yuvar sözü azərbaycan dilində

yuvar

Yazılış

  • yuvar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yuvarlanan hörümçək
Yuvarlanan hörümçək (lat. Carparachne aureoflava) — Cənubi Afrikada yerləşən Namib səhrasında yaşayan hörümçək. Əsas düşməni öz neştəri ilə onu iflic edən, daha sonra bədəninə sürfəsini yerləşdirən yol arısıdır. Hörümçəklər özlərini müdafiə etmək üçün torpaqda dərin yuva qazırlar, əgər həşərat onun yerini aşkar edirsə, hörümçək dərhal böyrü üstə duraraq üzüaşağı, qum təpələri boyunca, sanki, təkər kimi yuvarlanmağa başlayır. Sürətini 1 m/s qədər gücləndirərək, saniyədə 44 dövriyyə vurur.
Yuvarlaqlaşdırmaq
Yuvarlaqlaşdırmaq iki ədədin cəminin,fərqin,hasilin və qismətin təxmini cavab deməkdir. 1234 altından xətt kəçilmiş rəqəmin yanındakı 5-dən aşağı rəqəmdirsə (1,2,3,4) həmin ədəd olduğu kimi qalır. Amma 5 və 5-dən yuxarı rəqəmdirsə (5,6,7,8,9) həmin ədəd bir vahid artır.
Yuvarlanan ildırım əməliyyatı
"Yuvarlanan ildırım" əməliyyatı (ing. Rolling Thunder) — Vyetnam müharibəsi zamanı ABŞ təyyarələri tərəfindən Vyetnam Demokratik Respublikasına (VDR) qarşı bombardman kampaniyasının kod adı. "Yuvarlanan ildırım" əməliyyatı 2 mart 1965-ci ildən 31 oktyabr 1968-ci ilə qədər Lindon Consonun prezidentliyi dövründə həyata keçirilmişdir. Bu, İkinci Dünya müharibəsinin bitməsindən bəri ən uzunmüddətli bombardman kampaniyası olmuşdur . == Zəmin == 29 oktyabr 1964-cü ildə Birləşmiş Ştatlar Prezidentinin müşaviri Vilyam P. Bandi Vyetnamın cənubunda Vyetkonqun bu və ya digər böyük hərəkətinə cavab olaraq, ABŞ Hind-Sakit okean Komandanlığı tərəfindən Şimali Vyetnam ərazisindəki hədəflərə kütləvi zərbələr endirməyi təklif etmişdi.18 noyabr 1964-cü ildə Amerikanın "F-100" və "T-28" təyyarələri Laosun hava məkanından Şimali Vyetnamın hava məkanını zəbt edərək Kuanqbin vilayətinin rayonlarından birinə hücum etmişdir. 27 noyabr 1964-cü ildə SSRİ-nin ABŞ-nin hərəkətlərini Şimali Vyetnamın suverenliyinə kobud qəsd kimi qiymətləndirdiyi "TASS" hesabatı dərc olunmuşdur.1965-ci il yanvarın sonunda Birləşmiş Qərargah Rəisləri "Alovlanan nizə" adlı proqram çərçivəsində hava hücumları üçün hədəflərin siyahısını təqdim etmişdir.1965-ci il fevralın 6-dan 7-nə keçən gecə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin (CVMAC) qüvvələri Pleyku yaxınlığındakı ABŞ aerodromuna və ondan yeddi kilometr aralıda yerləşən Kemp-Holloveydəki vertolyot bazasına hücum etmişdir. Bu zaman 137 amerikalı yaralanmış, 9-u həlak olmuş, 16 helikopter də sıradan çıxmışdır. ABŞ Prezidenti L. B. Conson demək olar ki, dərhal "Alovlanan nizə" proqramının bir hissəsi olaraq hədəflərə zərbələr endirmişdi. Reyd o qədər də uğurlu alınmamışdı, çünki onu həyata keçirmək qərarına gələn mülki şəxslər aviasiyanın imkanlarını və obyektlərin xüsusiyyətlərini nəzərə ala bilməmişdilər.10 fevralda CVMAC Kuinyonda ABŞ elementlərinə hücum etmiş, nəticədə 23 əsgər öldürülmüş və 21 əsgər yaralanmışdır. Buna cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarələri və Cənubi Vyetnam pilotları Şimali Vyetnamın cənubundakı hədəflərə hücum etmişdilər.

"yuvar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yuvar nədir? #yuvar sözünün mənası #yuvar nə deməkdir? #yuvar sözünün izahı #yuvar sözünün yazılışı #yuvar necə yazılır? #yuvar sözünün düzgün yazılışı #yuvar leksik mənası #yuvar sözünün sinonimi #yuvar sözünün yaxın mənalı sözlər #yuvar sözünün əks mənası #yuvar sözünün etimologiyası #yuvar sözünün orfoqrafiyası #yuvar rusca #yuvar inglisça #yuvar fransızca #yuvar sözünün istifadəsi #sözlük