uşaq sözü azərbaycan dilində

uşaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uşaq • 73.0527%
  • Uşaq • 26.9306%
  • UŞAQ • 0.0149%
  • uŞaq • 0.0019%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elm uşaq jurnalı
Elm uşaq jurnalı - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı Yanvar 1998-ci ildən etibarən çıxarmağa başladığı və uşaqlara görə olan aylıq bir jurnaldır. Məqsədi uşaqlara elmi sevdirməkdir. 1999 ilə 2000 illərində müəyyən mövzularda fotoşəkil çəkər vermişdir. 2001-ci ildə Təbiət Kartları vermiş, 2002-ci ildən itələyibərənsə bunun yerini hər mövzuda kartlar götürmüşdür. Jurnal hal-hazırda 64 səhifədir. Ayrıca jurnalın köhnə ədədləri (1999-2005) cildlənərək TÜBİTAK Məşhur Elm Kitabları Satış Bürosunda satılmaqdadır. Bu jurnalın çıxmağa başlamasından 2 il əvvəl, 1996 və 1997 illərində Elm və Texniki jurnalıyla birlikdə əlavə olaraq 16 səhifəlik "Elm və Texniki Uşaq" verilirdi. Elm Uşaq TÜBİTAKin yeni logo 102. sayı(İyun 2006)ndan etibarən istifadə etməyə başlamışdır. 20 may 2008 tarixində Medyatava.com adlı saytın etdiyi araşdırmaya görə 83.730 tirajla Türkiyənin ən çox satılan jurnalı olmuşdur.
Göyqurşağı uşaq jurnalı
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 2006-cı ilin mart ayından nəşr olunan “Göyqurşağı” Uşaq Jurnalı 2006-cı ilin oktyabr ayına kimi “Körpəm” adı ilə nəşr olunub. Jurnal məktəblilərin dünyagörüşünün inkişafına, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə, təhsilə marağın artmasına yardım məqsədi daşıyır. 32 səhifədən ibarət rəngli şəkillərlə nəfis tərtib olunan bu jurnalın hər sayı uşaqlar tərəfindən maraqla qarşılanır. Jurnalın hər sayında əlamətdar tarixi günlər, bayramlar, tarixi və görkəmli şəxsiyyətlər, təhsil müəssisələri haqqında məlumatlar, uşaqların qələmə aldıqları şeir və hekayələr, çəkdikləri rəsmlər dərc olunur. Jurnalda kitabxanaya daxil olan yeni kitablar haqqında oxuculara müntəzəm məlumat verilir. Uşaqların intellektual səviyyələrinin artmasına xidmət edən məntiqi suallarla zəngin əyləncəli səhifə və rubrikalar jurnalı daha da maraqlı edir. “Göyqurşağı” Uşaq Jurnalı Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Azərbaycanın bütün rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemi vasitəsilə ən ucqar dağ kəndlərinə belə yayılır.
Karateçi uşaq(2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensial olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar. Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə – 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü – mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər. XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003–2009-cu illərin tədqiqatlarına əsasən). Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar. Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Uşaq qalası
Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.
Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı — Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov hələ 1899-cu ildə "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, Sultan Məcid Qənizadə ilə birlikdə "Sovqat" (1896) adlı şəkilli uşaq jurnalı və "Məktəb" (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. Rəşid bəy Əfəndiyev də "Uşaq bağçası" (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K. D. Uşinskinin təlimi – Q. N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan ("Birinci il", "İkinci il"; "Üçüncü il") dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A. Şaiqin "Uşaq gözlüyü", "Gülzar", İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət "Ana dili" və b.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Uşaq endokrinologiyası
Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas. Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər. İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir. İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzi və hipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir. ABŞ və Kanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.
İçimizdəki uşaq
İçimizdəki Uşaq — Doğan Cüceloğlunun 1992-ci ildə nəşr olunan kitabı. Kitabda ailə münasibətlərinin uşaq tərbiyəsinə necə təsir etdiyi ilə bağlı psixologiya sahəsində işlənmiş anlayışlar vasitəsilə və gündəlik nümunələrdən istifadə etməklə sadə şəkildə izahatlar verilir. Kitabdakı anlayışların əksəriyyəti müəllif tərəfindən “Cumhuriyet Bilim Teknik” jurnalında silsilə məqalələrdə araşdırılmış, böyük marağa səbəb olduğu üçün kitab halına gətirilmişdir. İçimizdəki uşaq kitabı altı hissədən ibarətdir. Müəllifin böyük bacısı Lütfiyə Mətinə həsr edilmişdir. Onun 62-ci nəşri 2021-ci ilin yanvarında nəşr edilmişdir.
Uşaq xəstəxanası
Uşaq xəstəxanası — yalnız doğuşdan yetkinlik yaşına çatmış şəxslər, körpələr, uşaqlar, yeniyetmələr və gənclər üçün xidmətlərini təklif edən xəstəxana. Müəyyən xüsusi hallarda onlar böyükləri də müalicə edə bilərlər.
Uşaq evləri
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
SOS Uşaq kəndləri
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Uşaq ürəyi (kitab)
Uşaq ürəyi — 1886-cı ildə italyan yazıçısı Edmondo De Amiçis tərəfindən tamamlanan, ibtidai məktəb yaşında olan Enriko adlı italyan oğlanın məktəb və ictimai həyatını onun öz dilindən anladan romandır. Bu, müəllifin öz oğlunun gündəliklərindən ilhamlanaraq yazdığı kitabdır. Dünyanın əksər dillərinə tərcümə edilmişdir. Təhsil elmləri mütəxəssisləri tərəfindən "dünyanın ən faydalı uşaq kitabı" kimi qəbul edilmişdir. 3-cü sinfə gedən Enriko adlı oğlanın bir ilində baş verən hadisələri gündəliyinə yazması və onu oxucularla bölüşməsi. Enriko: Hər bir valideyn rahatlıqla nümunə göstərə bilər. Həmçinin, gündəliklərin də sahibidir. Garrone: Məktəbə 2 il gec başlayan 14 yaşlı böyük oğlan Qarrone həmişə Nellini qoruyur və sevir, digər uşaqları qoruyur, zəifləri məktəbin nadinc şagirdlərindən qoruyur və nəhayət, o, mehriban bir insandır. Derossi: O, birinci sinfə embarqo qoyan biridir. O, zəhmətkeş və çox centlmendir.
Azərbaycanda uşaq hüquqları
Uşaq hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra digər qanunlarla təmin edilir. Uşaq hüquqları uşaqlara aid hüquqi, sosial və digər məsələləri əhatə edir. == Uşaqların hüquqi statusu == “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və Ailə Məcəlləsinə əsasən, uşağın hüquq və mənafeləri pozulduqda, o cümlədən valideynlər uşağın təhsili və tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirmədikdə, uşağın bir sıra hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Uşaq pozulmuş hüququndan və onun müvafiq prosessual qaydalarından asılı olaraq fərdi qaydada və ya öz nümayəndələri, vəliəhdi vasitəsilə müraciət edə bilər. Prezidentin 6 fevral 2006-cı il tarixli sərəncamı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir şöbəsi bu kontekstdə olan problemlərlə məşğul olur. Komitə uşaqların müdafiəsi, onların rifahının inkişaf etdirilməsi, hüquq və azadlıqlarının təmin edilməsi, bu sahədə dövlət siyasətinin əlaqələndirilməsi üzrə məsuliyyət daşıyır. O, dövlətin nəzarətində olan müəssisələrdə mütəmadi monitorinqlər aparır, vətəndaşlar tərəfindən edilən müraciətləri araşdırır, ekspertlər və uşaqlar üçün təqdimat kampaniyaları, təlimlər və tədbirlər təşkil edir və s. Azərbaycan hökuməti və bu Komitə müvafiq sahədə beynəlxalq qurumlarla əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycan əlil uşaqlar, evsiz uşaqları, uşaqlara qarşı zorakılığın qarşısının alınması, erkən nikahlar, uşaq ölümləri, məktəbəqədər təhsil kimi təhsil, səhiyyə və digər sosial məsələlərdə UNICEF ilə sıx əməkdaşlıq edir. == Uşaq Hüquqları Konvensiyası (UHK) == 1992-ci ildə Azərbaycanda BMT-nin “ Uşaq hüquqları haqqında” Konvensiyası və səkkiz il sonra onun “Uşaqların silahlı münaqişələrə cəlb edilməsi” və “Uşaqların satışı, uşaq fahişəliyi və uşaq pornoqrafiyası” daxil olmaqla iki Fakültativ Protokolu ratifikasiya edilib.
Dünya uşaq ədəbiyyatı kitabxanası
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik) — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində 50 cildlik nəşri.
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. == Kitabların siyahısı == == Mükafatlandırma == Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi; Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Dəmir yolu uşaqları
Dəmiryolu uşaqları (ing. The Railway Children) — 1905-ci ildə London Jurnalında seriyalı olaraq, ilk dəfə isə 1906-cı ildə kitab şəklində nəşr olunan Edit Nesbitin uşaq kitabı böyük rəğbət görmüşdür.Bir neçə dəfə ekran üçün uyğunlaşdırılıb, 1970-ci ilin ən yaxşı film versiyasıdır. Qəbulu Edith'in yaşadığı yerə yaxın Chelsfield dəmiryol stansiyasına getməsi və Chelsfield ilə Knockholt arasındakı dəmir yolu kəsmə və tunel inşasını izlədiyi düşünülür. == Məzmunu == Hekayə, Londondan 'Üç baca' ya, dəmir yolu yaxınlığındakı bir evə, Xarici İşlər İdarəsində işləyən atanın casusluqda ittiham edilib, həbs edildikdən sonra köçən bir ailəyə aiddir. Uşaqları, Roberta ("Bobbie" ləqəbi ilə), Peter və Phlislis, evlərinin yaxınlığında müntəzəm olaraq 9:15 qatarı aparan köhnə bir cənab ilə dostlaşırlar; nəticədə atalarının günahsız olduğunu sübut etməyə kömək edə bilirlər və ailə yenidən qovuşur. Ata sərbəst buraxılmadan əvvəl, ailəsi (daha sonra yerləşdiyi) axtaran İngiltərəyə gələn cənab Szczepansky və tuneldə qırılmış bir ayağından əziyyət çəkən Köhnə Cənabın nəvəsi Jim'in qayğısına qalır. Günahsız bir insanın casusluğa görə həbs olunduğu və nəhayət sübut olunduğu mövzunun , kitabın yazılmasından bir neçə il əvvəl dünyada məşhur bir xəbər xəbəri olan Dreyfus İşinin təsiri ola bilər . Çarların "kasıb insanlar haqqında gözəl bir kitab yazması və onlara necə kömək ediləcəyini" yazdıqları üçün təqib edilən və sonradan uşaqların kömək etdiyi Rus sürgüsü , çox güman ki , hər iki dost olan real müxalifətçilər Sergius Stepniak və Peter Kropotkinin bir birləşməsi idi. Kitab o dövrdəki Rus-Yapon müharibəsindən və İngiltərə xalqının müharibəyə münasibətindən bəhs edir. Bu, 1905-ci ilin yazına və payızın əvvəllərinə təsadüf edir.
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2007-ci ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Ermənistan uşaq Avroviziyasında ilk qələbəsini 2010-cu ildə Vladimir Arzumanyanın ifa etdiyi "Mama" adlı mahnı ilə qazanıb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2004-cü ildə iştirak etmişdir. Norveçin Lillehammer şəhərində keçirilən müsabiqədə Tomas Pontyenin ifa etdiyi "Si on voulait bien" mahnısı ilə təmsil olunan Fransa 18 iştirakçı ölkə arasında altıncı yeri tutsa da, növbəti ildə Fransa televiziyası müsabiqədə iştirakdan imtina etmişdir. Fransa bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə 13 illik fasilədən sonra 2018-ci ildə geri dönmüşdür. "Jamais sans toi" mahnısı ilə Fransanı müsabiqədə təmsil edən Anjelina nəticədə 203 xalla 2-ci yeri qazanmışdır.
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. == İstinadlar == == Xarici keçidlər == Gecəniz xeyrə qalsın, uşaqlar!
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Gürcüstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Gürcüstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2007-ci ildən bəri iştirak edir. Müsabiqədə iştirak etdiyi illər ərzində üç dəfə qalibiyyət əldə edən Gürcüstan ümumilikdə Avroviziya Uşaq Mahnı Müsabiqəsində ən çox qələbə qazanan ölkədir. Gürcüstan uşaq Avroviziyasında ilk qələbəsini 2008-ci ildə Bzikebi qrupunun ifa etdiyi "Bzz.." adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini Gürcüstan 2011-ci ildə "Candy" qrupunun ifa etdiyi "Candy Music" mahnısı ilə qazanmışdır. Gürcüstana müsabiqədə üçüncü qələbə sevincini isə 2016-cı ildə 10 yaşlı Maryam Mamadaşvili ifa etdiyi "Mzeo" adlı mahnı ilə yaşatmışdır.
Harri Potter və Lənətlənmiş Uşaq
Harri Potter və Lənətlənmiş Uşaq (ing. Harry Potter and the Cursed Child) — Cek Torn tərəfindən Coan Roulinqin, Con Tifani birgə Harri Potter seriası əsasında yazılmış və serianın səkkizinci kitabı sayılan iki hissəlik pyesdir. Kitabın təqdimatının 30 iyul 2016-cı ildə İngiltərənin Palas Teatrında baş tutacağı gözlənilir. Kitabda hadisələr Harri Potter və Ölüm Hədiyyələrindən sonrakı Harri Potterin Maqiya Nazirliyindəki rolundan və kiçik oğlu Albus Severus Potterdən bəhs edir. == Qısa məzmun == Pyesin rəsmi qısa məzmunu 23 oktyabr 2015-ci ildə ictimayyətə açıqlandı. Harri Potter olmaq hər zaman çətin olmuşdur eləcə də Maqiya Nazirliyində işləmək, ər və üç uşaq atası üçün də heç də asan deyildir. Harri keçmişin izlərindən xilas olmaq üçün hara aid olduğunu inkar etdiyi bir vaxt, kiçik oğlu Albus istəmədiyi bu ailə mirası əfsanəsi ilə mübarizə aparmalıdır. Ata və oğul narahat edici həqiqətlər ilə qarşılaşırlar. Təbii olaraq qara qüvvələr gözlənilməyən yerdən qayıdırlar. == İnkişaf == 2013-cü ilin dekabr ayında Harri Potter haqqında tamaşaya qoyulacaq pyes üçün hazırlıq işlərinin getdiyi xəbəri verildi, və bunu 2016-cı ildə baş tutacağı bildirildi.
Kapitan Qrantın uşaqları
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.
Kapitan Qrantın uşaqları (dəqiqləşdirmə)
Kapitan Qrantın uşaqları (roman)
Kapitan Qrantın uşaqları (film, 1913)
Kapitan Qrantın uşaqları — 1913-cü ildə Fransada çəkilmiş səssiz film.
Kapitan Qrantın uşaqları (film, 1936)
Kapitan Qrantın uşaqları — Jül Vernin eyni adlı romanı əsasında 1936-cı ildə çəkilmiş film.
Kapitan Qrantın uşaqları (roman)
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.
Karateçi uşaq (film, 2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
Kipr Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kipr 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Kipr adası iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Kiprin indiyədək qazandığı ən yaxşı nəticə 2004 və 2006-cı ildə əldə etdikləri 8-ci yerdir.
Kupidon və Psixeya uşaq ikən
Kupidon və Psixeya uşaq ikən (ing. Cupid and Psyche as Children, fr. L'Amour et Psyché, enfants) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. Əsər 1999 – cu ildə isə Nyu-Yorkda, Kristi auksionunda $1,760,000 – a satılmışdır. Əsər 1890-cı ildə Fransanın Salon şəhərində tamamlanmışdır. Bəzən əsər yanlış olaraq "İlk Öpüş" (ing: The First Kiss, fr: Le Premier Baiser) də adlandırılır. Kətan üzərində yağlı boya ilə çəkilmiş şəkil 119.5 x 71 mm (47 x 27 7/8) ölçüyə malikdir və hal – hazırda şəxsi kolleksiyada saxlanılır. Şəklin mövzusu qədim Roma şairi Apuleyin "Qızıl arxa" əsərindəki "Kupidon və Psixeya" hekayəsindən götürülmüşdür. == Yanlış adlandırma == İnternetdə ilk virtual muzeylərdən biri olan "Web Museum"də əsər yalnız olaraq "L'Amour et Psyche, enfants" adıyla deyil "The Firs Kiss" (İlk öpüş) adıyla yerləşdirilmiş, sayt hələ də bu yanlışını aradan qaldırmamışdır. == Buqronun Kupidon və Psixeya təsvir edilmiş digər əsərləri == Buqro müxtəlif zamanlarda Kupidon və Psixeya təsvir edilmiş başqa əsərlər də yaratmışdır: Psyché et l'Amour (Psixeya və Kupidon, Salon, 1889, No.
Madonna və Uşaq (Rafael)
Madonna və Uşaq (it. Madonna di Pasadena) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Madonna və Uşaq əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində yerləşən Norton Simon mədəniyyət evində saxlanılır. Əsərdə Müqəddəs Məryəm və qucağında uşaq təsvir olunub.
Makedoniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Şimali Makedoniya 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Şimali Makedoniyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2008-ci ildə əldə etdikləri 5-ci yerdir.
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Malta adası uşaq Avroviziyasında ilk qələbəsini 2013-cü ildə Qaya Kaukinin ifa etdiyi "The Start" adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini isə Malta 2015-ci ildə Destini Çukunyerenin ifa etdiyi "Not My Soul" adlı mahnı ilə qazanmışdır.

uşaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab. Uşaqların tərbiyəsi. – Şerə başlarkən uşaqdım, dostlar! S.Rüstəm. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Cavan, gənc (oğlan, ya qız). İnad uşaq. Cəsarətli uşaq. Yaxşı uşaqdır. Tərbiyəli uşaqdır. 2. Oğlan, ya qız (körpə, bala). Südəmər uşaq. Doğulan uşaq oğlandır. Əkiz uşaqlar. – …Sürəyya uşaq doğarkən vəfat etdi. S.S.Axundov. □ Uşağı olmaq – övladı olmaq, uşaq doğmaq (oğlan, ya qız). Uşağı olmamaq – sonsuz, övladı olmayan adam haqqında. Aşıq Cünun bilirdi ki, Koroğlunun uşağı olmur. “Koroğlu”. Əsmərin uşağı olmurdu. S.Hüseyn. 3. məc. Müqayisə, bənzətmə məqamında. Uşaq kimi hərəkət etmək. Havaxta qədər belə uşaq olacaqsan? – [Sultan bəy:] Uşaq ki deyilsən, hər bir şeyi bilirsən, anlayırsan. Ü.Hacıbəyov. [Hümmət:] Ay Qara Yusif, ay eloğlu, sən də belə? Əyə, sən də uşaq kimi danışdın? B.Bayramov. ◊ Uşaq bağçası – məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə müəssisəsi. Uşaq evi – ata-anaları olmayan uşaqlar üçün internatı olan təlim və tərbiyə müəssisəsi. [Seryoja:] Deyirlər ki, 1941-ci ilin dekabrında məni uşaq evinə vermişlər. Z.Xəlil. Uşaq kimi baxmaq (bəsləmək) – əzizləmək, çox sevmək, göz bəbəyi kimi qorumaq, başına-ayağına keçmək. [Qulu:] Xədicə xanım, görünür, Yusif bəyi çox istəyir. Onu lap uşaq kimi bəsləyir. N.Nərimanov. Uşaq şəhərciyi – uşaqlar üçün sağlamlaşdırma və tərbiyə müəssisəsi (bağlarda, parklarda və s.-də). Uşaqların anası evf. – arvad, zövcə. Gördüm uşaqların anası öz-özünə mırtdanır. C.Məmmədquluzadə. Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq: – Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, – dedi. Uşaqların atası evf. – ər, kişi.

    Azərbaycan dilinin izahlı lüğəti / uşaq
  • 2 Nökər. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Azərbaycan dastanlarının leksikası / uşaq
  • 3 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxs

    Terminlər lüğəti / uşaq

uşaq sözünün etimologiyası

  • 1 Feildən əmələ gəlib. “Qədim türk lüğəti” kitabında uv (измельчать), uvşaq (маленький) kəlmələri var. Çağdaş türkmən dilində uşamaq feili (мельчать), uşaq sözü isə мелький mənasında işlədilir. Ufaq formasında da (ufaqdır uşağım...) rast gəlinir. Deməli, söz ovmaq (xırdalamaq) feilinin inkişafı sayəsində uşaq şəklinə gəlib çıxmışdır. Üyütmək feili də həmin sözlə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / uşaq

uşaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

uşaq sözünün antonimləri (əks mənalı sözlər)

uşaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. дитя, ребенок, малыш; 2. детский, ребячий;

    Azərbaycanca-rusca lüğət / uşaq
  • 2 I сущ. ребёнок: 1) маленький мальчик или девочка. O, hələ uşaq ikən valideynlərini itiribdir он ещё ребёнком лишился родителей 2) о наивном, неопытном человеке; дитя. Uşaq kimi hərəkət etmək поступить как ребёнок 3) сын или дочь (до отроческого возраста). Südəmər uşaq грудной ребёнок, sağlam uşaq здоровый ребёнок, tərbiyəli uşaq воспитанный ребёнок, ərköyün uşaq избалованный ребёнок, birinci nikahdan olan uşaq ребёнок от первого брака, ailədə yeganə uşaq единственный ребёнок в семье, biryaşlı uşaq годовалый ребёнок, uşaq artıq yeriyir ребёнок уже ходит, uşağa baxmaq смотреть за ребёнком; мн. ч. uşaqlar: 1. ребята: 1) дети 2) разг. молодые люди, парни. getdik, uşaqlar! пошли, ребята!, uşaqlar, səs salmayın! ребята, не шумите!, mənim yol yoldaşlarım yaxşı uşaqlar çıxdılar мои спутники оказались хорошими ребятами 2. дети: 1) малолетние. Kənd uşaqları деревенские дети, şəhər uşaqları городские дети, qabiliyyatli uşaqlır способные дети, uşaqlar üçün kitablar книги для детей, uşaqlarla görüş встреча с детьми, uşaqlara dövlət qayğısı государственная забота о детях, uşaqların təlim və tərbiyəsi обучение и воспитание детей 2) сыновья или дочери (независимо от возраста: сын и дочь, двое сыновей, две дочери и т.д.). Öz uşaqları kimin свои (собственные) дети чьи, uşaqlar böyüyür дети растут, uşaqlar artıq məktəbə gedir дети уже ходят в школу, onların uşaqlarının hamısı ali təhsillidir все их дети с высшим образованием II прил. детский: 1. принадлежащий детям или свойственный им; такой, как у детей. Uşaq gözləri детские глаза, uşaq əlləri детские руки, uşaq üzü (sifəti) детское лицо, uşaq səsi детский голос (ребячий голос), uşaq şıltaqlığı детские шалости; uşaq xətti детский почерк 2. относящийся к детям, связанный с ними. Uşaq psixologiyası детская психология, uşaq əməyi детский труд, uşaq yaradıcılığı детское творчество, uşaq oyunları детские игры, uşaq xəstəlikləri детские болезни, uşaq ölümü faizi детская смертность 3. предназначенный для детей. Uşaq poliklinikası детская поликлиника, uşaq xəstəxanası детская больница, uşaq həkimi детский врач (педиатр), uşaq ədəbiyyatı детская литература, uşaq filmləri детские фильмы, uşaq idman məktəbi детская спортивная школа, uşaq paltarı детская одежда, uşaq ayaqqabısı детская обувь 4. устроенный, организованный для детей. Uşaq tamaşaları детские спектакли, uşaq televiziya verilişləri детские телепередачи 5. создающий исключительно для детей. Uşaq yazıçısı детский писатель, uşaq bəstəkarı детский композитор 6. не свойственный взрослому, незрелый, наивный; ребяческий, ребячий (о взрослых). Uşaq öyüncəkliyi ilə с ребячьим самохвальством, uşaq mülahizəsi (mühakiməsi) ребяческое суждение, uşaq düşüncəsi детское (ребяческое) рассуждение, uşaq davranışı детское поведение, uşaq hərəkəti детская (ребяческая) выходка, uşaq sualları детские вопросы, uşaq cavabı детский ответ ◊ uşaq bağçası детский сад (воспитательное учреждение для детей дошкольного возраста); uşaq evi детский дом, детдом (учебно-воспитательное учреждение с интернатом для детей, не имеющих родителей); uşaq şəhərciyi детский городок (оздоровительно-воспитательное учреждение для детей в садах, в парках и т.п.); uşaq oyuncağı детские игрушки (о ч ём-л. несерьёзном, не заслуживающем внимания); uşaqların anası мать моих детей (муж о жене), uşaqların atası отец моих детей (жена о муже); uşağı olmaq: 1) родить ребёнка; родиться ребёнку 2) иметь ребёнка (детей); uşağı olmamaq не иметь детей, быть бездетным (бездетной); uşağa qalmaq беременеть, забеременеть; uşaq salıb kim был выкидыш у кого (выкинула ребёнка кто); uşaqla uşaqdır, böyüklə-böyük с детьми ребёнок, с взрослыми – взрослый (о человеке с добрым, хорошим характером, о простом человеке)

    Azərbaycanca-rusca lüğət / uşaq

uşaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. child*, (körpə) baby; infant; small child*; d.d. kiddy; ~lar children; (balalar) kids, little ones, babies; (oğlanlar) lads, boys; oğlan uşağı boy; qız uşağı girl; ölü doğulmuş ~ still-born child*; ~ salmaq to have* an abortion / a miscarriage; uşağa qalmaq to conceive a child; to become* pregnant; uşağı olmaq 1) to have* a child; 2) to give* birth to a child; to be* childish; to play the baby; O, artıq uşaq deyil He is no longer a child II. s. child’s, children’s (uşağa xas) infantile; childish; ~ hərəkəti childish behaviour; ~ ədəbiyyatı children’s literature (reading); ~ vaqonu a children’s carriage; ana və ~ otağı (vağzalda və s.) mother-and-child room; ~ filmi children’s film; ~ mahnıları nursery rhymes; ~ oyunları childish sports, children’s games; ~ oyunu məc. child’s play; ~ xəstəliyi children’s disease; ~ həkimi children’s doctor; ~ arabası amer. baby buggy / stroller

    Azərbaycanca-ingiliscə lüğət / uşaq

uşaq sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. enfant m, f ; bébé m ; ~ salmaq avorter vi ; faire une fausse couche ; ~ğa qalmaq devenir vi (ê) enceinte (və ya grosse) ; ~ doğmaq enfanter vt ; mettre vt au monde ; accoucher vi de. . . ; 2) sif. d’enfant, enfantin, -e

    Azərbaycanca-fransızca lüğət / uşaq

uşaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. аял (руш ва я гада); südəmər uşaq некӀедихъ галай аял, бицӀек аял; ekiz uşaqlar кьветхвер аялар; uşağı olmaq аял хьун, эвлед хьун, аял хун (руш ва я гада); uşağı olmamaq аял тахьун, эвлед тахьун, сивинсуз хьун; 2. аял (тӀимил яшар авай, кӀаркӀачӀ, жегьил руш ва я гада); uşaqlar üçün kitab аялар патал улуб; uşağı buyur, dalınca yüyür. Ata. sözü аял ракъурна жув адан гуьгъуьниз алад; ** uşaq bağçası аялрин бахча (школадиз фидай вахт тахьанвай гъвечӀи аялар тербияламишдай чка); uşaq evi аялрин кӀвал (диде-буба авачир аялар хуьдай ва тербия ийидай чка); uşaq kimi baxmaq (bəsləmək) аялдиз хьиз килигун, аял хьиз хуьн, вилин нини хьиз хуьн, къилел-кӀвачел элкъуьн, кинар авун, гзаф кӀан хьун; uşaqların anası эвф. аялрин диде, паб; uşaqların atası эвф. аялрин буба, гъуьл, итим.

    Azərbaycanca-ləzgicə lüğəti / uşaq

uşaq sözünün türk dilinə tərcüməsi

"uşaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uşaq nədir? #uşaq sözünün mənası #uşaq nə deməkdir? #uşaq sözünün izahı #uşaq sözünün yazılışı #uşaq necə yazılır? #uşaq sözünün düzgün yazılışı #uşaq leksik mənası #uşaq sözünün sinonimi #uşaq sözünün yaxın mənalı sözlər #uşaq sözünün əks mənası #uşaq sözünün etimologiyası #uşaq sözünün orfoqrafiyası #uşaq rusca #uşaq inglisça #uşaq fransızca #uşaq sözünün istifadəsi #sözlük