Usub sözü azərbaycan dilində

Usub

Yazılış

  • Usub • 94.8276%
  • usub • 5.1724%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Usub bəy Teymuryan
Usub bəy Teymuryan (v. 1934, Şəmirəm, Əştərək rayonu) — yezidi əsilli Ermənistan siyasətçisi və hərbçisi, Birinci Ermənistan Respublikasının parlamentinin üzvü. O, 1896-cı ildən Cənubi Qafqazda yaşayan yezidilərin lideri olmuşdur. Usub bəy 1918-ci ildə Sərdarabad döyüşündə də iştirak etmişdir. Usub bəyin Romanovlar sülaləsindən olan Rusiya imperatoruna yazdığı məktubda Usub bəyin xalqının yezidi kürdləri olduğunu yazır. O, milliyyətini kürd kimi göstərir, lakin onların din etibarilə yezidi olduqlarını göstərir: 2007-ci ildə Şəmirəm kəndində məktəb Usub bəyin şərəfinə adlandırılmışdır.
Asif Usubəliyev
Asif Adil oğlu Usubəliyev (1978, Çimkənd) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvü, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlərin Rəhbərləri Beynəlxalq Şurasının sədri, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru. == Həyatı == Asif Usubəliyev 1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya ixtisası üzrə məzunu olmuşdur. 2000-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili almışdır. O, 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olmuş və 2005-ci ildə müdafiə edərək Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır. Əmək fəaliyyətinə 2005-ci ildə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun Aksiologiya şöbəsində başlamış, daha sonra 2006-ci ildən 2015-ci ilədək Mədəniyyət Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışmış və Elm sektorunun müdiri vəzifəsinə qədər yüksəlmişdir. Nazirliyin müvafiq əmri ilə 2015-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə direktor təyin olunmuş və 2018-ci ilin sonunadək bu vəzifəni icra etmişdir. Mərkəzə 3 il ərzində rəhbərlik etdiyi müddətdə 64 regionun 56-da 700-dək yerli və beynəlxalq, o cümlədən təlim, seminar, festival, müsabiqə, debat, ustad dərsi, konfrans, forum və digər tədbirlər həyata keçirilmişdir. Bu dövrdə 11-i yerli, 8-i beynəlxalq olmaqla ümumilikdə 19 mədəniyyət, elm və təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu imzalanmış, birgə müxtəlif səpkili fəaliyyət istiqaməti müəyyən edilərək icra olunmuşdur. Son 3 ildə Mərkəzdə mədəniyyət sahəsinin bütün istiqamətləri üzrə 78 metodiki vəsait hazırlanaraq mədəniyyət müəssisələrinə təqdim edilmişdir.
Bəybala Usubaliyev
Bəybala Tacı oğlu Usubəliyev (1 oktyabr 1951, Ağsu rayonu – 18 mart 2022, Bakı) — Azərbaycanlı elm adamı, kimya elmləri doktoru. == Həyatı == Bəybala Usubaliyev 1 oktyabr 1951-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1969-cu ildə orta məktəbi bitirərək, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakultəsinə daxil olmuşdur. 1970-ci ildən təhsil almaqla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda laborant vəzifəsində işləməyə başlamışdır. 1974–76-cı illərdə hərbi xidmətdə olmuşdur. Hələ tələbəlik illərində dünya şöhrətli alim, ictimai xadim Xudu Məmmədovun rəhbərliyi altında elmi işlərdə iştirak etməyə başlamış və bir neçə elmi məqalə dərc etdirmişdir. 1978-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1978–1982-ci illərdə AMEA-nın "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunda dissertant kimi elmi fəaliyyətə başlamışdır. 1982-ci ildə görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədovun rəhbərliyi altında "Mis və gümüşün aromatik karbon turşuları ilə iki nüvəli kompleks birləşmələrinin sintezi, quruluşu və termoqrafik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kimya elmlər namizədi elmi adını almışdır. 1982–1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunun struktur kimya laboratoriyasında mühəndis, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır.
Elxan Usubov
Elxan Zabir oğlu Usubov (26 may 1960, Mingəçevir) — Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur. == Siyasi fəaliyyəti == 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Musa ağa Usubov
Musa ağa Molla Yusif oğlu Usubov — poruçik. General İbrahim ağa Usubov atası. Musa ağa poruçik olub, hətta döyüş xidmətlərinə görə "Müqəddəs Stanislav" ordeninə layiq görülüb. O, 1891-ci ilin iyulun 22-də istefaya çıxıb və dövlət ona gümüş pulla 97 manat 50 qəpik pensiya kəsib. Ancaq pensiyanı almaq ona qismət olmur.
Nigar Usubova
Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərin] Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub. 1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.
Nəsib bəy Usubbəyov
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli və ya Yusifbəyov və ya Usubbəyov (az-əbcəd. نسیب بك یوسفبكلی‎; 5 iyul 1881, Yelizavetpol – 31 may 1920, Kürdəmir, Göyçay qəzası) — Azərbaycan ictimai-siyasi xadimi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919–1920), Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər; maarif və dini etiqad; xalq maarifi; maliyyə və xalq maarifi naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat və bitərəflər fraksiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Demokratik Federativ Respublikasının maarif naziri, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Türk Ədəmi-Mərkəziyyət Partiyasının ilk və son sədri, Müsavat Partiyasının Gəncə Təşkilatının ilk sədri. Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiysk Universiteti hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Universitetdə təhsil alarkən orada oxuyan Azərbaycandan olan tələbələrlə birlikdə Azərbaycan Yerlilər Cəmiyyətinin yaradılmasında iştirak edib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universiteti yarımçıq atmalı təhsilini tamamlamadan Krımda yerləşən Bağçasaray şəhərinə getmək məcburiyyətində qalmışdır. O, burada İsmayıl Qaspıralının əsasını qoyduğu "Tərcüman" qəzetində fəaliyyət göstərmişdir. Aybəniz Kəngərli yazır ki, Nəsib bəyi İsmayıl Qaspıralı ilə Nəriman Nərimanov tanış etmişdir. Bağçasarayda olarkən İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralı ilə tanış olur və daha sonra onunla ailə həyatı qurur.
Ramil Usubov
Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı, DQMV) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi. O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb. Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır. 1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur. Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.
Rüstəm Usubov
Rüstəm Sabir oğlu Usubov — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri. 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olmusdur. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib. 21 may 2020-ci ildə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. ll dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir. Ailəlidir, üç övladı var.
Usublu
Yusifli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Qarabağda yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Yusifli tirəsinin adındandır. Qərvəndli tayfası Ətyeməzli, Yusifli, Səfilər, Ballılar, Mərəbasanlar və Bozallar tirələrindən ibarət idi.
İbrahim Usubov
İbrahim ağa Usubov (tam adı: İbrahim ağa Musa ağa oğlu Usubov, rus. Ибрагим-Ага Муса-Ага оглы Усубов; 6 mart 1872, Yuxarı Salahlı, Qazax qəzası – 16 iyun 1920, Bakı) — Çar Rusiyası ordusunda general-mayor, Hərbiyyə naziri yanında tapşırıq generalı. Artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuşdur. Üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenli. Mirzə Hüseyn Qayıbzadənin kürəkəni, Əliağa Şıxlinskinin bacanağı, Nigar xanım Usubovanın atasıdır. İbrahim ağa Usubov Birinci Dünya müharibəsində az şücaət göstərmir. Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlayır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurur. İbrahim ağa Usubov dövlət xadimi Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və başqaları ilə yaxın idi, 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi. Bu müharibədə onun göstərdiyi şücaət haqqında "Kaspi" qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: "Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916-cı ildə), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna" ordenli kavaler İbrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır.
İbrahim ağa Usubov
İbrahim ağa Usubov (tam adı: İbrahim ağa Musa ağa oğlu Usubov, rus. Ибрагим-Ага Муса-Ага оглы Усубов; 6 mart 1872, Yuxarı Salahlı, Qazax qəzası – 16 iyun 1920, Bakı) — Çar Rusiyası ordusunda general-mayor, Hərbiyyə naziri yanında tapşırıq generalı. Artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuşdur. Üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenli. Mirzə Hüseyn Qayıbzadənin kürəkəni, Əliağa Şıxlinskinin bacanağı, Nigar xanım Usubovanın atasıdır. İbrahim ağa Usubov Birinci Dünya müharibəsində az şücaət göstərmir. Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlayır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurur. İbrahim ağa Usubov dövlət xadimi Nəriman Nərimanov, Əliheydər Qarayev, Mixail Frunze və başqaları ilə yaxın idi, 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi. Bu müharibədə onun göstərdiyi şücaət haqqında "Kaspi" qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun Hacıbəyli yazır: "Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916-cı ildə), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna" ordenli kavaler İbrahim ağa Usubov bu alaya təyin olunandan sonra polkovnik rütbəsi almışdır.
Şahmar Usubov
Şahmar Şahhüseyn oğlu Usubov (4 avqust 1953, Xocalı, DQMV) — Xocalı rayon İcra Hakimiyyətinin başçısı. Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970–1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib. 1971–1972-ci illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub. 1972–1974-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1974-cü ildə Xocalı 2№-li sovxozda fəhlə işləyib. 1974–1979-cu illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində təhsil alıb. Həmçinin 1974–1979-cu illərdə Şuşa türməsində böyük mühasib vəzifəsində çalışıb. 1979–1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib.
Şəhadət Usubov

usub sözünün leksik mənası və izahı

"usub" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#usub nədir? #usub sözünün mənası #usub nə deməkdir? #usub sözünün izahı #usub sözünün yazılışı #usub necə yazılır? #usub sözünün düzgün yazılışı #usub leksik mənası #usub sözünün sinonimi #usub sözünün yaxın mənalı sözlər #usub sözünün əks mənası #usub sözünün etimologiyası #usub sözünün orfoqrafiyası #usub rusca #usub inglisça #usub fransızca #usub sözünün istifadəsi #sözlük