəna necə yazılır? #bəna sözünün düzgün yazılışı #bəna leksik mənası #bəna sözünün sinonimi #bəna sözünün yaxın mənalı sözlər #bəna sözünün əks mənası #bəna sözünün etimologiyası #bəna sözünün orfoqrafiyası #bəna rusca #bəna inglisça #bəna fransızca #bəna sözünün istifadəsi #sözlük