* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bir sənəti lazımınca, əsaslı surətdə öyrənib onunla məşğul olan adam; sənətkar. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi: saatsaz usta Zeynal. Ə.Haqverdiyev. Usta Fərrux işdən kefi kök qayıtmışdı. B.Bayramov. // Peşə, sənət öyrədən şəxs; tərbiyəçi, müəllim. [Yusif] varid oldu Həmədana, orada usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib, Qəzvinə müraciət etdi. M.F.Axundzadə. // Öz işində böyük bacarıq və məharət qazanmış mahir adam, mahir sənətkar. Bədii söz ustası. İncəsənət ustalarının konserti. Üzümçülük ustası. – Usta gəmiçilər tufanda belə; Sükanı düz tutar öz əllərilə. S.Vurğun. [Rəssam] öz sənətinin bacarıqlı bir ustası idi. M.Hüseyn. // məc. Ümumiyyətlə, mahir, bacarıqlı, zirək adam haqqında. [Aslan bəy:] Xeyr, lazım deyil, … Əhməd özü ustadır, əldən qoymaz. N.Vəzirov. Bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əlsuyu verməklə aş bişirməkdə ustadır. Mir Cəlal. □ Usta tərpənmək – zirəklik göstərmək, zirək tərpənmək, biclik işlətmək. Siyasət həmişə bir oyuncaqdır; Kim usta tərpənsə, o udacaqdır. S.Vurğun. 2. İstehsalatda, uçuşda və s.-də inzibati və texniki rəhbərliyi həyata keçirən şəxs. Növbə ustası. Buruq ustası. 3. Ən görkəmli idmançılara verilən ad və bu adı daşıyan şəxs. Əməkdar idman ustası.
Azərbaycan dilinin izahlı lüğəti / usta2 bacarıqlı — diribaş — məharətli — qabiliyyətli — hünərli — təcrübəli — səriştəli
Azərbaycan dilinin sinonimlər lüğəti / usta3 USTA, SƏNƏTKAR Bunlar adi sənətkarlar, daşyonanlar, həkkaklar, zərgərlər, misgərlər, sərraclar, əsləhə ustaları, xəttatlar, nəhayət, şair və alimlər idi (Ə.Cəfərzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / usta1 USTA – ŞAGİRD Mən iyirmi ilin ustası, sən iki ilin şagirdisən (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / usta1 USTA I is. [ ər. ] Sənətkar, ustad, öz işini bilən. Ramazan öz işinin ustasıdır. USTA II zərf [ ər. ] Cəld; ağıllı. Allahverdi Qəhrəman oğlu dəmirçi Tomasdan təvəqqə etdi ki, usta tərpənsin (S.Rəhimov).
Azərbaycan dilinin omonimlər lüğəti / usta1 1. мастер; 2. знаток своего дела; 3. умелый, опытный, искусный, ловкий;
Azərbaycanca-rusca lüğət / usta2 I сущ. 1. мастер: 1) квалифицированный работник, занимающийся каким-л. ремеслом. Saat ustası мастер часовых дел 2) лицо, осуществляющее административное и техническое руководство цехом, сменой и т.д. Növbə ustası сменный мастер, buruq ustası мастер скважины, yol ustası дорожный мастер, usta köməkçisi помощник мастера 3) человек, достигший большого умения, мастерства в своем деле. Bədii söz ustası мастер художественного слова, incəsənət ustaları мастера искусств 4) разг. искусный, ловкий в каком-л. деле человек. Öz işinin ustası мастер своего дела 5) звание, присваиваемое спортсменам, достигшим определенных результатов в том или ином виде спорта. Usta adını almaq получить звание мастера 6) лицо, носящее звание мастера. Əməkdar idman ustası заслуженный мастер спорта, ustaların şahmat turniri шахматный турнир мастеров 2. разг. мастак (искусный и опытный в каком-л. деле человек). Bu işlərdə sən ustasan ты мастак в таких делах II прил. мастерский: 1) принадлежащий, свойственный мастеру. Usta işi мастерское дело, usta əlləri мастерские руки 2) требуемый для присвоения звания мастера. Usta norması (нормативи) мастерский норматив; usta qadın мастерица (к 1) знач.) ◊ usta tərpənmək действовать ловко (опередив других); boş-boş danışmağın ustası мастер говорить попусту
Azərbaycanca-rusca lüğət / usta1 I. i. 1. (sənətkar) master; d.d. pastmaster; (sex və s.) foreman*; 2. expert; master; idman ~sı master of sport(s); silah ~sı gunsmith, armourer; satira ~sı master of satire; incəsənət ~ları masters of art; mədəniyyət ~ları masters of culture; yüksək məhsul ~ları masters of abundant harvests, producers of big harvests; növbətçi ~ shift foreman*; baş ~ head-man*; atıcılıq ~sı master gunner; ingilis dilinin ~sı master of English; öz işinin / sənətinin ~sı olmaq to know* one’s trade, to be* an expert at / in one’s job / trade; Hər iş öz ustasının əlində asandır at. söz. ≅ He works best who knows his trade; Work goes with a swing under the master’s hand; Usta işindən bəllidir at. söz. The work shows the workman II. s. skilled, experienced, skillful; ~ adam skilled / experienced man*; ~ atıcı marksman*; ~ cərrah skillful surgeon; ~ saatsaz skilled watch-maker; bir şeydə ~ olmaq to be* skilled in smth.
Azərbaycanca-ingiliscə lüğət / usta1 is. 1) maître m ; expert m ; incəsənət ~ ları maîtres m pl d’art ; 2) sif. habile, expert, -e ; adroit, -e ; bir şeydə ~ olmaq être expert, -e en qch
Azərbaycanca-fransızca lüğət / usta1 сущ. 1. устӀар; сеняткар; 2. уста; пеше (сенят) чирзавай кас; тербиячи, муаллим; // usta tərpənmək зиринг юза хьун, зирингвал къалурун, бижвал авун.
Azərbaycanca-ləzgicə lüğəti / usta