təvaf sözü azərbaycan dilində

təvaf

Yazılış

  • təvaf • 70.8861%
  • Təvaf • 27.8481%
  • TƏVAF • 1.2658%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təvaf namazı
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun. Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir. Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir. Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir. Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.62 dəfə / 1 mln.
2009 •••• 0.64
2010 •••••••••••• 2.27
2011 ••• 0.43
2012 ••• 0.52
2013 •••••••••••••••••••• 4.08
2017 •• 0.33

təvaf sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax tövf (1-ci və 2-ci mənalarda).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"təvaf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təvaf nədir? #təvaf sözünün mənası #təvaf nə deməkdir? #təvaf sözünün izahı #təvaf sözünün yazılışı #təvaf necə yazılır? #təvaf sözünün düzgün yazılışı #təvaf leksik mənası #təvaf sözünün sinonimi #təvaf sözünün yaxın mənalı sözlər #təvaf sözünün əks mənası #təvaf sözünün etimologiyası #təvaf sözünün orfoqrafiyası #təvaf rusca #təvaf inglisça #təvaf fransızca #təvaf sözünün istifadəsi #sözlük