* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf 1. Məsafə etibarilə yaxın olmayan, çox aralı olan (yaxın ziddi). Uzaq yerlər. Uzaq məsafə. – Köhnə Azərbaycanın uzaq bir bucağında; Qoca Həsən dayının alçaq koması vardı. R.Rza. Ehtiyat xala dəmir yolundan xeyli uzaq səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. // Çox uzun. Mən necə oturum evdə, siz deyin; Axı uzaq yollar çağırır məni. N.Xəzri. // Uzaqdan görünən, uzaqda olan. Eldar dərindən köksünü ötürdü və sazı sinəsinə basıb, gözlərini uzaq bir nöqtəyə zilləyib çaldı. M.Rzaquluzadə. Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. İ.Əfəndiyev. // Uzaqdan gələn, uzaqdan eşidilən. Uzaq top səsi. Uzaq uğultu səsi. Uzaq urra səsləri. – Səslənib evdə uğursuz bir zəng; Sardı ətrafı uzaq bir ahəng. M.Müşfiq. 2. Zaman, vaxt etibarilə yaxın olmayan, indiki vaxtdan çox-çox əvvəl olan, vaxtilə, çox keçmiş zamanda olmuş, keçmişə aid olan. Vaxtilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan edərkən anası da onu uçulan divarlar arasında doğmuşdu. Ə.Məmmədxanlı. // Uzaq gələcəkdə baş verəcək, olacaq, həyata keçəcək. Uzaq perspektivlər. Uzaq arzular. Uzaq xəyallar. Uzaq tədbirlər. Uzaq ümidlər. Uzaq planlar. 3. məc. Bir şey haqqında düşünməməyi, bir şey etmək niyyətində, qəsdində, ya arzusunda olmamağı bildirir. Bütün sevənlər kimi [Həsən də] Dilarada bir nöqsan tapmaqdan uzaq idi. M.İbrahimov. Qız savadsızlığına, hadisənin əslini əsaslı surətdə başa düşməkdən çox uzaq olduğuna baxmayaraq, vəziyyətin fövqəladəliyini dərk edirdi. Ə.Əbülhəsən. 4. məc. Yad, yabançı, özgə; yaxın olmayan. Uzaqdır sevimli gözlərin mənə. M.Müşfiq. Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq. N.Xəzri. 5. Uzaqda şəklində zərf – uzaq yerdə, uzaqlarda, uzaq məsafədə. Bir də nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanırdı. Baxdım, pələngdi. A.Şaiq. Sonra Kəpəz qızardı uzaqda yavaş-yavaş; Yandı bir yaqut kimi hər qaya, hər çaqıl daş. Z.Xəlil. 6. Uzaqdan şəklində zərf – 1) uzaq məsafədən, uzaq yerdən, uzaqlardan. Uzaqdan təkbir güllə səsi gəlir. C.Məmmədquluzadə. Uzaqdan göründü bir bölük atlı; Atları quşlardan iti qanadlı. S.Vurğun; 2) yandan, kənardan. Tülkü… yavuğa düşməyib uzaqdan keçdi. Q.Zakir. 7. Cəm şəklində: uzaqlar – 1) uzaq yerlər, uzaq məsafələr. Eyvana açılan qapıdan gur işıqlar qaranlığı parçalayıb uzaqlara yayıldı. M.İbrahimov. Cavad durbini gözünə qoyub uzaqlara baxdı. Ə.Vəliyev; 2) uzaq məmləkətlər, uzaq ölkələr, uzaq yerlər. İndi Bakı neft sənayesi şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. İ.Əfəndiyev. ◊ Uzağa buraxmaq – təxirə salmaq, daha sonraya qoymaq, daha gec bir vaxta buraxmaq, keçirmək. Doğrudan da Əhməd məsələni uzağa buraxmayıb, o saat Nabat xanımın yanına elçi göndərdi. B.Talıblı. Uzağa getmək – həyatda müvəffəq olmaq, irəli getmək, irəliləmək, artmaq, böyümək, tərəqqi etmək. …uzağa getmək lazım deyil – əldə olan, hazırda olan, göz qabağında olan bir şey haqqında danışarkən deyilir. Nümunə üçün uzağa getmək lazım deyil. Uzağı görmək – gələcəyi, gələcəkdə ola biləcək şeyləri, hadisələri qabaqcadan bilmək, düşünmək. Uzaq (uzağa) getmək məc. – həddi aşmaq, danışığında, hərəkətində ifrata varmaq. Uzaq durmaq (gəzmək) – yaxınlaşmamaq, yaxınlıq etməmək, yaxın durmamaq, əlaqə saxlamamaq. [Balaş:] Gülüşcan, … bir ildir səni görməmişəm. Nə üçün məndən uzaq gəzirsən? C.Cabbarlı. Uzaq düşmək – bir-birindən çox aralı düşmək, uzaqda qalmaq, uzaqda olmaq. [Qərib:] Uzaq düşdüm mən yarımdan; İzin ver, paşa, mən gedim. “Aşıq Qərib”. [Yaralı zabit Xavərə:] Çünki yalnız mənimlə uğraşaraq; Aqibət düşdün Arifindən uzaq. H.Cavid. Uzaq keçmiş – qədim və yaxud bundan çox-çox əvvəlki dövr, zaman. Uzaq keçmişin qalıqları. Uzaq keçmişin xatirələri. Uzaq keçmişə aid mədəniyyət abidələri. Uzaq keçmişimizin tarixinə aid materiallar. Uzaq qaçmaq – yaxınlaşmamaq, yaxınlıq göstərməmək, özünü uzaq tutmaq, uzaq gəzmək, özünü yad kimi aparmaq. [Mozalanbəy:] Eybi yoxdur, Hacıdan uzaq qaçarıq, ancaq bir hamama girək. Ə.Haqverdiyev. Məmməd Həsənoviç nə qədər xatalı işlərdən uzaq qaçdı, o qədər xata ondan əl çəkmədi. M.İbrahimov. Uzaq qohum – kökü bir əcdada gedib çıxan, lakin sonradan getdikcə nəslən uzaqlaşan qohum. Əzizim, bu yaxşıdır; İçməyə su yaxşıdır; Karsız, uzaq qohumdan; Yaxın qonşu yaxşıdır. (Bayatı). [Yaşlı kişi:] Ehtimal, uzaq qohumlarımızdan biridir ki, anamı da tanıyır. S.Hüseyn. Uzaq olmaq – 1) uzaqlaşmaq, yaxın durmamaq. Pis işlərdən uzaq olmaq. – Məskənim Qazax oldu; Ürəyim duzax oldu; Mən yara yaxın getdim; Yar məndən uzaq oldu. (Bayatı); 2) əmr şəklində: uzaq ol(un) – rədd ol(un), uzaqlaş(ın), yaxın durma(yın). Zeynal üçüncü kərə ona faytona oturmağı təklif etdikdə Mehriban əsəbiləşdi: – Məndən uzaq olunuz, – deyib onu rədd etdi. S.Hüseyn. Uzaq olsun – arzu edilməyən, istənilməyən, zərərli, xətərli bir şey, hadisə haqqında. Bəlalar başından uzaq olsun! Xəstəlik canımızdan uzaq olsun! Uzaq salmaq – uzaqlaşdırmaq. Bu hərəkatda iştirak etməmək … bizi hər bir cəhətcə mədəniyyətdən uzaq sala bilər. Ü.Hacıbəyov. Ömrün hər ilinə; Bir ümman dedim; Niyə uzaq saldı bu illər bizi?! N.Xəzri. Uzaqdan baxmaq – seyrçi kimi tamaşa etmək, seyrçi qalmaq, qarışmamaq.
Azərbaycan dilinin izahlı lüğəti / uzaq1 Dilimizdə uz-a-n, uz-a-t, uz-a-q tipli sözlər var və hamısının kökü “uz”dur, mənası “çox” demək olub (özbəklər “çox yaşa” yerinə uzaq yaşa deyirlər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / uzaq2 UZAQ, İRAQ (müxtəlif mənalarda) [Şirin:] Eldən uzaq düşdüm, vətəndən iraq: Bir daş qəfəsdəyəm, ürəyim dustaq... (S.Vurğun); ARALI Düşmüsən ordudan uzaq, aralı; Özün ağır xəstə, ağır yaralı (S.Rüstəm); CÜDA (kl.əd.) Ey sevdiyim, səndən cüda düşəli; Nə səbrü qərarım, nə marəmım var (Q.Zakir); GEN (dan.) Adilə öz-özünə: Elsevərdən mümkün qədər gen gəzmək lazımdır (Ə.Qasımov); SAQIN (köhn.) Saqın gəzin, laçın gözü görməsin; Qorxuram səfnizi poza, durnalar! (M.P.Vaqif).
Azərbaycan dilinin sinonimlər lüğəti / uzaq1 UZAQ – GÖDƏK Qoca dedi: – Vaxt var ikən gedək; Mənzil uzaq, ömür gödək (R.Rza). UZAQ – YAXIN Bura yaxın, uzaq ellər axışıb gəlmişdir (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / uzaq2 I прил. 1. далёкий, дальний: 1) находящийся на большом расстоянии. Uzaq kənd далёкое село, uzaq ölkələr далёкие страны, uzaq ulduzlar далёкие звёзды 2) имеющий большое протяжение. Uzaq yol дальняя дорога; uzaq səyahət дальнее путешествие 3) отдалённый большим промежутком времени. İndi uzaq, ancaq yaddan çıxmayan müharibə теперь далёкая, но незабываемая война, uzaq yetimlik illəri далёкие годы сиротства, uzaq keçmiş далёкое прошлое 4) такой, который имеет мало общего с кем-л., чем-л. Elmdən uzaq adamlar далекие от науки люди 2. перен. обычно в кр. форме: далёк от кого-, чего-л. (чужд кому-л., чему-л.). Mən bu fikirdən uzağam я далек от этой мысли; o, texnika məsələlərindən çox uzaqdır он очень далек от вопросов техники 3. дальний (восходящий к общему предку не ближе, чем в третьем колене). Uzaq qohum дальний родственник II нареч. 1. далеко, далёко, вдали. Uzaq oturmaq kimdən сидеть далеко от кого, uzaq görmək видеть далеко III предик. uzaqdır далеко: 1. о далёком расстоянии. Evə (ev) çox uzaqdır до дому очень далеко 2. о не скором наступлении чего-л. Səhərə hələ çox uzaqdır (var) до утра ещё далеко IV в знач. сущ. далеко, далёко (о далеком расстоянии). Bu məktubu uzaqdan yazıram это письмо пишу из далёка ◊ uzaq qaçmaq держаться на расстоянии, держаться дальше, сторониться; избегать кого-, чего-л.; uzaq durmaq (gəzmək) не поддерживать связей, не идти на сближение; uzaq düşmək kimdən, nədən: 1) оказаться вдали от кого, от чего 2) быть отдаленным от кого, от чего 3) чуждаться кого, чего; uzaq getmək (uzağa getmək) далеко уйти (уходить); уходить, уйти от цели; uzaq olmaq быть далёким от чего-л., не иметь близких отношений; uzaq olun! не подходите, уходите! uzaq olsun! не дай бог, не дай господи! Ailələrdən uzaq olsun не дай бог семьям (о трагических событиях, смертных случаях); uzaq salmaq kimi kimdən, nədən: 1) отстранять, отстранить кого от кого, от чего 2) отдалять, отдалить от себя; uzağa getmək далеко пойти; uzağa getmək lazım deyil … далеко ходить не надо; uzağı görmək: 1. предвидеть; 2. быть дальновидным
Azərbaycanca-rusca lüğət / uzaq1 I. s. distant, remote, (yol və s.) long, far*, far-away; ~ yol a long way; ~ ölkələr distant lands; ~ ölkə a far country; uzaq keçmiş / gələcək remote past / future, distant past / future; ~ keçmişdə far back in the past; həqiqətdən / məqsəddən ~ wide of the truth / mark; ~ rayon remote district; çox ~ far-away, very distant; çox ~ yerlər far-away places; ~ məsafə long distance; ~ səfər (yol) long / distant journey; (dənizlə) long / distant voyage; ~ məsafəli aviasiya long-range aircraft; ~ məsafə qət edən qatar long-distance train; ~ qohum distant relative; ~ Şərq the Far East; ~ sahələr distant / remote plots; Uzaqdır It is far; It is a long way II. z. far*, far* off; a long way off; ~ getmək to go* far; uzağa baxmaq to look* into the distance; ~ başı at the worst, as a last resort; d.d. at a pinch; ~ dolanmaq / gəzmək to avoid (d.), to shun (d.); to keep* / to stand* / to hold* aloof
Azərbaycanca-ingiliscə lüğət / uzaq1 1) sif. lointain, -e ; distant, -e ; long//, -ue ; ~ Şərq Extrême – Orient m ; 2) zərf. loin ; ~ getmək aller vi (ê) loin ; ~ başı au moins
Azərbaycanca-fransızca lüğət / uzaq1 прил., нареч. 1. яргъал, мукьвал тушир, яргъа авай, яргъал тир, яргъал алай, яргъа; uzaq yerlər яргъал чкаяр; uzaq məsafə яргъал мензил; 2. гзаф яргъи, яргъал (мес. рехъ); 3. яргъай (ван) къвезвай (мес. тфенгдин ван); 4. яргъал; // вилик вахтара (алатай девирра, эвелра, виликра) хьайи; алатай девирдиз талукь тир, фад хьана алатай (мес. зурзалаг); // къвезмай вахтунда жедай (ийидай), кьиле тухудай (мес. тедбирар); 5. пер. яргъа(л), ччара, яд; uzaq qohumdan, yaxın qonşu yaxşıdır. Ata. sözü яргъал миресдилай мукьвал къунши хъсан я; 6. uzaqda нареч. яргъал чкада, яргъа мензилда, яргъара, яргъа; 7. uzaqdan нареч. яргъай а) яргъа чкадай, яргъа мензилдай, яргъарай; б) яргъалай, къерехдихъай; uzaqdan zurnanın səsi xoş gələr. Ata. sözü яргъалай язавай далдамди ширин ванда; 8. uzaqlar гз. яргъар, яргъал чкаяр, яргъа авай чкаяр; яргъал уьлквеяр (мемлекатар); ** uzağa buraxmaq яргъал вегьин, ахпагьал вегьин, гежарун; uzağa getmək яргъаз фин, агалкьунар хьун, вилик фин; ... uzağa getmək lazım deyil ...яргъаз фин лазим туш, гъиле авай, гьазур тир, вилин кӀаник квай затӀуникай рахадамаз; uzaq durmaq (gəzmək) яргъал акъвазун (къекъуьн), мукьвал татун, мукьув агат тавун, мукьвавал тавун, алакъа (авсият) техуьн; uzaq düşmək яргъаз акъатун, сад-садавай къакъатун, яргъал хьун; uzaq keçmiş яргъал тир алатай вахт, къадим ва я идалай гзаф вилик алатай девир, дегь заман; uzaq qaçmaq яргъаз катун, мукьув агат тавун, мукьвал татун, мукьвавал тавун, вичи-вич ччарад хьиз тухун; uzaq qohum яргъал мирес, са сихилдикай тир, къвердавай, несил алатирдивай къакъатнавай мукьвад; uzaq olmaq яргъаз хьун, агат тавун, яргъаз акъвазун (мес. пис краривай); uzaq ol(un) буйр. ф. яргъаз хьухь, яргъал акъваз, ред хьухь; uzaq olsun яргъаз хьуй, чавай яргъаз (зарарлу, хаталу са кардикай, вакъиадикай рахадамаз); uzaq salmaq яргъа авун, яргъаз акъудун, яргъазун; uzaqdan baxmaq яргъалай килгун, килигиз акъвазун, акахь тавун.
Azərbaycanca-ləzgicə lüğəti / uzaq