* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. “tövr” söz. cəmi] Davranış, adamlarla münasibət. Cəhd eylə, sən ancaq nəzəri-xalqda pak ol; Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvarda xak ol; Sök, aləmi yandır. M.Ə.Sabir. Bahadırın gözəl əxlaq və ətvarına görə yoldaşları onu çox sevirdilər. N.Nərimanov. [Çadırçı usta:] Buna bax, halına, ətvarına bax; Sanki zəncirini qırmış dustaq. H.Cavid.
Azərbaycan dilinin izahlı lüğəti / ətvar2 ə. «tövr» c. 1) tövrlər, təhərlər; 2) t. gediş, keçmə; 3) t. necəlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ətvar