Yusub sözü azərbaycan dilində

Yusub

Yazılış

  • Yusub • 99.2593%
  • yusub • 0.7407%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anar Yusub
Yusubov Anar Abdul Vahid oğlu — Azərbaycanlı bəstəkar və kamança ifaçısı. == Həyatı == Yusubov Anar Abdul Vahid oğlu 6 yanvar 1989 cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == İlk musiqi təhsilini 1998–2004 cü illərdə Fikrət Əmirov adına incəsənət məktəbinin "Kamança" sinfində almışdır. 2004–2008 ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində; 2008–2012 ci illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır. 2014–2016 cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Magistr dərəcəsi almışdır.2020 ci ildə Almaniyanın Rostock şəhərində "Rostock Universiteti" nə Kompyuter elmləri ixtisasına qəbul olmuşdur. Hal hazırda ikinci təhsilini alır == Səhnə fəaliyyəti == Peşəkar səhnə fəaliyyəti illərində Respublikanın xalq artistləri Səkinə İsmayılova və Simarə İmanova ilə illərlə işləmişdir. == İştirak etdiyi beynəlxalq festivallar == Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya, Avstriya, Slovakiya, Serbiya, Hindistan və bir çox ölkələrdə konsert proqramları və festivallarda çıxış etmişdir. 2011-ci il 14–21 mart "Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı 2012-ci il 20–27 aprel "Cappadocia geceleri" Festivalı 2013-cu il 1–3 fevral Hindistanın Kolkata şəhərində "Sufi-sutra"Festivalı. Muğam ve Raganın sintezini hindistanli musiqiçilərlə birlikdə etmişdir. Bu layihe "Muraağam"adlanır.
Yaşar Yusub
Yaşar Abdul Vahid oğlu Yusubov (19 may 1987, Leninqrad) — azərbaycanlı estrada müğənnisi. == Həyatı == Yaşar Yusub 19 may 1987-ci il Rusiya Federasiyasının Leninqrad şəhərində (Peterburq) anadan olub.1994-cü ildə orta məktəbə daxil olub, 2005-ci ildə məktəbi bitirib. Iki ali təhsil alıb. Ailəlidir. 1 övladı var. == Karyera == 2006-cı ildə Şeron qrupunda çalişmağa başlayıb və həmin zamandan professional səhnədədir. 2010-cu ildən Solo karyerasına başlayaraq sərbəst çalışmağa başlayıb. Bu illər ərzində bir neçə musiqi albomu çıxardıb və Azərbaycanı ölkə xaricində böyük musiqi festifallarinda təmsil edib (Make in Asiya).
Ədalət Yusub
Ədalət Həsənağa oğlu Yusubov və ya Ədalət Həsənağa oğlu Yusub (5 oktyabr 1960) — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ədalət Yusub 5 oktyabr 1960-cı ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Ədalət Yusub 10 may 1992-ci il Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 806 nömrəli fərmanı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 11 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 713 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. === Partiya fəaliyyəti === Ədalət Yusub Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyasının Salyan Rayon Təşkilatının sədri və sədrin seçki məsələləri üzrə müavini olmuşdur. Partiya daxilində yaranmış narazılıqlara görə yaranmış Demokratik Birlik Fraksiyasının həmtəsisçisi olmuşdur.O, Klassik Xalq Cəbhəsi Partiyası üzvü olduğu müddətdə sədr müavinliyindən istefa verərək Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına üzv olmuş və hərəkatın təşkilati məsələlər üzrə sədr müavini olmuşdur. 17 oktyabr 2021-ci ildə partiyaya çevrilən hərəkatın 26 dekabr 2021-ci il tarixində Ali Məclisinin ilk sessiyası keçirilmiş və sessiyada Ədalət Yusub Azərbaycan Demokratiya və Rifah Partiyasının təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə təyin olunmuşdur. === Seçkilərdə === Ədalət Yusub 2010-cu il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının deputatlığa namizədi olmuş, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 2849 səs (19.19 %) səs toplayaraq seçkiləri Ana Vətən Partiyası namizədi Fəzail Ağamalı və bitərəf namizəd İlham İsmayılovun ardınca üçüncü sırada bitirmişdir.2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının üzvlərindən biri olmuşdur.
Elzar Yusubov
Süleyman oğlu Yusubov (9 yanvar 1989, Qəmərli, Dmanisi rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elzar Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. 1992-ci ildə Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başladılar. 1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
Hüseyn Yusubov
Hüseyn Yusif oğlu Yusubov - Gürcüstan Respublikasının energetika nazirinin müavini. == Həyatı == Hüseyn Yusubov 1964-cü ilin aprel ayında Borçalının Böyük Muğanlı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. İxtisasca alim-zootexnikdir. Bir müddət ixtisası üzrə çalışdıqdan sonra Kürdlər kənd sovetinin sədri, sonra Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrinə seçilib. Hüseyn Yusubov nazir müavini təyin olunmamışdan əvvəl azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun müavini vəzifəsində işləyib. Hüseyn Yusubov eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktorudur. Ailəlidir. İki oğlu var. Hər ikisi ali məktəb tələbəsidir.
Orxan Yusubov
Orxan Allahverdi oğlu Yusubov (19 yanvar 1992; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Orxan Yusubov 1992-ci il yanvarın 19-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Orxan Yusubov 2020-ci il sentyabrın 21-də Kəpəz Rayon Hərbi Komisarlığı tərəfindən təlimlərə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Orxan Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Yusubov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Onun nəşi 3 iyun 2021-ci ildə tapılmış və 4 iyun tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Yusubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Yusubov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Yusubov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramilə Yusubova
Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı. == Karyerası == Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib. İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib. Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.
Sabir Yusubov
Sabir Firdovsi oğlu Yusubov (6 oktyabr 1990; Göygöl, Azərbaycan— 13 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sabir Yusubov 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == 2009-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Sabir Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Sabir Yusubov (şəhid)

Təbriz Yusubzadə
İsmixan Yusubov
İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist. == Həyatı == 1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir. == Yaradıcılığı == İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur. Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur.
Ədalət Yusubov
Ədalət Həsənağa oğlu Yusubov və ya Ədalət Həsənağa oğlu Yusub (5 oktyabr 1960) — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ədalət Yusub 5 oktyabr 1960-cı ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Ədalət Yusub 10 may 1992-ci il Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 806 nömrəli fərmanı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 11 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 713 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. === Partiya fəaliyyəti === Ədalət Yusub Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyasının Salyan Rayon Təşkilatının sədri və sədrin seçki məsələləri üzrə müavini olmuşdur. Partiya daxilində yaranmış narazılıqlara görə yaranmış Demokratik Birlik Fraksiyasının həmtəsisçisi olmuşdur.O, Klassik Xalq Cəbhəsi Partiyası üzvü olduğu müddətdə sədr müavinliyindən istefa verərək Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına üzv olmuş və hərəkatın təşkilati məsələlər üzrə sədr müavini olmuşdur. 17 oktyabr 2021-ci ildə partiyaya çevrilən hərəkatın 26 dekabr 2021-ci il tarixində Ali Məclisinin ilk sessiyası keçirilmiş və sessiyada Ədalət Yusub Azərbaycan Demokratiya və Rifah Partiyasının təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə təyin olunmuşdur. === Seçkilərdə === Ədalət Yusub 2010-cu il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının deputatlığa namizədi olmuş, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 2849 səs (19.19 %) səs toplayaraq seçkiləri Ana Vətən Partiyası namizədi Fəzail Ağamalı və bitərəf namizəd İlham İsmayılovun ardınca üçüncü sırada bitirmişdir.2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının üzvlərindən biri olmuşdur.
Ədhəm Yusubov
Ədhəm Süleyman oğlu Yusubov (d. 31.12.1939) — rəssam. == Bioqrafiya == 31.12.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1963-ildə Əzim Əzim-zadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq bölməsini bitirmişdir. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin keramika bölməsini bitirmişdir. 1970-1982- illər ərzində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində ixtisas fənləri üzrə müəllim vəzifəsində çalışmışdır. 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqnın üzvü, 1976-1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin sədri və SSRİ Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsi üzrə komisiya üzvüdür. 2001-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət kafedrasının dosenti və müdiri vəzifəsində çalışır. 1976-1982-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının VI və VII qurultaylarında «Dekorativ-tətbiqi sənət» bölmesinin sədri, idarə ve rəyasət heyətinə, respublika, ümumittifaq sərgi komissiyasına üzv seçilmişdir. Bu müddət ərzində onun dekorativ-tətbiqi sənətin səviyyəsinin yüksəlməsində xüsusi rolu olmuşdur.
Barat Yusubov
Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.)1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb.Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir. == Həyatı == Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur. == Təhsili == 1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb. 1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. == İş təcrübəsi == 2002–2004-cü illərdə Azərbaycanda həqiqi hərbi xidmətdə tibbi məntəqə rəisi, 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının "Nefrologiya" şöbəsində, həkim-nefroloq, 2005–2019-cu illərdə M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsi, həkim-nefroloq işləyib.Paralel olaraq 2009–2012-ci illərdə "Avrasiya" klinikasında hekim-nefroloq, baş həkim, 2012–2015-ci illər "MediStyle Hospital"da həkim-nefroloq, baş həkim, 2015–2018-ci illər "Medikal Plaza" klinikasının baş məsləhətçisi olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2003 •••• 0.39
2006 ••• 0.23
2007 ••• 0.21
2010 •• 0.18
2011 •••• 0.34
2012 ••••••• 0.69
2013 •••••••••• 1.02
2014 ••••••• 0.69
2016 •••• 0.35
2017 ••••••••••• 1.14
2018 ••••••••••••• 1.35
2019 •••••••••••••••••••• 2.09

yusub sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

artım, çoxaldılmış; Allah əlavə edər (qədim y. "İosif " adının ərəb forması).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"yusub" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yusub nədir? #yusub sözünün mənası #yusub nə deməkdir? #yusub sözünün izahı #yusub sözünün yazılışı #yusub necə yazılır? #yusub sözünün düzgün yazılışı #yusub leksik mənası #yusub sözünün sinonimi #yusub sözünün yaxın mənalı sözlər #yusub sözünün əks mənası #yusub sözünün etimologiyası #yusub sözünün orfoqrafiyası #yusub rusca #yusub inglisça #yusub fransızca #yusub sözünün istifadəsi #sözlük