oğlan-uşaq sözü azərbaycan dilində

oğlan-uşaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oğlan-uşaq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oğlan
Oğlan — erkək uşaq və ya yeniyetmə. Kişilik oğlanın bir buluğ mərhələyə yetməsidir. Müxtəlif sünnət əsaslı ictimalar bu mərhələyə keçmə üçün xüsusi mərasimlər qurarlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu buluğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Oğlan dostu
Oğlan dostu (ing. Boyfriend) ― Platonik, romantik və ya intim baxımdan əlaqələr yaradılan kişi cinsindən olan şəxs. Bu ifadə heteroseksual olan qadının münasibətdə olduğu kişi üçün istifadə olunduğu kimi, gey cütlüklər üçün də eyni mənanı daşıyır. Sözügedən ifadənin qadınlar üçün olan formasına isə qız dostu deyilir.
Qızıl oğlan
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Türkanalı oğlan
Türkanalı oğlan, Türkana uşağı və ya Nariokotome uşağı KNM-WT 15000 etiketli Erkən Pleystosen dövründə, təxminən 1.8 milyon il əvvəl yaşayan 11-13 yaşlarında bir uşağın fosilləridir. Skelet 1984-cü ildə Keniyanın Nariokotome şəhərindəki Turkana gölü yaxınlığında Richard Leakeyin rəhbərlik etdiyi qrupun üzvü Kamoya Kimeu tərəfindən aşkar edilmişdir. Turkana uşağı Homo erectus və ya Homo ergaster növlərinə aiddir. Pelvisin forması onun bir oğlan uşağı olduğunu göstərir. Antropoloqlar Tim White və Richard Leakey, mövcud dişlərin çənədəki çıxış vəziyyəti və Epifizeyin kəllə ilə birləşməməsinə əsaslanaraq uşağın təxminən 12 yaşında olduğunu söyləyirlər. Skeletin boyu təxminən 1,60 m-dir, ancaq yetkin olsaydı, 68 kq çəkidə və 1,85 m boyunda ola bilərdi. Skelet 108 sümükdən ibarətdir. Kəllə beyin tutumu təxminən 880 sm³ təşkil edir, ancaq yetkin olsaydı təxminən 910 sm³ ola bilərdi ki, bu da kəllə beyin tutumu 1350 sm³ olan müasir insanların kəllə ölçüsü aralığında olduğunu göstərir.
Şahzadə (oğlan)
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Şahzadə oğlan
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Oğlan evi
Film komediya janrındadır. Filmdə baş verən hadisələr 3 nəfər şəxsə aldadılaraq bir evin satılmasından bəhs edilir. Filmin qəhrəmanları onları aldadadaraq pullarını mənimsəyən şəxsi tapıb, onlardan pulu necə geri alacağına çarə axtarırlar. “Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhrəmanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər... Film öz illərinin aktual mövzusu olan, aldadılaraq bir neçə şəxsə evin satılmasından söhbət açır.
Gözəl oğlan
Gözəl oğlan (ing. Beautiful Boy) — Feliks Van Qruninqenin 2018-ci ildə ekranlara çıxan bioqrafik-dram filmi. == Süjet == "The New York Times" qəzetinin jurnalisti olan ata, narkomaniya ilə mübarizə aparan yeniyetmə oğluna yardım etməyə çalışır.
Chotky Oğlan
Oğlan mədəniyyəti
Oğlan mədəniyyəti (ing. Boy Culture) Amerika istehsalı olan bu film 2006-cı ildə nümayiş olunub. Film yazıçı Metyu Retenmundun eyni adlı əsəri əsasında hazırlanıb. Filmin premyerası 1 aprel 2006-cı ildə Böyük Britaniyada "London Lezbian və Qey Film Festifalında keçirilib, 26 apreldə isə Birləşmiş Ştatlarda "Tribeka Film Festifalında gösrərilib. Film Fransada 31 yanvar 2007-ci ildə, ABŞ-də 23 mart 2007-ci ildə və İspaniyada isə 8 iyun 2007-ci ildə nümayiş olunub. Filmin DVD buraxılışı isə 14 avqust 2007-ci ildə satışa çıxarılıb. == Məzmun == Film homoseksual oğlanlara müşahidəçilik edən çılğın bir gənc haqqındadır. Özüdə homoseksual olan bu oğlanın iki otaq yoldaşı və yaşlı bir müştərisi ilə olan intim münasıbətlərindən eləcədə, fərqli mədəniyyətlərdən və fərqli irqlərdən olan insanların yaşadığı problemlərdən bəhs edilir və bütün bunlarında hamısı məhz oğlanların ətrafında cərəyan edir. == Rollarda == == Film festivalları == Oğlan Mədəniyyəti filminin göstərilmiş olduğu festivallar. London Lezbian və Qey Film Festifalı — 1 aprel 2006 Tribeka Film Festivalı — 26 aprel 2006 Atlantika Film Festivalı — 15 sentyabr 2006 Verzaubert Queer Film Festivalı — 14 noyabr 2006 Paris Gay and Lesbian Film Festivalı — 19 noyabr 2006 Cleveland Beynəlxalq Film Festivalı — 16 mart 2007 Philly Film Festivalı — 6 aprel 2007 Mostra Internacional de Cinema Gay i Lèsbic de Barcelona — 7 iyun 2007 == Mükafatlar == == Film musiqisi == == Ev üçün buraxılış == Oğlan Mədəniyyəti filminin DVD diski 14 avqust 2007-ci ildə TLA Video tərəfindən satışa çıxarıldı.
Oğlan (film, 1984)
Film "Qarabağ bülbülləri" ansamblının üzvlərindən biri haqqında söhbət açır. Müəlliflər balaca oğlanın məlahətli səsi fonunda tamaşaçıları Azərbaycanın mənzərəli guşələrinə seyrə çıxarırlar.
Quzuçu Oğlan (Məlikan)
Quzuçu Oğlan (fars. قربان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (93 ailə).
Qırmızı jiletli oğlan
"Qırmızı jiletli oğlan" — Pol Sezanın 1889 və ya 1890-cı ildə yaratdığı yaradıcılığının yetkinlik dövrünə aid əsəridir. Sürixdə Emil Byurle fondunun kolleksiyasında saxlanılır. Sezann bu italyan oğlanın qırmızı jiletdə dörd fərqli portretini çəkmiş, oğlan və mühit arasındakı əlaqələri araşdırmışdır. Portretlərin ən məşhuru, masa arxasında başını ovucuna söykəyərək melankolik pozada oturan uşağı təsvir edir. Emil Byurle fondunun kolleksiyası, rəsmin "diqqətlə düşünülmüş kompozisiya ilə birbaşa bədii hissiyat arasındakı mükəmməl tarazlığı" yüksək mənalılığını qeyd edir. 1895-ci ildə tənqidçi Qustav Jeffrua, əsəri köhnə ustaların ən yaxşı əsərlərinə bərabər adlandırmışdı . Rəsm zəngin, şən rənglərlə çəkilib. Kompozisiyanın üç əsas çarpazı var: oğlanın beli və başı boyu, arxasındakı tünd yaşıl pərdə boyu və sol aşağı küncdən qalxan stol və stulun xətti boyu. Bu diaqonallara kəsişən çarpazların möhkəm birləşmiş strukturunu yaradan oğlanın əl və ayaqlarının vəziyyəti qarşı qoyulub. Əsər 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar tərəfindən Sezandan alınmışdı.
Cənab yaxşı oğlan
Cənab yaxşı oğlan (ing. Mr.Nice Guy, 1997) — Honq Konqda çəkilmiş, Ceki Çanın da olduğu komediya, adrenalin janrda bir filmdir. == Məzmun == Televiziya aşpazı Ceki, bir televiziya aparıcısının, həyatının macərasında onu əyləndirən yerli narkotik mafiyasına qarşı mübarizədə kömək edir.
Oğlan evi 2
Oğlan Evi 2 tammetrajlı bədii film. Filmin rejissoru və həmmüəllifi İlham Qasımov. Kintamani film studiyasında quruluş verilib. Filmin I hissəsi 2015-ci ildə çəkilib. Filmin ssenaristləri İlham Qasımov, DJ Fateh ləqəbi ilə tanınan Məmmədəli Məmmədov və Tural Sevdimalıdır. Filmdə gənc videobloqçu Hüseyn Əzizoğlu rol alıb. Elcan Rəsulov, Nicat Rəhimov, Qurban Məsimov, Elşən Hacıbabayev, Oqtay Mehdiyev rol alıb. Film 1 dekabr 2016-cı ildə Nizami Kino Mərkəzində göstərilib. Kütləvi baxış sayına malik olan filmdir. Cənubi Azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Uşaq endokrinologiyası
Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas. Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər. İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir. İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzi və hipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir. ABŞ və Kanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.
İçimizdəki uşaq
İçimizdəki Uşaq — Doğan Cüceloğlunun 1992-ci ildə nəşr olunan kitabı. Kitabda ailə münasibətlərinin uşaq tərbiyəsinə necə təsir etdiyi ilə bağlı psixologiya sahəsində işlənmiş anlayışlar vasitəsilə və gündəlik nümunələrdən istifadə etməklə sadə şəkildə izahatlar verilir. Kitabdakı anlayışların əksəriyyəti müəllif tərəfindən “Cumhuriyet Bilim Teknik” jurnalında silsilə məqalələrdə araşdırılmış, böyük marağa səbəb olduğu üçün kitab halına gətirilmişdir. İçimizdəki uşaq kitabı altı hissədən ibarətdir. Müəllifin böyük bacısı Lütfiyə Mətinə həsr edilmişdir. Onun 62-ci nəşri 2021-ci ilin yanvarında nəşr edilmişdir.
Uşaq xəstəxanası
Uşaq xəstəxanası — yalnız doğuşdan yetkinlik yaşına çatmış şəxslər, körpələr, uşaqlar, yeniyetmələr və gənclər üçün xidmətlərini təklif edən xəstəxana. Müəyyən xüsusi hallarda onlar böyükləri də müalicə edə bilərlər.
Uşaq evləri
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.

oğlan-uşaq sözünün leksik mənası və izahı

Oxşar sözlər

#oğlan-uşaq nədir? #oğlan-uşaq sözünün mənası #oğlan-uşaq nə deməkdir? #oğlan-uşaq sözünün izahı #oğlan-uşaq sözünün yazılışı #oğlan-uşaq necə yazılır? #oğlan-uşaq sözünün düzgün yazılışı #oğlan-uşaq leksik mənası #oğlan-uşaq sözünün sinonimi #oğlan-uşaq sözünün yaxın mənalı sözlər #oğlan-uşaq sözünün əks mənası #oğlan-uşaq sözünün etimologiyası #oğlan-uşaq sözünün orfoqrafiyası #oğlan-uşaq rusca #oğlan-uşaq inglisça #oğlan-uşaq fransızca #oğlan-uşaq sözünün istifadəsi #sözlük