Yurdu sözü azərbaycan dilində

Yurdu

Yazılış

  • Yurdu • 56.9496%
  • yurdu • 42.9353%
  • YURDU • 0.1151%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Kazımbəy yurdu
Kаzımbəy yurdu — Hаvuş kəndindən şimаl-şərqdə, “cəvizlik” аdlаnаn yеrin yахınlığındа, Hаvuşа gеdən yоlun sаğ tərəfində yеrləşir. Yаşаyış yеri yоl bоyu nаlşəkilli fоrmаdа uzаnаn təpələrin üzərini və ətəklərini əhаtə еdir. Еvlər təpənin yаmаcındа, süni şəkildə düzəldilmiş şəkillərdə tikilmişdir. Еvlər dördkünc fоrmаlı оlub dаşdаn inşа еdilmişdir. Kеrаmikа nümunələri Еrkən Оrtа əsrlərə аid fоrmа vеrməyən pаrçаlаrdаn ibаrətdir. Kеrаmikа nümunələrinə əsаsən yаşаyış yеrini III- VIII əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, yаşаyış yеrində həyаt sоnrаkı dövrlərdə də dаvаm еtmişdir.
Nuh Yurdu
Nuh Yurdu — siyasi, ictimai, iqtisadi və ədəbi qəzet Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanıdır. İlk nömrəsi 1996-cı il 5 apreldə çıxmışdır. Qəzetdə Naxçıvan şəhərinin və muxtar respublikanın ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni həyatına, eləcə də Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə dair məqalələr, ədəbi-bədii yazılar dərc edilir. Ayda iki dəfə, böyük formatda rəngli çap olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 452. ISBN 5-8066-1468-9.
Odlar Yurdu
Odlar Yurdu (rəqs) — Azərbaycanın milli rəqsi. Odlar Yurdu (şərab) — Azərbaycan istehsalı şərab. Odlar Yurdu (konsept) — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Odlar yurdu (film, 1967) — Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından bəhs edən film. Odlar yurdunun qızları (film, 1972) — Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuş film. Odlar Yurdu Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri. "Odlar Yurdu" Gənclər İctimai Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai birlik. Odlar Yurdu Kolleci — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.
Laçın yurdu
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür. Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. "Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır. "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s. Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.
Laçın yurdu (jurnal)
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür. Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. "Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır. "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s. Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.
Odlar Yurdu (konsept)
"Odlar Yurdu" — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar». Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Bəziləri bunu Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir ilə əlaqələnir. Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib. Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var.
Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir. Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...". Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var. İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Odlar Yurdu Kolleci
Odlar Yurdu Kolleci və ya qısaca OYK — 2016-cı ildə Odlar Yurdu Universitetinin nəzdində yaradılmış kollec. Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci 2 may 2016-cı il tarixində yaradılmışdır. Kollec universitetin bazasında fəaliyyət göstərir və dərsləri universitetin professor-müəllimləri tədris edir. Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. Odlar Yurdu Kolleci Ədliyyə Nazirliyinin 12.02.2016-cı il tarixli 1116-A11–563 nömrəli dövlət qeydiyyatından keçmişdir. Kollecə 2 may 2016-cı il tarixində 088971 nömrəli lisenziya verilmişdir. Direktor Direktorun 1-ci müavini Direktorun Tədris İşləri üzrə müavini Tədris şöbəsinin müdiri İnsan resusrları şöbəsinin rəhbəri Arxiv müdiri Təsərrüfat şöbəsinin müdiri Mühasibatlıq Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir.
Odlar Yurdu Universiteti
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Oğuz yurdu (qəzet)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Səməd Yurdu (Şot)
Əhməd Yurdu (fars. صمديوردي‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Türk Yurdu dərgisi
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Türk yurdu (jurnal)
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır. Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.
Odlar yurdu (oratoriya)
Odlar yurdu — Vasif Adıgözəlovun 1988-ci ildə yazdığı (sözləri Rəfiq Zəka Xəndanındır) oratoriya. Əsər Azərbaycan xalqının keçdiyi keşməkeşli yolu musiqinin dili ilə dinləyiciyə çatdırır. Əsərə görə Vasif Adıgözəlov Dövlət Mükafatına layiq görülmüşdür. Odlar Yurdu oratoriyası ilk dəfə 1988-ci il martın 3-də Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Əsərə görkəmli dirijor R.Abdullayev dirijorluq etmişdir. Aparıcı, solistlər, xor və simfonik orkestr üçün yazılmış bu oratoriyanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Dövlət xor kapellası, Azərbaycan televiziyası və radiosunun xoru, solistlərdən xalq artisti Xuraman Qasımova, Əli Haqverdiyev və bədii qiraətçi Mikayıl Mirzə ifa etmişlər.
Nizami yurdu (film, 1968)
Film qədim Nizami yurdu olan Gəncə şəhərinə həsr edilmişdir. Filmdə qocaman Kəpəz, Göy-göl, qədim Gəncə şəhəri, şəhərin yaşıllığa qərq olmuş küçələri, Nizami məqbərəsi, alüminium zavodu, prospektlər, tarixi abidələr, yeni binalar, xalçaçılıq kombinatı və s. əks etdirilmişdir. Film "SSRİ-yə səyahət" silsiləsindəndir.
Odlar yurdu (film, 1967)
Film Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından danışır.
Mersin Talim Yurdu FK
Mersin Talim Yurdu və ya köhnə adı ilə Mersin İdman Yurdu — Türkiyənin Mersin şəhərini təmsil edən və 1925-ci ildə qurulmuş köhnə futbol klubu.
Laçın-Qədim Oğuz yurdu (kitab)
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Azərbaycan – odlar yurdu (film, 2009)
Odlar yurdunun qızları (film, 1972)
Film Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuşdur.
Yurdumun Zümrüd Tacı (1990)
Yurdumun zümrüd tacı (film, 1990)
Baba yurdunda
Baba yurdunda (pyes) — XIX əsrin sonunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti mərhələsini başa çatdıran Əbdürrəhim bəy Haqverdiyev realist ədəbiyyatımızın və sənətimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. 1920-ci ildən sonra Ə. Haqverdiyev yaradıcılığının üçüncü dövrü başlanır. Bu dövrdə yazdığı dram əsərlərindən biridə "Baba yurdunda" pyesidir. "Baba yurdunda" (1927) pyesində Pərviz xanın nəslindən olan Cahangir ağanın zülmü təsvir olunur. Aradan iki əsr keçməsinə baxmayaraq, Azərbaycan kəndlisinin halı dəyişməmişdir. Pərviz xan getmiş, Cahangir ağa gəlmişdir. Cahangir ağa yoxsul kəndli qızı Gülnisəni zorla alır, nişanlısı yoxsul İskəndəri isə öldürtdürür. Əsərin axırında Cahangir ağanın oğlu, İskəndərzadə adı ilə meydana çıxır və öz atasına qarşı mübarizə aparıb, ölkədə zəhmətkeşlər hakimiyyəti yaranmasına çalışır. Kəndli qızından olan İskəndərzadə dairə icraiyyə komitəsinin sədri vəzifəsində işləyir. Müəllif yoxsul kəndlilərin zülmdən azad olub, hökumət işlərində böyük mövqe tutmalarına sevinir, xalqın azadlığı uğrunda çalışan İskəndərzadəni dərin məhəbbətlə təsvir edir.
Yurdusev Özsökmenler
Yurdusev Özsökmenler(15 iyul 1952, Lapseki[d], Çanaqqala ili) — 2015-ci il iyulun 9-dan noyabrın 1-dək Böyük Millət Məclisinin sədr müavini vəzifəsində çalışmış türk siyasətçi. 2015-ci ilin iyununda Xalqların Demokratik Partiyasında keçirilən ümumi seçkilərdə Van seçki dairəsindən millət vəkili seçilib. O, bundan əvvəl 2004-2009-cu illərdə Bağlar bələdiyyəsinin sədri vəzifəsində çalışıb. == Həyatı == Yurdusev Özsökmenler 1952-ci il yanvarın 1-də Çanaqqala vilayətinin Lapseki rayonunda anadan olub. Anası ibtidai sinif müəllimi idi. İstanbul Universitetinin Antropologiya və Etnologiya fakültəsini bitirən Özsökmenler daha sonra Özgür Gündem və Özgür Ülke kimi qəzetlərdə jurnalist olub. Daha sonra o, Dövlət Qulluğu Həmkarlar İttifaqları Konfederasiyasında (KESK) nəşriyyat üzrə ekspert olmuşdur. == Siyasi karyerası == Özsökmenler 2002-ci il ümumi seçkilərində Demokratik Xalq Partiyasından (DEHAP) Qaziantep seçki dairəsinə namizəd olub. Onun partiyası parlamentdə təmsil olunmaq üçün lazım olan 10%-lik seçki baryerini keçə bilmədiyi üçün Yurdusev, seçilmədi. === Bağlar Bələdiyyə Başçısı === 2004-cü ildə keçirilən yerli seçkilərdə Özsökmenler Sosial Demokrat Xalq Partiyasının (SHP) Bağlar Bələdiyyə Başçılığına namizəd olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.26 dəfə / 1 mln.
2002 •••••••••••• 10.28
2003 ••••••••••••••••••• 17.32
2004 •••••••••••• 10.44
2005 •••••••••••••••••• 16.19
2006 ••••••••••• 9.23
2007 ••••••••• 7.61
2008 ••••••••••••••••••• 16.81
2009 •••••••••• 8.32
2010 ••••••••••••• 11.17
2011 •••••••••••••••• 14.50
2012 •••••••••••••••••••• 18.33
2013 •••••••••••• 10.94
2014 •••••••••• 9.10
2015 ••••••••••••• 11.40
2016 •••••••••••• 10.93
2017 ••••••••••••••• 13.01
2018 •••••••••• 8.39
2019 ••••••• 5.84
2020 ••••• 4.11

"yurdu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yurdu nədir? #yurdu sözünün mənası #yurdu nə deməkdir? #yurdu sözünün izahı #yurdu sözünün yazılışı #yurdu necə yazılır? #yurdu sözünün düzgün yazılışı #yurdu leksik mənası #yurdu sözünün sinonimi #yurdu sözünün yaxın mənalı sözlər #yurdu sözünün əks mənası #yurdu sözünün etimologiyası #yurdu sözünün orfoqrafiyası #yurdu rusca #yurdu inglisça #yurdu fransızca #yurdu sözünün istifadəsi #sözlük